Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1684/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1684/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı pensiyanın yenidən hesab lanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-87/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 1957-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olduğunu, Ağdam Rayon Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2(13)-2891/2017 nömrəli qətnaməsi ilə İddiaçı 1977ci ilin xx ayından 1988-ci ilin xx ayına kimi Ermənistan Respublikası Qızıl mədənində da ğ-mədən sahəsində yeraltı işlərlə məşğul olan fəhlə, 1988-ci ilin xxxx 1993-cü ilin xxxx kimi Kəlbəcər rayonu Civə zavodunda dağ-mədən sahəsində yeraltı işlərlə məşğul olan fəhlə işləməsi faktının müəyyən olunduğunu, Cavabdeh Pensiya təyin edən komissiyasının xxxx 2017-ci il tarixli, 1685 №-li qərarına əsasən 28 il 10 ay ümumi sosial sığorta stajı və 15 il güzəştli iş stajı ilə ona 52 yaşı tamam olduğu xxxx 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyini, Ermənistanda Mədənçıxarma sahəsində işlədiyi nəzərə alınaraq Dövlət Statistika Komitəsinin təsdiq etdiyi X1 üzrə orta aylıq nominal əmək haqqı cədvəlinə əsasən işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 2005-ci ilin yekunlarına görə 507,30 manat olmaqla pensiyanın yenidən hesablanması üçün Cavabdeh nə məktubu ünvanladığını, sonuncu, xxxx.2018-ci il tarixli məktubla xxxx 2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda əmək pensiyalarının əmək haqqı ilə və ya Dövlət Statistika Komitəsinin təsdiq etdiyi X1 Təsnifatı üzrə hesablanmasının nəzərdə tutulmadığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, 1976-1988-ci illərdə Ermənistanda Mədənçıxarma sahəsində işlədiyi nəzərə alınaraq, Dövlət Statistika Komitəsinin təsdiq etdiyi X1 üzrə orta aylıq nominal əmək haqqı cədvəlinə əsasən işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 2005-ci ilin yekunlarına görə 507,30 manat olmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsin in xxxx 2018-ci il tarixli, 2-1(84)-429/2018 nömrəli qərаrı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı 1977-1988-ci illərdə Ermənistanda Mədənçıxarma sahəsində işlədiyi nəzərə alınaraq Dövlət Statistika Komitəsinin təsdiq etdiyi X1 üzrə orta aylıq nominal əmək haqqı cədvəlinə əsasən işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 2005-ci ilin yekunlarına görə 507,30 manat olmaqla pensiyanın yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, 1976-cı ilə aid hissədə iddia təmin edilməmişdir (hаkim - V.K.Qasımov). Şəki Apellyаsiyа Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyаsının xxxx 2018-ci il tarixli, 2-1(107)-294/2018 saylı qərarı ilə (sədrlik edən R.R.Rəfiyev, hakimlər G.Q.Abbasov və E.Ş.Hüseynov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsininаpellyаsiyа şikа yəti təmin edilməmiş, Mingəçevir İnzibаti-İqtisаdi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərаrı dəyişdirilmədən sаxlаnılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(102)-1808/2018 saylı qərarı ilə (sədrlik edən R.S.Nəbizadə, hakimlər A.S.Hüseynov və İ.K.Hüseynov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-87/2019 saylı qərarı ilə (sədrlik edən İ.H.Şükürov, hakimlər A.M.Eyvazov və R.Ə.Əliyev) cavabde h Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir Şəhər Şöbəsinin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xxxx 2018-ci il tаrixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, pensiya hüququ yarandığı xxxx 2009-cu il tarixə qədər qüvvədə ola n qanunvericiliyə əsasən pensiyalar orta aylıq əmək haqqı ilə hesablanırdı, lakin o, mədənçıxarma sahəsində işlədiyi dövr üçün əmək haqqı təqdim edə bilmədiyi üçün onun pensiyası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi X1 Təsnifatı üzrə orta aylıq nominal əmək haqqı ilə hesablanmalıdır, xxxx 2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda əmək pensiyalarının əmək haqqı ilə və ya Dövlət Statistika Komitəsinin təsdiq etdiyi X1 Təsnifatı üzrə hesablanması nəzərdə tutulmadığı üçün onun orta aylıq əmək haqqı həmin Qanun qüvvəyə mindiyi tarixədək, yəni 2005-ci il üzrə X1 Təsnifatı üzrə orta aylıq nominal əmək haqqı ilə hesablanmalıdır. Tərəflərin izahatları İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi məhkəmə iclası nın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir ş əhər şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zərurid ir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-87/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xxxx 1957-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Ağdam rayon məhkəməsinin xxxx 2017-ci il tarixli, 2(13)-2891/2017 nömrəli qətnaməsi ilə İddiaçı 1977ci ilin xx ayından 1988-ci ilin xx ayına kimi Ermənistan Respublikası Qızıl mə dənində dağ-mədən sahəsində yeraltı işlərlə məşğul olan fəhlə, 1988-ci ilin xx ayından 1993-cü ilin xx ayına kimi Kəlbəcər rayonu Civə zavodunda dağ-mədən sahəsində yeraltı işlərlə məşğul olan fəhlə işləməsi barədə sosial sığorta stajı faktı müəyyən olunmuş, Cavabdeh pensiya təyin edən komissiyasının xxxx 2017-ci il tarixli, *** №-li qərarına əsasən, 28 il 10 ay ümumi sosial sığorta stajı və 15 il güzəştli iş stajı ilə iddiaçıya 52 yaşı tamam olduğu xxxx 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı Ermənistanda Mədənçıxarma sahəsində işlədiyi nəzərə alınaraq Dövlət Statistika Komitəsinin təsdiq etdiyi X1 üzrə orta aylıq nominal əmək haqqı cədvəlinə əsasən işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 2005-ci ilin yekunlarına görə 507,30 manat o lmaqla pensiyanın yenidən hesablanması üçün Cavabdehnə məktub ünvanlamış, sonuncu, xxxx 2018-ci il tarixli məktubla xxxx 2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda əmək pensiyalarının əmək haqqı ilə və ya Dövlət Statistika Komitəsinin təsdiq etdiyi X1 Təsnifatı üzrə hesablanmasının nəzərdə tutulmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçıya xxxx 2017-ci il tarixdə 52 yaşının tamam olduğu (01.10.2009) tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçının 52 yaşı xxxx 2009-cu ildə tamam olmuş, iddiaçının hazırkı tələbi Dövlət Statistika Komitəsinin təsdiq etdiyi X1 üzrə orta aylıq nominal əmək haqqı cədvə linə əsasən işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 2005-ci ilin yekunlarına görə 507,30 manat olmaqla pensiyanın yenidən hesablanması barədədir, 28 il 10 ay ümumi sosial sığorta stajı və 15 il güzəştli iş stajına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlə pensiya təyin edilmiş, Ağdam rayon məhkəməsinin xxxx 2017-ci il tarixli qətnaməsində göstərilən illər nəzərə alınaraq ona güzəştli şərtlə yaşa görə pensiya təyin edilmiş, iddiaçıya əlilliyə görə deyil, yaşa görə pensiya təyin edilmiş, hazırkı mübahisə isə yaşa görə təyin edilən pensiyanın orta aylıq əmək haqqına uyğun hesablanması ilə bağlıdır, digər tərəfdən iddiaçı 1993-cü ilin may ayından xxxx 2005-ci ilə qədər Mingəçevir “xxxx” ASC-də işləmiş və bu fakt iş materialları ilə təsdiq olunur, yəni iddiaçının xxxx 2005-ci ilə qədər M ingəçevir “xxxx” ASC-də iş icraçısı işlədiyi halda, onun həmin ildə faktiki işlədiyi dövrü deyil, Dövlət Statistika Komitəsinin təsdiq etdiyi X1 üzrə orta aylıq nominal əmək haqqı cədvəlinə əsasən işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 2005-ci ilin yekunlarına görə 507,30 manat olmaqla pensiyanın yenidən hesablanması barədə tələbi əsaslı qəbul edilə bilməz. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin xxxx 2010-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zama n bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xxxx 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanunverici qaçqın və məcburi köçkün üçün pensiya təyin edərkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər ilin əvvəlində onların işlədikləri sahələr üzrə təsdiq olunan orta aylıq əmək haqqına görə müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanmasını nəzərdə tutmuş, qanunun mənasına görə həm də pensiya təyin edilərkən 1 ilin deyil, (iddiaçı tələbində 2005-ci ili nəzərdə tutmuşdur) ya son 24 ayın (2 ilin), ya da hər hansı ardıcıl gələn 60 ayın (5 ilin) əmək haqqına uyğun pensiyanın hesablanmasını müəyyən etmiş, digər tərəfdən Dövlət Statistika Komitəsinin təsdiq etdiyi X1 üzrə orta aylıq nominal əmək haqqı cədvəlinə əsasən işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 2005-ci ilin yekunlarına görə 507,30 manat olmaqla iddiaçının pensiyanın yenidən hesablanması barədə cavabdehin üzərinə vəzifə qoyarkən məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi 1993-cü ilin may ayından xxxx 2005-c i ilə qədər Mingəçevir “xxxx” ASC-də işləməsi barədə dəlillərini nəzərə almamış, yəni iddiaçı xxxx 2005-ci ilə qədər Mingəçevir “xxxx” ASC-də iş icraçısı işlədiyi halda, onun həmin ildə faktiki işlədiyi dövrü deyil, nominal əmək haqqının mədənçıxarma sənayesi üzrə 507.30 manat olmasına münasibət bildirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınin xxxx 2018-ci il tarixli qərarında verilmiş göstərişləri yerinə yetirərək, işə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən iddiaçıya əlilliyə görə deyil, yaşa görə pensiya təyin edildiyi, hazırkı mübahisənin isə yaşa görə təyin edilən pensiyanın orta aylıq əmək haqqına uyğun hesablanması ilə bağlı olduğu, həmçinin iddiaçının 1993-cü ilin xx ayından xxxx 2005-ci ilə qədər Mingəçevir “xxxx” ASC-də işlədiyi və bu faktın iş materialları ilə təsdiq olunduğu, yəni iddiaçının xxxx 2005-ci ilə qədər Mingəçevir “xxxx” ASC-də iş icraçısı işlədiyi halda, onun həmin ildə faktiki işlədiyi dövrü deyil, Dövlət Statistika Komitəsinin təsdiq etdiyi X1 üzrə orta aylıq nominal əmək haqqı cədvəlinə əsasən işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 2005-ci ilin yekunlarına görə 507,30 manat olmaqla pensiyanın yenidən hesablanması barədə tələbinin əsaslı olmadığı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmədiyini, ona əlilliyə görə deyil, yaşa görə pensiyanın təyin edild iyini, hazırkı mübahisənin isə yaşa görə təyin edilən pensiyanın orta aylıq əmək haqqına uyğun hesablanması ilə bağlı olduğunu, digər tərəfdən iddiaçının 1993-cü ilin xx ayından xxxx 2005-ci ilə qədər Mingəçevir “xxxx” ASC-də işlədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məh kəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-87/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-87/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1684/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1684/2019
12.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver