Məhkəmə qərarları › İş №2-1(102)-1684/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1684/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1684/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2-1(105)-132/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 2. xx.xx.1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1999cu il tarixədək BBTİ-nin 4 saylı Tikinti İdarəsində (o cümlədən xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “tikinti ustası” vəzifəsində), xx.xx.2000-c i il tarixdən xx.xx.2000-ci il tarixədək Bakı Biznes Universitetində tikinti-təmir sahəsində “iş icraçısı”, xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MTK-da “iş icraçısı”, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-də “iş icraçısı”, “X4” MMC-də xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək “iş icraçısı”, xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “sahə rəisi”, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “X2” MMC-də “iş icraçısı”, xx.xx.2022-ci il tarixdən “EL-SEYM İnşaat” QCS-də “iş icraçısı” vəzifəsində işlədiyi qeyd edilmişdir.

3. Bakı Biznes Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 11 nömrəli aray ışdan görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Bakı Biznes Universitetinin tikinti-təmir sahəsində “iş icraçısı” vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən zərərli işə görə əmək stajı 5 ay 18 gün təşkil edir. 4. “X4” MMC tərəfindən verilmiş arayışda iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən “iş icraçısı” vəzifəsində xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək işlədiyi və işlədiyi vəzifə üzrə stajının 2 il 4 ay 25 gün təşkil etdiyi göstərilmişdir. 5. “X2” MMC tərəfindən verilmiş arayışda iddiaçının güzəştli şərt lərlə yaşa görə pensiya hüququ verən “iş icraçısı” vəzifəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək işlədiyi və işlədiyi vəzifə üzrə stajının 2 il 2 ay 8 gün təşkil etdiyi göstərilmişdir.

6. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

7. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində “X4” MMC-nin inşaat departamentində, xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində isə “X2” MMC-də “iş icraçısı” işlədiyi qeyd edildiyi hal da, Yoxlamaların Avtomatlaşdırılmış İnformasiya Sistemində həmin dövr ərzində “böyük iş icraçısı” vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Göründüyü kimi, ona dair məlumatlarda uyğunsuzluqlar mövcuddur. Buna görə də, qeyd olunan dövrləri onun güzəştli əmək stajına daxil etmək mümkün deyildir. Qeyd edilən səbəblərdən də onun güzəştli stajı 12 il 6 aydan az (4 il 2 ay 6 gün (xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2005xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 38229,16 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 37755,12 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979 -cu il tarixdən 2013cü il tarixədək zərərli və ağır olan işlərdə işləmişdir. Həmçinin müxtəlif vaxtlarda “X2” MMC-nin, “X4” MMC-nin inşaat departamentində işləmişdir və hazırda da işini davam etdirir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etsə də, onun ərizəsinə müsbət bir cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı həmçinin izah etmişdir ki, o, xx.xx.1990-cı ildə işlədiyi BBTİ-nin 4 saylı Tikinti İdarəsində “iş ustası” keçirilmiş və xx.xx.1999-cu ilə qədər həmin peşədə işləmişdir. Lakin bununla bağlı güzəştli iş stajı barədə arayış təqdim edə bilmədiyindən, cavabdeh həmin dövrü onun güzəştli iş stajı kimi qəbul etməkdən imtina edir.

10. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya qarşı etiraz edərək həmçinin bildirmişdir ki, iddiaçıya güzəştli iş stajı hesablanarkən, xx.xx.2000-xx.xx.2000, xx.xx.2005-xx.xx.2008-ci illər arasındakı dövrlər nəzərə alınmışdır və onun güzəştli iş stajı cəmi 4 il 2 ay 6 gün təşkil edir. Daha sonra iddiaçının "xxxx" MTK-da işlədiyi dövr də daxil edilmiş və onun güzəştli iş stajı 8 ilə yaxın olmuşdur. İddiaçının güzəştli iş stajı barədə arayış təqdim edə bilməməsi səbəbindən ona imtina cavabı verilmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Vəfa Əzizova) 22 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1386/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə 60 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 19901999-cu illərdə iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsini təsdiq edən arayış təqdim edilmədiyindən cavabdeh həmin dövrün güzəştli staj kimi hesablanmasından imtina etmişdir. İddiaçının həmin illərdə işlədiyi müəssisə halhazırda fəaliyyət göstərmədiyindən iddiaçı güzəştli stajı barədə arayış təqdim edə bilməmişdir. İddiaçının həmin iş yerindən güzəştli arayışı təqdim edə bilməməsi, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması hüququnu məhdudlaşdırmamalıdır. İddiaçının həmin dövrdə göstərilən müəssisədə qeyd olunan peşədə işləməsi barədə əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinə şübhə yoxdur.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv e dilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Zahid Məmmədov /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Fuad Məmmədov) 02 mart 2023-cü il tarixli, 2-1(105)-132/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək ümumi iş stajı 25 ildən çoxdur. Cavabdehin apellyasiya şikayətinin müvafiq dəlilləri iddiaçının xx.xx.1999-cu il tarixədək bütövlükdə 20 ilə qədər 4 saylı Tiki nti İdarəsində işlədiyi dövrlərin onun əmək stajı kimi nəzərə alınmamasına əsas ola bilməz. Belə ki, iddiaçıya məxsus təsdiq edilmiş surəti və rus dilində aparılmış qeydiyyatların tərcüməsi iş materiallarına əlavə edilmiş həmin əmək kitabçasının mötəbərliyi hər hansı ciddi şübhə doğurmur (tərtib edildiyi dövrlər və aparılmış qeydlərin dəqiqliyi, kiril əlifbası ilə yazılması və müvafiq dövrlərə uyğun möhürlərlə təsdiq olunması baxımından). Qanunvericiliyin müvafiq müddəalarına, eləcə oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış təcrübəsinə görə, kifayət qədər mötəbər və ciddi sübutlarla dəstəklənən əks-hal müəyyən olunmayıbsa, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il tarixədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hazırkı işdə də iddiaçı məhz əmək kitabçasındakı müvafiq qeydlərə istinad etməklə xx.xx.1999-cu il tarixədək 4 saylı Təmir-Tikinti İdarəsində işlədiyini bildirmiş, cavabdeh kifayət qədər mötəbər və ciddi sübutlara əsaslanmaqla əks-halı, yəni iddiaçının həmin dövrlərdə işləməməsini sübuta yetirə bilməmiş, yalnız müəssisənin sənədlərinin dövlət arxiv idarəsində aşkar edilməməsinə istinad etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələblərinə əsasən isə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

16. İddiaçının güzəştli iş stajına gəldikdə isə, onun xx.xx.1990 -cu il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi “tikinti ustası”, cavabdeh tərəfindən mübahisələndirilməyən xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər (4 il 2 ay 6 gün), habelə xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək “X4” MMC-də və “X2” MMC-də “iş icraçısı” işlədiyi dövrlər onun güzəştli iş stajına daxil edildikdə 12 il 6 aydan artıq güzəştli stajının olması müəyyən edilir. İddiaçının 20 ilədək işlədiyi 4 saylı Tikinti idarəsi artıq fəaliyyət göstərmədiyindən həmin müəssisədən güzəştli iş stajı barədə arayış təqdim edə bilməməsi və onun sonradan işlədiyi vəzifənin Yoxlamaların Avtomatlaşdırılmış İnformasiya Sistemində düzgün qeyd edilməməsi iddiaçının güzəştli iş stajının nəzərə alınmamasına əsas ola bilməz.

17. İddiaçıya 60 yaşda n güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi ilə bağlı tələbə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına dair Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının xidməti məktubunda iddiaçının fərdi hesabında xx.xx.2020-ci il tarixədək cəmi 48123,18 manat pensiya kapitalının qeydə alındığı göstərilmişdir ki, həmin məbləğ də iddiaçıya minimum pensiya təyin edilməsinə imkan verir.

18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİ YA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (iddiaçının cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olmuş redaksiyada) Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsal atların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı

29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Mad də 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaların ın tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Avropa İnsan Haqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kas sasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəs ində qeydə alınmış pensiya kapitalı ilə əlaqədar şərtlərin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

32. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

33. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bu nun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

34. Yuxarıda istinad edilən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələr də ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı onun əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

35. İddiaçının işlədiyi peşələrin (“tikinti ustası”, “iş icraçısı”) və sahənin müvafiq siyahıda nəzərdə tutulmuş bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid və bağlı olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. İddiaçının əmək kitabças ında xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində “X2” MMCdə “iş icraçısı” işlədiyinin qeyd edildiyi halda, Yoxlamaların Avtomatlaşdırılmış İnformasiya Sistemində həmin dövr ərzində “böyük iş icraçısı” vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğunun göstərilməsi ilə bağlı nəzərə almaq lazımdır ki, həm “iş icraçısı”, həm də “böyük iş icraçısı” peşə və vəzifə olaraq müvafiq siyahıya əsasən güzəştli pensiya hüququ verən peşə kimi qiymətləndirilməlidir və istinad olunan uyğunsuzluq həmin peşə üzrə əmək fəaliyyəti dövrünün güzəştli staja hesablanmasından imtina üçün yetərli əsas sayıla bilməz.

36. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçıya məxsus əmək kitabçasının qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində tə sbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

38. Beləliklə, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

40. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2-1(105)-132/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar