Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1682/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; iddianın verilmə müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 12.10.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçıların vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Cavabdehnə qarşı (üçüncü şəxslər: "xxxx" ASC, "xxxx" MMC, "xxxx" ASC) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 2021-ci il 9 iyun tarixli, 2-1(105)-304/2021 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçılar 2019-cu il 13 dekabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən "xxxx" MMC-nin adına verilmiş 2008-ci il 22 fevral tarixli, 165 saylı sərəncamın ləğv edilməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
2. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 31 avqust tarixli, 2-1(118)-458/2020 nömrəli qərardadı ilə "xxxx" ASC, "xxxx" MMC və "xxxx" ASC” inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.
3. Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 15 fevral tarixli, 2-1(118)-73/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin araşdırılan hallarından məlum olmuşdur ki, İddiaçı1 torpaq sahəsinə tələb yönəldiyi vaxtdan onun həmin torpaq sahəsinə hüquqları itirilmişdir. Ona görə də onun digər iddiaçı ilə birlikdə Abşeron İcra Hakimiyyəti başçısının 165 saylı, 2008-ci il 2 fevral tarixli sərəncamını mübahisələndirməyə subyektiv hüququ yoxdur. Digər tərəfdən, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati aktın ləğv edilməsi üçün 1 illik müddət nəzərdə tutulub. Hazırkı iddia tələbi üzrə iddiaçıların qeyd olunan sərəncamın mövcudluğu barədə məlumatları 2018-ci il 7 fevral tarixdən öncəki tarixə təsadüf edir. Belə ki, İddia çı1 vəkili tərəfindən Cavabdehnə 89 saylı, 2018-ci il 7 fevral tarixli məktubla müraciət olunaraq, “x” yaşayış kompleksinin "xxxx" MMC tərəfindən tikintisinə Cavabdeh tərəfindən nəzarət edilib-edilməməsi barədə məlumat tələb edilmişdir. Qeyd olunan məktub ona dəlalət etmişdir ki, İddiaçı1 Abşeron İcra Hakimiyyəti başçısının 165 saylı, 2008-ci il 2 fevral tarixli sərəncamdan 2018-ci ilin əvvəllərindən məlumatlı olmuş, lakin hazırkı iddia tələbi üzrə 2019-cu il 13 dekabr tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir.
5. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 iyun tarixli, 2-1(105)-304/2021 nömrəli q ərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2021ci il 15 fevral tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
9. Kassasiya şikayətində qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir və bu səbəbdən həmin qərardad ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların apellyasiya şikayətində göstərdikləri dəlillərin əsas lı olmasını dolayısı ilə qəbul etsə də (yəni, birinci instansiya məhkəməsinin tamamilə əsassız dəlillərini təkrarlamaqdan çəkinsə də), iddianın mümkünsüzlüyü barədə başqa dəlillərə istinad etməklə apellyasiya şikayətimizi təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdehnə qarşı "xxxx" MMC-nin adına verilmiş 2008-ci il 22 fevral tarixli, 165 saylı sərəncamını “əlverişli inzibati akt” kimi qiymətləndirmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Məhkəmənin qənaətinə görə, kənd təsərrüfatı təyinatlı torpaqda inşa edilmiş evlərin tikintisi üçün külli miqdar kredit almış, öz hesabına təmir etdirmiş şəxslər, həmin torpaqda yaşayış evlərinin tikintisinə icazə verən sərəncama (“əlverişli inzibati akta”) münasibətdə “maraqlı şəxs” hesab edilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü bəndinə əsasən, kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublik ası Prezidentinin 2000-ci il 6 mart tarixli, 291 saylı Fərmanının 1-ci bəndinin yeddinci hissəsinə əsasən, müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin... 12-ci maddəsinin 4-cü bəndində..., nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Qeyd edilən torpaq sahəsinin təyinatının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı mövcud deyil. Belə olan halda, həmin torpaq sahəsində yaşayış kompleksinin tikilməsinə icazə verilməsi və tikinti aparılması qanuna zidd olmuşdur.
10. Bundan əlavə, həmin sərəncamın etibarsızlığı üçün də kifayət qədər əsaslar var. Birincisi, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğu üçün həmin torpaq sahəsində yaşayış kompleks i tikilə bilməzdi. İkincisi, həmin akt (sərəncam) ünvanlandığı şəxsin üzərinə cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edir. Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş hüquqların pozulmasına yönəlmiş, Azərbaycan Respublikasının qanunlarının imperativ normaları ilə açıq-aşkar ziddiyyət təşkil edən “əlverişli inzibati akt” iddiaçıların mənzil hüququnu reallaşdırmaq və qanunla müəyyən edilmiş ərazidə məskunlaşmaq kimi hüquqlarının pozulmasına səbəb olduğu üçün iddiaçılar həmin aktı mübahisələndirməyə münasibətdə maraqlı şəxs statusundadırlar. Bu baxımdan apellyasiya məhkəməsinin özünün də istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 2015-ci il 10 aprel tarixli, 5 saylı qərarının 5.3 -cü bəndi ilə müəyyən etdiyi hüquqi mövqe xüsusilə nəzərə alınmalı idi: " 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır.
11. Apellyasiya şikayətində də məhkəmənin nəzərinə çatdırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı Süleyman Sahmuradovun iddiası üzrə Abşeron rayon məhkəməsinin 2017-ci il 3 oktyabr tarixli qətnaməsinə və həmin qətnaməni dəyişdirmədən saxlayan yuxan instansiya məhkəməsinin qərarlarına istinad edərək, bu səbəbdən İddiaçı1 “torpaq sahəsinə tələb yönəldiyi vaxtdan onun həmin torpaq sahəsinə hüquqları itirilmişdir" nəticəsinə gəlmişdi ki, bu da həmin məhkəmənin mübahisənin həllinə nə qədər səthi yanaşdığını təsdiq edirdi. Halbuki, İddiaçı1 torpaq sahəsinə tələb yönəldilmə si barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyildir. Başqa sözlə desək, birinci instansiya məhkəməsi, iddiaçıları qarışıq salmaqla yanaşı, həm də özünün dəlillərinə görə, İddiaçı1 subyektiv hüququnun olmasını dolayısı ilə təsdiq etmişdir. Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin səhvlərini düzəltmək əvəzinə, subyektiv hüquqla bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə istinad etməklə kifayətlənmiş, həmin hüquqi mövqelərin hazırkı mübahisəyə tətbiqini əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin şikayətin bu dəlilinə də münasibət bildirməmişdir ki, hazırkı iş üzrə "xxxx" MMC və "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilsələr də, qərardadda üçüncü şəxslərin məhkəmədə iştirak etməməsinə münasibət belə bildirilməmiş, iddia tələbinə dair "xxxx " MMC-nin mücərrəd və ziddiyyətli “etiraz”ındakı yazılanları məhkəmə öz qərardadına köçürməklə kifayətlənmişdir. "xxxx" MMC mülkiyyətində olan torpaq sahəsinin təyinatı barədə məhkəməyə məlumat verməyi “unutmuş”, üzərində yaşayış kompleksinin tikintisinə icazə verilən torpağın “kənd təsərrüfatı təyinatlı” olduğunu gizlətmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinə 2020-ci il 18 iyun tarixdə təqdim edilmiş vəsatətə 2016-cı il 19 dekabr tarixli, 844 saylı vəkil sorğusu və həmin sorğuya "xxxx" QSC-nin 2017-ci il 17 aprel tarixli, HX-17/0999 saylı cavab məktubunun surəti də əlavə edilmişdi. "xxxx" QSC-nin 2017-ci il 17 aprel tarixli, HX-17/0999 saylı məktubu ilə bildirilmişdir ki, "... "İnvest A” MMC-nin rəhbərliyi tərəfindən Abşeron rayonu, Masazır-Novxanı şosesində yerləşən yaşayış k ompleksində inşa edilmiş binaların elektrik enerjisi təchizatı üçün Texniki şərtin verilməsi barədə "xxxx" ASC-yə müraciət etmişdir. Lakin zəruri olan sənədlər təqdim edilmədiyindən texniki şərt verilməmişdir.”. Lakin apellyasiya instansiyası məhkəməsi "xxxx" QSC-nin nümayəndəsinin də iştirakını təmin etmədən və həmin cəmiyyətin yuxanda istinad edilən məktubunda təsdiq edilən faktın-yaşayış kompleksində inşa edilmiş binaların elektrik enerjisi təchizatı üçün texniki şərtin verilmədiyi halda, həmin binalara hansı əsaslara elektrik enerjisi verilməsi məsələsinə aydınlıq gətirilmədən birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadı dəyişdirmədən saxlamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçıların vəkili kassasiya şikayətini məhkəmə iclasında müdafiə edərək təmi n olunmasını xahiş etdi.
13. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam for mada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Mad də 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası, ilk növbədə mübahisələndirilən sərəncama münasibətdə iddiaçıların subyektiv hüquqlarının olmadığına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyinin yanlış olduğu barədə şikayətin dəlili ilə razılaşır. Bel ə ki, iddiaçıların əldə etdikləri torpaq sahəsində tikinti işlərinin aparılmasının hüquqi əsasının məhz həmin sərəncam olduğu, kredit öhdəliklərinin bir hissəsinin də məhz həmin sərəncamla icazə verilmiş tikintinin həyata keçirilməsi ilə əlaqədar yarandığı nəzərə alındıqda, mübahisələndirilən sərəncamla iddiaçılar arasında hüquqi bağlılığın olduğu qəbul edilməlidir. Buradan, iddiaçılar həmin sərəncamla bağlı olan tələbləri irəli sürə bilərdilər.
18. Bununla yanaşı, hazırkı məzmunda iddia digər səbəbə - mübahisələndirmə haqqında iddianın irəli sürülməsi üçün müəyyən edilmiş müddətin keçməsinə görə mümkünsüzdür.
19. Bir halda ki, sərəncamın mübahisələndirilməsinin əsasında tikinti işlərinin kənd təsərrüfatı təyinatlı torpaqda aparılmasına icazə verilməsi dayanır və iddiaçılar da torpaq sahəl ərini məhz tikinti məqsədləri üçün əldə etmişlər, deməli, onlar üzərində tikintiyə icazə verilmiş torpaq sahələrinin təyinatını (alınan əşyanın keyfiyyətini, qüsurlarını və s.), habelə həmin torpaq sahəsində yaşayış evinin tikintisinə icazəni nəzərdə tutan inzibati aktın mövcudluğunu həmin sahələri 2013-cü ildə əldə edərkən bilirdilər və ya bilməli idilər.
20. İddiaçılardan əvvəl isə onların hüquq sələfi (torpaq sahəsinin əvvəlki mülkiyyətçisi) həmin sərəncamı mübahisələndirməmiş və bu imkanı itirmişdir. Belə ki, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəx slərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də həmin Məcəllənin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. İddiaçıların hüquq sələfi bu hüquqdan istifadə etməmiş, həmin hüququ müddətin keçməsinə görə itirmişdir. 21. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə mi nməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
22. Beləliklə, cavabdehin 2008-ci il 22 fevral tarixli, 165 saylı sərəncamını hazırkı mübahisələndirmək hüququ əvvəlki mülkiyyətçi tərəfindən 2011-ci il 1 yanvar tarixədək qüvvədə olmuş qanuna görə itirilmiş, iddiaçılar isə həmin mülkiyyətçidən torpaq sahəsini alarkən müqavilə üzrə hüquq varisliyi qaydasında yalnız hüquq sələfinə müqavilənin bağlandığı anda mövcud olmuş hüquqları və vəzifələri əldə etmişlər.
23. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı qənaətini fərqli əsaslandırsa da, mahiyyətcə düzgün nəticəyə gəldiyindən, şikayət təmin oluna bilməz.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ K assasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 iyun tarixli, 21(105)-304/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.