Məhkəmə qərarları › İş №2-1(102)-1682/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1682/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1682/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X20) “şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə B akı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2-1(103)-571/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Səbail Rayon İcra Hakimiyyəti başçısının 124 saylı, 6 yanvar 1995-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamı ilə X15 Badamdar qəsəbəsində 600 kv.m. torpaq sahəsi ayrılmışdır.

2. Səbail Rayon İcra Hakimiyyəti başçısının 647 saylı, 1 avqust 2000-ci il tarixli “Səbail Rayon İcra Hakimiyyəti başçısının 124 saylı, 6 yanvar 1995-ci il tarixli sərəncamında qismən dəyişiklik edilməsi barədə sərəncamı” ilə X11 razılıq ərizəsi və iddiaçının torpağa olan tələbatı nəzərə alınaraq, 6 yanva r 1995-ci il tarixli sərəncamla fərdi evin tikintisi üçün X15 ayrılmış 600 kv.metr torpaq sahəsinin qarşılıqlı razılıq əsasında iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır.

3. X30 Rayon İcra Hakimiyyəti başçısının 6 yanvar 1995-ci il tarixli, 124 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsindən iddiaçının xeyrinə imtina etsə də, sonradan, 2004-cü ildə Səbail Rayon İcra Hakimiyyəti başçısının 6 yanvar 1995-ci il tarixli 124 nömrəli sərəncamına əsasən JN-12198D KOD-00400016 saylı, 4 may 2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə torpaq sahəsinə özünün mülkiyyət hüququnu qeydə aldırmışdır.

4. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı 23 noyabr 2017-ci il tarixdə cavabdehə müraciət etmiş, müraciəti təmin edilmə diyindən məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir.

5. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-229/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarının təsviri hissəsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 avqust 2000-ci il tarixli, 647 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ona ayrılmış 600 kv.metr torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestr indən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli, 2-1(81)- 1031/2018 saylı qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2019-cu il tarixli, 2-1(103)-878/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 21(102)-2465/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Ali Məhkəmə bildirmişdir ki, apellyasiya in stansiyası məhkəməsi qərarında Səbail Rayon İcra Hakimiyyətinin 6 yanvar 1995-ci il tarixli, 124 saylı sərəncamına istinad etmiş, lakin həmin sərəncamın İcra Hakimiyyətinin 1 avqust 2000-ci il tarixli, 647 saylı sərəncamı ilə qüvvədən düşməsini nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2245/2019 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddia olunan torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyəti başçısının 6 yanvar 1995-ci il tarixli, 124 saylı sərəncamına əsasən Eldar Əfəndiyev tərəfindən özəlləşdirilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-12198D saylı şəhadətnamə verilmişdir. Torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilə bilinməsi üçün sərəncamın E.Əfəndiyevə aid hissəsi ilə birlikdə həmin şəhadətnamənin də qüvvədən düşməsinin zəruri olmasına baxmayaraq, həmin şərt ödənilməmiş və mübahisənin predmetini təşkil etməmişdir.

6. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)-229/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarında məhkəmə kollegiyası hesab etmişdir ki, torpaq üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən şəhadətnamə ilə rəsmiləşdirilmişdir ki, sonuncu sənəd dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq üzərində qeydə alınmış hüququ təsdiq edən hüquq müəyyənedici sənəd hesab edilir. Həmin işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyini n Ekspertiza Mərkəzinin 5 noyabr 2018-ci tarixli 15600 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və ünvan reyestr xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyi ilə İddiaçı faktiki istifadəsində olan və naturada koordinatları müəyyən edilmiş 600 kv.metr torpaq sahəsinin ləğv edilmiş X22 Komitəsi tərəfindən verilmiş X12 adına olan JN-12198 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dəki torpaq sahəsi ilə üstüstə düşməməsi və iddia olunan torpaq sahəsinin Şəhadətnamədə göstərilən torpaq sahəsindən 3150 metr şimal istiqamətində yerləşməsi müəyyən edilmişdir.

7. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X11 adına 4 may 2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD00400016 saylı şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir.

8. Cavabdeh iddiaçıya ünvanladığı 7 iyul 2021-ci il tarixli məktubla bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X11 adına 4 may 2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD00400016 saylı şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul e dilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

10. İddia onunla əsaslandırılmışdır ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 124 saylı 6 yanvar 1995-ci il tarixli sərəncamında qismən dəyişiklik edilməsi barədə 1 avqust 2000-ci il tarixli 647 saylı sərəncamına əsasən X11 razılıq ərizəsi və onun torpağa olan tələbatı nəzərə alınaraq Səbail Rayon İcra Hakimiyyəti başçısının 124 saylı 06 yanvar 1995-ci il tarixli Sərəncamı ilə fərdi evin tikintisi üçün E.Əfəndiyevə ayrılmış 600 (altı yüz) kv.metr torpaq sahəsi qarşılıqlı razılaşma əsasında onun adına sənədləşdirilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində hər mərtəbəsi 99 kv.metr olmaqla ikimərtəbəli fərdi yaşayış evi inşa etdirərək bu günədək ailə üzvləri ilə birlikdə yaşamışdır. 2016-ci ildə tərəfindən cavabdehə to rpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi barədə müraciət olunduqda torpaq sahəsinin situasiya planı və sxemi tərtib olunmadığından sənədlər icraata qəbul edilməmişdir.

11. Qeyd olunan torpaq sahəsinin situasiya planı və sxeminin tərtib edilməsinin Səbail Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qarşısında tərəfindən tələb irəli sürülmüş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli 2-1(81)-3492/2016 nömrəli qərarı əsasında iddia təmin olunmuşdur. Həmin Qərar qanuni qüvvəyə mindikdən sonra 10 noyabr 2017-ci il tarixdə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə istifadəsinə verilmiş torpaq sahəsinin situasi ya planı və sxemi tərtib olunaraq ona təqdim edilmişdir. 12. 23 noyabr 2017-ci il tarixdə cavabdehə ərizə ilə müraciət olunaraq, ona Səbail Rayon İcra Hakimiyyəti başçısının 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış 600 (altı yüz) kv.metr torpaq sahəsinin situasiya planı və sxemi təqdim olunmaqla həmin torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi xahiş olunmuşdur. Cavabdeh isə 13 dekabr 2017-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına imtina edilməsi barədə” bildirişində elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının 647 saylı, 1 avqust 2000-ci il tarixli sərəncam ında istinad edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının 06 yanvar 1995-ci il tarixli, 124 saylı Sərəncamı əsasında digər fiziki şəxsin adına torpağın mülkiyyətə verilməsi barədə JN-12198D nömrəli şəhadətnamə verildiyi və torpaq sahəsi üzərində tikintialtı sahəsi 110 kv.metr olan ikimərtəbəli yaşayış evi və həyət tikililərinin mövcudluğunu əsas gətirərək ərizənin icrasından imtina etmişdir.

13. Qeyd olunan torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qarşısında tərəfindən tələb irəli sürülmüş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli 2-1(81)-1031/2018 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, idarənin elektron kadastr baza məlumatlarına əsasən Səbail Rayon İcra Hakimiyyəti başçısının 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamında istinad edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı Sərəncamı əsasında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər fiziki şəxs - X11 adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN12198 saylı şəhadətnamə verilmişdir. Bundan əlavə torpaq sahəsi üzərində tərəfindən inşa edilmiş tikintialtı sahəsi 110.0 kv.metr olan iki mərtəbəli fərdi yaşayış evi və həyətdəki tikililərə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bak ı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2245/2019 nömrəli iş üzrə 19 sentyabr 2019-cu il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-229/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-2245/2019 qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmə işin hallarına münasibətdə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən E.Əfəndiyevə 04 may 2004-cü il tarixdə verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198D nömrəli şəhadətnamə mübahisələndirildiyi təqdirdə, torpaq sahəsinin üzərində mülkiyy ət hüququnun qeydə alınmasının mümkünlüyünü qeyd etmişdir.

14. Həmin işlər üzrə keçirilmiş məhkəmə-torpaqşünaslıq ekspertizası rəyinə əsasən faktiki istifadəsində olan və naturada koordinatları müəyyən edilmiş 600 kv.metr torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X11 adına «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198 saylı şəhadətnamədəki torpaq sahəsi ilə üst-üstə düşmədiyi və şəhadətnamədə göstərilən torpaq sahəsinin onun istifadəsində olan torpaq sahəsindən 3150 metr şimal istiqamətində yerləşdiyi müəyyən edilmişdir.

15. X3 Rayon İcra Hakimiyyəti başçısının 6 yanvar 1995-ci il tarixli 124 saylı Sərəncamı ilə fərdi evin tikintisi üçün ona ayrılmış torpaq sahəsini 2004-cü ildə qeydiyyata aldırmış, bu barədə ona 4 may 2004-cü il tarixdə «Tor pağın mülkiyyətə verilməsinə dair» JN-12198D nömrəli şəhadətnamə verilmişdir. Sənədlərə Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1724 nömrəli 600 kv.metr torpaq sahəsinin Səbail Rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş 10 fevral 2004-cü il tarixli, RİH başçısının təsərrüfat şöbəsinin müdiri və memarı tərəfindən təsdiq edilmiş yerləşmə cizgisi əlavə edilmişdir.

16. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən göründüyü kimi, X11 adına «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198 saylı şəhadətnamənin verilməsi zamanı kobud qanun pozuntularına yol verilmiş, şəhadətnamənin verilməsinə əsas verən 6 yanvar 1995-ci il tarixli 124 saylı Sərəncamın Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə faktiki olaraq qüvvədən düşməsi nəzərə alınmamışdır.

17. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 18 iyun 2019-cu il tarixli M-311 nömrəli məktubundan görünür ki, Səbail RİH-nin arxiv fondu üzrə 6 yanvar 1995-ci il tarixli 124 saylı sərəncamına heç bir cizgi əlavə edilməmişdir.

18. Qeyd olunanlardan göründüyü kimi X20 aralarında olan qarşılıqlı razılaşma əsasında Səbail Rayon İcra Hakimiyyəti başçısının 6 yanvar 1995-ci il tarixli 124 saylı sərəncamı ləğv edilərək 1 avqust 2000-ci il tarixli 647 saylı sərəncamı ilə dəyişdirildikdən sonra, 2004-cü ildə yenidən onun istifadəsində olan Badamdar qəsəbəsinin 1-ci massivində yerləşən torpaq sahəsindən 3150 metr şimal istiqamətində 3-cü massivdə yerləşən digər bir torpaq sahəsi əldə edərək faktiki olaraq qüvvədən düşmüş 124 nömrəli sərəncam və a ralarında açıq-aşkar uyğunsuzluq olan, bir-birinin mötəbərliyini inkar edən sənədlər əsasında, habelə bütün zəruri sənədlər təqdim olunmadan «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198 saylı şəhadətnamə əldə etmişdir. Hesab etmişdir ki, məmurun səhlənkarlıqdan və ya bilərəkdən saxtalaşdırılmış sənədləri təqdim etmiş vətəndaşa “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verməsi səbəbindən bütün zəruri sənədləri təqdim etmiş, vicdanlı vətəndaşın 20 il ərzində istifadəsində olan torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməsi ədalətsizdir, qanunsuz və yolverilməzdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:

19. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslar ına görə sözügedən torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin 124 saylı, 6 yanvar 1995ci il tarixli sərəncamı əsasında keçmiş DT və XK tərəfindən X11 adına JN-12198 saylı şəhadətnamə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, m əhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

20. Bakı İnzibati Məhkəməsinin (hakim F.İ.Mədətli) 23 avqust 2021-ci il tarixli, 21(112)-1490/2021 nömrəli qərarı ilə iddia təmin edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X11 adına 4 may 2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD-00400016 saylı şəhadətnamənin ləğv edilməsi qərara alınmışdır.

21. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, qanuni əsaslar olmadan X11 adına verilmiş şəhadətnamənin mövcud olması iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının həyata keçirilməsinə maneə yaratması şəhadətnamənin ləğv edilməsi üçün əsasdır.

22. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərardadı ilə X32 üçüncü şəxs qismində icraata cəlb olunmuşdur.

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusifov, 4 may 2022-ci il tarixli, 2-1(103)571/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1490/2021 nömrəli, 23 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışd ır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

27. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Səbail Rayon İcra Hakimiyyəti başçısının 6 yanvar 1995-ci il tarixli, 124 saylı sərəncamı əsasında X11 adına JN-12198D nömrəli, Kod 00400016 olan xx.xx.2004-cü i! tarixli şəhadətnamə tərtib edilmişdir.

28. Daha sonra, şəhadətnamədə göstərilən torpaq sahəsi 17 saylı DNK tərəfindən təsdiq edilmiş 21 may 2004-cü il tarixli, 4ə-2/354 və 4Ə-2/432 saylı müqavilələrə əsasən X25 adına özgəninkiləşdirilmişdir, 0.12 ha torpaq sahəsinə dair X25 adına JN-2085D nömrəli, Kod 00400016 olan şəhadətnamə tərtib edilmişdir. 29. 28 saylı DNK tərəfindən təsdiq edilmiş 21 dekabr 2004-cü il tarixli, 4Ə-3-459 alqısatqı müqaviləsi əsasında Badamdar qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi X7 adına özgəninkiləşdirilmiş, X7 adına JN-17671D nömrəli, Kod 00400016 olan şəhadətnamə tərtib edilmişdir.

30. Daha sonra, sözügedən 0.12 ha torpaq sahəsi X2 adına özgəninkiləşdirilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi ********* qeydiyyat nömrəsi ilə X14 adına qeydiyyata alınmışdır.

31. X4 tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bada mdar qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsi X16 (**********), 0.06 ha hissəsi X33ma (**********) satılmışdır və onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

32. X16 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin 0.04 ha hissəsi X1 (**********), daha sonra həmin torpaq sahəsi X13 (**********) bağışlanılmışdır.

33. X16 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin 0.02 hissəsi X5 (**********) adına özgəninkiləşdirilmişdir.

34. X26 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin 0.02 hissəsi X9 (**********) satılmışdır. X33ma məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsini n 0.04 hissəsi 31 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X10 (**********), 07 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X21 (**********) satılmış, 16 avqust 2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən X17 (**********) bağışlanılmış, daha sonra 10 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X19 (**********) satılmışdır. Hazırda həmin hissə X18 mülkiyyətindədir.

35. X9 məxsus 0.02 ha torpaq sahələri birləşdirilərək, 0.04 ha torpaq sahəsi X8 bağışlanılmışdır. Hazırda Bakı Şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 1723G saylı fərdi yaşayış evi X6 mülkiyyətindədir. 36. 4 may 2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN12198D KOD- 00400016 saylı şəhadətnamə hazırda daşınmaz əmlakın dövlət rey estrində hüquqları qeydiyyata alınmış X8 məxsus 0.04 ha torpaq sahəsinin 0.02 ha hissəsinə və X18 mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin yerləşdiyi əraziyə uyğun gəlir.

37. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya imtina məktubu ünvanlanmışdır.

38. Şikayətin maddi hüquqi əsası kimi Torpaq Məcəlləsinin 55, 67, 68-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 9.1.2, 11.1, 23-cü maddələrinə istinad edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

39. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araş dırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismə n) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

41. İddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

42. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

43. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli və iş üzrə obyektiv qanunauyğun qərarın qəbulu üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, onun xidməti vəzifəsindən irəli gəlir.

44. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X11 adına 4 may 2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD-00400016 saylı şəhadətn amənin ləğv edilməsi” barədə iş üzrə gəldiyi nəticənin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmalarını İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

45. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsinə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla) Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 avqust 2000-ci il tarixli, 647 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ona ayrılmış 600 kv.metr torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Azərbaycan Respublikas ı Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-229/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarında qeyd olunanlardan müəyyən edilir ki, həmin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 5 noyabr 2018-ci tarixli 15600 saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və ünvan reyestr xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyi ilə İddiaçı faktiki istifadəsində olan və naturada koordinatları müəyyən edilmiş 600 kv.metr torpaq sahəsinin ləğv edilmiş X22 Komitəsi tərəfindən verilmiş X12 adına olan JN-12198 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dəki torpaq sahəsi ilə üst-üstə düşməməsi və iddia olunan torpaq sahəsinin Şəhadətnamədə göstə rilən torpaq sahəsindən 3150 metr şimal istiqamətində yerləşməsi müəyyən edilmişdir.

46. İşdən göründüyü kimi, iddiaçı da iddia ərizəsində öz tələbinin əsası kimi qeyd edir ki, X20 ilə aralarında olan qarşılıqlı razılaşma əsasında Səbail Rayon İcra Hakimiyyəti başçısının 6 yanvar 1995-ci il tarixli 124 saylı sərəncamı 1 avqust 2000-ci il tarixli 647 saylı sərəncamı ilə dəyişdirildikdən sonra, 2004-cü ildə yenidən onun istifadəsində olan Badamdar qəsəbəsinin 1-ci massivində yerləşən torpaq sahəsindən 3150 metr şimal istiqamətində 3-cü massivdə yerləşən digər bir torpaq sahəsi əldə edərək faktiki olaraq qüvvədən düşmüş 124 nömrəli sərəncam və aralarında açıq-aşkar uyğunsuzluq olan, birbirinin mötəbərliyini inkar edən sənədlər əsasında, habelə bütün zəruri sənədlər təqdim olunmadan «Torpağı n mülkiyyətə verilməsinə dair» JN-12198 saylı şəhadətnamə əldə etmişdir.

47. İddiaçının həmin dəlili işin faktiki halları ilə birgə araşdırma predmeti olmamışdır. Bir halda ki, iddiaçının ləğv edilməsini tələb etdiyi “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dəki torpaq sahəsinin koordinatları ilə iddiaçının faktiki istifadəsində olan və naturada koordinatları müəyyən edilmiş 600 kv.metr torpaq sahəsinin koordinatları üstüstə düşmür və iddia olunan torpaq sahəsi ləğvi tələb olunan Şəhadətnamədə göstərilən torpaq sahəsindən 3150 metr kənarda yerləşir, bu halda, iddiaçı ləğvini tələb etdiyi Şəhadətnamə ilə hüquqlarının pozulduğunu da iddia edə bilməz.

48. Cavabdeh də apellyasiya şikayətində təsdiq edir ki, 4 may 2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12 198D KOD-00400016 saylı şəhadətnamə hazırda hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış X8 məxsus 0.04 ha torpaq sahəsinin 0.02 ha hissəsinə və X18 mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin yerləşdiyi əraziyə uyğun gəlir.

49. İşin qeyd edilən halı apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadan qərar qəbul edildiyindən, iddiaçının ləğv edilməsini tələb etdiyi “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dəki torpaq sahəsinin koordinatları ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi təkrar apellyasiya baxışı zamanı yoxlanılmalıdır.

50. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin no rmaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

51. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz.

52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 21(103)-571/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar