Məhkəmə qərarları › İş №2-1(102)-1681/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1681/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1681/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-969/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı 5 mart 1964-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2. ИТ ******* nömrəli əmək kitabçasının surətinə əsasən, iddiaçı 7 sentyabr 1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış və hal-hazırda işləməkdədir.

3. Azərbaycan Respublikası Şüvəlan ASC-nin (İqtisadi İnkişaf Nazi rliyinin xx.xx.2000-ci il tarixli, 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazası əsasında yaradılmışdır) 28 oktyabr 2020-ci il tarixli güzəştli arayışının surətinə əsasən, iddiaçı 16 dekabr 1982-ci il tarixdən 17 oktyabr 2000-ci il tarixədək metaləridici sexində nəzarətçi vəzifəsində işləmişdir. İddiaçının vəzifəsi (nəzarətçi) “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarına əsasən Siyahı İİ bölmə Vİİ kod 2092400a-13041 olaraq qeyd edilmişdir. 4. "xxxx" ASC-nin 7 nömrəli, 1 iyun 2021-ci il tarixli arayışına əsasən, iddiaçı 7 sentyabr 1981-ci il tarixindən 17 oktyabr 2000-ci il tarixədək keçmiş Bakı Alüminium Yayma Zavodunda, yəni indiki "xxxx" ASC-də hazır məhsulların, bərk ərintilərin və çətin əriyən metallardan hazırlanan məhsulun nəzarətçisi vəzifəsində işləmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Bundan başqa, 19 fevral 2013-cü il tarixdə zavodda yanğın baş verdiyindən zavodun arxiv sənədləri saxlanılan otağında bütün sənədlər yanmışdır. İşçilərin əmək haqları, əmrləri və T2 kartoçkaları yanmışdır. İddiaçinin da sənədləri yandığı üçün zavod ona heç bir sənəd təqdim edə bilməmişdir.

5. İddiaçı 10 noyabr 2020-ci il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

6. Cavab deh tərəfindən iddiaçıya ünvanlanmış 13 yanvar 2021-ci il tarixli, **********8 nömrəli imtina məktubunda bildirilmişdir ki, iddiaçının əmək kitabçasında və "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli yuxarıda qeyd olunan arayışında göstərilən metaləridici sexində nəzarətçi və texniki təchizat şöbəsində nəzarətçi vəzifələri “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarında qeyd olunan isti işlərdə və zərərli əmək şəraitli işlərdə məşğul olan əlvan metallurgiya məhsulunun nəzarətçiləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajının olmadığı hesab edilmişdir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi qeyd edilmişdir. Bildirilmişdir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 42000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19010,46 manat təşkil edir. Qeyd olunanlara əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

7. İddiaçı 23 fevral 202 1-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 8. 1 oktyabr 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1981-ci il tarixindən xx.xx.2020ci il tarixədək keçmiş Bakı Alüminium Yayma Zavodunda, yəni indiki “Şüvəlan ASC”-də hazır məhsulların, bərk ərintilərin və çətin əriyən metallardan hazırlanan məhsulların nəzarətçisi vəzifəsində işləməsini nəzərə alaraq, güzəştli şərtlərlə pensiya təyinatına dair qərar qəbul edilməsi xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə cavabdehə güzəştli şərtlərlə əmək pensiyası hüququnun təminatı ilə əlaqədar ərizə ilə müraciət etmiş və cavabdeh yuxarıda qeyd olunan məktubla onun ərizəsinə imtina cavabı vermişdir. Hesab etmişdir ki, onun əmək stajı, fəaliyyəti və yaşı qanuna əsasən güzəştli şərtlərlə pensiya təminatına imkan verməkdədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunvericilikdə üç tələb müəyyənləşdirilmişdir: yaş, staj və pensiya kapitalı. İddiaçı qeyd olunan tələblərdən ikisinə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 42 000.00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19010.46 manat təşkil edir. Bundan əlavə, iddiaçı ondan tələb olunan güzəştli iş stajına da malik deyil. Belə k, iddiaçı tərəfindən təqdim edilən güzəştli arayışda Nazirlər Kabinetinin müvafiq siyahısındakı 2092400a-13041 koduna istinad olunmuşdur. Həmin koda uyğun gəlməsi üçün iddiaçı 1) Metallurgiya istehsalatı (əlvan metallar) sahəsində 2) bərk ərintilərin və çətin əriyən metalların istehsalında 3) isti işlərdə və zərərli əmək şəraitli işlərdə məşğul olan əlvan metallurgiya məhsulunun nəzarətçisi peşəsində çalışmalı idi. İddiaçının arayışında isə onun yalnız metaləridici sexdə nəzarətçi olduğu qeyd olunmuş və digər tələblərə cavab verdiyi müəyyən olunmamışdır. İddiaçının cav abdehə qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4541/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim A.P.Oruczadə) iddia təmin edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu və zifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

13. İddiaçının güzəştli 1982-2000-ci illər arsında işlədiyi sahənin bərk ərintilərin və çətin əriyən metalların istehsalı olub-olmamasının, isti idə zərərli əmək şəraiti işlərdə işləyib- işləməməsinin, əlvan met allurgiya məhsulunun nəzarətçi vəzifəsində işləyib- işləməməsinin, işlədiyi vəzifələrin güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə əsas verib-verməməsinin araşdırılması üçün məhkəmə tərəfindən iddiaçının işlədiyi "xxxx" ASC-yə sorğu göndərilsə də, "xxxx" ASC 1 iyun 2021-ci il tarixli 7 №-li arayışında xx.xx.2013-cü il tarixində zavodda yanğın başverdiyindən zavodun arxiv sənədləri saxlanılan otağında bütün sənədlərin yandığını, işçilərin əmək haqlarının, əmrlərinin və T2 kartoçkalarının yandığını, həmçinin iddiaçının da sənədləri yandığı üçün zavodun ona heç bir sənəd verə bilmədiyini bildirmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının Vİİİ bölməsində (Metallurgiya istehsalatı (əlvan metallar)) nəzərdə tutulan “isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan əlvan metallurgiya məhsulunun nəzarətçiləri” (2090100a—13041) vəzifəsinə uyğunluğu müəyyən edilmir. Belə olan halda, iddiaçı üçün tələb olunan 10 il güzəştli iş stajı tamamlanmır. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının nə əvvəllər qüvvədə olan, nə də ki hazırkı qanunvericilik normalarına müvafiq olaraq tələb olunan güzəştli stajı olmadığından iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini tələb etməkdə haqlı deyildir.

15. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-969/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.C.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4541/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmişdir. İddia tələbi təmin edilmiş, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın müraciət etdiyi xx.xx.2020-ci il tarixindən əvvəlki 3 il üçün, yəni xx.xx.2017-ci il tarixindən hesablanaıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iş materiallarına əlavə olunmuş və məhkəmə kollegiyası tərəfindən əslin ə baxış keçirilmiş «İT-İ ******* nömrəli əmək kitabçasının surətinə (1-ci səhəifəsinə) əsasən müəyyən olunur ki, onun əmək kitabçası xx.xx.1981-ci il tarixdə açılaraq doldurulmasına başlanılmışdır. Kitabçanın 1-ci səhifəsində iddiaçı barədə məlumatlar onun imzası və işəgötürənin məsul şəxsinin imzası və müəsisəsinin gerbli dairəvi möhürü ilə təsdiq olunmuş, kitabçanın iddiaçının əmək fəaliyyətini əks etdirən növbəti səhifələrinin bütün qeydləri sıra ardıcılığı ilə nömrələnmiş, işə girmə və azad edilmə tarixləri, müvafiq əmrlərin nömrəsi və tarixi təsbit olunmaqla, həmin dövrün əlifba (Kirill) yazısı ilə doldurulmuş, yazılarda qaralamalar, digər pozuntular yoxdur, kitabçanın vərəqlərinin tamlığı pozulmamışdır.

18. Eyni zamanda, kitabçanın ikinci vərəqinin birinci («01») qeydinə görə iddiaçı xx.xx.1981-ci il tarixində «Bakı Alüminium-Yayma Zavodu»nda metal-konstruksiyalar sexinə anbardar kimi işə qəbul olunmuşdur. Həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 2-ci hissəsinə əsasən əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün açılır. İddiaçı zavodda işə götürüldüyü 1981-ci ilin sentyabr ayının 7-dən 5 gün sonrakı gün istirahət (şənbə) gününə (xx.xx.1981-ci il tarixinə) düşür. Növbəti həftənin məhz 1-ci iş günü (bazar ertəsinə) xx.xx.1981-ci il tarixində ona «Bakı Alüminium-Yayma Zavodu»nda əmək kitabçası açılmışdır.

19. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, sənədlərin düzgünlüyü prezumpsiyası baxımından, iddiaçının əmək kitabçasının qeydlərində təsbit olunan məlumatları inandırıcı və sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qeyd olunanlar nəzərə alınmamış, "xxxx" ASC-də baş verən yanğın nəticəsində zavodun arxiv sənədlərinin yanmasına istinadən iddiaçının həmin zavodda işlədiyi dövrün nəzərə alınmasını mümkünsüz hesab etmişdir. Halbuki, zavodun sənədlərinin yanması iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Digər tərəfdən cavabdehin özü belə iddiaçının əmək kitaçasının qeydləri üzrə, hər hansı bir müəssisədə, o cümlədən Bakı Alüminium-Yayma Zavodunda (indiki "xxxx" ASC) çalışdığı dövrü mübahisələndirməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixinə qədər iş stajını aşağıdakı kimi müəyyən etmişdir: xx.xx.1981 - xx.xx.1982 Bakı Alüminium-Yayma Zavodunda metal konstruksiya sexində fəhlə-anbardar ( 1 il 3 ay 9 gün); xx.xx.1982 - xx.xx.1983 həmin şöbədə çəkici-nəzarətçi (4 ay 19 gün); xx.xx.1983 - xx.xx.2000 Texniki nəzarət bölməsində nəzarətçi ( 13 il 5 ay 12 gün); xx.xx.2000-xx.xx.2005 “Bəhram A” şirkətində operator ( 5 il 1 ay 28 gün).

22. Beləliklə, 2006-cı ilə qədər mövcud olan iş stajı ümumiləşdirildikdə, iddiaçının həmin tarixə 20 ildən çox (20 il 3 ay 8 gün) ümumi iş stajı müəyyən olunur. Həmin stajın 10 ildən çox hissəsini (13 il 5 ay 12 gün) Bakı Alüminium-Yayma Zavodunda xüsusilə zərərli iş şəraitində nəzarətçi vəzifəsində çalışmışdır. Belə ki, Bakı Alüminium Yayma Zavodunun bazasında yaradılmış "xxxx" ASC-nin hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş 28 oktyabr 2020-ci il tarixli və 1 2 may 2022-ci il tarixli arayışlarına əsasən müəyən edilmişdir ki, iddiaçının xx.xx.1981- xx.xx.2000-ci illərdə zavodda məhsulların isti bərk ərintilərin və çətin əriyən metallardan hazırlanan məhsulun metaləridici sexində nəzarətçi vəzifəsində işləmişdir və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının Vİİİ bölməsinin “2092304a- 13041” koduna görə ona güzəştli şərtlərlə təqaüdə çıxmaq imkanı verir.

23. Eyni zamanda, hazırkı mərhələdə "xxxx" ASC-nin məhkəməyə təqdim olunmuş 22 may 2022-ci il tarixl i, 14 nömrəli digər bir arayışında bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazasında "xxxx" ASC yaradılmışdır. "xxxx" ASC-nin əsas fəaliyyət sahəsi əlvan metalların isti və bərk şəraitdə əridilməsi, həmin metalların emal olunması və əlvan məftillərin istehsal olunmasından ibarət olmuşdur.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 2 nömrəli Siyahıda göstərilən həmin kod göstəricisinə uyğun olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndi ilə müəyyən olunan hüququ, yəni, 52 yaşından (yəni xx.xx.2016-cı il tarixindən) güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranır.

25. Cavabdeh tərəfindən iddiaçının fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalının mövcud olmadığını mübahisələndirməsinə gəldikdə isə hazırkı mübahisənin qanuni əsasını “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndi təşkil edir. Həmin norma isə pensiya kapitalı yığımını tələb etmir. Belə olan halda, cavabdehin həmin əsasa söykənən mövqeyi də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi baxımından əsassızdır. Beləliklə də sübuta yetirilir ki, cavabdeh əsassız olaraq qanunla üzərinə düşən öhdəliyini icra etməmişdir.

26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

27. Kassasiya şikayətinin dəlilləri id dia tələbinə qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaçının işləmiş olduğu peşəni 2092304a-13041 koduna uyğun hesab etmişdir. Lakin həmin koda uyğun gəlməsi üçün iddiaçı 1) Metallurgiya istehsalatı (əlvan metallar) sahəsində 2) boru presləmə, presləmə və məftil çəkmə istehsalatlarında 3) isti işlərdə və zərərli əmək şəraitli işlərdə məşğul olan əlvan metallurgiya məhsulunun nəzarətçisi peşəsində çalışmalı idi. İddiaçının arayışlarından isə onun boru presləmə, presləmə və məftil çəkmə istehsalatlarında işləmiş olması aydın olmur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu:... -9.1. Axırın cı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... -9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən e dilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.... 30. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1- ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peş ələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1- dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 52 yaş təşkil etmişdir).

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısı: Vİİİ bölmə - kod 2092304a- 13041

32. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

33. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şika yətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız h üquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, Bakı Alüminium Yayma Zavodunun bazasında yaradılmış "xxxx" ASC-nin 28 oktyabr 2020-ci il tarixli və 12 may 2022-ci il tarixli arayışlarına əsasən iddiaçı xx.xx.1981- xx.xx.2000-ci illərdə zavodda məhsulların isti bərk ərintilərin və çətin əriyən metallardan hazırlanan məhsulun metaləridici sexində nəzarətçi vəzifəsində işləmişdir və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər K abinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının Vİİİ bölməsinin “2092304a13041” koduna görə ona güzəştli şərtlərlə təqaüdə çıxmaq imkanı verir.

39. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

40. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 2-1(103)-969/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar