Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1687/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət ehtiyacları üçün alınmış torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə (hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 2021-ci il 16 may tarixli, 2-1(105)-17/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun mülkiyyətində olan torpaq sahəsi yolun tikintisi altına düşdüyündən ona kompensasiya ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh 2017-ci il 25 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdı r. Bu səbəbdən sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2017-ci il 2 may tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,0599 ha torpaq sahəsinin dəyəri olaraq 30 000 manat, torpaq sahəsi üzərində çəkdiyi xərc - 7000 manat maddi zərər və 8000 manat mənəvi zərər, 2015-ci ildən başlayaraq manatın dəyərinin itirilməsini və istixanadan qazanılacaq itirilmiş gəlirləri də nəzərə almaqla, ümumilikdə 60000 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İdd iaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,0599 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. O, həmin torpaq sahəsinin 2013-cü ilin may aynda bağlanmış alğı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Torpaq sahəsinin əldə etdikdən sonra iddiaçı orada torpağın təyinatı üzrə işlər görməyə başlamışdır. Belə ki, ev tikintisi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün işlərə başlamış, ilkin işlər görüldükdən sonra hasarın yeri texnika vasitəsi ilə qazılmış, 4 daş hündürlüyündə hasar qaldırılmış və istixana üçün müəyyən avadanlıqlar alınmışdır. Evin tikintisi üçün icazə almaq məqsədi ilə iddiaçı Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmiş, evin özülü qoyulduqdan və 1,5 m hündürlükdə tikildikdən sonra tikintiyə icazə məsələsinə görə tikin tini saxlamışdır. Beləliklə, iddiaçı tərəfindən ilkin tikinti işlərinin görülməsi və hazırlıq işlərinin aparılması üçün 7000 manat xərc çəkilmişdir. Bir müddətdən sonra iddiaçı torpağa baş çəkdikdə torpaq sahəsinin aparılan işlərlə birlikdə yerlə yeksan edildiyini, tikililərin tamamilə dağıdıldığını, üzərindən yol çəkildiyini görmüşdür. Araşdırma nəticəsində ona məlum olmuşdur ki, işləri aparan cavabdeh təşkilatdır. Oradan iddiaçıya bildirilmişdir ki, bu işlər dairəvi yolun çəkilməsi ilə bağlıdır, vurulan ziyan ödəniləcəkdir. Lakin hazıradək iddiaçıya vurulmuş ziyan ödənilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 25 iyul tarixli, 2-1(85)2067/2017 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şə xs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 iyun tarixli, 2-1(085)17/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,0599 ha torpaq sahəsinin 0,0350 ha hissəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 15750 manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə 3150 manat əlavə haqq, cəmi 18900 manat pul kompensasiyasının iddiaçıya dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşdu r. Cavabdehin büdcədən pul ayrılmadığı ilə bağlı iddiaçıya kompensasiyanın ödənilməsinin mümkün olmadığı barədə dəlillərini isə məhkəmə əsassız hesab etmişdir. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə verilmiş mütəxəssis rəyləri ilə iddiaçıya məxsus torpaq sahəsinin cəmi 0,035 ha hissəsinə müdaxilə edildiyi və nəticədə ona cəmi 15750 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı iddiaçının həmin torpaq sahəsində tikili inşa etdiyi və həmin işlərə 7000 manat xərc çəkməsi, 8000 manat mənəvi ziyana və əldən çıxmış faydaya görə 15000 manat ziyana düşməsi barədə tələbi təsdiqini tapmadığından məhkəmə həmin tələbi də əsassız hesab etmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti ve rərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
9. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 may tarixli, 2-1(105)-17/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 iyun tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHK ƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır və bununla bağlı cavabdeh tərəfindən ünvanlanmış məktubdan görünür ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində işlər dayandırılmış, layihə tikinti işlərinin başlanması zamanı kompensasiya məsələsinə baxılacaqdır. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alğı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçının tam istifadəsində olmaqla mülkiyyətindədir. Hazır da isə birinci instansiya məhkəməsi, eləcə də apellyasiya instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır. Bu cür analoji işlərdə məhkəmələrin belə yanaşması dövlət büdcə qarşısında əsassız öhdəliklər yaradır.
14. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə həmin yerdə tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan məktubları mötəbər sübut kimi qəbul etməklə iddianı təmin etməklə kifayətlənmiş və bununla qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
15. Tərəflər və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
16. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; Maddə 1.1.4. alınmanın təsirinə məruz qalan torpaq - bu Qanunun 18-ci maddəsinə uyğun olaraq torpağın alınması ilə bağlı təklifə daxil edilməsi məqsə di ilə alan orqan tərəfindən müəyyən edilən torpaq; Maddə 1.1.5. alınan torpaq - bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; Maddə 1.1.6. kompensasiya - bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; Maddə 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları: Maddə 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpa q və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Maddə 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir.
17. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kas sasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilə n həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
21. Cavabdeh hesab edir ki, torpaq sahəsinin tikinti altına düşməsi işin mübahisəsiz halı olsa da, alan orqan tərəfindən alınmanın təsirinə mə ruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alğı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçının tam istifadəsində olmaqla mülkiyyətindədir. Hazırda isə birinci instansiya məhkəməsi, eləcə də apellyasiya instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır.
22. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab etmir. Belə ki, "xxxx" ASC-nin Layihə İşçi Qrupunun direktoru tərəfindən iddiaçıya ünvanlanmış 2015-ci il 10 sentyabr tarixli, S-4/16-51345 saylı məktubda iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, mülkiyyətində olan 599 kv m torpaq sahəsindən Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X1 tərəfindən hazırlanmış kadastr planına əsasən, 349.85 m2 hissəsi "xxxx" ASC tərəfindən həyata keçirilən BilgəhSumqayıt istiqamətində avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikintisi altına düşmüşdür. Bununla əlaqədar dəyən ziyanın qiymətləndirilməsi və ödənilməsi məqsədi ilə "xxxx" ASC tərəfindən müvafiq təşkilatlara müraciət olunmuşdur. 23. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 2017-ci il 25 aprel tarixli, S-3/162524 saylı məktubda da cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə ko mpensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır.
24. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X3 Xidmətinin 2018-ci il 16 yanvar tarixli, DX-03/03-03-47 saylı məktubdan görünür ki, məhkəmənin sorğusunun cavablandırılması məqsədilə X3 Xidmətinin Azərbaycan Avtomobil X2 etdiyi müraciətə cavab olaraq Agentlik tərəfindən Xidmətə ünvanlanmış 11 yanvar 2018-ci il tarixli 3/16-180 nömrəli məktubda qeyd olunur ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi üzrə tikinti sahəsinə düşən vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 349.85 kv metr hissəsi yolun tikintisi altına düşmüş və həmin hissədə tikinti işləri aparılmışdır.
25. Göründüyü kimi, iddiaçıya məxsus Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 349.85 kv m torpaq sahəsinin yol un tikinti altına düşdüyü və həmin hissədə tikinti işlərinin aparıldığı, bununla da, iddiaçının həmin hissədə torpaq sahəsinə sahiblik və ondan istifadə imkanının aradan qalxdığı təsdiq olunmuşdur.
26. Alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınmasının rəsmiləşdirilmədiyinə və alğı-satqı müqaviləsi bağlanmadığına dair dəlilə gəldikdə, qanunla müəyyən edilmiş həmin şərtlər təmin olunmadan və tərəflər arasında razılaşma əldə edilmədən mülkiyyətə qanunsuz müdaxilə etmə alınmanın təsirinə məruz qalan iddiaçı üçün deyil, alan orqan üçün öhdəlik yaradır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvaf iq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 may tarixli, 2-1(105)-17/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.