Məhkəmə qərarları › İş №2-1(102)-1681/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1681/2025

28.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1681/2025 28.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X9 Cavabdehnə qarşı QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsindən) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Səyyad Kərimov və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı X9 Cavabdehnə (üçüncü şəxs X10) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)71/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Gədəbəy rayon Dö vlət Arxivinin xx.xx.2022-ci il tarixli 277 nömrəli arayışından görünür ki, Lenin küçəsində 10 nömrəli kommunal mənzildə yaşayan X4 adına qeyd edilmiş 1 otaqlı, sahəsi 20 kv.m olan kommunal mənzilin bütün ailə üzvlərinin razılığı ilə İddiaçı adına yazılması barədə Gədəbəy rayon XDS İK-nin 01 noyabr 1990-cı il tarixli 248 nömrəli qərarı arxivdə mühafizə olunur.

2. Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamından görünür ki, Gədəbəy şəhəri, Mehdi Quliyev küçəsi, ev 10, mənzil 3 ünvanda yaşayan Təranə Sadıqovanın mərhum atası X4 adına verilmiş mənzilə dair orderin itdiyi və onun atasının öldüyü nəzərə alınaraq X2 adına yeni order verilməsi qərara alınmışdır.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gədəbəy şəhəri, M.Quliyev küçəsi, ev 13, mənzil 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. İddiaçı Gədəbəy şəhəri, M.Quliyev küçəsində 13 nömrəli binada yerləşən mübahisə predmeti olan 3 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatın alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmişdir.

5. Cavabdeh tərəfindən həmin müraciətə xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, təqdim etdiyi sənədlərdə göstərilən mənzilə dair X2 adına xx.xx.2012-ci il tarixli **********85-05101-093002 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi verilmişdir. Ona gö rə də eyni ünvana dair təkrar qeydiyyatın aparılmasının mümkün olmadığını nəzərə alaraq, ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 mart 2012-ci il tarixli 31 nömrəli orderin və Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamının ləğv edilməsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 3-cü şəxsin adına Gədəbəy rayonu, M.Quliyev küçəsi ev 13, mənzil 3-ə dair verilmiş xx.xx.2012-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş et mişdir.

7. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiadan “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 3-cü şəxsin adına Gədəbəy rayonu, M.Quliyev küçəsi ev 13, mənzil 3-ə dair verilmiş xx.xx.2012ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi” hissəsinin xaric edilməsi və Cavabdeh 07 mart 2012-ci il tarixli 31 nömrəli orderi və Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə xx.xx.2023-cü il tarixli qərardadla məhkəmənin icraatına qəbul edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X4 adına olmuş keçmiş ünvan 1 ünvandakı kommunal mənzil rayon XDS İcraiyyə Komitəsinin 248 saylı 01 noyabr 1990-cı il tarixli qərarı ilə kommunal mənzilinin bütün üzvlərinin razılığı ilə onun adına yazılmış, kommunal müəssisəsinin müdirinə tapşırılmışdır ki, mənzilin adına sənədləşdirilməsi təmin edilsin. O, tez-tez işləmək üçün Rusiya Federasiyasına gedib gəlmiş, ailə üzvləri ilə mübahisəli mənzildə qeydiyyatda durub, bu gün də qeydiyyatdadır. O, bu yaxınlarda mənzili adına rəsmiləşdirmək istəmiş, ancaq ona bildirmişlər ki, mənzilə dair xx.xx.2012-ci il tarixdə iş üzrə üçüncü şəxsin adına çıxarış verilmişdir. Mənzil 3-cü şəxsin adına özəlləşdirilərkən İcra hakimiyyətinin başçısının sərəncamı ilə mənzil özəlləşdirilərkən mənzildə qeydiyyatda olan şəxslərin razılığı alınmamış, həm də Gədəbəy rayon XDS-nin icraiyyə komitəsinin 01 noyabr 1990-cı il tarixli, 248 saylı qərarı qüvvədə olmuşdur.

9. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-697/2023 nömrəli qərardadı ilə (hakim Emin Axundov) iddiaçı X11 buraxılmış prosessul müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır.

11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-307/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-697/2023 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş materialları iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.

12. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-332/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmiş, Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamının ləğv edilməsi qət edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən mənzilin iddiaçı X13 verilməsinə dair inzibati aktın - Gədəbəy rayon XDS İKnin 01 noyabr 1990-cı il tarixli 248 nömrəli qərarının qüvvədə olmasına baxmayaraq, Cavabdeh başçısı Gədəbəy şəhəri, Mehdi Quliyev küçəsi, ev 10, mənzil 3 ünvanda yaşayan Təranə Sadıqovanın mərhum atası X4 adına verilmiş mənzilə dair orderin itdiyi və onun atasının öldüyü nəzərə alınaraq X2 adına yeni order verilməsi barə də 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncam qəbul etmiş və həmin sərəncam əsasında X2 adına yeni order verilmişdir. Digər tərəfdən, mübahisəli evə dair X2 adına yeni order verilməsi barədə Cavabdeh başçısının 32 nömrəli sərəncamı 12 mart 2012-ci il tarixdə qəbul edilmişdir ki, bunun özü də mənzil qanunvericiliyinin pozulmasına və sərəncamın qanunsuzluğuna dəlalət edir.

44. Belə ki, həmin sərəncam qəbul olunan zaman qüvvədə olan mənzil qanunvericiliyində orderin verilməsi nəzərdə tutulmamışdır, yalnız mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən müvafiq icra hakimiyyəti orqanı ilə kirayəçi arasında sosial kirayə müqaviləsi bağlana bilərdi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda da Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas hesab olunur.

14. Üçüncü şəxs X10 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-71/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Rzaquliyev - sədrlik edən və məruzəçi, R.Məcidov və L.Süleymanov) üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qə rarı ləğv edilmiş, yeni qərar çıxarılmış, iddiaçı X9 Cavabdehnə (üçüncü şəxs X10) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən X9, ona mənsub torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarının Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamı ilə məhdudlaşdığını qeyd etmiş olsa da, qeyd edilən ünvandakı mənzilin iddiaçıya məxsus olmadığını nəzərə almamışdır. Belə ki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ən azından 2001-ci ildən ünvan 3 ünvanda yaşamamaqla ünvan 4 ünvanlar eynilik təşkil etmir, yəni iddiaçı nın həmin mənzildən istifadə hüququ saxlanmamışdır. Birinci instansiya məhkəməsi isə bu halı araşdırmadan iddianı təmin etmişdir.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını yaxud işin təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

18. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı kassasiya şikayətinə əlavə etdiyi DƏDKR PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 18 fevral 2025-ci il tarixli arayışından görünür ki, 11 saylı Şəmkir Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, ƏMDK tərəfindən təqdim edilmiş elektron baza məlu matlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən İddiaçı və Nümayəndə (həyat yoldaşı) adlarına daşınmaz əmlak aşkar edilməmişdir. Yəni, mübahisəli mənzildən başqa İddiaçı, yaxud həyat yoldaşı Nümayəndə adlarına hər hansı əmlak yoxdur. Belə olan halda məhkəmə iddiaçının Azərbaycana gələn zaman “mübahisəli ünvandakı evdə yox”, başqa ünvanda qalması barədə qənaətə hansı əsasla gəlmişdir? Məhkəmənin də qeyd etdiyi kimi iddiaçı 2021-ci ilədək Azərbaycana gəlmişdir. Bu da onu göstərir ki, iddiaçının mənzilə dair hüquq münasibətləri 2009-cu ildən sonra da davam etmişdir. İddiaçının mənzildən istifadə hüququnun itirilməsinə hər hansı əsas olmamışdır (mənzilin verilməsinə dair qərarın qüv vədən düşməsi, məhkəmə qətnaməsi və s.)

19. Apellyasiya məhkəməsi qeyd edir ki,” iddiaçı ən azından 2001-ci ildən Gədəbəy şəhəri, Mehdi Quliyev küçəsi, ev 10, mənzil 3 ünvanında yaşamamaqla ünvan 5 ünvanlar eynilik təşkil etmir, yəni iddiaçının həmin mənzildən istifadə hüququ saxlanmamışdır”. Məhkəmənin hazırkı mövqeyi bir-birinə zidd olmaqla ikili xarakter daşıyır. Belə ki, bir tərəfdən məhkəmə Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 10 ünvanının ünvan 6iyini qeyd edir, digər tərəfdən, iddiaçının 2001-ci ildən Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 10 ünvanında yaşamamaqla istifadə hüququnun saxlanılmamasını qeyd edir. Məhkəmənin hər iki qənaəti ilə razı deyilik. Belə ki, iddiaçı özü müvəqqəti olaraq Rusiya Federasiyasına getsə də, ailə üzvləri həmin mənzildə yaşamışdır və iddiaçı vaxt aşırı Azərbaycana gələn zaman həmin evdə qalmışdır. Qeyd edilən iki ünvanın eynilik təşkil etməməsi barədə qənaətə isə məhkəmə DƏDKR PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli-321-3-40/2- 7463/2024 saylı məktubuna əsasən gəlmişdir. Belə ki, həmin məktubda DƏDKR phş-nin 11 saylı ünvan 7 ünvanı ilə Gədəbəy şəhəri, X23 küçəsi, ev 10 ünvanı eynilik təşkil etmir. Sözügedən küçə adları əvvəllər eyni küçə olmayıb”(səh.7). Məhkəmə həmin məktubu nəzərə almış, lakin iş materiallarında olan Cavabdeh Kommunal Müəssisələri Kombinatının 02.10.203-cü il tarixli 23 nömrəli məktubunu nəzərə almamışdır. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, Cavabdeh Kommunal Müəssisələri Kombinatı xx.xx.2023-cü il tarixli 23 nömrəli məktubla bildirmişdir ki, “ünvan 2 hal-h azırda M.Quliyev küçəsi adlanır. ünvan 9 ünvanında yerləşən mənzil əvvəllər Gədəbəy Kommunal Müəssisələri Kombinatının balansında olmuşdur. Həmin ünvanlar eyni mənzilə aiddir”. Məhkəmə bu iki məktubda öz əksini tapmış, bir-birinə zidd məlumatların aydınlaşdırılması üçün hər hansı addım atmamışdır. Məktubun birində, yəni DƏDKR 11 saylı Ərazi İdarəsinin məktubunda göstərilənləri həqiqət kimi qəbul etmiş, Cavabdeh Kommunal Müəssisələri Kombinatının məktubunda qeyd edilənləri həqiqət kimi qəbul etməmiş(nəzərə almamış, nəzərdən qaçırmış və s.) və sonuncu məktuba dair mövqe bildirməmişdir. Halbuki, Cavabdeh Kommunal Müəssisələri Kombinatının məktubunda göstərilənlər həqiqətə daha uyğundur. Çünki, arxiv məlumatlarında da göründüyü kimi mərhum X19 şəhərinin ərazisindən yalnız 1 mənzil ayrılıb, həm in mənzil də 1990-cı ildə İddiaçı adına yazılmışdır. Həmin mənzilin ünvanı əvvəllər “Lenin küçəsi ev 10”, sonradan “M.Ə.Rəsulzadə küçəsi ev 10” olmuşdur. Üçüncü şəxs Təranə Sadıqovanın guya atasına verilmiş, lakin orderi itmiş kimi göstərib 2012ci ildə sərəncam aldığı mənzil bəs nə zaman Sadıq Sadıqova verilib(SSR dövründə bir şəxsin adına iki mənzil verilməsinin mümkün olmamasını da nəzərə alsaq), bu barədə arxiv sənədləri varmı, həmin mənzilin Mehdi Quliyevdən əvvəlki ünvanı necə olub, iddiaçının və ailə üzvlərinin qeydiyyatda olduğu X23 küçəsi ev 10 əvvəllər necə adlanıb, kimə məxsus olub və hazırda kimə məxsusdur? Məhkəmə bunları araşdırmadan qərar çıxarmışdır. Hazırkı kassasiya şikayətinə əlavə etdiyimiz DƏDKR PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 18 fevral 2025-ci il tarixli arayı şından görünür ki, Gədəbəy şəhəri, X23 küçəsi ev 10 ünvanında yerləşən fərdi yaşayış evi Milli Qeydiyyat Sistemində aşkar edilməmişdir. Bu arayışdan belə məlum olur ki, əvvəla, X23 küçəsi ev 10 kommunal mənzil deyil, fərdi yaşayış evi ola bilər. İkincisi, belə bir ünvan hazırda ümumiyyətlə yoxdur. Belə olan halda sual ortaya çıxır ki, bəs iddiaçının və onun ailə üzvlərinin pasport qeydiyyatında olduqları Gədəbəy şəhəri, X23 küçəsi, ev 10 ünvanı necə oldu? Məntiq isə bunu deyir ki, həmin ünvan, bir çox rast gəldiyimiz hallarda olduğu kimi, başqa ünvana dəyişmişdir. Yəni Gədəbəy şəhəri, X23 küçəsi, ev 10 ünvanının hazırda ünvan 13ilmiş məktub şübhə doğurmur. Lakin apellyasiya məhkəməsi qeyd etdiyimiz sualların aydınlaşdırlması və həqiqətin ortaya çıxması üçün heç bir araşdırma aparmamışdır.

20. Buna görə də iddiaçı kassasiya şikayətində apelyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını yaxud işin təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 g ün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyy ətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtı nda verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2025ci il tarixli, 2-1(104)-71/2025 saylı qərarla yuxarıda göstərilmiş nəticəyə gələrkən belə hesab etmişdir ki, “birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən X9, ona mənsub torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlar ının Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamı ilə məhdudlaşdığını qeyd etmiş olsa da, qeyd edilən ünvandakı mənzilin iddiaçıya məxsus olmadığını nəzərə almamışdır. Belə ki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ən azından 2001-ci ildən ünvan 3 ünvanda yaşamamaqla ünvan 4 ünvanlar eynilik təşkil etmir, yəni iddiaçının həmin mənzildən istifadə hüququ saxlanmamışdır. Birinci instansiya məhkəməsi isə bu halı araşdırmadan iddianı təmin etmişdir.”

25. İddiaçının kassasiya şikayətindəki birinci dəlili ondan ibarətdir ki, “... mübahisəli mənzildən başqa İddiaçı, yaxud həyat yoldaşı Nümayəndə adlarına hər hansı əmlak yoxdur. Belə olan halda məhkəmə iddiaçının Azərbaycana gələn zaman “mübahisəli ünvandakı evdə yox”, başqa ünvanda qalması barədə qənaətə h ansı əsasla gəlmişdir? Məhkəmənin də qeyd etdiyi kimi iddiaçı 2021-ci ilədək Azərbaycana gəlmişdir. Bu da onu göstərir ki, iddiaçının mənzilə dair hüquq münasibətləri 2009-cu ildən sonra da davam etmişdir. İddiaçının mənzildən istifadə hüququnun itirilməsinə hər hansı əsas olmamışdır (mənzilin verilməsinə dair qərarın qüvvədən düşməsi, məhkəmə qətnaməsi və s.).”

26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin dəlili əsassızdır.

27. Belə ki, işin İ cildinin 12 səhifəsindəki Gədəbəy şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1402 saylı arayışdan görünür ki, İddiaçı arvadı X5, X14 və X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 10 ünvanında qeydiyyatdadırlar.

28. İşin İ cildinin 68-ci səhifəsindəki Cavabdeh başçısının şəhər İ.Ə.D üzrə nümayə ndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-44/2-32/2023 saylı arayışdan görünür ki, Gədəbəy şəhəri, M.Quliyev hazırkı tarixədək X10, X6, X16 və X18 yaşayırlar.

29. İşin İ cildinin 82-ci səhifəsindəki Cavabdeh Kommunal Müəssisəsi Kombinatı tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 05 saylı arayışdan görünür ki, X8 həqiqətən Gədəbəy rayonunun M.Quliyev küçəsi, 10 evdə yaşayır.

30. Bina Gədəbəy Rayon Kommunal Müəssisəsi Kombinatına aiddir. Əsas kirayəçi X3r.

31. İşin İ cildinin 121-ci səhifəsindəki Cavabdeh Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 23 saylı məktubda göstərilmişdir ki, “Gədəbəy şəhəri, Lenin küçəsi 10 hal hazırda M.Quliyev küçəsi adlanır. ünvan 15 ünvanında yerləşən mənzil əvvəllər Gədəbəy Kommunal Müəssisələri Kombinatının balansında olmuşdur. Bildiririk ki, həmin ünvanlar eyni mənzilə aiddir.”

32. Həmçinin işin İ cildinin 123-cü səhifəsindəki cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Keçmiş Lenin, indiki M.Ə.Rəsulzadə küçəsi 10 ünvanı ilə M.Quliyev küçəsi 13, mənzil 3 ünvanları eynilik təşkil etmir.”

33. Eyni zamanda işin İİ cildinin 15-ci səhifəsindəki Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda yazılmışdır ki, “vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixində yeni nəsil şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur və o xx.xx.2005-ci il tarixdən Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.”

34. Bununla yanaşı işin İİ cildinin 48-ci səhifəsindəki Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli 338-33/2-4839/24 saylı məktubunda göstərilir ki, “xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 2002-2022-ci illər ərzində dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: İddiaçı xx.xx.2005-ci il tarixdə sovet hökuməti pasportu ilə ölkəyə (Azərbaycana) daxil olmuş, xx.xx.2005-ci il tarixdə ümum vətəndaş pasportu ilə çıxmış; xx.xx.2005-ci il tarixdə ölkəyə daxil olmuş, xx.xx.2005-ci il tarixdə çıxmış; 15.04.210-cu ildə ölkəyə daxil olmuş, xx.xx.2010-cu ildə çıxmış; xx.xx.2021-ci il tarixdə ölkəyə daxil olmuşdur.”

35. Beləliklə iddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 16 il ərzində Azərbaycanda cəmi 41 gün olmuş və yuxarıda göstərilənlərdən göründüyü kimi də ölkədə olduğu müddətdə mübahisəli ünvandakı evdə yaşadığını təs diq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

36. Belə olan halda apelyasiya məhkəməsi düzgün olaraq xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə istinad etmiş, belə ki, həmin maddəyə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.

37. İddiaçının kassasiya şikayətindəki digər dəlili isə ondan ibarətdir ki, “məhkəmə... iş materiallarında olan Cavabdeh Kommunal Müəssisələri Kombinatının xx.xx.2023-cü il tarixli, 23 nömrəli məktubunu nəzərə almamışdır... məktubla bildirilmişdir ki, ünvan 2 hal-hazırda M.Quliyev küçəsi adlanır. ünvan 17 ünvanında yerləşən mənzil əvvəllər Gədəbəy Kommunal Müəssisələri Kombinatının balansında olmuşdur. Həmin ünvanlar eyni mənzilə aiddir. Arxiv məlumatlarında ( bu söz kassasiya şikayətində yazıldığı kimi verilib -Qeyd Ali Məhkəmənindir).

38. X19 şəhərinin ərazisindən yalnız 1 mənzil ayrılıb, həmin mənzil də 1990-cı ildə İddiaçı adına yazılmışdır. Həmin mənzilin ünvanı əvvəllər “Lenin küçəsi ev 10”, sonradan “M.Ə.Rəsulzadə küçəsi ev 10” olmuşdur.

39. Daha sonra iddiaçı kassasiya şikayətində cavabdehin xx.xx.2025-ci il tarixli istinadən belə qənaətə gəlir ki, “əvvəla, M.Ə.Rəsulzadə küçəsi ev 10 kommunal mənzil deyil, fərdi yaşayış evi ola bilər. İkincisi, belə bir ünvana hazırda ümumiyyətlə yoxdur. Yəni, ünvan 18zırda ünvan 19 məktub şübhə doğurmur”.

40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır.

41. Belə ki, əvvəla iddiaçının kassasiya şikayətində yazdığı kimi “... Gədəbəy şəhəri, M.Ə.Rə sulzadə küçəsi, ev 10 ünvanının hazırda ünvan 13ilmiş məktub şübhə doğurmur” göstərməsi hər hansı bir səlahiyyətli orqanın məktubu ilə təsdiq olunmur.

42. Digər tərəfdən işin İİ cildinin 44-cü səhifəsindəki cavabdehin məktubunda qeyd edilmişdir ki, “Bildiririk ki, ünvan 3 ünvanı ilə ünvan 20çə adları əvvəllər eyni küçə olmayıb.”

43. Beləliklə iddiaçının kassasiya şikayətində iddia etdiyi “Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 10 ünvanının hazırda ünvan 21sassız olmaqla, öz təsdiqini tapmamışdır.

44. Həmçinin iş materiallarında olan Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamından görünür ki, Gədəbəy şəhəri, Mehdi Quliyev küçəsi, ev 10, mənzil 3 ünvanda yaşayan Təranə Sadıqovanın mərhum atası X4 adına verilmiş mənzilə dair orderin itdiyi və onun atasının öldüyü nəz ərə alınaraq X2 adına yeni order verilməsi qərara alınmışdır. (səh 24-25)

45. Burada Məhkəmə kollegiyası xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, işin İ cildinin 186-187-ci səhifələrindəki həmin qərarda evin yerləşdiyi ünvan göstərilməmiş, qərarın mərhum X12 aid olan hissə isə aşağıdakı kimi yazılmışdır: “Tapdıqov İsanın yaşadığı kommunal təsərrüfatı şöbəsinin balansında olan ev rayon tədarük kontorasının işçisi X12”, “müstəntiq Mustafazadənin yaşadığı kommunal təsərrüfatı şöbəsinin balansında olan otaq Rayon İcraiyyə Komitəsinin şoferi X7” verilsin.

46. Eyni zamanda iş materiallarında olan Gədəbəy rayon XDS İK-nin 01 noyabr 1990-cı il tarixli 248 nömrəli qərarından görünür ki, həmin qərar ilə şəhər sakini, Lenin küçəsində 10 nömrəli kommunal mənzildə yaşayan X4 adına qeyd edilmiş 1 otaqlı, sahəsi 20 kv.m olan kommunal mənzilin bütün ailə üzvlərinin razılığı ilə İddiaçı adına yazılması qərara alınmışdır.

47. Lakin qeyd edilməlidir ki, iş materiallarında ailə üzvlərinin razılığına dair heç bir sənəd yoxdur.

48. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi “Azərtexinventarlaşdırma” İstehsalat İdarəsi tərəfindən verilmiş Gədəbəy şəhəri, Mehdi Quliyev küçəsi 10 saylı evin 3 saylı mənzilinin texniki pasportunun surətindən görünür ki, həmin mənzilin texniki pasportu Gədəbəy rayonu Kommunal Müəssisələr Kombinatının xx.xx.2002-ci il tarixli arayışı əsasında X2 adına işlənmişdir.

49. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamı ilə Gədəbəy şəhəri, Mehdi Quliyev küçəsi, ev 10, mənzil 3 ünvanda yaşayan Təranə Sadıqovanın mərhum atası X4 adına verilmiş mənzilə dair orderin itdiyi və onun atasının öldüyü nəzərə alınaraq X2 adına yeni order verilməsi qərara alınmışdır.

50. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 nömrəli arayışından görünür ki, Gədəbəy şəhəri, M.Quliyev küçəsində 13 nömrəli binada yerləşən mübahisə predmeti olan 3 nömrəli mənzil üzərində X2 adına tam mülkiyyət hüququ ilə 17 aprel 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: Cavabdeh başçısı tərəfindən verilmiş 07 mart 2012-ci il tarixli 31 nömrəl i order, Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamı və Gədəbəy rayon Kommunal Müəssisələr Kombinatının 02 fevral 2012-ci il tarixli 5 saylı 2 nömrəli forma üzrə arayışı.

51. Beləliklə, iddiaçının kassasiya şikayətində göstərmiş olduğu dəlilləri iş materialları ilə təkzib olunduğundan, məhkəmə kollegiyası tərəfindən əsassız hesab olunur.

52. Belə olan halda kassasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsi xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-71/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar