Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1685/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilmə əsasları, oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 fevral 2025-ci il tarixli, 2-1(105)-81/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2018-ci il tarixli məktubla bildirmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2018-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul ed ilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, e-2-1(118)-3842/2024 nömrəli qərarı ilə (hakim X3) iddia rədd edilmişdir.
5. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 fevral 2025-ci il tarixli, 2-1(105)-8 1/2025 nömrəli qərarı (X1 /məruzəçi/, X4 və X6) ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, e-2-1(118)3842/2024 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur.
7. Cavabdeh kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardad ındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırı lmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiy mətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Şikayətdə qeyd edilir ki, iddiaçı qanuni əsaslarla tərxis olunmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanuni sayıla bilməz.
12. Məhkəmə kollegiyası cavabdehin mövqeyini iş materiallarına, eləcə də formalaşmış məhkəmə təcrübəsinə zidd hesab edir.
13. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən İddiaçı barəsində verilmiş 18.04 2016-cı il tarixli, 9/2-3140 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, h ərbi hissə komandirinin xx.xx.1994-cü il tarixdən 17 nömrəli əmrilə N nömrəli hərbi hissəyə göndərilmiş, xx.xx.1994-cü il tarixli, 1 nömrəli əmrlə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq, baş kəşfiyyatçı vəzifəsinə təyin edilmiş, hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 54 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq sənədləri komissarlığa göndərilmişdir. Daha sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 410 nömrəli əmrilə 1-ci motoatıcı taborun şəxsi heyətinin siyahısına salınaraq, bütün növ təminatlarla təmin olunmaqla, əsgəri vəzifəsinin icrasına başlamışdır. AR müdafiə nazirinin xx.xx.1997-ci il tarixli, 110 nömrəli əmrilə hərbi xidmətdən ehtiyata buraxıldığından komandirin xx.xx.1997-ci il tarixli, 189 nömrəli əmrilə şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qubadlı RHK-nın sərəncamına göndərilmişdir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı xx.xx.1993-cü il tarixdən hərbi xidmətə başlamaqla, əvvəlcə N nömrəli, daha sonra N nömrəli hərbi hissədə xidmət etmiş, N nömrəli hərbi hissəni özbaşına tərk etdiyindən xx.xx.1994-cü il tarixdən həmin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsa da, xx.xx.1994-cü il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bu hərbi hissədə xidmətini davam etdirmiş, daha sonra AR müdafiə nazirinin xx.xx.1997-ci il tarixli, 110 nömrəli əmrilə hərbi xidmətdən ehtiyata buraxılmışdır.
15. Eyni zamanda Azərbaycan Resp ublikası Ali Məhkəməsinin 2-1(102)-289/2024 saylı qərarında qeyd edilmişdir ki, xidmət yerini özbaşına tərk etmə hazırki cinayət qanunvericiliyindəki kimi 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsində də mövcud idi. 2000-ci il tarixədək qüvvədə olan CM-in 241-ci maddəsi məhz xidmət yerini özbaşına tərk edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilmə məsələsini tənzimləyirdi. Başqa sözlə şəxs xidmət yerini özbaşına tərk etdiyi təqdirdə onun barəsində cinayət təqibi başlanılmalı və təqsiri sübuta yetirildiyi təqdirdə barəsində ittiham hökmü qəbul edilməli idi.
16. Məhkəmə kollegiyası formalaşmış məhkəmə təcrübəsini rəhbər tutaraq bildirir ki, cavabdeh iddiaçının xidmət yerini özbaşına tərk etməsi ilə əlaqədar barəsində ittiham hökmünün olması və ya cinayət təqibi başlanılması barədə hə r hansı sübut təqdim edə bilmədiyindən iddia tələbinin təmin edilməməsi ilə bağlı mövqe əsaslı sayıla bilməz.
17. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin, sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.
18. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əla və faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPMin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 fevral 2025-ci il tarixli, 2-1(105)81/2025 saylı qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.