Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1686/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1686/2020) Açar sözlər: (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarındakı müddəaların nəzərə alınması və icrası barədə iddianın inzibati məhkəmədə baxlmasının mümkünsüzlüyü) Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cahano v Məhəmməd Atakişi oğlunun katibliyi, iddiaçının vəkili Vəkil Məhyəddin oğlunun və cavabdehlərin vəkili Həbilov Əlirza Qəməndər oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı (3-cü şəxs İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi) qarşı “Avropa İnsan Hüquqları Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərarının icrası tələbindən irəli gələrək cavabdehlərin üzərinə iddiaçıya ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin qoyulması, iddia tələblərinin təmin ediləcəyi halda, hazırkı işin qaldırılması və ona baxılması ilə əlaqədar iddiaçının çəkdiyi və gələcəkdə çəkəcəyi məhkəmə xərclərinin cavabdehlərin ü zərinə qoyulması”tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1057/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 sentyabr 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsinin üzərinə ümumvətəndaş pasportu vermək vəzifəsinin qoyulması tələbi ilə xx xxxxxxxx 2006-cı ildə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qətnaməsi ilə İddiaçı Nəsimi Rayon Məhkəməsinin xx x xxxxx 2006-cı il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2007- ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli qərarı ilə ləğv edilmiş və məhkəmədə baxılmalı olmadığına görə işin icraatına xitam verilmişdir. İddiaçı xx xxxxxx 2009-cu ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xx xxxx 2015-ci il tarixli qərarı ilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4 nömrəli Protokolunun 2-ci maddəsinin 2-ci hissəsinin pozulduğunu müəyyən etmişdir. Bundan sonra iddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı (3-cü şəxs İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov) hazırki iddia ərizəsi ilə məhkəməyə nüraciət edərək, Avropa İnsan Hüquqları Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərarının icrası tələbindən irəli gələrək cavabdehlərin üzərinə ona ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin qoyulması, iddia tələblərinin təmin ediləcəyi halda, hazırkı işin qaldırılması və işə baxılması ilə əlaqədar çəkdiyi (dövlət rüsumu, vəkil xidməti ilə bağlı ödəniləcək qonorar və s.) və gələcəkdə çəkəcəyi məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1998 və 2001-ci illərdə ona millət vəkili kim i diplomatik pasport verilmişdir. 2001-ci ilin iyun ayında aldığı ümumvətəndaş pasportunun etibarlılığı bitdiyinə görə 2006-cı ilin iyununda yeni pasport almaq məqsədilə DİN-nin RQİ-nə müraciət etmiş, lakin qeyd olunan dövlət orqanı 2006-cı ilin iyulunda qeyrirəsmi şəkildə yeni pasport verilməsindən imtina etmişdir. xx.xx.2006-cı ildə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsinin üzərinə ümumvətəndaş pasportu vermək vəzifəsinin qoyulmasını xahiş etmiş, Nəsimi Rayon Məhkəməsi xx xxxxxx 2006-cı il tarixdə iddianın təmin edilməməsinə dair qətnamə qəbul etmişdir. Həmin qətnamədən apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya Məhkəməsinin x x xxxx 2007-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli qərarı ilə məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilmişdir. xx xxxxxx 2009-cu ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət vermiş və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xx xxxx 2015-ci il tarixli qərarı ilə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 4 nömrəli Protokolunun 2-ci maddəsinin 2-ci hissəsinin pozulduğunu müəyyən etmişdir. Bu qərardan sonra da hüquqları bərpa olunmamışdır. Cavabdehin etirazları: Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında iddianın inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması ilə bağlı olmadığına görə mümkün sayıl mamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2374/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası mövcud qanunvericiliyə əsasən inzibati məhkəmələrin səlahiyyətlərinə aid olmadığına görə, hazırkı iddia tələbinə inzibati mübahisə kimi birinci instansiya məhkəməsi tərəfindən yenidən baxılması mümkün deyildir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbinin ikinci hissəsi - “iddiaçının hazırkı işin qaldırılması və ona baxılması ilə əlaqədar çəkdiyi (dövlət rüsumu, vəkil xidməti ilə bağlı ödəniləcək qonorar və s.) və gələcəkdə çəkəcəyi məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulması” hissəsi iddianın birinci hissəsindən asılı olduğundan və birinci hissədə iddia mümkün sayılmadığlndan, iddia tələbinin ikinci hissəsi də mümkün sayılmamalıdır. İddiaçı həmin qərarın dəlilləri ilə razılaşmayaraq xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti vermiş, qərardadın ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1057/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə (Ü.Mayılov (sədrlik edən və məruzəçi), M.Tağızadə və X.Cəmilova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə əlaqədar olaraq, həmin qərarındakı müddəaların nəzərə alınması və (və ya) icrası barədə qərar qəbul edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun səlahiyyətlərinə aiddir. Həmçinin iddia tələbinin «iddiaçının hazırkı işin qaldırılması və ona baxılması ilə əlaqədar çəkdiyi (dövlət rüsumu, vəkil xidməti və bağlı ödəniləcək qonorar və s.) və gələcəkdə çəkəcəyi məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulması» tələbi də iddia tələbinin birinci hissəsindən asılı olduğundan, iddia tələbinin ikinci hissəsi də mümkün sayılmamalıdır. Məhkəmənin qeyd olunan qərardadından iddiaçı xx.xx.2020-ci ildə kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, işə baxılmaqdan imtina qanunsuz və əsassızdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının qüvvəyə minməsindən 4 il vaxt ötməsinə baxmayaraq, hüquqlarının pozulmasına son qoyulmayıb. Hər hansı işlə bağlı Avropa Məhkəməsinin qərarından doğan öhdəliyin icra olunmaması belə, inzibatı məhkəmələrin baxış predmeti ola bilər. Ali Məhkəmənin Plenumu bır neçə qərarında ölkədaxilı məhkəmlərə tövsiyə edib ki, işlərə baxan zaman Avropa Konvensiyasının müddəalarını və Avropa Məhkəməsinin presedentlərini tətbiq etsinlər. Bakı İnzibati Məhkəməsinin bu işə mahiyyət üzrə baxmasına mane olan hər hansı əsas olmadığı halda, Bakı Apelyasiya Məhkəməsi faktları təhrif edərək bu şikayətə birinci instansiya məhkəməsinin “yenidən baxmaq" hüququnun olmaması kimi yanlış nəti cəyə gəlib. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdehlərin vəkili Həbilov Əlirza Qəməndər oğlu kassasiya şikayətinin dəlillərinə qəbul etməyərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Əsaslandırıcı hissə Kollegiya üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şika yətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Lakin kassasiya şikayəti əsaslı deyil və aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Nəzərə alınmalıdır ki, məhkəmə yə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də məhkəmə aidiyyətidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçının tələbi “Avropa İnsan Hüquqları Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərarının icrası tələbindən irəli gələrək cavabdehlərin üzərinə iddiaçıya ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin qoyulması, iddia tələblərinin təmin ediləcəyi halda, hazırkı işin qaldırılması və ona baxılması ilə əlaqədar iddiaçının çəkdiyi və gələcəkdə çəkəcəyi məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulması” kimi ifadə olunmuşdur. İddianın əsasını Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrası olduğuna görə apelyasiya məhkəməsi iddianın mümk ünkük məsələsini araşdırmaq üçün haqlı olaraq Azərbaycan Respublikası MPM-nin 431-4.3.6-cı maddəsinə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsində deyilir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qay dası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 431-4.3.6-cı maddəsinə görə isə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarındakı müddəaların nəzərə alınması və (və ya) icrası barədə qərar qəbul edir. Bu normanın baxılan işə tətbiqi onu ehtiva edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarının icrası ilə bağlı qərar qəbul etmək inzibati məhkəmələrin səlahiyyətlərinə aid deyildir və bu məzmunda iddia mümkün sayılmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarının icrası ilə əlaqədar qərar q əbul etmək Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun səlahiyyətlərinə aiddir. Buna görə də məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin “Avropa İnsan Hüquqları Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərarının icrası tələbindən irəli gələrək cavabdehlərin üzərinə ona ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin qoyulması” tələbi ilə “iddia tələblərinin təmin ediləcəyi halda, hazırkı işin qaldırılması və işə baxılması ilə əlaqədar çəkdiyi (dövlət rüsumu, vəkil xidməti ilə bağlı ödəniləcək qonorar və s.) və gələcəkdə çəkəcəyi məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulması” tələbinin qarşılıqlı əlaqədə olması, və birinci tələb mümkün sayılmadığına görə ikinci tələbin də mümkün sayıl maması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1057/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1686/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1686/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver