Məhkəmə qərarları › İş №2-1(102)-1684/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1684/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1684/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 Zülfüqar oğlunun və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ictimai birliyin dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 18.10.2022 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 (xx.xx.1974-ci il təvəllüdlü; FİN: xxxxxxx), İddiaçı2 Zülfüqar oğlunun (xx.xx.1989-ci il təvəllüdlü; FİN: xxxxxxx) və İddiaçı3 (xx.xx.1994-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbay can Respublikası Ədliyyə Nazirliyinə qarşı “ictimai birliyin dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci il tarixli, 2-1(103)1104/2022 nömrəli qərarından İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/1773-13 nömrəli məktub ilə müəyyən olunmuşdur ki, “X1” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinin t ələbinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, birlik bir fiziki şəxs tərəfindən yaradılmışdır.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/1773/3-13 nömrəli məktub ilə müəyyən olunmuşdur ki, “X1” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.1-ci maddəsinin tələbinə riayət edilməməsi müəyyən olunmuşdur.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı2 Zülfüqar oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/1773/4-13 nömrəli məktub ilə müəyyən olunmuşdur ki, “X1” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı daxil olmuş müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun 5.2-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, ərizə notariat qaydasında təsdiqlənməmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/1773/5-13 nömrəli məktub ilə müəyyən olunmuşdur ki, “X1” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 5.4.1-ci maddəsinin tələbinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, qurumun nizamnaməsi təsisçilər tərəfindən təsdiq edilməmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/1773/6-13 nömrəli məktub ilə müəyyən olunmuşdur ki, «X1» ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciət baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2-ci maddəsinin tələbinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, ərizə notariat qaydasında təsdiqlənməmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/1080-13 nömrəli məktub ilə müəyyən olunmuşdur ki, «X1» ictimai birliyinin dövlət qeydiyyatına alın ması ilə bağlı müraciət baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunun 13.1-ci maddəsinin tələbinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, qurumun nizamnaməsində ona əlavə və dəyişikliklərin edilməsi qaydası (təkliflərin verilməsi, baxılması və müddətlər) müəyyən edilməmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı2 Zülfüqar oğluna ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/1080/2-13 nömrəli məktub ilə müəyyən olunmuşdur ki, “X1” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı daxil olmuş müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılark ən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 25.1-ci maddəsinin tələblərinə riayət olunmaması müəyyən edilmişdir. Belə ki, idarəetmə orqanlarının səlahiyyəti ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. Lakin buna zidd olaraq qurumun nizamnaməsinin V.1.4-cü bəndinə əsasən sədr müavin(lər)i vəzifəsi qeyd olunsa da, onun (onların) səlahiyyətləri göstərilməmişdir.

8. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək “X1” ictimai birliyinin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/1080/3-13 nömrəli məktub ilə müəyyən olunmuşdur ki, “X1” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı daxil olmuş müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlər in qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələbinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, ərizə bütün təsisçilər tərəfindən imzalanmamış və notariat qaydasında təsdiq edilməmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/1080/5-13 nömrəli məktubda aşağıdakılar bildirilmişdir: “X1” ictimai birliyi xx.xx.2020-ci il tarixdə təsis edilmişdir. Təşkilatın əsas məqsədi Azərbaycanda dünya elminin müasir, mütərəqqi, ölkəmizin tərəqqisinə kömək edə biləcək sahələrin yayılmasına, bu sahədə mütəxəssislər yetişməsinə kömək etmək, elmin bu sahələrdəki nailiyyətlərindən istifadə etmək üçün la yihələr həyata keçirməkdən ibarətdir. Qurumun təsis sənədləri ilk dəfə xx.xx.2020-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2020-ci il tarixdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında* Qanunun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Belə ki, “Qeyri- hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 2.1-ci maddəsinin müddəalarına zidd olaraq birlik bir fiziki şəxs tərəfindən təsis olunmuşdur. xx.xx.2021-ci il tarixdə qurumun sənədləri yenidən nazirliyə təqdim olunmuşdur. Sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, sənədlər müraciət ərizəsi olmadan nazirliyə təqdim olunmuşdur. Daha sonrakı müraciətlərində qurumun Ədliyyə Nazirliyinə təqdim edilmiş sənədlərinin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 13.1-ci və 25.1-d maddələrinin, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.4.1-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən olunmuşdur. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq qurumun sənədləri geri qaytarılmışdır. Qeyd etmək lazımdır ki, sənədlərin qaytarılması ilə bağlı qəbul olunmuş qərar təsis sənədlər indəki nöqsanlar aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması üçün maneə törətmir və müraciət edildiyi təqdirdə məsələyə yenidən baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar 20 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “X1” ictimai birliyinin dövlət qeydiyyatına alınmasını təsdiq edən şəhadətnamənin təqdim edilməsi öhdəliyinin cavabdeh tərəfindən icra edilməməsini nəzərə alaraq, bu barədə cavabdehin üzərinə müvafiq öhdəliyin icra edilməsi barədə vəzifə qoyulmasını xahiş etmişlər.

12. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci və “İnsan hüquqlarının və əsas azadlıqların müda fiəsi haqqında” Konvensiyanın 11-ci maddəsi rəhbər tutularaq “X1” İctimai Birliyinin təsis olunması qərara alınmışdır. Bundan sonra birliyin qeydiyyata alınması məqsədi ilə hüquqi şəxslərin dövlət qeydiyyatına cavabdeh olan hakimiyyət orqanı Ədliyyə Nazirliyinə dəfələrlə müraciət olunmuş, lakin müxtəlif əsaslar gətirilərək müraciətlərin təmin olunmasından imtina olunmuşdur. Hesab edilməlidir ki, həmin imtinalar əsassızdır.

13. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8246/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar bir neçə dəfə ictimai birliyin qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən ictimai birli yin qeydiyyata alınması müxtəlif əsaslar göstərilərək bir-neçə dəfə həyata keçirilməmiş, lakin müraciətə cavab məktublarında iddiaçıya nöqsanlı halların aradan qaldırılmasından sonra müraciət etmək hüququ izah edilmişdir. İddiaçı son olaraq cavabdehə müraciət etmiş, çatışmazlığın aradan qaldırıldığını qeyd edərək ictimai birliyin qeydiyyata alınmasını xahiş etmişdir. İddiaçı həmin müraciətə cavab təqdim edilmədən məhkəməyə müraciət etsə də, məhkəmə sorğusuna əsasən məhkəməyə təqdim edilmiş cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan göründüyü kimi imtina onunla əsaslandırılmışdır ki, müraciət ərizəsi bütün təsisçilər tərəfindən imzalanmamış və notariat qaydada təsdiq edilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş, həmçinin məhkəmə sorğusuna əsasən təqdim edilmiş xx.xx.2021-ci il tarix qeyd olunan ərizədən də göründüyü kimi həmin ərizə yalnız İddiaçı1 tərəfindən imzalanmış, digər təsisçilər tərəfindən imzalanmamış, ümumiyyətlə notariat qaydada təsdiq edilməmişdir. Halbuki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsi və 11.3 və 11.3.1-ci maddəsinin tələbləri ilə konkret olaraq müəyyən edilmişdir ki, hüquqi şəxsin qeydiyyata alınması ilə bağlı ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiq edilməlidir. Qeyd olunan tələbə riayət edilməməsi isə hüquqi şəxs statusu almaq istəyən qurumun, eləcə də ictimai birliyin dövlət qeydiyyatına alı nmasından imtina əsası qismində çıxış edir. Beləliklə, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir.

16. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 a prel 2022-ci il tarixli, 2-1(103)-1104/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı3 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Şikayətin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində olduğu kimi cavabdehin iştirakı təmin olunmamış, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş nöqsanları aradan qaldırılmamışdır. Nəticədə ədalətli məhkə mə araşdırılması aparılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun Maddə

5. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müraciət... 5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.... Maddə

11. Qanunun tətbiqi zamanı qanunçuluğun təminatı... 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasın dan, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda;...

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (q ərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxla nılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri m əqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi ictimai birliyin dövlət qeydiyyatına alınmasını təsdiq edən şəhadətnamənin təqdim edilməsi ilə bağlı məsələni lazımi qaydada ar aşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçılar tərəfindən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə əməl edilmədən, imtinaya səbəb olan çatışmazlıqlar aradan qaldırılmadan cavabdeh orqana müraciət olunduğundan cavabdeh həmin Qanunun 11.3 və 11.3.1-ci maddələrinin tələblərinə uyğun olaraq sənədləri iddiaçılara geri qaytarmışdır. Cavabdeh, həmçinin qeyd edir ki, sənədlərin qaytarılması ilə bağlı qəbul olunmuş qərar təsis sənədlərindəki nöqsanlar aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata al ınması üçün maneə törətmir və müraciət edildiyi təqdirdə məsələyə yenidən baxılacaqdır.

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.

32. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci il tarixli, 2-1(103)-1104/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar