Məhkəmə qərarları › İş №2-1(102)-1685/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1685/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1685/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1960, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1512/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxxx 1960-cı il tarixdə anadan olmuş, 01 sentyabr 1978-ci ildə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumuna daxil olmuş, 28 fevral 1981-ci ildə “Sənaye balıq ovlama” ixtisası üzrə tam kursu bitirmiş və ona texnik-mexanik ixtisası verilmişdir

2. Əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı 29 aprel 1980-ci ildə Murmansk Təcrü bə müddətində donanma ştatına “L.Yolkin” MB-0008 ikinci dərəcəli matros kimi qəbul edilmiş, 24 noyabr 1980-ci ildə təcrübə müddəti bitdikdə azad edilmiş, 1978-1981-ci illərdə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumunda təhsil almış, 13 iyul 1981-ci ildə donanmaya hasilat ustası vəzifəsinə qəbul edilmiş, 12 avqust 1987-ci ildə “Taman” BMPT hasilat ustası vəzifəsinə keçirilmiş, 06 fevral 1988-ci ildə əmək müqaviləsinin müddəti bitdiyinə görə işdən azad edilmiş, 22 aprel 1988-ci ildən 14 aprel 1998-ci il tarixədək Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyində Kiçik qayıqlar üzrə dövlət inspeksiyasına baş inspektor vəzifəsində işləmiş, 19 may 1998-ci il tarixdən “Kunarçay” gəmisinə 2-ci dərəcəli matros peşəsinə qəbul edilmiş, 28 sentyabr 2000-ci ildə “R.Hacıyev” gəmisinə, 23 may 200 2-ci ildən “Kunarçay” gəmisinə bosman keçirilmiş, 24 noyabr 2005-ci ildən həmin gəmidə ikinci dərəcəli matros keçirilmiş və 15 sentyabr 2012-ci ildə başqa işəgötürənlə əmək müqaviləsi bağlandığından əmək müqaviləsinə xitam verilmiş, 16 sentyabr 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xəzər X4 “Kunarçay” gəmisinə bosman vəzifəsinə işə qəbul edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının müvafiq qərarı iddiaçıya 09 dekabr 2020-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əlavə məlumat olaraq, 01 yanvar 2006-cı il tarixədək 14 il 09 ay ümumi stajının və 14 il 3 ay 25 gün güzəştli iş stajının olması qeyd edilmiş dir.

4. İddiaçı ona 57 yaşının tamam olduğu 09 dekabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanaraq ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş, lakin iddiaçının müraciətinə hər hansı cavab təqdim olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona pensiya hüququnun yarandığı 57 yaşının tamam olduğu 09 dekabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin müraciət etdiyi 18 fevral 2021-ci il tarixdən 3 il əvvəlki dövrə, 18 fevral 2018-ci ildən ödənilməsi öhdəliyinin cavab dehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 09 dekabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və ötən illərin pensiya məbləğinin hesablanaraq ona ödənilməsinə dair 12 fevral 2021-ci il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh onun müraciətini 18 fevral 2021-ci il tarixdə xəbərnaməyə imza atmaqla qəbul etsə də, bu günə kimi heç bir cavab verməmişdir. Bu da onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdeh orqan iddiaçının ərizəsini 18 fevral 2021-ci il tarixdə almış, lakin üstü ndən 35 gündən çox vaxt keçsə də, heç bir cavab verməmişdir. Ona istər 01 yanvar 2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki iddiaçı tələb olunan 12 il 6 ay xüsusi, 25 il ümumi stajı həm 01 yanvar 2006-cı il tarixədək, həm də 01 iyul 2017-ci il tarixədək qazanmışdır. Qanunda edilmiş dəyişikliyədək 25 ildən çox ümumi əmək stajına malik olmaqla bərabər, 12 il 6 aydan çox əmək şəraiti zərərli işlərdə işlədiyinə görə ona 57 yaşda pensiya təyin edilməlidir. İddiaçı xx xxxxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, 01 sentyabr 1978-ci il tarixdə Azərbaycan Dəniz Balıq Sənaye Texnikumuna daxil olaraq “Sənaye Balıq ovlaması” ixtisası üzrə əyani təhsil formasında tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 28 dekabr 1981-ci il tarixli qərarı ilə ona texnik-mexaniki ixtisası verilərək adına 3T seriyalı 058028 nömrəli diplom verilmişdir. 13 iyul 1981-ci ildən 06 fevral 1988-ci ilədək Rusiya Federasiyasının Saxalin vilayətində X1 Bazasında heyət üzvü olaraq gəmi heyəti vəzifələrində işləmişdir. 22 aprel 1988-ci ildən 14 aprel 1998-ci ilədək Kiçik həcmli gəmilər üzrə dövlət müfəttişliyi vəzifəsində işləmişdir. 19 may 1998-ci il tarixindən hal-hazıra kimi Xəzər X4nda işləyir. Göründüyü kimi iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 27 il, 1 ay, 16 gün təşkil edir. Həmin stajın yarıdan çoxu ona 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. 01 iyul 2017-ci il tarixədək isə onun ümumi iş stajı 37 il, 7 ay, 16 gün təşkil edir. Həmin 37 il, 9 ay, 9 gün əmək stajın yarıdan çoxu ona 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Belə ki, onun 13 iyul 1981-ci ildən hal-hazıradək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş vəzifələrə uyğundur və əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin imperativ xarakter daşıyan hüquq norması və Azərbaycan Respublikası Konstitusiyasının normaları və prinsipləri əsas götürülərək zərərli işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan iddiaçıya 57 yaşından pensiya təyin edilməlidir.

7. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçıya 09 dekabr 2020-ci il tarixdə Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı bununla razılaşmayaraq əmək pensiyasının 60 yaşdan deyil, 57 yaşdan təyin olunmasını və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsini ilə bağlı 18 fevral 2021-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmi şdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı l2 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-c u maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

8. Cavabdeh tərəfindən daha sonra iddiaya dair yazılı etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi AT - İİ № ******* əmək kitabçasında xx.xx.1988-xx.xx.1998-ci illər ərzində işlədiyi dövrdə kiril əlifbası ilə və SSRİ yazılı möhür vardır. Azərbaycan Respublikası 1991-ci il 18 oktyabr tarixindən müstəqillik əldə etmişdir. Buna baxmayaraq əmək kitabçasında olan qeydin SSRİ yazılı etibarsız möhürlə təsdiqlənməsi iddiaçının xx.xx.1988-xx.xx.1998-ci illər ərzində əmək fəaliyyəti ilə məşğul olmasına əsaslı şübhələr yaradır və bu səbəbdən də həmin dövrün iddiaçının ümumi stajına daxil edilməsi qanunvericiliyə ziddir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5604/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia tələbi təmin edilərək iddiaçıya 57 yaşının tamam olduğu 09 dekabr 2017-ci i l tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 18 fevral 2021-ci il tarixdən üç il əvvəlki dövr üzrə hesablanmaqla yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının göstərilən dövr ərzində 22 aprel 1988-ci ildən 14 aprel 1998-ci il tarixədək Azərbaycan SSR mənzilkommunal təsərrüfatı Nazirliyində Kiçik qayıqlar üzrə dövlət inspeksiyasında işlədiyi baş inspektor vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifəl ərin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ. Nəqliyyat (kod ********) adlı bölməsinin Dəniz və çay donanması adlı 3-cü yarımbölməsində (kod ********) üzən heyətinə (kod ********) uyğundur. Həmin müddət həmçinin güzəştli iş stajına da hesablanmalıdır.

11. İddiaçının təhsil aldığı müddət də nəzərə alınmaqla 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə n əzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu 09 dekabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. 12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının 18 fevral 2021-ci il tarixdə ona pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etdiyini, pensiya hüququnun 09 dekabr 2017-ci il tarixdə yarandığ ını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müraciət etdiyi dövrdən əvvəlki üç il üçün yaranmış pensiya fərqinin ödənilməsi tələbində haqlıdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1512/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5604/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci inst ansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti iddia əsaslandırılmışdır. ərizəsinə dair etirazla eyni məzmunda b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1512/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensi ya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. --------------------------------------------------------------------------------------------------9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.... 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:..... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD №li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

22. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 31 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”

23. İnzibati Prosessual Məcəllə (İPM): a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutl ar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərard adının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahi sələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilm iş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməs i tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Məlum olduğu kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun 01 yanvar 2006-cı il tarixə qədər azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır.

31. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin 01 iyul 2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəs ənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 32. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilm iş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək qazanmış olsunlar.

33. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçıya 60 yaşının tamam olduğu 09 dekabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 60 yaşdan deyil, 57 yaşdan yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən sorğuya cavab verilməmişdir.

34. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair verilmiş yazılı etiraz və ona əlavə əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1988-xx.xx.1998-ci illər ərzində işlədiyi dövrlər nəzərə alınmadığından, onun 01 yanvar 2006-cı il tarixədək qanunvericiliklə müəyyən edilmiş ümumi staja malik olmadığı əsası ilə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir.

35. Lakin məhkəmə araşdırması nəticəsində iddiaçının 01 yanvar 2006-cı il tarixədək 25 ildən artıq müddətə ümumi iş stajına malik olması və həmin stajın 12 il 06 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olduğu müəyyən edildiyindən, cavabdeh tərəfindən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina edilməsi əsassız olmuşdur.

36. Belə ki, iş üzrə iddiaçıya məxsus əmək kita bçası, arxiv arayışları, həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və X2 Xidməti tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli, 37/H-00130 saylı məktub və 39-K saylı əmrə əsasən iddiaçının 22 aprel 1988-ci ildən 14 aprel 1998-ci il tarixədək Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı Nazirliyində Kiçik qayıqlar üzrə dövlət inspeksiyasına baş inspektor vəzifəsində işləməsi faktı öz təsdiqi tapmışdır.

37. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 31 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nı n 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir. - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 38. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: - əmək kitabçası; - əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli m ünaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı.

39. Göründüyü kimi, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X3 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasında olan qeydin əsassız olması barədə hər hansı sübut cavabdeh tərəfindən müvafiq instansiya məhkə mələrinə təqdim edilməmişdir.

40. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1 -ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

41. Bu əsasla, iddiaçının 18 fevral 2021-ci il tarixdə ona pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etdiyini, pensiya hüququnun 09 de kabr 2017-ci il tarixdə yarandığını nəzərə alaraq iddiaçı müraciət etdiyi dövrdən əvvəlki üç il üçün yaranmış pensiya fərqinin ödənilməsi tələbində haqlı olmuşdur.

42. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 19-23(a) bəndlərində qeyd olunmuş maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğu üçün dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1512/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar