Məhkəmə qərarları › İş №2-1(102)-1685/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1685/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1685/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:torpaq sahəsi üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və X2 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Əmlak Məs ələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Mingəçevir Şəhər Bələdiyyəsi) “torpaq sahəsi üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(107)-148/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (bundan sonra DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi yazılacaq) müraciət edərək, Mingəçevir şəhər X4 İcraiyyə Komitəsinin 1988-ci il 22 sentyabr tarixli, 323 nömrəli qərarına əsasən göl balığı yetişdirmək üçün İdd iaçı MMC-yə ayrılmış 10,61 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və çıxarışın verilməsini xahiş etmişdir.

2. Cavabdeh 2018-ci il 16 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, elektron baza xəritəsinə əsasən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı ərazidə yerləşdiyi aşkar edilmişdir. Texniki baxış zamanı həmin torpaq sahəsinin üzərində 15x8 m ölçüdə bir mərtəbəli qeyriyaşayış binasının inşa edildiyi və 2 ədəd süni göl yaradıldığı məlum olmuş, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2018-ci il 23 may tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia əri zəsi ilə müraciət edərək, Mingəçevir şəhər X4 İcraiyyə Komitəsinin 1988-ci il 22 sentyabr tarixli, 323 nömrəli qərarına əsasən göl balığı yetişdirmək üçün İddiaçı MMC-yə ayrılmış 10,61 ha torpaq sahəsi üzərində istifadə hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 323 nömrəli qərarı ilə göl balığını yetişdirmək üçün "Kür" kooperativinə 10,61 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1996-cı il tarixli 706 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "Kür" kooperativi dövlət qeydiyyatından keçən zaman üç nəfər üzvü olmuşdur. Üzvlərdən ikisi ayrı-ayrı v axtlarda öz ərizələri ilə kooperativ üzvlüyündən çıxmışlar. Ona görə də kooperativdə yeganə təsisçi əmr verərək kooperativə yeni üzv qəbul etmiş, sonra isə onlar ümumi yığıncaq keçirərək kooperativin təşkilatı-hüquqi formasını, adını dəyişərək onu yenidən təşkil etmişlər. "İddiaçı" MMC Ədliyyə Nazirliyində xx.xx.1996-cı il tarixli 706 №-li Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "Kür" kooperativinin adı və təşkilatıhüquqi formasının dəyişilməsi ilə onun bazasında və hüquqi varisi kimi təsisçilərin xx.xx.2004-cü il tarixli 01 №-li ümumi yığıncağının qərarı ilə yenidən təşkil edilmişdir. Həmin vaxtdan cəmiyyətə ayrılan 10,61 ha torpaq sahəsi "İddiaçı" MMC-nin istifadəsindədir.

5. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2-1(84)1016/2018 saylı qərarı ilə (hаkim Vidadi Qasımov) iddia təmin edilmiş, xidmət haqqı və dövlət rüsumu iddiaçı "İddiaçı" MMC tərəfindən ödənildikdən sonra Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 323 nömrəli qərarına əsasən göl balığı yetişdirmək üçün "İddiaçı" MMC-yə ayrılmış 10,61 ha torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması, iddiaçı "İddiaçı" MMC-dən 60 manat ekspertiza xərcinin tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mingəçevir şəhər X4 İcraiyyə Komitəsinin dövlətə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 1988-ci il 22 sentyabr tar ixli, 323 nömrəli qərarı həmin torpaq üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır.

7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. İş üzrə yuxarı instansiya məhkəmələrindəki icraat

8. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(107)-667/2018 saylı qərarı ilə sözügedən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2-1(102)-908/2019 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(107)-667/2018 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Ali Məhkəmə qərarında göstərmişdir ki, apelyasiya məhkəməsi iddiaçı tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqdan təyinatı üzrə deyil, göl balığı yetişdirmək üçün süni göllər yaradılması və qeyri-yaşayış binasının tikilməsi məqsədi ilə istifadə edilməsini nəzərə almamış, torpağın hüquqi rejimi ilə bağlı məsələni araşdırmamışdır.

10. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli, 2-1(107)-431/2019 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli qərarı ləğv edilərək iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə əlavə ol unmuş ekspert rəyi ilə, iddiaçıya “Mingəçevir şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 323 nömrəli qərarı ilə verilmiş 10,61 ha torpaq sahəsinin 4 ha hissəsinin Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı olduğu müəyyən edilir. Qanunvericiliyin tələbinə görə torpaqlardan onların təyinatı üzrə istifadə edilməlidir. Həmin qərardan iddiaçının nümayəndəsi kassasiya şikayəti vermişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-3562/2019 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtiadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Ali Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, t orpağın statusu ilk növbədə onun verildiyi vaxt qüvvədə olan qanuna əsasən yoxlanılmalı, yalnız bundan sonra, istifadə müddətində torpağın statusunun qanunla müəyyən edilmiş qaydada dəyişdirilməsinin baş verdiyi halda, tərəflərin dəlillərini torpağın mövcud statusuna uyğun olaraq yoxlamalı və qiymətləndirməli idi. Torpaq ərazisinin sonradan bələdiyyə torpaqlarına aid edilməsi vəziyyəti iddiaçının zərərinə dəyişmir.

12. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-148/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Şükürov (sədrlik edən və məruzəçi), A.Eyvazov və R.Əliyev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apelyasiya instansiyası məhkəm əsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və təkrar baxışa göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə göstərilir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı Mingəçevir şəhər XDS İK -nin xx.xx.1988ci il tarixli 323 nömrəli qərarına əsasən göl balığı yetişdirmək üçün İddiaçı MMC -yə ayrılmış 10,61 ha torpaq sahəsi üzərində istifa də hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməsinə baxmayaraq qeyd edilən 10, 61 ha torpaq sahəsinin hüquqi statusu apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Həmin torpaq sahəsinin 4 hektar hissəsi Mingəçevir Bələdiyyəsinə aiddir. İddiaçının mülkiyyət hüququnun tanınması öhdəliyi cavabdehin üzərinə qoyulsa, həmin qərarının icrası da mümkünsüz olacaqdır. Çünki qeyd edildiyi kimi, 4 hektar torpaq sahəsi Mingəçevir Bələdiyyəsinin mülkiyyətindədir. b. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya tərəflərin və üçüncü şəxslərin iştira kı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə məhkəmə iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPMin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

16. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsin ə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər

17. Torpaq Məcəlləsi Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

18. Torpaq Məcəlləsi (1971-ci i l yanvarın 1-dən 1992-ci il aprelin 1-dək qüvvədə olmuş) Maddə

13. Torpaq sahələrinin istifadəyə verilməsi Torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq X4 icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada verilir. Maddə

20. Torpaq sahələrini istifadəyə vermək sahəsində yerli xalq deputatları Sovetlərinin səlahiyyətləri X6 X3 Sovetinin İcraiyyə Komitəsi ayrılan sahənin ölçüsündən asılı olmayaraq, bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsində göstərilmiş torpaqlardan başqa, hər cür torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verir. Rayon və şəhər (respublika tabeli yində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 107ci maddəsinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə, həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb e dən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olu nduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəm ənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququnun olması müəyyən edilmədiyinə görə kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

23. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.

24. İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati o rqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

25. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

26. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunu r. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd).

27. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.

28. Məhkəmələr ilk növbəd ə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmadığını yoxlamalıdırlar.

29. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı olduğuna görə məhkəmə kollegiyası iddianın mümkünlük şərtlərini araşdırmış və müəyyən etmişdir ki, iddiaçı üzərində hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin, onun hüquqi varisi olduğu “Kür” kooperativinə Mingəçevir şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 323 nömrəli qərarı əsasında verildiyini bildirir.

30. Lakin Mingəçevir şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 323 nömrəli qərarından görünür ki, həmin qərarla 10,61 ha torpaq sahəsi “Qvozdika” kooperativinə ayrılmışdır. Həmin qərarda “Kür” kooperativinə torpaq sahəsi ayrılması barədə hər hansı müddəa yoxdur.

31. İddiaçı “Qvozdika” kooperativinin hüquqi varisliyi ilə əlaqədar hər hansı sübutu işə baxmış məhkəmələrə təqdim etməmişdir. Bu isə o deməkdir ki, iddiaçı torpaq sahəsinə dair bəyan etdiyi hüquqların mövcudluğunu sübut edə bilmir.

32. Bu hal, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnın olmadığı barədə nəticəyə gəlməyə əsas verir.

33. Çünki subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

34. İkinci (xarici) cəhət hüquqi ixtiya r kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

35. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün həmin dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinin 13 və 20-ci maddələrində, habelə hazkrda qüvvədə olan Torpaq Məcəlləsinin 55- ci maddəsində sadalanan əsaslardan heç biri mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(107)-148/2020 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar