Məhkəmə qərarları › İş №2-1(102)-1681/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1681/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1681/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və X17 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala rayon Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-1681/2020) (Açar sözlər: torpaq sahəsinin naturada əvvəlki vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi; işin hallarının araşdırılması prinsipinə aid normaların tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Üçüncü şəxs X4 iştirakı ilə, İdd iaçılar İddiaçı1, İddiaçı2 və X17 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala rayon Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X12, X13, X16 və X8) “İddiaçı1 adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilərək naturada əvvəlki vəziyyətə uyğun plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 19 iyun tarixli 21(107)-55/2020 nömrəli qərarından iddiaçılar və üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki birinci icraat

1. İddiaçılar Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək N15xx xxx xnömrəl i torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər.

2. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək JN-15xx xxx xnömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının x saylı planşeti hissəsində ləğv edilməsi, X1 adına verilmiş A seriyalı 206411 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilərək naturada əvvəlki vəziyyətinə uyğun planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər.

3. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən, 0,90 ha torpaq sahəsi iddiaçıların ümumi mülkiyyətinə verilmiş və adlarına x nömrəli “Torpağa mülk iyyət hüququna dair dövlət aktı” hazırlanmışdır. Bundan sonra, Balakən Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2001-ci il tarixli 01 nömrəli qərarına əsasən, İddiaçı1 1298,53 kv.m həyətyanı torpaq sahəsi verilmiş və A seriyalı x nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” hazırlanmışdır. Həmin torpaq sahəsində onlara məxsus dam və altıaçıq yerləşir. Abdulla Maamiyev 2014-cü ilin oktyabr ayında İddiaçı1 evinə və həyətyanı torpaq sahəsinə gedən yolu zəbt edərək, onlara məxsus dam və altıaçıqdan istifadə etmələrinə imkan vermir və x nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə həmin damın, altıaçığın yerləşdiyi torpaq sahəsinin ona pay torpağı kimi verildiyini bildirir. Həmçinin, Abdulla Maamiyevin adına hazırlanmış x nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda gös tərilən sərhəd faktiki sərhədlə üst-üstə düşmür.

4. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2-1(84)-143/2015 nömrəli qərarı ilə iddia təmin edilmiş, JN-15xx xxx xnömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının xsaylı planşeti hissəsində ləğv edilməsi, X1 adına verilmiş A seriyalı x nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilərək naturada əvvəlki vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

5. Maraqlarına toxunan şəxslər M.A.Maamiyev, H.A.Maamiyev və F.H.Maamiyev həmin qərardan apellyasiya şikayəti verərək qanuni qüvvəyə minmiş qərarın ləğv edilməsini, onların üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişlər. b. apell yasiya instansiyası məhkəməsindəki birinci icraat

6. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-56/2018 nömrəli qərardadı ilə hazırkı iş üzrə maraqlarına toxunan şəxslər X13, X16 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. c. birinci instansiya məhkəməsindəki ikinci icraat

7. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-10/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, üçüncü şəxslər X3, X2, X9 və X10 adına olan JN15xx xxx xnömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın xnömrəli planşetinin iddiaçılar İddiaçı1, İddiaçı2, X17 istifadəsində olan, tikintialtı hissəsi 32,7 kv.m olan talvarın və tikintialtı sahəsi 93,1 kv.m olan tövlə binasının yerləşdiyi həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi, İddiaçı1 adına verilmiş A seriyalı 206411 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilərək naturada əvvəlki vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbinin JN-15xx xxx xnömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın xnömrəli planşetinin qalan hissədə ləğv edilməsi ilə bağlı hissədə təmin edilməməsi, iş üzrə qəbul edilmiş müvəqqəti xarakterli müdafiə haqqında xx.xx.2015-ci il tarixli 21(84)-143/2015 nömrəli qərardad bu qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılması barədə qərar qəbul edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli 10809 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Balakən rayon Katex kəndində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2 və X17 istifadəsində olan talvarın 32,7 kv.m tikinti altı hissəsi və tikinti altı sahəsi 93,1 kv.m olan tövlə binası üçüncü şəxs X3 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş JN-15xx xxx xnömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşir. İddiaçılara məxsus tikililərin yerləşdiyi torpaq sahəsi x nömrəli dövlət aktındakı xnömrəli planşetdə (cizgidə) göstərilən, sahəsi 0,15 ha olan sahəyə aiddir. Eyni zamanda, iş materiallarında olan xəritədən çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, X17 adına verilmiş JN-1685 nömrəli dövlət aktında göstərilən torpaq sahəsi X3 adına verilmiş x nömrəli dövlət aktında göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür.

9. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişlər. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 iyun tarixli 2-1(107)-369/2020 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən – iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və işin həmin hissədə t əkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. d. kassasiya instansiyası məhkəməsindəki icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 2-1(102)-2702/2019 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 iyun tarixli qərarı qismən – iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş və işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol verilmişdir. e. apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 19 iyun tarixli 21(107)-55/2020 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı qismən-iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilmiş, cavabdeh tərəfindən X12, X5, X13, X10 adına verilmiş JN-15xx xxx xnömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın xnömrəli planşeti 1173,45 kv.m olan hissədə də ləğv edilməklə İddiaçı1 adına verilmiş A seriyalı 206411 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilərək həmin torpaq sahəsinin Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-10/2019 saylı qərarı ilə xnömrəli planşetin ləğv edilmiş 125.8 kv.m hissəsi ilə birlikdə yeni plan-ölçü sənədinin verilməsi öhdəliyi cav abdehin üzərinə qoyulmuş, iddia tələbi iddia tələbinin təmin edilməmiş hissəsinin qalan hissəsində təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və digərləri JN-15xx xxx x nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın xnömrəli planşeti hissəsinin tam ləğv edilməsini tələb edir. x nömrəli planşet üzrə torpaq sahəsi 0,15 ha-dır. İddiaçıya isə Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001ci il tarixli 06 nömrəli qərarı ilə verilmiş 1298,53 kv.m həyətyanı torpaq sahəsi həmin planşetdə göstərilən torpaq sahəsinin daxilində yerləşir. Birinci instansiya məhkəməsi isə həmin planşeti 1298,53 kv.m hissədə ləğv etməli olduğu halda, iddiaçıya məxsus talvarın 32,7 kv.m tikintialtı hissəsi və tikintialtı sahəsi 93,1 kv.m olan tövlə b inasının yerləşdiyi hissədə ləğv etmişdir.

17. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər.

18. Üçüncü şəxs F.H.Maamiyeva həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən - iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətlərinin dəlilləri

19. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarında qeyd olunan göstərişləri yerinə yetirmədən, iş üzrə heç bir araşdırma aparmadan, işin həqiqi ha llarını nəzərə almadan, iş üzrə yenidən təkrar məhkəməmühəndis tikinti-texniki torpaqşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatəti təmin etmədən qərar qəbul etmiş, iddianın təmin edilməmiş hissəsində yenidən baxılıb iddianın tam təmin edilməsi barədə qərar qəbul etməli olduğu halda bunu etməmişdir.

20. Ali Məhkəmənin göstərişləri aşağı məhkəmələr üçün məcburidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin mövqeyi apellyasiya instansiya məhkəmələri üçün məcburidir.

21. Ali Məhkəmə iş materiallarının tədqiqi əsasında müəyyən etmişdi ki, Balakən rayonu Katex kənd icra nümayəndəliyinin 1991-1995, 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitablarında iddiaçılara a id təsərrüfatın həyətyanı torpaq sahəsinin 0,13 ha olduğu və həmin təsərrüfatda 1968-ci ildə tikilmiş dam, 1984-cü ildə tikilmiş altıaçıq (naves) olduğu göstərilmişdir.

22. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarına əsasən İddiaçı1 verilmiş 1298,53 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı A seriyalı 206411 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Eyni zamanda, Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 01 nömrəli qərarı ilə X11 və ailə üzvlərinin ümumi mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ayrılmış 1,20 ha (planşet 1554-2800,51 kv.m, planşet 1554A-2066,43 kv.m, planşet 1554B-1726,36 kv.m, planşet 1554C-3863,26 kv.m, planşet 1554D-1545 kv.m) JN-15xx xxx xnömrəli Torpağa mülk iyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.

23. Cavabdehin xx.xx.2015-ci il tarixli məktubunda da iddiaçılar İddiaçı1, İddiaçı2 və X17 istifadəsində olan talvarın 32,7 kv.m tikintialtı hissəsi və tikintialtı sahəsi 93,1 kv.m olan tövlə binası üçüncü şəxs X3 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş JN- 15xx xxx xnömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi göstərilmişdir.

24. Məhkəmə heç bir araşdırma aparmadan bu qənaətə gəlmişdir ki, iş üzrə üçüncü şəxslər iddiaçılara məxsus tikililərdən istifadəyə maneçilik törətmir, gediş-gəliş yolunu bağlamırlar həyətə gedən yolun qapısını qıfıllamırlar.

25. Bundan əlavə, məhkəmə qərar qəbul edərkən iş materiallarına əlavə edilmiş və sübut növü kimi qiymətləndirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin xx xxxx 2015-ci il tarixli 10809 nömrəli rəyini nəzərə almamışdır. Belə ki, həmin qərarın nəticə hissəsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazı İdarəsinin xx xxxx 2015-ci il tarixli **********811 saylı məktubunda göstərilən məlumatlar nəzərə almaqla Balakən rayonu Katex kəndində yerləşən iddiaçıların istifadəsində olan talvarın 32.7 kv.m tikintialtı hissəsinin və tikintialtı hissəsinin 93.1 kv.m olan tövlə binasının üçüncü şəxs X3 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, x nömrəli kod xtorpağın mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən edi lir. İddiaçılara məxsus tikililərin yerləşdiyi torpaq sahəsi 0.15 ha sahəyə aid olduğu müəyyən edilir.

26. İddiaçılara məxsus tikililərin yerləşdiyi torpaq sahəsi x saylı Dövlət Aktındakı xsaylı planşetdə (cizgidə) göstərilən 0,15 ha olan sahəyə aiddir. Eyni zamanda iş materiallarında olan xəritədən çıxarışa əsasən iddiaçıların adına verilmiş JN-1685 saylı Dövlət Aktından göstərilən torpaq sahəsi X3 adına verilmiş x saylı Dövlət Aktında göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür. Birinci instansiya məhkəməsi yerində müayinə zamanı müəyyən etmişdir ki, İddiaçı1 A seriyalı ******* nömrəli torpaq sahəsinin planı və ölçüsü ilə verilmiş 1298,53 kv.m həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən tikililər X3 adına verilmiş x nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın xplanşetində yerləşir və bu fakt cavabdehin nümayəndəsi tərəfindən qəbul edilmiş, habelə bu hal 3-cü şəxs tərəfindən mübahisələndirilməmişdir. Məhkəmələr bu halı nəzərə almamışdır.

27. Bundan əlavə, İddiaçı1 verilmiş 1298,53 kv.m həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikililərə getmək üçün istifadə olunan yeganə gediş-gəliş yolunu və darvazasının x nömrəli “Torpağa mülkiyyət hüququn dair Dövlət Aktı”nın xplanşetində olan torpaq sahəsində yerləşməsi habelə üçüncü şəxs X6 məxsus təsərrüfata getmək üçün isə istifadə olunan müstəqil gediş-gəliş yolunun və darvazasının olduğu müəyyən edilmişdir. Həmçinin, X11 bildirmişdir ki, x nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın xplanşetində olan torpaq sahəsində yerləşən gediş-gəliş yolu və darvaza onun təsərrüfatı na olan torpaq sahəsi və orda yerləşən tikililərlə bağlı istifadə edilmir və ona məxsus təsərrüfatın müstəqil gediş-gəliş yolu və darvazası var.

28. İPM-in 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və tikililəri ilə, onların təqdim etdikləri sübutlarla və içdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

29. Üçüncü şəxs F.H.Maamayevanın kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, o cümlədən, vahid məhkəmə təcrübəsindən kənarlaşmış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş və bu dəlillərin nə üçün qəbul edilib-edilmədiyini əsaslandırmamışdır. Halbuki, İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

30. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından göründüyü kimi, “A seriyalı 206411 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilərək həmin torpaq sahəsinin Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019cu il tarixl i qərarı ilə xnömrəli planşetin ləğv edilmiş 125,8 kv.m hissəsi ilə birlikdə yeni plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.” Bununla da, məhkəmə özü-özlüyündə də etiraf edir ki, iddiaçıların subyektiv hüququ yalnız JN-15xx xxx xnömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın xnömrəli planşetində qeyd edilən 1545 kv.m-nin 125,8 kv.m hissəsində pozulur. Onda belə bir sual yaranır ki, nəyə görə üçüncü şəxslər Şəki Apellyasiya Məhkəməsi tərəfindən TN-15xx xxx xnömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın xnömrəli planşetində qeyd edilən 1545 kv.m torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarından bütövlükdə məhrum edilməlidirlər? Yerdə qalan 1419,2 kv.m torpaq sahəsinin iddiaçılara nə aidiyyətı var? İddiaçılar yerdə qalan 1419,2 k v.m torpaq sahəsinin də ləğv edilməsini tələb etməkdə hansı subyektiv hüquqlara malikdirlər?

31. JN-15xx xxx xnömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”ndan da göründüyü kimi, həmin dövlət aktında qeyd olunan torpaq sahələri Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə üçüncü şəxslərin mülkiyyətinə verilmişdir. Lakin məhkəmə JN-15xx xxx xnömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın verilməsinə əsas olmuş Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarını ləğv etmədən, həmin qərar əsasında verilmiş Dövlət aktının müəyyən hissədə ləğv edilməsi qənaətinə gəlmişdir. Halhazıradək də Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı üçüncü şəxslər aid hissədə qüvvədəd ir.

32. Ali Məhkəmənin birbaşa nəzarətini həyata keçirdiyi vahid məhkəmə təcrübəsindən də göründüyü kimi, X7 qərarlarının və dolayısı ilə həmin qərarla əsasında verilmiş sənədlərin (dövlət aktı, şəhadətnamə və s.) mübahisələndirilməsi müddəti ötürüldüyü üçün həmin iddialar mümkünsüz iddialardır və məhkəmələr həmin iddiaların mümkün sayılmaması barədə qərar qəbul edir.

33. Məhkəmə mübahisələndirilən qərarı qəbul etməklə vahid məhkəmə təcrübəsinin ziddinə getmiş və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsi prinsipinin tələblərini pozmuşdur. b. üçüncü şəxs F.H.Maamayevanın kassasiya şikayətinə iddiaçıların etirazının dəlilləri

34. İddiaçılar üçüncü şəxs F.H.Maamayeva nın kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, şikayətdə qeyd edilənlər əsassızdır və şikayətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulması göstərilməmişdir. c. məhkəmə icraatı iştirakçılarının izahatları

35. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

36. Üçüncü şəxs A.Ə.Mamiyev məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi.

37. Tərəflər və digər üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

38. Mülki Məcəllə: Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar... Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müə yyən əşyalar əvəzedilməz əşyalar sayılır...

39. Torpaq Məcəlləsi: Maddə

4. Torpaq sahəsi

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.

40. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdı rmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qə rardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

42. İş üzrə iddiaçılar və üçüncü şəxs X5 apellyasiya məhkəməsinin qərarının qismən ləğv edilməsini tələb etdiklərindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının həmin hissələrdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

43. Şikayətlər qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

44. Mülki Məcəllənin və Torpaq Məcəlləsinin yuxarıda istinad edilən normalarının tələblərinə görə, fiziki obyekt, daşınmaz fərdi-müəyyən əşya olan torpaq sah əsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir...

45. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli 10809 nömrəli rəyi ilə iddiaçıların istifadəsində olan talvarın və tövlə binasının üçüncü şəxslərə məxsus JN-15xx xxx xnömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən kənd təsərrüfatı təyinat lı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi, iddiaçılara məxsus tikililərin yerləşdiyi torpaq sahəsinin xnömrəli planşetdə (cizgidə) göstərilən, sahəsi 0,15 ha olan sahəyə aid olması müəyyən edilmişdir. 46. xnömrəli planşet üzrə torpaq sahəsi 0,15 ha, iddiaçılara məxsus olan (Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001ci il tarixli 06 nömrəli qərarı ilə verilmiş) torpağın sahəsi isə 1298,53 kv.m təşkil edir.

47. Məhkəmə kollegiyası razılaşır ki, iddiaçılara məxsus tikililərdən istifadəyə üçüncü şəxslər tərəfindən maneçilik törədilməsi ilə bağlı mübahisə hazırkı icraatın predmeti deyil. Həmçinin həmin faktın mövcudluğu bu iş üzrə istinad edilən hüquqmüəyyənedici sənədlərin qüvvəsinə hazırkı halda təsir etmir.

48. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi iddiaçıla ra məxsus torpaq sahəsinin üçüncü şəxslərə məxsus 0.15 ha torpaq sahəsinin məhz hansı hissəsində yerləşdiyini (torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarını) müəyyən etməli, iddianı da məhz həmin hissənin yerləşmə vəziyyətinə görə həll etməli idi. Belə ki, iddiaçıların istifadəsində olan talvarın və tövlə binasının üçüncü şəxslərə məxsus JN-15xx xxx xnömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi, iddiaçılara məxsus tikililərin yerləşdiyi torpaq sahəsinin xnömrəli planşetdə (cizgidə) göstərilən, sahəsi 0,15 ha olan sahəyə aid olması müəyyən edilsə də, mübahisənin düzgün həlli üçün torpaq sahələrinin yerləşmə vəziyyəti, məhz hansı hissələrdə üstüstə düşdüyü, buradan, iddiaçıların pozuld uğu iddia edilən subyektiv hüquqlarının hədləri dəqiq müəyyən edilməmişdir.

49. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən qərar ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

50. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayətlər qalan hissələrdə təmin oluna bilməz.

51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 19 iyun tarixli 21(107)-55/2020 nömrə li qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayətlər qalan hissələrdə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar