Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1683/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Ağsu rayonu Gəgəli Bələdiyyəsinə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: bələdiyyə qərarının ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Ağsu rayonu Gəgəli Bələdiyyəsinə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı qərarın ləğv edilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İK-nın xx xxxx 2020-ci il tarixli 2-1(107)-184/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə yazılı icraat q aydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Ağsu rayonu Gəgəli Bələdiyyəsinə(üçüncü şəxs X1 iştirakı ilə) qarşı "Ağsu rayonu Gəgəli Bələdiyyəsi tərəfindən onun icarəsində olan 83 ha torpaq sahəsinin Ağsu rayon Gəgəli kənd sakini X2 icarəyə verilməsinə dair qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-288/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini, iddianın mümk ün sayılması barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli 17 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(107)-184/20 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmamverdi Şükürov) qərardadı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadınınləğv edilməsi, İddiaçı Cavabdehnə qarşı "Cavabdeh xx xxxxxx 2014-cü il tarixli 17 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiasının mümkün say ılmaması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,o, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Düzdür, o, həmin ərizəni xx xxxxxxx 2013-cü il tarixdə yazmışdır. Amma bələdiyyənin qərarı xx xxxxxx 2014-cü il tarixdə qəbul edilmişdir. Yəni, 1 il 2 ay sonra. Ərizə bələdiyyəyə 1 il sonra təqdim olunmuşdur. Bələdiyyə əyər onun ərizəsini müzakirə edirsə, bununla bağlı ona xəbərdarlıq edilməli, iclasın günü və yeri barəsində o, məlumatlandırılmalı idi. Gəgəli bələdiyyəsi nəinki həmin iclasda onun iştirakını təmin etməmiş və hətta iclasın nəticəsi ilə bağlı məlumatlandırılmamışdır. Hansı ki, qanunun tələbinə görə bu hərəkətlər olunmalı idi. Torpağın icarə müqaviləsini davam etdirmək və ya istifadəyə xitam verdirmək şərtləri və vax tı barədə razılaşmaları ola bilər. Lakin Bələdiyyə hər bir halda ərizəçini onun verdiyi ərizənin müzakirəsi ilə bağlı vaxtında məlumatlandırmalıdır. O, bu barədə bələdiyyəyə heç bir müraciət etməmişdir. Çünki ərizəni verdiyi şəxsin həmin ərizəni bələdiyyəyə təqdim etməsindən məlumatı yox idi. Hesab edir ki, bələdiyyə bu işə baxarkən vətəndaşların ərizə şikayətlərinin müzakirə və həll olunması qaydalarını pozmuş, onun məlumatı və iştirakı olmadan, hətta ərizənin bələdiyyəyə təqdim olunmasından xəbəri olmadığı halda, ərizəyə baxılmışdır. Bu məhkəmə iclaslarında tam öz təsdiqini tapmışdır. Bələdiyyə onun ərizəsi ilə icarə müqaviləsinə xitam verəndən sonra belə öz hərəkətlərini qanuni qaydada yerinə yetirsəydi, bu barədə bələdiyyənin müvafiq qərarını ona göndərməli idi. Əlavə olaraq, yenidən həmin torpağı icarəyə vermək istədiyi halda mütləq hərrac keçirilməli idi, elan verilməli idi. Belə olan halda da o, həmin torpaqla bağlı mübahisəni həmin vaxt qaldıra bilərdi. Bütün proseslər ondan xəbərsiz aparılmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(107)-184/2020 saylı qərardadını ləğv edərək, işi yenidən apelyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmə dən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (xx xxxx 2020-ci ildə müvafiq bildiriş göndərilmişdir) Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktl ar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli, 2-1(103)-184/2020 saylı qərardadla, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı Cavabdehnə qarşı "Cavabdeh xx xxxxxx 2014-cü il tarixli 17 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qənaətinə gələrkən, İnzibati Prosessual Məcəllənin 35.1, 68.2-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Ağsu rayonu Gəgəli Bələdiyyəsinə(üçüncü şəxs X1 iştirakı ilə) qarşı Cavabdeh xx xxxxxx 2014-cü il tarixli 17 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Beləliklə, iddiaçının iddia tələbi Cavabdeh xx xxxxxx 2014-cü il tarixli 17 saylı qərarının ləğvidir, mübahisəli qərar və sair sənədlərin surətləri iş materiallarına əlavə olunmuşdur. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçının iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəl ləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi düzgün olaraq «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə istinad etmişdir, belə ki, həmin bənddə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcud luğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzər ə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlər dən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsini tətbiq etmişdir, belə ki, həmin maddəyə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən, həmçinin iddiaçının kasasiya şikayətindən müəyyən edilmişdir ki, Cavabd ehnə İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə yazılmış ərizəyə əsasən, iddiaçı Cavabdeh xx.xx.2004-cü il tarixli 09 saylı qərarı və xx.xx.2004-cü il tarixli 05 saylı icarə müqaviləsi ilə 25 il müddətinə heyvandarlıq və kənd təsərrüfatı məhsulları istehsalı üçün ona verilmiş 83 ha torpaq sahəsini istifadə edə bilmədiyi üçün və eləcə də o yerin icarə haqqına gücü çata bilmədiyindən xx.xx.2004-cü il tarixli 05 saylı icarə müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Ağsu rayonu Gəgəli Bələdiyyəsinin xx xxxxxx 2014-cü il tarixli 17 nömrəli iclas protokolundan çıxarışa əsasən, Göylər kənd sakini İddiaçı ərizəsi ilə ona 83.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə onunla Gəgəli Bələdiyyəsi arasında bağlanmış xx.xx.2004-cü il tarixli 05 saylı icarə müqaviləsi və bu barədə Gəgəli Bələdiy yəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarı qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi iddiaçı özü xx.xx.2004-cü il tarixli 05 nömrəli icarə müqaviləsinin ləğvini xahiş etmiş, bununla da onun iradə ifadəsi təkzibolunmazdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Cavabdeh xx.xx.2014-cü il tarixli 17 saylı qərarının ləğv edilməsinə yönələn tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə xx.xx.2011-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minməsindən öncə ötürülmüş iddia müddətlərini bərpa etməmiş və mübahisələndirmək imkanı qanunla tükənmiş mübahisələrə dair hər hansı imkan tanımamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Ali Məhkəmənin İnzibati kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, iddiaçı onun tərəfindən mübahisələndirilən qərardan məlumatlı olmasına baxmayaraq, həmin qərarın məhkəməyə iddia ərizəsi təqdim edənə kimi ona məlum olmamasını bildirsə də, iddia müddətinin ötürülməsi üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya i nstansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(107)-184/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1683/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1683/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver