Məhkəmə qərarları › İş №2-1(102)-1683/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1683/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1683/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: mənzil sahəsi ilə təmin edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil sahəsi ilə təmin edilmə” tələbinə dair inzibati iş üzrə Sumqayıt Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2-1(105)-102/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X6 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı «Şəhid ailəsi» statusu verilmişdir.

2. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 401 saylı sərəncamı ilə şəhid valideyni İddiaçı 2 nəfər ailə tərkibi (özü, arvadı) ilə imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.

3. Cavabdeh tərəfindən iddiaçıya həyat yoldaşı və şəhidin digər ailə üzvləri kimi iddiaçının gəlini və 2 nəvəsi i lə birgə (cəmi 5 nəfər ailə üzvü) üç otaqlı mənzil təklif edilmiş, lakin iddiaçı eyni mənzilin ayrılmasına etiraz etmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Sumqayıt şəhər İcra Hakimiyyətinin 30 iyun 2021-ci il tarixli, 441 saylı sərəncamına əsasən mənzil uçotuna götürülmüş 2 nəfər ailə üzvü ilə onun ayrıca mənzil sahəsi ilə təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh 25 fevral 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaq ədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş siyahıda onun xx.xx.2021-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismin uçota alındığı göstərilmişdir. Qeyd edilmişdir ki, iddiaçıya Abşeron rayonu, Yeni yaşayış kompleksindən üçotaqlı mənzil təklif olunmuş, lakin o bu təklifdən imtina etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi üzvü kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur. Həmçinin bildirilmişdir ki, Nazirliyin balansında Sumqayıt şəhər mərkəzində yerləşən mənzillər yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhər İcra Hakimiyyətinin 30 iyun 2021-ci il tarixli, 441 saylı sərəncamına əsasən mənzil uçotuna götürülmüş 2 nəfər ailə üzvü ilə onun ayrıca mənzil sahəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 2-ci Qarabağ müharibəsində iştirak etmiş və xx.xx.2020-ci il tarixdə Şəhidlik zirvəsinə ucalmışdır. Oğlu 2016-cı ildə ailə həyatı qurmuş və onun 2018-ci il təvəllüdlü Elcan, ölümündən son ra 2021-ci il təvəllüdlü şəhid oğlunun adını daşıyan Qubad adında iki övladı vardır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ona «Şəhid ailəsi» statusu verilmişdir. Mənzil sahəsinə kəskin ehtiyacları olması nəzərə alınaraq Sumqayıt şəhər İcra hakimiyyətinin 21 iyun 2021-ci il tarixli 282 saylı sərəncamına əsasən 2 nəfər ailə tərkibi ilə ayrıca mənzil növbəsinə götürülmüşdür. Bütün sənədlər cavabdehə göndərilmiş, lakin xx.xx.2021-ci ildə cavabdehin onlara ünvanladığı məktubda bildirmişdir ki, onlara Abşeron rayonu Yeni yaşayış kompleksindən 3 otaqlı mənzil təklif olunmuş, lakin onlar həmin mənzildən imtina etmişlər. O, bu məsələ ilə maraqlandıqda isə ona məlum olmuşdur ki, o və həyat yoldaşının valideynləri ayrı-ayrı sərəncamlar əsasında mənzil növbəsinə götürülmələrinə və o nların ayrı-ayrı mənzil sahələri ilə təmin olunmalı olmaqlarına baxmayaraq 3 otaqlı mənzil 5 nəfər Şəhidin ailə üzvünə (o, həyat yoldaşı, gəlini və iki nəvəsinə) təklif edilmişdir. Halbuki onlar ayrıayrı təsərrüfatda olmaqla ayrıca mənzil sahələri ilə təmin edilməli idilər. O bundan sonra bir daha cavabdeh təşkilata müraciət edərək bu qaydada mənzil verilməsinin qanunvericiliyə zidd olduğunu bildirmiş, lakin ona ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda cavabdeh ona 3 otaqlı mənzil sahəsi təklif etmiş və o, həmin mənzili almaqdan imtina etdiyini qeyd etmişdir. Halbuki, 3 otaqlı mənzil sahəsi ona deyil, ayrı-ayrılıqda mənzil növbəsinə götürülmüş 2 ailəyə bir yerdə yaşamaq üçün təklif olunmuş və bu qaydada mənzil sahəsinin verilməsi onların mənzil hüquqlarını pozduğu üçün o, ayrı -ayrılıqda qəbul edilmiş sərəncam əsasında mənzil sahəsinin verilməsini demişdir. Onun həmin cavabdan sonra təkrarən cavabdeh təşkilata ünvanladığı məktubuna isə ümumiyyətlə cavab verilməmişdir. Cavabdehin bu hərəkəti qanunsuzdur və şəhid ailəsi üzvü kimi ona ayrıca mənzil sahəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES- də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyətinin səlahiyyətlərinə aiddir və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Belə olan halda ailə tərkibi 5 nəfərdən ibarət olan və normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa əlavə mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir və qanunvericilikdə mənzilin ayrı-ayrılıqda verilməsi nəzərdə tutulmamışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş siyahıda 30 iyul 2021-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Şəxsə Abşeron rayonu, Yeni yaşayış kompleksindən üçotaqlı mənzil təklif olunmuş, lakin o bu təklifdən imtina et mişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi üzvü kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur. Həmçinin Nazirliyin balasında Sumqayıt şəhər mərkəzində yerləşən mənzillər yoxdur.

9. Sumqayıt İnzibati Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli, 2-1(118)1648/2022 nömrəli qərarı (hakim: X1) ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyə əsasən şəhid ailələrin mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulsa da, həmin şəxslərə ayrı-ayrılıqda deyil, bir mənzilin ayrılması nəzərdə tutulmuşdur.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası m əhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2-1(105)-102/2023 nömrəli qərarı (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X2 və X8) ilə Sumqayıt İnzibati Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya və şəhidin digər ailə üzvlərinə (hazırda məhkəmənin icraatında olan digər iş üzrə iddiaçı X3 və onun iki uşağı) mənzil qanunvericiliyi ilə müəyyən olunmuş sosial kirayə müqaviləsi üzrə dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasından (iddiaçıya münasibətdə 5 nəfər ailə üzvü ilə birlikdə: 5x16=80 kvadratmetr) artıq olan ümumi sahəsi 90,77 kvadratmetr olan mənzi l təklif edilmişdir ki, iddiaçının hazırda da həmin mənzili müəyyən edilmiş qaydada əldə etmək imkanı vardır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işdə olan sənədlərlə iddiaçının, onun həyat yoldaşının, B.Əliyevanın isə 2 azyaşlı uşaqları ilə Sumqayıt şəhər İcra hakimiyyətinin ayrıca sərəncamı əsasında, mənzil növbəsinə götürülməsi işin mübahisəsiz halıdır. İddiaçı və digər şəxslər bir təsərrüfatda olmadığından birlikdə bir mənzilin verilməsi mənzil qanunvericiliyinin tələblər inə ziddir. Mənzil ayrı-ayrılıqda verilməlidir.

16. Kassator hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Mənzil Məcəlləsinin 48,50-ci maddələrinə və «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilmiş güzəştlərin tətbiqi haqqında Qaydaları tələblərini pozulması ilə qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə

48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələr 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.... Maddə

49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin öl çüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Maddə

51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması... 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütü n əsaslar üzrə uçota alına bilər. 19. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Şəhid və şəhid ailəsi anlayışı... Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar... Maddə

4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 n ömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”:

2. Şəhid ailəsi 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları... 3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir... 3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar;

21. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi 1.1. Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xi dmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 1.2. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. 1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur.... 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:... 3.1.16. dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək; 22. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezid entinin 25 yanvar 2021-ci il tarixli Sərəncamı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismind ə uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

23. İnzibati Prosessual Məcəllə: a) Maddə

14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məluma tlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı ” işi üzrə qərarı KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellya siya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə iddiaçıya yaşayış sahəsinin verilməsi barədədir. Cavabdeh tərəfindən iddiaçıya həyat yoldaşı və şəhidin digər ailə üzvləri kimi iddiaçının gəlini və 2 nəvəsi ilə birgə (cəmi 5 nəfər ailə üzvü) üç otaqlı mənzil təklif edilmiş, lakin iddiaçı eyni mənzilin ayrılmasına etiraz etmişdir.

31. Hazırkı qərarın tətbiq edilən hüquq hissəsində göstərilən “Şəhid ailəsi” statusuna malik şəxslərin mənzillə təmin olunması barədə qanunvericilikdə ayrı təsərrüfat subyektlərində yaşayan ailə üzvlərinə iki mənzilin ayrılması nəzərdə tut ulmamışdır.

32. Həmçinin işin halları ilə müəyyən olunur ki, iddiaçıya və şəhidin digər ailə üzvlərinə (iddiaçı X3 və onun iki uşağı) mənzil qanunvericiliyi ilə müəyyən olunmuş sosial kirayə müqaviləsi üzrə dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasından (iddiaçıya münasibətdə 5 nəfər ailə üzvü ilə birlikdə: 5x16=80 kvadratmetr) artıq olan ümumi sahəsi 90,77 kvadratmetr olan mənzil təklif edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya şəhid ailəsinin digər üzvləri ilə birlikdə şəhid ailəsi kimi Abşeron rayonu, yeni yaşayış kompleksində üçotaqlı mənzilin təklif edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuş və iddiaçının hazırkı tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur.

34. Məhkəmə kollegiyası əla və olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddia olsa da, bu iddia növündə də öhdəliyin icra edilməli olmasını sübut etmək vəzifəsi iddiaçının, həmin öhdəliyin icra olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı qərarın 23.a bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilmiş, əksinə iddiaçı ona cavabdeh tərəfindən şəhidin bütün ailə üzvləri ilə birlikdə deyil, ayrıca olaraq özü və həyat yoldaşı ilə birgə mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

35. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2-1(105)-102/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar