Məhkəmə qərarları › İş №2-1(102)-1684/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1684/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1684/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (Çernobıl əlilinə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə qədər Çernobıl AES-də baş vermiş qəzanın nəticə lərinin aradan qaldırılmasında iştirakla əlaqədar əmək haqqının dörd qatı məbləğində ona ödənilmiş pulun 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilərək 01.01.2008-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması və 01.01.2008-ci il tarixdən hazıradək yaranmış fərqin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.06.2021-ci il tarixli, 2-1(105)-364/2021 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Çernobil AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. Bununla əlaqə dar ona ikinci dərəcəli əlillik müəyyən edilmişdir və 02.04.1992-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya ödənilən pensiyanın məbləği 01.01.2020-ci il tarixdən 389 manat 87 qəpik təşkil edir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.1991-ci il tarixli 577 saylı qərarına uyğun olaraq ona əmək haqqının dörd qatı məbləğində ödənilmiş pulun 25,4-ə vurulmaqla və Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilməklə 01.01.2008-ci il tarixdən əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasını, habelə 01.01.2008-ci il tarixdən hazıradək yaranmış fərqin ödənilməsini xahiş etmişdir.

3. Cavabdeh iddiaçının müraciətin in təmin edilməsindən imtina olunduğunu bildirmişdir. İmtina belə əsaslandırılmışdır ki, əmək pensiyasının iddiaçının tələb etdiyi qaydada hesablanması qeyri-mümkündür və ‘‘Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndinə əsasən bu səlahiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, 11.08.1986-cı il tarixdən 11.11.1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakı ilə əlaqədar ona ödənilmiş pulun 4 qat məbləğinin 25,4- ə vurularaq Çernobıl AESdə olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilməklə 01.01.2008-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması və 01.01.2008-ci il tarixdən hazıradək yaranmış fərqin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsi prosessual hüquq varisi olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun 1 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə kimi Çernobıl AES-də 30 kilometrlik zona daxilində qəzanın nəticələrinin aradan qaldırılmasında fəal iştirak etmişdir. 10 dekabr 2000-ci il tarixli arayışdan d a göründüyü kimi, bununla bağlı ona əmək haqqı və digər gəlirlər kimi 1420 rubl pul ödənilmişdir. O, 13 aprel 1992-ci il tarixə qədər 1 nömrəli Tikinti Quraşdırma idarəsində 6-cı dərəcəli çilingər vəzifəsində işləmiş, 13 aprel 1992-ci il tarixli, 21 nömrəli əmrə əsasən işdən azad edilmişdir. Hal-hazırda həmin idarənin bazasında “Tikinti-Servis” ATSC yaradılmışdır. Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakı nəticəsində ciddi şüalanmaya məruz qalmış və nəticədə İİ qrup ÇAES əlili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.1991-ci il tarixli, 577 №-li qərarına əsasən, bütün Çernobıl əlillərinə münasibətdə olduğu kimi, ona da həmin vaxt işlədiyi müəssisədən əmək haqqının dörd qatı məbləğində mükafat ödənilmişdir. «Vətəndaşların pensiya təminatı ha qqında» Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinə əsasən, həmin dörd qat əmək haqqından ÇAES əlillərinə pensiya hesablanması nəzərdə tutulmuşdur. Bu zaman ödənilmiş həmin məbləğ şəxsin Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmalıdır. Alınan məbləğ orta aylıq əmək haqqını təşkil edir. Bununla bağlı iddiaçı 11.08.1986-cı il tarixdən 11.11.1986-cı il tarixə qədər Çernobıl AESdə qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakı ilə əlaqədar ona ödənilmiş pulun 4 qat məbləğinin 25,4-ə vurularaq Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilməklə 01.01.2008-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması və 01.01.2008-ci il tarixdən hazıradək yaranmış fərqin ona ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh cavab məktubunda qeyd e tmişdir ki, iddiaçıya pensiya hüququnun yarandığı 02.04.1992-ci il tarixdən müvafiq qanunvericiliyə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilmişdir və 01.01.2020-ci il tarixdən aldığı pensiya 389.87 manat təşkil edir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Qanunla həmin Qanunun 28-ci maddəsi ləğv edilmişdir. Həmin normanın ləğv edilməsi ilə əlaqədar pensiyaların yenidən hesablanması mümkün deyildir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir.

7. Birinci instansiya məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(118)-201/2021 nömrəli (sədrlik edən hakim Əzizova Vəfa ) qərarı ilə iddia təmin edilmiş, 11.08.1986-cı il tarixdən 11.11.1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakı ilə əl aqədar iddiaçıya ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilərək 01.01.2008-ci il tarixdən onun əmək pensiyasının yenidən hesablanması və 01.01.2008-ci il tarixdən hazıradək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının müraciəti ilə əlaqədar cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır.

9. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Hökümə Babayeva və Fuad Məmmədov ) 21.06.2021-ci il tarixli, 2-1(105)-364/2021 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 18.02.2021-ci il tarixli, 21(118)-201/2021 saylı qərarı dəyişdirilmiş və iddia qismən təmin olunaraq, iddiaçının 11.08.1986-cı il tarixdən 11.08.1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakı ilə əlaqədar ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilərək 01.01.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və iddiaçının pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi 01.06.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyu lmuşdur.

11. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə 01.07.2017-ci il tarixdən sonra, 01.06.2020-ci il tarixdə müraciət etmişdir. Buna görə də Ali Məhkəmənin “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08.10.2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir.

12. Daha sonra apelyasiya instansiyası məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(105)-364/2021 nömrəli qərardadı ilə 21.06.2021-ci il tarixli, 2-1(105)-364/20 21 saylı qərarında yol verilmiş yanlışlıq düzəldilərək, qərarın əsaslandırma hissəsinin ikinci abzası “Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(118)201/2021 saylı qərarı dəyişdirilməli və “cavabdehin üzərinə iddiaçının 11.08.1986-cı il tarixdən – 11.11.1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilərək 01.01.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və iddiaçının pensiyanın yenidən hesablanmas ı üçün cavabdehə müraciət etdiyi 01.06.2020-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi qoyulmalıdır” kimi oxunması qərara alınmışdır

13. İddiaçı və cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddiaçı iddia tələbinin təmin olunmasını, cavabdeh isə iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun pensiya hüququ qanunvericiliyə dəyişiklik ediləndən çox əvvəl yaranmışdır. Onun kimi yüzlərlə Çernobıl iştirakçıları almalı olduğu bütün pensiya məbləğini almışlar. Onun hüququ nə üçün pozulmalıdır. Nə üçün bu gün olan dəyişiklik, onun vəziyyətimi ağırlaşdırdığı halda ona aid edilməlid ir. Nə üçün bu qanun geriyə şamil edilməlidir. Belə çıxır ki, ölkə ərazisində ən ali hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın-konstitusiyanın mühüm bir müddəasının tələbləri pozulur. Almalı olduğu pensiya məbləği onun mülkiyyətidir və o bu gün apelyasiya məhkəməsinin müvafiq qərarı ilə öz mülkiyyətindən, əmlakından məhrum edilmişdir.

15. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. 11.08.1986-cı ildən 11.11.1986cı il tarixinədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə iddiaçıya ödənilmiş 1.228,16 rublun 4 qat məbləğini onun Çernobıl AES-də olduğu günlərin sayına bölərək 25.4-ə vurul maqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməsi və 01.01.2008-ci il tarixdən əmək pensiyasının məbləğinin yenidən hesablanması mümkün deyildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10.09.1993-cü il tarixli məktubunda ifadə olunduğu kimi, əmək pensiyasının dörd qat əmək haqqı məbləğində müəyyən edilmiş mükafat əsasında hesablanması qeyri-mümkündür və bu səlahiyyət "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Bu halda ödənilmiş dörd qat məbləğ ÇAES günlərinin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ orta aylıq əmək haqqını təşkil edir. Dörd qat məbləğ özü müas irləşdirilərək ödənildiyi üçün həmin əmək haqqının müasirləşdirilməsinə yol verilmir. Yəni Nazirlər Kabinetinin 24.05.1993-cü il tarixli 255 saylı Qərarına əsasən orta aylıq əmək haqqının müasirləşdirilməsi qeyri-mümkündür. Lakin, qeyd olunan hallar məhkəmə tərəfindən yoxlanılmamış və həmin xüsusatlara düzgün hüquqi qiymət verilməmişdir. Bu səbəbdən, apelyasiya məhkəməsinin qərarı əsassızdır. Bu isə həmin qərarın kassasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş proses sual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şika yətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin kassasiya şikayəti əsassızdır və təmin edilməməlidir. İddiaçının kassasiya şikayəti qismən əsaslıdır. Apelyasiya i nstansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini və cavabdehin kassasiya şikayətinin təmin edilməməsini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

21. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hall arı araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

22. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iş üzrə mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasın ın qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.

23. Məhkəmə araşdırması zamanı iddiaçının tələbinin iki hissədən ibarət olduğu nəzərə alınmalı və yoxlama buna uyğun olaraq aparılmalı idi. Belə ki, iddiaçı, birincisi, əlilliyə görə əmək pensiyasının Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarına əsasən əmək haqqının dördqatı məbləğində ona ödənilmiş mükafat əsasında indeksasiya edilməklə 01.01.2008-ci il tarixdən yenidən hesablanmasını, ikincisi, həmin tarixdən yaranmış fərqin ödənilməsini tələb edir. Yəni iddiaçının hüquqi marağı yalnız əmək pensiyasının yenidən hesablanması na deyil, həm də yenidən hesablama tarixindən yaranmış fərqin ödənilməsinə yönəlmişdir.

24. Məhkəmə kollegiyası iddia tələbinin əmək pensiyasının 01.01.2008-ci il tarixdən yenidən hesablanması hissəsində apelyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmaqla yanaşı, eyni zamanda qeyd edir ki, tələbin əmək pensiyasının yenidən hesablanması ilə bağlı yaranan fərqin ödənilməsi tarixinin müəyyən olunması hissəsinə münasibətdə məhkəmə tərəfindən düzgün qərarın qəbulu üçün tələb olunan həcmdə araşdırma aparılmamışdır.

25. Belə ki, iş üzrə materiallarla müəyyən olunur ki, iddiaçı 11.08.1986 il tarixdən 11.11.1986-cı il tarixədək Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmişdir.

26. Müdafiə Nazirliyi MHHK-nın iş materiallarında olan 07.03.2007-ci il tarixli 58 saylı qəra rında iddiaçının 1986-cı ildə Çernobıl AES-də baş verən qəzanın aradan qaldırılmasında iştirak etdiyi və orada tutulduğu xəstəliyin Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olduğu qeyd olunmuşdur.

27. TSEK-in işdə olan SER TSE-01 № 296189 saylı müayinə aktından çıxarışdan görünür ki, iddiaçıya Çernobıl AES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılması səbəbi ilə təyin edilmiş İİ dərəcəli əlillik müddətsiz müəyyən edilmişdir.

28. İş materiallarına əlavə edilmiş 269546 seriyalı vəsiqənin surətindən görünür ki, iddiaçı 2-ci qrup Çernobıl əlilidir. İddiaçıya 17.03.1994-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. 29. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların p ensiya təminatı haqqında” Qanunun 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.1991-ci il tarixli 577 saylı qərarı ilə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara əmək haqqının dördqat məbləğində mükafat ödənilməsi nəzərdə tutulmuşdur.

31. İddiaçının iş yeri 1-ci Sumqayıt Mexaniki Quraşdırma İdarəsinin bazasında yaradılmış 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, İddiaçı 1-ci Sumqayıt Mexaniki Quraşdırma İdarəsində işləmiş, 315 nömrəli Sumqayıt QVK-nın arayışına əsasən 11.08.-11.11.1986-cı il tarixdə Çernobıl AES-də baş vermiş qəzanın fəsadlarının arada n qaldırılmasında iştirak etmiş və ona həmin dövr üzrə 4 qat məbləğində əmək haqqı 100% (282.66+292.12+309.58+343.8=1228,16 rubl) ödənilmişdir.

32. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçıya əmək pensiyasının yenidən hesablanması ilə bağlı yaranan fərqin hansı tarixdən ödənilməsi ilə bağlı məsələ həll edilərkən onun pensiyanın yenidən hesablanması ilə əlaqədar 2020-ci il tarixdən əvvəl aidiyyəti inzibati orqana, yəni cavabdehə müraciət edib-etmədiyi, müraciət etmişdirsə, müraciətin tarixi və cavabdehin müraciətə münasibəti, müraciət etməmişdirsə, bunun səbəbləri məhkəmə tərəfindən araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, iddiaçıya fərqin ödənilməsi tarixinin müəyyən edilməsi bu halların araşdırılmasının nəticələrinə bağlıdır. Lakin məhkəmə tərəfindən iddiaçını n həmin tarixədək bu barədə aidiyyəti səlahiyyətli orqana müraciət etməsi və ya bu məsələni ümumiyyətlə mübahisələndirməsi ilə bağlı xüsusatlar yoxlanılmamış, bununla bağlı hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.

33. Bununla bağlı, həmçinin Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyini də nəzərə almaq lazımdır.

34. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olu nmuş hüquqi mövqeyinə görə, müvafiq işlərə baxan məhkəmələr pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməlidirlər. Bu mənada, məhkəmələr pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müvafiq tarixlərdə müraciət etməmənin səbəblərini nəzərə almadan qərar qəbul etməyə haqlı deyildirlər.

35. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş hüquqi mövqeyə görə, ha kimin yardım etmək vəzifəsi yalnız formal pozuntuların aradan qaldırılması ilə bağlı deyil, işin faktiki halların aydınlaşdırılması ilə də bağlı ola bilər.

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilərkən pensiya təyin edən orqanın məsuliyyət sferasına aid olan məsələlər üzrə qanunvericiliyin tələblərinin pozulub-pozulmaması, belə halların müəyyən olunduğu təqdirdə pensiya təyin edən orqanın təqsirinin olub-olmaması da yoxlanılmalıdır. Bu yanaşma onunla bağlıdır ki, pensiya təyin edən orqanın təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiyanın ödənilməməsinin məsuliyyətini həmin orqan daşımalıdır. Belə hallarda keçmiş müddət üçün pensiyanın ödənilməsinə hər hansı məhdudiyyətin qoyulması konstitusion dəyərlər baxımından məqbul sayıla bilmə z. (İddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinə istinadən. Həmin maddədə pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğlərinin keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilməsi nəzərdə tutulmuşdu).

37. Cavabdehin kassasiya şikayətində, iddiaçının tələb etdiyi qaydada 01.01.2008-ci il tarixdən onun əmək pensiyasının yenidən hesablanması mümkün olmadığını qeyd etmiş və bu zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10.09.1993-cü il tarixli məktubuna istinad edərək bildirmişdir ki, əmək pensiyasının dörd qat əmək haqqı məbləğində müəyyən edilmiş mükafat əsasında hesablanması qeyrimümkündür və bu səlahiyyət "Vətəndaşların pensiya təminatı haqqı nda” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Eyni zamanda bildirilir ki, ödənilmiş dörd qat əmək haqqı məbləği şəxsin Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmalıdır. Alınan məbləğ pensiyaçının orta aylıq əmək haqqını təşkil edir. Dörd qat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əmək haqqının müasirləşdirilməsinə yol verilmir.

38. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində qeyd edilən həmin dəlillər əsassızdır. Belə ki, pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Sosial Müdafiə Fonduna həvalə edildiyindən və pensiya təminatının hazırda yalnız həmin orqan tərəfindən həyata keçirildiyindən, bu sahə üzrə səlahiyyətli orqan Dövlət Sosial Müdafiə Fondudur. Bu zaman həm də icra hakimiyyətinin vahidliyi prinsipi də nəzər alınmalıdır.

39. Bundan başqa, cavabdehin kassasiya şikayətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10.09.1993-cü il tarixli məktubuna istinadən əmək pensiyasının dörd qat əmək haqqı məbləğində ödənilmiş mükafat əsasında hesablanmasının qeyri-mümkün olduğunu iddia etməsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 577 saylı qərarında həmin hesablama qaydasının tətbiqini istisna edən hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Bu baxımdan, normativ qaydada nəzərdə tutulmayan məhdudiyyətin məktubla müəyyən edilməsi hüquqi dövlət prinsipi və normativ hüquqi aktlar haqqında qanunvericilik baxımından yolverilməzdir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apelyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

41. Cavabdehin kassasiya şikayəti yuxarıda qeyd edilən səbəblərdən təmin edilməməlidir.

42. Yuxarıda şərh edilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. İddiaçının kassasiya şikayəti qismən təm in edilir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2-1(105)-364/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar