Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1683/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: 40195DS) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1252/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 oktyabr 1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının məlumatlarına əsasən, iddiaçı xx.xx.1981-ci il tarixdən 1 iyun 2000-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.
2. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 iyul 2017-ci il tarixli 1596 nömrəli arayışın surətinə əsasən, X9 29 sentyabr 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 23 oktyabr 1982-ci il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsində 952 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X7, anası: İddiaçı.
3. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC X4 MMC Uşaq Poliklinikası tərəfindən verilmiş 25 oktyabr 2019-cu il tarixli 93 nömrəli arayışın surətinə əsasən, X9 həqiqətən X4 MMC-nin Uşaq Poliklinikasında kəskin leykoz xəstəliyi ilə dispanser qeydiyyatında olmuşdur. Tibbi kartının verilmə müddəti (15 il) keçdiyindən, arxivdə ləğv olunmuşdur.
4. Bakı şəhəri Lenin rayon Sosial təminat şöbəsi tərəfindən verilmiş 20 mart 1990-cı il tarixli, 116084 nömrəli pensiya vəsiqəsinə əsasən, iddiaçıya əlil uşağa qulluq etdiyinə görə Dövlət pensiyaları haqqında Qanuna və Dövlət pensiyaları təyin edilib verilməsi qaydaları haqqında Əsasnaməyə uyğun olaraq 1 yanvar 1990-cı ildən 21 fevral 1991-ci ilədək müavinət təyin edilmişdir.
5. Azərbayc an Respublikası Səhiyyə Nazirliyinin X6 İnstitutuna ünvanlanmış 11 dekabr 1991-ci il tarixli, 3-541/16 nömrəli göndəriş məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 16 oktyabr 1991-ci il tarixli, 1495 nömrəli məktubuna əsasən, 8 yaşlı uşaq Kluş R. stasionar müalicəyə göndərilir.
6. Moskva şəhəri Qaqarin VVAQ şöbəsi tərəfindən 17 sentyabr 1992-ci il tarixdə verilmiş X-MÖ 252767 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X9 17 sentyabr 1992-ci il tarixdə kəskin leykoz xəstəliyindən vəfat etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 K.Fərəcova adına X1 27 oktyabr 2021-ci il tarixli, 415 nömrəli məktubunda qeyd edilmişd ir ki, göstərilən müddət uzun illəri əhatə etdiyi üçün arxivdə bu xəstə haqqında heç bir məlumat əldə edilə bilinməmişdir.
8. İddiaçı 30 noyabr 2020-ci il tarixdə və sonradan təkrarən 26 dekabr 2020-ci il tarixdə cavabdehə müraciət edərək, ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
9. Cavabdeh iddiaçının eyni məzmunlu 26 dekabr 2020-ci il tarixli müraciətinə cavab olaraq 25 yanvar 2021-ci il tarixli, **********7 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesa blanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı tələb olunur. Yuxarıda qeyd olunan maddəyə uyğun olaraq tələb olunan sənədi təqdim etdikdən sonra yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı 5 mart 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci və “Əmək pensiyaları ha qqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddələrinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh təşkilatın üzərinə qoyulmasını xahiş etmişdir.
11. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, övladı X9 29 sentyabr 1982-ci il tarixdə doğulmuş və uşaqlıqdan əlil olmuşdur. Övladı üçün yaşayış yeri üzrə Bakı şəhəri Lenin (Sabunçu) rayon Sosial təminat şöbəsindən (DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsindən) müavinət almışdır. 17 sentyabr 1992-ci il tarixdə övladı vəfat etmişdir. Bildirmişdir ki, hazırda onun 61 yaşı var, 3 uşaq anasıdır və 20 il əmək stajına malikdir. Qeyd etmişdir ki, tərəfindən ona əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət edilmiş, lakin müraciətin icrasından imtina edilərək ona bu qərarın 11-ci bəndində q eyd olunan imtina məktub ilə cavab verilmişdir. Bununla bağlı qeyd etmişdir ki, mərhum oğlu uşaqlıqdan əlil olduğundan 1992-ci il tarixə qədər ona yuxarıda qeyd olunan şöbə tərəfindən müavinət verilmiş və bu müavinətin verilməsi üçün həmin dövrdə zəruri olan sənədlər şöbəyə təqdim olunmuşdur. Bildirmişdir ki, cavabdeh tərəfindən ondan təqdim edilməsi tələb olunan tibbi-sosial ekspert komissiyasının qərarını övladı vəfat etmiş olduğundan əldə etmək mümkün deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 17 may 2015-ci ildən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia l Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
13. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4829/2021 nömrəli, 7 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim A.P.Oruczadə) iddia təmin edilərək, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
15. Məhkəmə qeyd etmişdir ki, icraat zamanı müəyyən olunmuşdur ki, iddiaçı həqiqətən də, sağlamlıq imkanları məhdud olan övladına baxmış, onun övladında olan xəstəlik (kəskin le ykoz) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 3.1.46-cı maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşdüyündən, o cümlədən də, uşağın sağlamlıq imkanlarının məhdud olması təqdim olunmuş Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC X4 MMC Uşaq Poliklinikası tərəfindən verilmiş 25 oktyabr 2019-cu il tarixli 93 №-li arayışında və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən X6 İnstitutunun V.İ. Tambovçevaya ünvanlanmış xx.xx.1991-ci il tarixli 3-541/16 nömrəli məktubunda öz əksini tapdığından, eyni zamanda iddiaçıya əlil uşağa qulluğa görə xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə kimi müavinət təyin edildiyindən “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində təsbit olunmuş “müvafiq icra hakimiyyəti orqanının müəyyən et diyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa... qulluq edilməsi müddəti” müddəası iddiaçıya münasibətdə tətbiq edilərkən 1982-ci ildə doğulmuş və sağlamlıq imkanın məhdudluğu müəyyən edilmiş X5q müddəti əllik qrupundan asılı olmayaraq - sağlamlıq imkanı məhdud uşaq kimi nəzərə alınmalıdır.
16. Eyni zamanda, xx.xx.2015-ci il tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən qadınların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müəyyən edilmiş yaş həddi 60 il müəyyən olunsa da, iddiaçının 10 ildən çox ümumi stajı və onun səkkiz yaşınadək sağlamlıq imkanı məhdud olan uşağın tərbiyə etməsi müəyyən olunduğundan, ona xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsi tətbiq olunmalıdır. Belə olan halda, iddiaç ı qanunla müəyyən olunmuş yaş həddinə (55 yaş) çatmaqla tələb olunan sosial sığorta stajına (10 il) malik olduğundan onun yaşa görə əmək pensiyası hüququ xx.xx.2015-ci il tarixdən yaranır.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1252/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4829/2021 nömrəli, 7 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilərək iddiaçıya əmək pensiyasının təyinatı i lə bağlı cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 (üç) ilə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı əmək pensiyası təyin edilməsi barədə tələb irəli sürsə də, son nəticədə, bu iddianı qaldırmaqda onun marağı pensiya hüququ yaranan vaxtdan ödənilməli olan pensiya məbləğinin hesablanıb ödənilməsi ilə bağlıdır. Məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna təsir edə bilən digər hallara da aydınlıq gətirməlidir.
20. Belə ki, Azərbaycan Respublikası Ali Məh kəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
21. Göründüyü kimi, iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. Bu halda iddiaçıya pensiya xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə görə, yəni xx.xx.2017-ci ildən ödənilə bilər.
22. İddiaçı həmin qərarda n kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) iddiaçının kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətində işin halları və iddia ərizəsinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ilkin olaraq 2017-ci ildə DSMF-nin Bakı şəhəri Xətai Rayon Şöbəsinə müraciət etmişdir. Şöbənin 11 iyul 2017-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçının övladının sağlamlıq imkanının məhdud olması və övladını 8 yaşınadək tərbiyə etməyi barəd ə müvafiq arayışlar (qeydiyyatda olduğu yer üzrə DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsindən arxiv arayışı və s.) təqdim olunmamışdır. Bu səbəbdən də yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur.
25. Bundan sonra, iddiaçı qeydiyyatda olduğu yer üzrə AR DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinə müraciət etmiş və şöbənin 19 sentyabr 2018-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, kompüter məlumatlarında 2008-ci il tarixdən əvvəlki dövr göstərilmədiyindən, övladına görə aldığı müavinət barədə məlumat verilməsi mümkün olmamışdır.
26. İddiaçı övladının uşaqlıqdan əlil olması barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC X4” MMC-nin Uşaq Poliklinikası tərəfindən verilmiş 93 nömrəli 25 oktyabr 2019-cu il tarixli arayışı əldə etmiş və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəs inə müraciət etmişdir. İdarənin 20 iyul 2020-ci il tarixli, **********2 nömrəli məktubu ilə ərizə və ona əlavə olunmuş sənədlər baxılması üçün DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir.
27. Filialın iddiaçıya ünvanlanmış **********1 nömrəli, xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’’nın 2.2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı tələb olunur.
28. Sonra təkrarən DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək bildirmişdir ki, əvvəlki ərizədə qeyd etdiyi kimi övladı 29 sentyabr 1982-ci il tarixdə doğulmuş və uşaqlıqdan əlil olmuşdur. Övladı üçün yaşayış yeri üzrə Bakı şəhəri Lenin (Sabunçu) Rayon Sosial Təminat Şöbəsindən (DSMF Bakı şəhəri Sabunçu Rayon Şöbəsindən) müavinət almışdır. Övladı 17 sentyabr 1992-ci il tarixdə vəfat etmişdir. Bildirmişdir ki, övladını tibbi-sosial ekspert komissiyasından keçirmək mümkün deyil və ekspert komissiyasının qərarına ehtiyac yoxdur. O baxımdan ki, artıq bu məsələ ilə bağlı əvvəllər müavinət alınmışdır (buna dair sənədlər təqdim edilmişdir).
29. Sonuncu müraciətin icrasından **********7 nömrəli, xx.xx.2021-ci il tarixli məktub ilə imtina edilmişdir.
30. Yuxarıda qeyd olunanlara əsasən bildirilmişdir ki, iddiaçı pensiya təyin olunması ilə əlaqədar 2017-ci il tarixdən cavabdehə müraciət etdiyindən, onun hüququ yarandığı 17 may 2015-ci il tarixdən əmək pensiyası ödənilməlidir. b) cavabdehin kassasiya şikayətinin dəlilləri
31. Kassasiya şikayətində işin halları və iddia ərizəsinə qarşı etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr qərarını əsaslandırarkən X2 Uşaq Poliklinikası tərəfindən verilmiş 25 oktyabr 2019-cu il tarixli 93 nömrəli arayışa istinad etmişdir. Həmin arayışa əsasən, K.R.Valeryeviç poliklinikada leykoz xəstəliyi ilə dispanser qeydiyyatında olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.1991-ci il tarixli 1495 nömrəli məktubuna əsasən 8 yaşlı uşaq müalicəyə göndərilmişdir. Lakin həmin arayışlar uşağın sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən sənəd kimi qiymətləndirilə bilməz.
32. Bundan başqa, K.Fərəcova adına X1 27 oktyabr 2021-ci il tarixli 415 nömrəli məktubunun məzmunundan aydın olur ki, uzun müddət keçdiyindən arxivdə X8 məxsus hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmələr qeyd edilən bu halları araşdırmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətlərinə qarşı etirazlar təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
34. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araş dırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hal larda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayətləri vaxt ında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
36. Apellyasiya məhkəməsinin qərarı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...iddiaçı əmək pensiyası təyin edilməsi barədə tələb irəli sürsə də, son nəticədə, bu iddianı qaldırmaqda onun marağı pensiya hüququ yaranan vaxtdan ödənilməli olan pensiya məbləğinin hesablanıb ödənilməsi ilə bağlıdır...”
38. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, “...Azərbaycan Respublikası Ali Məhkəməsini n İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir...”
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin məzmunda əsaslandırmasını İPM-in 12.1 və 58.7-ci maddələrinin tələbinə uyğun hesa b etmir.
40. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “...Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər...”
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna təsir edə bilən digər hallara da münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı ona pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. Bu nöqteyi-nəzərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə yanaşması düzgün olmuşdur.
42. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında əks olunmuş hüquqi mövqeyinə uyğun olaraq iddiaçının hazırkı tələblə bağlı daha əvvəldən cavabdehə müraciət edib-etmədiyi, etmədiyi halda, bunun səbəbləri məhkəmə tərəfindən araşdırılmamışdır. Bu səbəbdəndir ki, iddiaçı inzibati orqana xx.xx.2020-ci il tarixdən daha əvvəl müraciət etdiyini kassasiya şikayətində göstərmişdir.
43. Beləliklə, İPM-in 12.1, 58.7 və 82-ci maddələr inin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçının əmək pensiyasının təyinatı ilə bağlı cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 (üç) ilə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməli, qərar həmin hissədə prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın tam təmin olunması tələbinə münasibətdə təmin edilməməlidir.
44. Cavabdehin şikayətinə gəldikdə, cavabdehin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr iddianın əsaslı olması nəticəsinə gələrkən X2 Uşaq Poliklinikası tərəfindən verilmiş 25 oktyabr 2019-cu il tarixli 93 nömrəli arayışa və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 16 oktyabr 1991-ci il tarixli 1495 nömrəli məktubuna istinad etməkdə haqlı olmamışlar. Belə ki, həmin arayışlar uşağın sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən sənəd kimi qiymətləndirilə bilməz. Bundan başqa, K.Fərəcova adına X1 27 oktyabr 2021-ci il tarixli 415 nömrəli məktubunun məzmunundan aydın olur ki, uzun müddət keçdiyindən arxivdə X8 məxsus hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmələr qeyd edilən bu halları araşdırmamışdır.
45. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, i ddianın əsaslılığı ilə bağlı qənaət təkcə həmin sənədlərdəki məlumatlara əsaslanmır. İşdən göründüyü kimi, Bakı şəhəri keçmiş Lenin rayon Sosial təminat şöbəsi tərəfindən verilmiş 20 mart 1990-cı il tarixli, 116084 nömrəli pensiya vəsiqəsinə əsasən, iddiaçıya əlil uşağa qulluq etdiyinə görə 1 yanvar 1990-cı ildən 21 fevral 1991-ci ilədək müavinət təyin edilmişdir. Məhkəmə də haqlı olaraq hesab etmişdir ki, iddiaçıya əlil uşağa qulluğa görə xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə kimi müavinət təyin edildiyindən “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində təsbit olunmuş “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa... qulluq edilməsi müddəti” müddəası iddiaçıya münasibətdə tətbiq edilərkən 19 82-ci ildə doğulmuş və sağlamlıq imkanın məhdudluğu müəyyən edilmiş X5q müddəti əllik qrupundan asılı olmayaraq sağlamlıq imkanı məhdud uşaq kimi nəzərə alınmalıdır.
46. Beləliklə, cavabdehin apellyasiya şikayətinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə cavabdehin üzərinə “iddiaçının əmək pensiyasının təyinatı ilə bağlı cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 (üç) ilə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi” öhdəliyi qoyulduğundan və apellyasiya instansiyası məhkəməsinin qərarı həmin hissədə ləğv edilməli olduğundan, cavabdehin şikayəti də həmin hissəyə münasibətdə təmin olunmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxar ıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1252/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı “iddiaçının əmək pensiyasının təyinatı ilə bağlı cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 (üç) ilə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi” hissəsində ləğv edilir. İş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. İddiaçının şikayəti iddianın tam təmin olunması hissəsində təmin edilmir. Cavabdehin şikayəti qalan hissədə təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1252/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı “iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində cavabdehin şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.