Məhkəmə qərarları › İş №2-1(102)-1685/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1685/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1685/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati icraatın aparılması; inzibati aktın dəyişdirilməsi; əlillik dərəcəsinin bərpa edilməsi; işin hallarının araşdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublik ası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1513/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 11 mart 2020-ci il tarixli, 505 saylı arayışında qeyd olunmuşdur ki, 1964-cü il təvəllüdlü İddiaçı 17 avqust 1983-cü ildə keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirərkən hərbi travma almışdır (Ə sas: 591 №li Hərbi Hospitalın xx.xx.1984-cü il tarixli, 80 №-li xəstəlik şəhadətnaməsi).

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş 16 dekabr 2015-ci il tarixli, 3QHM300002 nömrəli təkrar müayinənin nəticələrinə dair arayışa əsasən İddiaçı ikinci dərəcəli müddətsiz əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi "Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar”; müayinə tarixi xx.xx.2007; TSEK-in diaqnozu: "sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi, sağ aşağı ətrafın hərəkət məhdudluğu və funksiyasının pozulması”. Əlilliyin müəyyən olunması meyarı: İkinci dərəcə əlillik=> Digər Sağ bud sümüyünün və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın 12 mart 2020-ci il tarixli təkrar qiymətləndirilmə protokoluna əsasən, İddiaçı əlillik vəziyyəti 13 mart 2007-ci il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlillik, müddətsiz, İİ (ikinci) dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tapşırığı əsasında Dövlət Sosial Müdafiə Fonduna daxil olan audit yoxlaması ilə bağlı təkrar qiymətləndirilmə keçirilərək müəyyən edilmişdir ki, 12 mart 2020-ci il tarixdə aparılan əyan i müayinə zamanı, İddiaçı tibbi sənədlərində qeyd edilmiş (Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Sağ aşağı ətrafın hərəkət məhdudluğu və funksiyasının pozulması) mövcud sağlamlıq vəziyyəti ilə (Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı açıcı-bükücü kəskin kontrakturası) eynilik təşkil etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.7-ci bəndində uyğun olaraq İİİ (üçüncü) dərəcə əlilliyin təyini üçün əsasdır və məqsədə müvafiqdir. Komissiya təkrar qiymətləndirmə ilə bağlı müayinənin nəticələrinə əsasən İddiaçı 12 mart 2020-ci il tarixdən İİİ (üçüncü) dərəcə müddətsiz əlillik təyin edilməsini qərara almışdır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışa əsasən İddiaçı 12 mart 2020-ci il tarixdə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar”; qiymətləndirmə tarixi xx.xx.2020; diaqnoz: sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Meyar: üçüncü dərəcə əlill ik => bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankliozu və ya kəskin kontrakturası (M16.1, M.24,6).

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin iddiaçının ona ikinci dərəcəli əlilliyin təyin olunmasına dair müraciətinə cavab olaraq 18 may 2020-ci il tarixli, **********3 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı 12 mart 2020-ci il tarixli hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz 3-cü dərəcə əlillik təyin edilmişdir. Səhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq şəxsin iştirakı olmadan qi ymətləndirilib qərar veriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 36 il bundan əvvəl, yəni 1982-1984-cü illərdə həqiqi hərbi xidmətdə aldığı travmaya görə ona Hərbi həkim və tibbi-sosial ekspert komissiyası tərəfindən təyin olunmuş 2-ci dərəcəli əlilliyinin müəyyən edilərək, həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirən zaman aldığı hərbi travmaya görə 2ci dərəcəli əlilliyinin bərpa olunması haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulm ası barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1982-1984-cü illərdə Almaniya Demokratik Respublikasının Drezden şəhərində yerləşən Sovet İttifaqı silahlı qüvvələrinə aid olan N saylı motoatıcı hərbi hissədə xidmət etmiş, xidmət etdiyi müddətdə hərbi nizamnaməyə uyğun döyüş tapşırığını yerinə yetirərkən ağır hərbi travma almış, həmin vaxtdan bu günə kimi 2-ci dərəcəli hərbi xidməti vəzifəsini yerinə yetirən əlildir. Onun 1982-1984-cü ildə müddətli həqiqi hərbi xidmət keçən zaman aldığı hərbi travmaya görə Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə uyğun olaraq sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 12 mart 2020-ci il tarixdə qanunsuz olaraq onun 2-ci dərəcəli əlilliyini dəyişərək 3-cü dərəcə əlillik etmiş, bunun səbəbini soruşduqda isə ona heç bir cavab verilməmişdir.

8. Cavabdeh iddiaya qarşı etirazında göstərmişdir ki, iddiaçıya xx.xx.2007-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Sağ aşağı ətrafın hərəkət məhdudluğu və funksiyasının pozulması” diaqnozu ilə “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2020-ci il tarixdə nəzarət qaydasında Agentlikdə əyani müayinə olunmuş, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun verdiyi “Sağ bud süm üyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı açıcı-bükücü kəskin kontrakturası” diaqnozunu və onda olan patofunksional dəyişikliklərin ağırlıq dərəcəsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.7-ci bəndinə müvafiq olaraq “hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçının hazırkı sağlıq durumu, onda olan patofunksional dəyişikliklərin ağırlıq dərəcəsi Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ikinci dərəcə əlilliyin təyininə əsas vermir, üçüncü dərəcə əlilliyin təyini qanuna müvafiqdir. İddiaçıya üçüncü dərəcə əlilliyin təyini zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5481/2020 nömrəli, 24 noyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertin qarşısında xx.xx.1964-cü ildə Füzuli rayonu, Horadiz kəndində doğulmuş İddiaçı canlı müayinə olunmaqla, onda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əl illiyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-2.1.15-ci bəndlərində nəzərdə tutulmuş hallardan hər hansı birinin müəyyən olunmasına dair sual qoyulmuşdur.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsi tərəfindən verilmiş 30 dekabr 2020-ci il tarixli, T368/2020 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən müayinə üçün Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutuna göndərilmiş və ona “sağ bud sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, varus və rekurvasiya deformasiyaları, sol oturaq və qasıq sümüklərinin bitişmiş sınığı, sol sirkə kasası ətrafı osteofitləri, bud-çan aq oynağının koksartrozu, yaxınlaşdırıcı, açıcı, bükücü kəskin kontrakturası, (uzaqlaşma 25%, bükmə 145%, açma 10%), sağ oturaq sinirinin zədələnməsi, əzələlərin atrofiyası, hissiyyat zəifliyi, daimi ağrı sindromu və dayaq-hərəkət sisteminin əhəmiyyətli dərəcədə pozulması” diaqnozu qoyulmuşdur, yəni əvvəllər müəyyən edilmiş diaqnoz bir daha təsdiq edilmişdir. Qeyd edilən xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-2.1.15-ci bəndlərində nəzərdə tutulmuş hallardan hər hansı birinə uyğun olub-olmaması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ekspertlərinin səlahiyyətlərinə aiddir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia qismən təmin edilərək, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə xx.xx.1964-cü ildə Füzuli rayonu, Horadiz kəndində doğulmuş İddiaçı həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirən zaman aldığı hərbi travmaya görə 2-ci dərəcəli əlilliyinin bərpa olunmasına dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iş materiallarından, o cümlədən ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıda digər xəstəliklərlə yanaşı “bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı, açıcı, bükücü kəskin kontrakturası, (uzaqlaşma 25%, bükmə 145%, açma 10%), sağ oturaq sinirinin zədələnməsi, əzələlərin atrofiyası, hissiyyat zəifliyi, daimi ağrı sindromu və dayaq-hərəkət sisteminin əhəmiyyətli dərəcədə pozulması” diaqnozu da aşkar olunmuşdur ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin ikinci dərəcə əlillik hallarına uyğun gəlir (2.2.8-ci bəndində nəzərdə tutulmuş etiologiyasınd an asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması). Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1405/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, A.Ə.Hüseyn və X.A.Cəmilova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosess ual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi isə öz qərarını əsaslandırarkən ekspert rəyinə əsaslanaraq iddiaçıda sözügedən Əsasnamənin 2.2.8-ci bəndində nəzərdə tutulan diaqnoz (aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması) olduğuna görə iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməsinə əsas olduğunu qeyd etmişdir. Və bu ziddiyyətli halın cavabdeh orqan tərəfindən araşdırılmalı olmasına əsaslanaraq inzibati icraatın düzgün aparılmadığı qənaətinə gəlmişdir. Lakin nə müvafiq ekspert rəyindən, nə də iş materiallarından qeyd olunan diaqnoza uyğun xəstəliyin iddiaçıda aşkar olunduğu müəyyən edilmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi araşdırma aparmaq məqsədilə ekspertiza təyin etmiş olsa da, ekspert rəyinin nəticələrini və işin digər faktiki hallarını düzgün qiymətləndirməmiş, ziddiyyətli mövqedən çıxış edərək hesab etmişdir ki, cavabdeh orqanın imtina cavabının faktiki və hüquqi halları tam müəyyən olmadığından iddiaçının tələbini təmin etmək mümkün olmamışdır. Və cavabdeh orqanın üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırma aparılması və müvafiq aktın qəbul edilməsi öhdəliyi qoyulmuşdur. c) birinci instansiya məhkəməsində ikinci icraat

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı on un 36 il bundan əvvəl, yəni 1982-1984-cü illərdə həqiqi hərbi xidmətdə aldığı travmaya görə ona Hərbi həkim və tibbi sosial ekspert komissiyası tərəfindən təyin olunmuş 2-ci dərəcəli əlilliyinin müəyyən edilərək, həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirən zaman aldığı hərbi travmaya görə 2-ci dərəcəli əlilliyinin bərpa olunması haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə iddiaçının əlilliyinin əyani müayinəyə əsasən qiymətləndirilməsi (əlillik dərəcəsi müəyyən olunurmu, müəyyən olunursa hansı meyar olması barədə) məqsədilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəz ərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir.

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim olunmuş 27 aprel 2022-ci il tarixli, **********0 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiy yə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada nəzarət qaydasında əyani müayinə olunmuşdur. Belə ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi” diaqnozu - üçüncü dərəcə əlilliyin təyininə əsas vermişdir. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq İddiaçı “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əl aqədar” səbəbindən müddətsiz üçüncü dərəcə əlilliyi qüvvədə saxlanılmışdır.

18. Cavabdeh tərəfindən yenidən təqdim olunmuş iddia tələbinə dair etiraz ərizəsində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq olunmuş əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair meyarlarına əsasən iddiaçının əlillik dərəcəsi İİİ qrup kimi qiymətləndirilmişdir və iddiaçının Forma 88-də qeyd edilən diaqnozu İİ qrup əlillik dərəcəsi kimi qiymətləndirməyə əsas vermir.

19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-298/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı m əhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuş, onun həmin an obyektiv vəziyyətinin müayinəsi zamanı tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi” diaqnozu üçüncü dərəcə əlilliyin təyininə əsas vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq iddiaçının “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbindən müddətsiz üçüncü dərəcə əlilliyi qüvvədə saxlanılmışdır. Göründüyü kimi, iddia çının mövcud sağlamlıq vəziyyətinin əlillik əlaməti 3-cü dərəcəyə əsas verməsi məhkəmə araşdırması zamanı da, əyani müayinə keçirilməklə, yenidən qiymətləndirilmiş və diaqnozun 3-cü dərəcə əlillik dərəcəsi təyin etməsi bir daha öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən əvvəllər təyin edilmiş müddətsiz əlilliyin yenidən qiymətləndirilməsinin qanunsuz və əsassız olduğuna dair iddiaçının dəlilinə münasibətdə isə məhkəmə eyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın 12 mart 2020-ci il tarixli təkrar qiymətləndirmə protokolundan müəyyən edilmişdir ki, iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsinə əsas Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tapşırığı əsasında Dövlət Sosial Müdafiəsi Fonduna daxil olan audit yoxlaması ilə bağlı təkrar qiymətləndirilmə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Həmçinin iddiaçıya 2-ci qrup müddətsiz təyin edilmiş əlillik dər əcəsinin təyin edildiyi dövrdə də, qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 5.3.2-ci maddəsində də göstərilmişdir ki, vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyinin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi həyata keçirilir.

21. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. ç) apellyasiya i nstansiyası məhkəməsində ikinci icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1513/2023 nömrəli, 28 mart 2023-ci il tarixli qərarı ilə (hakimlər R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-298/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilmiş, İddiaçı təyin edilmiş 2-ci dərəcə əlilliyin bərpa edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətlə ndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2007-ci ildə qiymətləndirilmiş, ikinci dərəcə əlilliyi müddətsiz təyin edilmiş, xx.xx.2020-ci il tarixdə isə ona üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Lakin xx.xx.2007-ci ildə təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyin təyininə dair qərarın ləğv edilməsinə dair hər hansısa sübut cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilməmişdir. Əksinə, cavabdehin nümayəndəsi mə hkəmə kollegiyasının iclası zamanı verdiyi izahatında belə bir qərarın mövcud olmadığını bildirmişdir. Halbuki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda, həmin qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etməli idi. Belə ki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əv vəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur.

24. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, məhkəmə nə ekspert rəyini, nə də digər müayinə nəticələrini nəzərə almadan əsası olmayan qərar qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 103.2.-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə qətnamə qəbul edən zaman iş üçün ən vacib məqamlardan biri olan ekspert rəyinə diqqət yetirməmiş və onun nəyə görə sübut kimi işə təsir göstərməməsi barəsində münasibət belə bildirməmişdir. Ekspertizanın rəyindən də aydın olur ki, Agentlik tərəfindən hər hansı qeyri-qanuni hərəkət edilməmiş və diaqnoz 3-cü dərəcə əlillik təyin etdiyi üçün haqlı olaraq Agentlik bu qərarı qəbul etmişdir. Məhkəmə inzibati icraatla bağlı maddi hüquq normalarının şərhində də ciddi pozuntulara yol vermişdir. Məhkəmə cavabdeh orqan tərəfindən daha əvvəl qəbul etdiyi inzibati aktın ləğvi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyini bildirir. Halbuki, cavabdeh orqan inzibati aktı d əyişərək şəxs barəsində təyin olunmuş 2-ci dərəcə əlilliyi 3-cü dərəcəyə dəyişmişdir. Bu zaman aydındır ki, şəxs barəsində yalnız bir əlillik dərəcəsi mövcud ola bilər. Bu səbəbdən şəxs barəsində yeni dərəcə əlillik dərəcəsinin təyini əvvəlki əlillik dərəcəsini avtomatik olaraq dəyişmiş (ləğv etmiş) olur. Əlilliyin yenidən qiymətləndirilməsi üçün əsaslar qanunvericilikdə göstərilmiş və birinci instansiya məhkəməsi tərəfindən bu hallar ətraflı qaydada qərarda düzgün formada göstərilmişdir. Belə ki, əlilliyin mövcud olduğu dövrdə qüvvədə olan “Tibbi-sosial ekspert Komissiyaları” haqqında Əsasnamənin 5.3.2.-ci maddəsində göstərilmişdir ki,....aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyinin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi həyata keçirilir. Göründüyü kimi məhkəmə iddianı mahiyyəti üzrə təmin edilməsi istiqamətində əsaslandığı yeganə normanı tamamilə səhv şərh etmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2-ci bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Həmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplər inə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə yuxarıda qeyd olunan maddi sübutları nəzərə almadan yalnız iddiaçının şifahi ifadələrinə əsaslanmaqla ona əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsasland ırma olmadan şəxsə əlilliyi bərpa etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. Məhkəmə qərarında iddia tələbinin təminin əsası kimi cavabdeh orqanın inzibati icraatın düzgün aparılmamasını göstərmişdir. Lakin qeyd etmək lazımdır ki, bu mövqe tamamilə yanlışdır. Belə ki, məhkəmə heç bir əsas olmadan aparılan audit yoxlamasından da müəyyən olunduğu kimi 2-ci qrup əlilliyə əsas olmayan diaqnoz əsasında əlilliyi bərpa etmişdir. Əgər hesab etsək ki, Agentlik prosessual hərəkətləri aparan zamanı səhvə yol veribsə, belə olan halda məhkəmə şəxsə əsassız əlilliyi bərpa deyil, onun yenidən prosessual hərəkətləri apararaq əlilliyi qiymətləndirilməsi prosesini həyata keçirməsini tələb edə bilərdi. Bu şəxsə əlilliyi bərpa etməyə əsas ola bilməz. Lakin məhkəmə bunun əvəzinə əsassız qərar qəbul etmişdir. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin bərpa edilməsini və bunun cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişərək ciddi qanun pozuntusuna yol vermişdir. İddiaçıya əlillik dərəcəsinin 3-cü dərəcə təyin edilməsi olunması istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq məhkəmə qanunsuz olaraq iddiam təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətini n təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “İnzibati icraat haqqında” Qanun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olun muş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı in zibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 3.1 Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümay əndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gü n ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.

29. İnzibati Prosessual Məcəllə: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddə tində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, form al baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə işin halları tam və hərtərəfli olaraq araşdırılmamışdır. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

33. Haz ırki işin hallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti 13 mart 2007-ci il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” müddətsiz İİ (ikinci) dərəcə əlillik təyin edilmişdir. Daha sonra, Dövlət Sosial Müdafiə Fonduna daxil olan daxili audit yoxlaması ilə bağlı olaraq təyin edilmiş əlillik dərəcəsinin əsaslılığının yoxlanılması üçün iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiya tərəfindən əyani müayinəyə cəlb edilmişdir. 34. 12 mart 2020-ci il tarixdə aparılan əyani müayinə zamanı Komissiya müəyyən etmişdir ki, İddiaçı tibbi sənədlərində qeyd edilənlər onun mövcud sağlamlıq vəziyyəti ilə eynilik təşkil etmir. Komissiya təkrar qiymətləndirmə ilə bağlı müayinənin nəticələrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.7-ci bəndini rəhbər tutmaqla İddiaçı 12 mart 2020-ci il tarixdən İİİ (üçüncü) dərəcə müddətsiz əlillik təyin edilməsini qərara almışdır.

35. İddiaçının ona təyin olunmuş ikinci dərəcə müddətsiz əlilliyin bərpası barədə müraciəti cavabdeh tərəfindən təmin olunmamış, eləcə də iddiaçının həmin tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd olunsa da, apellyasiya instansiyası məhkəməsi iş üzrə yeni qərar qəbul etməklə iddia tələbini təmin etmişdir.

36. Apellyasiya məhkəməsi qərarını onunla əsa slandırmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçıya üçüncü dərəcə müddətsiz əlillik təyin edərkən icraatla bağlı qanunvericiliyin tələblərinə riayət etməmiş, xüsusən də, xx.xx.2007-ci ildə təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyin təyininə dair qərarın ləğv edilməsinə dair hər hansı akt qəbul etməmişdir.

37. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi icraatla bağlı qanunvericiliyin tələblərinə riayət olunmadığına dair nəticəyə gələrkən işin hallarını tam araşdırmamış, belə nəticəyə gəlməyə imkan verən həcmdə iş üçün əhəmiyyətli halları aydınlaşdırmamışdır.

38. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş müddətsiz ikinci dərəcə əlilliyin sonradan cavabdeh qurum tərəfindən dəyişdirilməsi ilə bağlı Ag entliyin səlahiyyətinin olubolmadığını, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir. 39. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

40. Kollegiya hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.

41. İstinad olunan normaya əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır. Belə ki, xx.xx.2020-ci il tarixdə iddiaçıya üçüncü dərəcə müddətsiz əlillik təyin edərkən Agentlik onun əyani müayinəsini həyata keçirdikdən sonra qərar qəbul etmişdir.

42. Bundan başqa, apellyasiya məhkəməsinin bildirdiyinin əksinə olaraq, iddiaçıya üçüncü dərəcə müddətsiz əlilliyi cavabdeh inzibati akt qəbul etməklə həyata keçirmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dö vlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın 12 mart 2020-ci il tarixli təkrar qiymətləndirilmə ilə bağlı protokol qərarından görünür ki, müayinənin nəticələrinə əsasən İddiaçı 12 mart 2020-ci il tarixdən İİİ (üçüncü) dərəcə müddətsiz əlillik təyin edilməsini qərara almışdır. Beləliklə, cavabdeh 12 mart 2020-ci il tarixli qərarı ilə özünün xx.xx.2007-ci il tarixli əvvəlki qərarında dəyişiklik etmişdir.

43. Ona görə də, ikinci dərəcə müddətsiz əlilliyin təyininə dair qərarın ləğv edilməsinə dair cavabdeh tərəfindən aktın qəbul edilməli olduğu halda, bu barədə hər hansı akt qəbul edilmədiyinə dair apellyasiya məhkəməsinin qənaəti əsassız olmuşdur. Nəzərə almaq lazımdır ki, hazırki işin halları baxımından cavabdeh xx.xx.2007-ci ildə təyin edilmiş ikinci dər əcə müddətsiz əlilliyin təyininə dair qərarı ümumiyyətlə ləğv etməli deyildi, onun niyyəti qərarın dəyişdirilməsinə yönəlib. Çünki cavabdeh hesab edir ki, iddiaçıya müddətsiz əlillik təyin edilməlidir, lakin ikinci dərəcə yox, üçüncü dərəcə təyin olunmalıdır. Belə olan halda isə əvvəllər təyin edilmiş əlilliyin təyin edilməsinə dair qərar ləğv edilməməli, məhz dəyişdirilməlidir. Agentliyin 12 mart 2020-ci il tarixli təkrar qiymətləndirilmə ilə bağlı protokol qərarı da məhz bu məzmuna malik inzibati akt dəyəri daşıyır.

44. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əs aslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır.

45. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.

46. Kollegiya q eyd edir ki, apellyasiya məhkəməsi tərəfindən həmin halın aydınlaşdırılmasına yönəlmiş lazımi araşdırma aparılmamışdır, təkrar baxışda bununla bağlı halların aydınlaşdırılması təmin olunmalıdır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın 12 mart 2020-ci il tarixli təkrar qiymətləndirilmə protokolunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tapşırığı əsasında Dövlət Sosial Müdafiə Fonduna daxil olan daxili audit yoxlaması ilə bağlı təkrar qiymətləndirmənin keçirildiyi təsbit olunmuşdur.

47. Kollegiya hesab edir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilə r. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Odur ki, təkrar baxışda apellyasiya məhkəməsi bu istiqamətdə araşdırma aparmalı, nəticəsində asılı olaraq cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın dəyişdirilməsinə yönəlmiş 12 mart 2020-ci il tarixli qərarın qəbul edilməsi ilə nəticələnən yeni icraatın başlanılmasına əsasların mövcud olub-olmadığına qiymət verməlidir.

48. Kollegiya həmçinin qeyd edir ki, araşdırmanın nəticəsindən asılı olaraq cavabdeh qurumun şəxsə təyin etdiyi əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlı icraatın lazımi qaydada aparıldığı müəyyən olunduğu təqdirdə, mübahisə mahiyyəti üzrə həll olunmalıdır. Bunun üçün məhkəmə işdəki və zərurət olduqda əlavə toplanılacaq sübutları tədqiq etməklə cavabdehin 12 mart 2020-ci il tarixli iddiaçıya İİİ (üçüncü) dərəcə müddətsiz əlillik təyin edilməsinə dair qərarının qanuniliyinə və əsaslılığına qiymət verməlidir.

49. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş yuxarıda qeyd olunan xüsusatl arın araşdırılması və qiymətləndirilməsi üçün təkrar apellyasiya məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti qalan hissədə təmin olunmamalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1513/2023 nömrəli, 28 mart 2023-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar