Məhkəmə qərarları › İş №2-1(102)-1682/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1682/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1682/2020 22.09.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə qarşı “müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətinin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-144/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı olaraq iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixində 032660 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir və həmin tarixdən cavabdeh tərəfindən ona müharibə veteranları üçün nəzərdə tutulmuş Prezident təqaüdü ödənilir.

2. İddiaçı cavabdehə müraciət edərək 2003-cü ildən 2019-cu ilin aprel ayınadək on a verilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq ona ödənilməsini xahiş etmiş, cavabdeh orqan xx.xx.2019-cu il tarixli, **********1 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, iddiaçıya veteran vəsiqəsi verildiyi xx.xx.2019-cu il tarixindən ona təqaüd ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək “müharibə veteranı” üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 -1(116)-102/2020 nömrəli qərarına əsasən (hakim-İ.H.Cabbarov) iddianın təmin edilməsi, cavabdehin üzərinə iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş və xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək ödənilməmiş müavinətin birdəfəyə ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

5. Məhkəmə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsini rəhbər tutaraq hesab etmişdir ki, iddiaçıya xx.xx.2019-cu il tarixindən müharibə veteranı statusu verilmişdir və mövcud qanunvericiliyə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün, yəni xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət hesablanaraq ona ödənilməlidir.

6. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.x x.2020-ci il tarixli, 2-1(116)-102/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-144/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – V.İ.Məlikov, hakimlər – R.R.Rəfiyev, E.Ş.Hüseynov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-102/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının “Sosial müavinətlər haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, iddiaçının müharibə vete ranı vəsiqəsini aldığı xx.xx.2019-cu il tarixindən əvvəlki üç il üçün müavinət almaq hüququ vardır.

9. Məhkəmə qərarını cavabdeh xx.xx.2020-ci il tarixində rəsmi qaydada almışdır. Həmin qərar iddiaçıya göndərilsə də, iddiaçının qərarı rəsmi qaydada əldə etməsini təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır.

10. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)144/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c. Kassasiya şikayətinin dəlilləri

11. Cavabdehin kassasiya şikayətinin dəlilləri nə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Buna görə də, iddiaçıya veteranlar üçün müəyyən edilmiş güzəştlər, yəni hazırkı halda sosial müavinətin verilməsi ona veteran adının verilməsindən sonrakı dövr üçün nəzərdə tutulmuşdur və əvvəlki 3 ilə görə iddiaçıya sosial müavinət ödənilməməlidir.

12. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə müharibə veteranlarına xx.xx.2019-cu il tarixindən Prezident təqaüdü təyin edilmişdir. İddia çı isə “müharibə veteranı” adı və vəsiqəsini xx.xx.2019-cu il tarixində aldığından “Sosial müavinətlər haqqında” Qanunun təsir dairəsinə düşməmiş və sosial müavinət almamışdır. Lakin məhkəmələr bu məqama diqqət yetirməmişdir.

13. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, bu da öz növbəsində qərarın kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. d. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. e. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə onun izahatı dinlənilməmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

18. Həmin maddənin 4-cü bəndinə görə, təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. 19. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 37 manat məbləğində sosial müavinət təsis edilmişdir.

20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 168 nömrəli Fərmanına əsasən sözügedən müavinətin məbləği 55 manat müəyyən edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanı ilə həmin yarımbənd ləğv edilmiş və həmin tarixdə Azərbaycan Respublikası Prezidentinin 641 nömrəli Fərmanı ilə müharibə veteranlarına xx.xx.2019-cu il tarixindən Prezident təqaüdü təyin edilmişdir. 21. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

22. Həmin Qanunun müddəalarına müvafiq ol araq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir.

23. Müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin və Əsasnamənin Silahlı Qüvvələrə tətbiqinə dair Müdafiə Nazirinin 4 saylı xx xxxxxx 1998-ci il Əmri ilə təsdiq edilmiş ‘Təlimat’ın tələblərinə uyğun olaraq verilir. 24. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.

25. Azərbaycan Respublikası İnzib ati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

26. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

27. Həmin Məcəllənin 96.5.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda A li Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-144/2020 nömrəli qərarı ilə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

31. Cavabdehin əsaslı dəlili ondan ibarətdir ki, artıq xx.xx.2019-cu il tarixindən etibarən (bax: qərarın 18-ci bəndi) müharibə veteranları üçün müavinət yox, təqaüd ödənilir və xx.xx.2019-cu il tarixindən sonra veteran vəsiqəsini almış şəxslərə ancaq təqaüd ödənilir (bax: Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(102)-1283/2020 nömrəli qərarı).

32. Apelyasiya instansiyası məhkəməsi xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək müharibə veteranları üçün o zaman qüvvədə olan qanuna görə (hazırkı qərarın 18-ci bəndi) müavinətin ödənilməsi barədə qərar qəbul edərkən ona istinad etmişdir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2019-cu il tarixində verilsə də, onun müharibə veteranı olması faktı həmin müd dətdən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müəyyən edilmişdir. Belə ki, Azərbaycanın Dağlıq Qarabağ vilayətinin və daha 7 rayonun erməni işğalçılarından azad edilməsi ilə və aparılan döyüş əməliyyatları ilə bağlı 1994-cü il may ayından tərəflər arasında atəşkəs razılaşması əldə edilməsi hamıya bəlli olan haldır. İddiaçı da məhz həmin tarixədək olan döyüşlərdə iştirakına görə müharibə veteranı adı və vəsiqəsi almışdır. Bu halda iddiaçının yuxarıda istinad edilmiş qanunvericiliyin müddəalarına əsasən, cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün müavinətin hesablanıb ödənilməsi hüququ yaranmış olur və apelyasiya instansiyası məhkəməsi öz nəticəsini hazırkı qərarın 24-cü bəndində qeyd olunan maddi hüquq norması ilə əsaslan dırmamışdır.

33. Belə ki, hazırkı qərarın 24-cü bəndində göstərilən normanın məzmunundan aydın olur ki, aylıq müavinətlər onun almaq hüququnun yarandığı gündən, lakin “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra təyin edilir və ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilir.

34. Lakin Ali Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının 1994-cü ildə müharibə iştirakçısı olması faktı mübahisə predmetini təşkil etmir. Hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb edən fakt iddiaçı tərəfindən müharibə veteranı vəsiqəsinin alınması tarixidir.

35. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixinədək veteran vəsiqəsi aldığı təqdirdə ona hazırkı qərarın 24-cü maddəsində göstərilən normanın tələbləri tətbiq oluna bilər. Bunun üçün apelyasiya instansiyası məhkəməsi işə əlavə olun muş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən verilmiş arayışın (iş materialları: səh. 35) əsasını təşkil edən sənədləri həmin inzibati orqandan tələb etməklə işə əlavə etməli idi.

36. Apelyasiya instansiya məhkəməsi isə bu halı araşdırmamış, sözügedən sənədləri tələb etməyərək iddiaçıya ilk dəfə müharibə veteranı vəsiqəsinin nə vaxt verilməsini müəyyən etməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmayaraq hazırkı qərarın 25-ci bəndində göstərilən normaların tələblərini pozmuşdur.

37. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-144/2020 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməlidir.

38. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi iddiaçının ilk dəfə veteran vəsiqəsini nə vaxt aldığını müəyyən etmək məqsədi ilə iş materiallarının 35-ci səhifəsində olan məlumatın yoxlanılması üçün həmin arayışın əsasını təşkil edən sənədləri tələb edərək iş materiallarına əlavə etməli, nəticədən asılı olaraq qanuni və əsaslı qərar qəbul etməlidir.

39. Yuxarıda göstərilənlərə və İPM-in 96.5.1-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-144/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar