Məhkəmə qərarları › İş №2-1(102)-1682/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1682/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1682/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi nin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2023-cü il tarixli, 2-1(105)-254/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1998-ci il tarixli 149 nömrəli sərəncamına əsasən, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 saylı qərarı ilə Saray qəsəbəsinin inkişaf perspek tivi üçün bələdiyyə fonduna 50.0 ha torpaq sahəsinin ayrıldığı nəzərə alınmış, həmin fonddan hər ailəyə 0.10 ha hektar hesabı ilə 100 ailəyə 10.0 ha həyətyanı və 1.5 ha küçə altına, cəmi 11.5 ha torpaq sahəsi ayrılıb Saray qəsəbəsində yaşayan, mənzil sahəsinə ciddi ehtiyacı olan vətəndaşlara verilməsi haqqında Saray üzümçülük sovxozunun yerli aqrar islahat komissiyasının 26 noyabr 1997ci il tarixli qərarı və toplanmış torpaqayırma sənədləri təsdiq edilmiş, torpaqların baş plana uyğun Saray qəsəbəsi üzrə nümayəndəsinin sərəncamı ilə növbəlik əsasında torpaq qanunvericiliyinə əməl etməklə paylanmasına qərar verilmişdir.

2. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 2 noyabr 1998-ci il tarixli sərəncamı ilə iddiaçıya 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış v ə həmin sahədə ona fərdi yaşayış evi tikməyə icazə verilmişdir.

3. Abşeron rayon Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilən torpaq sahəsinin yerləşmə yeri və koordinatları göstərilmiş, həmin çıxarış Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi və Abşeron rayon Saray bələdiyyəsi tərəfindən təsdiqlənmişdir.

4. Abşeron rayon Saray bələdiyyəsi xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə etiraz etmədiyini bildirmişdir.

5. İddiaçının nümayəndəsi həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir.

6. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********28 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilmi şdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı vətəndaşa 0.10 ha torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 2 noyabr 1998-ci il tarixli 7 saylı sərəncamı ilə ayrıldığı məlum olmuşdur və torpaq sahəsinin ayrıc aktı təqdim edilmiş sənədlər toplusuna daxil edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015ci il tarixli 439 saylı sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınma əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamları nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilmişdir ki, ərazidə yerləşən torpaq sahəsinə baxış keçirən zaman torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfat təyinatlı torpaqlara aid olması müəyyən olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 hektardan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 2 no yabr 1998-ci il tarixli, 07 saylı sərəncamı Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamına istinadən verilmişdir. Göründüyü kimi, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyi torpaq sahəsini torpaq sahəsinin ayrılması üçün səlahiyyətləri olan şəxsin əvvəlcədən verdiyi razılıq əsasında vətəndaşların qanuni istifadəsinə vermişdir. Odur ki, cavabdeh tərəfindən hüquqların qeydiyyata alınmasından imtina edilməsi əsassızdır. Cavabdehin ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etməsi həm də bu səbəbdən əsassızdır ki, sözügedən torpaq sahəsilə bilavasitə eyni ərazidə yerləşən torpaq sahələri eyni əsaslarla daşınmaz əmlakın dövlət reyestrində həyətyanı torpaq sahəsi kimi dövlət qeydiyyatına alınmışd ır. Göründüyü kimi, torpaq sahəsi qanuni istifadədir və həmin torpaq sahəsi torpaq islahatı nəticəsində vətəndaşların qanuni istifadəsinə verilmiş torpaq sahələri statusu daşıyır. Torpaq sahəsi nə bələdiyyə, nə də ki, dövlət mülkiyyətinə aiddir.

9. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İ.R.Quliyev) 1 dekabr 2022-ci il tarixli, 2-1(118)-1701/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 hektardan ibarət torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci inst ansiya məhkəməsi qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2022-ci il tarixli Fərmanı ilə yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanv arın 1-dək verilmiş qərar həmin siyahıya əlavə edilmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur.

12. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçı və onun qonşuluğunda olan torpaq sahələrinə dair zəruri sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olsa da, şərti yararsız torpaq sahəsi olmaqla, həmin torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələri də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

13. Bundan əlavə məhkəmə göstərmişdir ki, Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlarda yerləşən torpaq sahəsi elektron kadastr məlumat bazasında Saray kəndində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və Saray bələdiyyəsinin xəritəsinə əsasən kənd təsərrüfatı olmaqla, şərti yararsız torpaqlara aiddir. Hazırda qüvvədə olan qanunvericilik bu kateqoriyada olan torpaqların özəlləşdirilməsinə imkan verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının yaranması baxımından torpaq sahəsi ayrılan zaman qüvvədə olan qanunvericilik əsas götürülməlidir. Mübahisə predmeti olan torpaq sahəsi 1998-ci ildə ayrılmış, həmin zaman qüvvədə olan qanunvericiliyə əsasən səlahiyyətsiz orqan tərəfindən ayrılsa da, yuxarıda qeyd edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdi q edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli Fərmanı iddiaçının mülkiyyət hüququnun yaranması üçün hüquqi əsas təşkil etmişdir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) xx.xx.2023-cü il tarixli, 2-1(105)-254/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin (hakim İ.R.Quliyev) 1 dekabr 2022-ci il tarixli, 2-1(118)-1701/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, mübahisələndirilən torpaq sahəsi ayrılan zaman qüvvədə olan Torpaq Məcəlləsində kənd təsərrüfatı təyinatlı torpaqların vətəndaşlara yaşayış evinin tikintisi məqsədilə ayrılmasını qadağan edən hər hansı norma mövcud olmamışdır. Digər tərəfdən, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1998-ci il tarixli, 149 saylı sərəncamı ilə Saray qəsəbə icra nümayəndəliyinə ayrılmış torpaq sahəsi Saray qəsəbəsinin inkişaf perspektivi üçün ayrılmış torpaq sahəsindən Saray qəsəbəsində yaşayan, mənzil sahəsinə ciddi ehtiyacı olan vətəndaşlara verilməsi haqqında Saray üzümçülük sovxozunun yerli aqrar is lahat komissiyasının xx.xx.1997-ci il tarixli qərarına istinad edilməklə verilmişdir. Buna görə də cavabdehin müvafiq dəlilləri də iddiaçının iddiasının təmin edilməməsinə əsas ola bilməz.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan R espublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılm ası barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.... 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak ü zərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiy yət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edil ə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına sə bəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə ba ğlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi gö stərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq müna sibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaçıya verilmiş imtina məktubunun, iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla ey nilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin torpaq sahəsinin ayrılması barədə sərəncamın səlahiyyətsiz orqan tərəfindən verilməsi və torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması barədə təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçıya torpaq sahəsinin ayrılmasını nəzərdə tutan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 2 noyabr 1998-ci il tarixli sərənca mı müstəqil qaydada deyil, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1998-ci il tarixli 149 nömrəli sərəncamına əsasən səlahiyyətlərin ötürülməsi (deleqasiyası) qaydasında qəbul edilmişdir.

30. Hazırkı qərarın 20-ci bəndində qeyd edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında da inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar nəzərdə tutulmuşdur.

31. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasını nəzərdə tutan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 2 noyabr 1998-ci il tarixli sərənca mı səlahiyyətli orqan tərəfindən qəbul edilməklə yanaşı, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısında da nəzərdə tutulmuşdur.

32. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Kadastr və Yerquruluşu Layihə-X1 Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, **********30 saylı məktubuna əsasən, mübahisələndirilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, şərti yararsız torpaqlara aiddir.

33. Nəzərə alınmalıdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1998ci il tarixli, 149 saylı sərəncamı ilə Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli 13 saylı qərarı ilə Saray qəsəbəsinin inkişaf perspektivi üçün bələdiyyə fonduna 50.0 ha torpaq sahəsinin ayrıldığı nəzərə alınmış, həmin fonddan hər ailəyə 0.10 ha hektar hesabı ilə 100 ailəyə 100 ha həyətyanı və 1.5 ha küçə altına, cəmi 11.5 ha torpaq sahəsi ayrılıb Saray qəsəbəsində yaşayan, mənzil sahəsinə ciddi ehtiyacı olan vətəndaşlara verilməsi haqqında Saray üzümçülük sovxozunun yerli aqrar islahat komissiyasının 26 noyabr 1997-ci il tarixli qərarı və toplanmış torpaqayırma sənədləri təsdiq edilmiş və həmin torpaq sahəsinin vətəndaşlara (hazırkı iş üzrə iddiaçıya) ayrılması Saray qəsəbəsi üzrə icra nümayəndəliyinə həvalə edilmişdir.

34. Bundan başqa, birinci instansiya məhkəməsinin sorğusu əsasında cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş iddiaçının qonşuluğunda olan torpaq sahələrinə dair zəruri sənədlərdən göründüyü kimi, həmin torpaq sahələri üzrə hüquqlar cavabdeh tərəfindən qeydə alınmış və hüquq sahiblərinə müvafiq çıxarışlar verilmişdir.

35. Belə olan halda, apellyasiya məhkəməsinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilməsi barədə mövqeyi əsaslı olmuşdur.

36. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür k i, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2023-cü il tarixli, 2-1(105)-254/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar