Məhkəmə qərarları › İş №2-1(102)-1687/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1687/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1687/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə dair çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.11.2022 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1309/2022 nömrəli, 19 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1953-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Şüvəlan qəsəbəsində 0,50 ha torpaq sahəsinə dair Vəkilov Səməd Vurğun oğlu ilə 1446 nömrəli müqavilə bağlanmışdır.

2. Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1956-cı il tarixli 271 nömrəli qərarının 5-ci bəndinə əsasən, X2 küç., ev 4 ünvanında yerləşən mənzili və Bakı şəhəri, Əzizbəyov rayonunda yerləşən bağ evi Səməd Vurğunun ailəsinə verilmişdir.

3. Bağın icarəyə verilməsinə dair xx.xx.2002-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Şüvəlan qəsəbəsində 0,25 ha torpaq sahəsinə dair Vəkilova X3 ilə (ailə üzvləri V əkilova Aygün, Mansurov Mehman və İddiaçı olmaqla) 1446 nömrəli müqavilə bağlanmışdır.

4. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2015ci il tarixdə vəfat etmiş Vəkilova Aygün Gavə qızının vərəsələri əri X1 və oğlu İddiaçıdur. Miras payın bağışlanması müqaviləsinə əsasən, X1 ona miras qalmış ½ hissədə payını oğlu İddiaçı bağışlamışdır.

5. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 256 nömrəli bağ sahəsinə mülkiyyət hüququ torpaq sahəsinin ölçüsü 0,25 ha olmaqla xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən olunur ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi ölçülmüş ərazinin faktiki sahəsi 0,6845 hektar təşkil edir ki, bundan 0,25 hektarına İddiaçı adına reyestr nömrəsi **********52-11301 olan çıxarış verilmişdir. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin mütəxəssisləri tərəfindən araşdırma aparılmış ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır (sxemlər əlavə edilmişdir). Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 256 ünvanda yerləşən bağ sahəsinin faktiki sahəsini, koordinatlarını və sair texniki parametrl əri əks etdirən sxem hazırlanmışdır (sxem əlavə edilmişdir).

7. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 256 ünvanda yerləşən bağ sahəsinin faktiki sahəsinin 0,25 hektarı təqdim edilmiş xx.xx.1953-cü il tarixli 1446 nömrəli müqavilə və cizgisi ilə üst-üstə düşür ki, həmin üst-üstə düşən hissəyə də xx.xx.1953-cü il tarixli 1446 nömrəli müqavilə və cizgiyə uyğun İddiaçı adına reyestr nömrəsi **********52-11301 olan çıxarış verilmişdir.

8. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sahəsi 0,50 ha olan 256 saylı bağ sahəsinin özəlləşdirilməmiş hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.

9. Cavabdeh tərəfindən 8 fevral 2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, sözügedən bağ sahəsi faktiki özəll əşdirilmiş sahə ilə birlikdə cəmi 0,3693 hektar torpaq sahəsi təşkil edir və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “254” və “255” saylı bağ sahələrinin ərazisinə uyğun gəlir. Həmçinin, göstərilən ərazinin bir hissəsi yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 33/1218 nömrəli Qərarına əsasən 1988-cil ilədək istifadəsinə bağ sahəsi götürmüş vətəndaşlar üçün ölçü vahidi 0,25 hektardan artıq olmamalıdır. İstifadənizdə olan əlavə bağ sahəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uzun illər istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan q əsəbəsi, sahəsi 0,50 hektar olan, 256 saylı bağ sahəsinin özəlləşdirilməmiş 0,25 hektar hissəsinin mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 256 ünvanda yerləşən qalan 0,25 hektar torpaq sahəsinə dair hüquqlarının cavabdeh tərəfindən qeydiyyata alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:

12. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1956-cı il tarixli Qərarının 5-ci bəndində göstərilib ki, Bakı şəhəri Əzizbəyov rayonu ərazisində yerləşən bağ sahəsi Səməd Vurğunun ailəsinə təhkim edilmişdir. A zərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı ərazi idarəsinin rəis müavini vəzifəsini icra edən Eldar Mirzəyevin 24 may 2019-cu il tarixdə imzaladığı **********28 saylı cavabında 0,50 hektar torpaq sahəsinin xalq şairi Səməd Vurğuna ayrılması təsdiq edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, sahəsi 0,25 hektar olan, 256 saylı bağ evi hazırda xüsusi mülkiyyətindədir. Bu halı cavabdeh tərəfindən 18 iyul 2019-cu il tarixdə verilmiş ********** saylı çıxarış təsdiq edir. Adına özəlləşdirilmiş bağ sahəsi mərhum anasının, xalq şairi Səməd Vurğunun nəvəsi olan Vəkilova Aygün Gavə qızının mülkiyyətində olmuşdur. Hazırda uzun illər istifadəsində olan həmin 0,50 hektar torpaq sahəsinin 0,25 hektar torpaq sahəsi mülkiyyətindədir, qalan 0,25 hektar torpaq sahəsini öz adına özəlləşdirmək istəyir. Ərizəsinə valideynlərinin nikahının bağlanması haqqında şəhadətnamənin, anasının ölüm haqqında şəhadətnaməsinin surətlərini əlavə edir. cavabdehin etirazları:

13. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazında göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən yerində baxış zamanı məlum olmuşdur ki, sözügedən bağ sahəsi faktiki özəlləşdirilmiş sahə ilə birlikdə cəmi 0,3693 hektar torpaq sahəsi təşkil edir və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “254” və “255” saylı bağ sahələrinin ərazisinə uyğun gəlir. Həmçinin, göstərilən ərazinin bir hissəsi yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 33/1218 nömrəli Qərarına əsasən 1988-cil ilədək istifadəsinə bağ sahəsi götürmüş vətəndaşlar üçün ölçü vahidi 0,25 hektardan artıq olmamalıdır. İstifadəsində olan əlavə bağ sahəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********07 saylı cavab məktubu ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.

14. Elektrik şəbəkələrinin mü hafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir, torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. birinci instansiya məhkəməsindəki icraat

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4604/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 256 ünvanda yerləşən bağ sahəsinin qalan 0,25 ha torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1956-cı il tarixli, 271 nömrəli qərarı qəbul ed ilən zaman qüvvədə olan Azərbaycan SSR qanunvericiliyinə əsasən ayrılan torpaq sahəsinin yuxarı həddi məhdudlaşdırılmamış, bağ sahəsi bu günədək Səməd Vurğunun ailəsinin istifadəsindədir (cavabdeh tərəfindən bağ sahəsinin faktiki özəlləşdirilmiş sahə ilə birlikdə cəmi 0,3693 hektar olduğu bildirilsə də, mütəxəssis rəyinə əsasən hazırda istifadə olunan torpaq sahəsinin ölçüsü 0,6845 hektar təşkil edir), Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1956-cı il tarixli 271 nömrəli qərarı ləğv olunmamış, bağın qalan 0,25 ha torpaq sahəsi nə faktiki, nə də hüquqi olaraq geri alınmamışdır.

17. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1309/2022 nömrəli, 19 may 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn - sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir. kassasiya şikayətinə qarşı etirazı n dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavil ələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;...

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə mə lumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayə tçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkə mə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis rəyinin verilməsi üçün cavabdehə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 254 və 255 saylı bağ sahələrinə dair “torpaq sahəsinin planı və ölçüsü”nün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə təqdim etməsi həvalə edilməsinə baxmayaraq, cavabdeh tərəfindən 254 və 255 saylı bağ sahələrinə dair hüquqmüəyyənedici və texniki sənədlərin təqdim edilməməsi səbəbindən qeyd edilən sahənin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 254 və 255 saylı bağ sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, cavabdeh göstərilən ərazinin bir hissəsinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşdiyini bildirsə də, iddiaçı həmin dəlili təkzi b edir, cavabdeh isə qeyd edilən halın təsdiqi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1956-cı il tarixli, 271 nömrəli qərarı qəbul edilən zaman qüvvədə olan Azərbaycan SSR qanunvericiliyinə əsasən ayrılan torpaq sahəsinin yuxarı həddi məhdudlaşdırılmamışdır, bağ sahəsi bu günədək Səməd Vurğunun ailəsinin istifadəsindədir (cavabdeh tərəfindən bağ sahəsinin faktiki özəlləşdirilmiş sahə ilə birlikdə cəmi 0,3693 hektar olduğu bildirilsə də, mütəxəssis rəyinə əsasən hazırda istifadə olunan torpaq sahəsinin ölçüsü 0,6845 hektar təşkil edir), Az ərbaycan SSR Nazirlər Sovetinin 29 may 1956-cı il tarixli 271 nömrəli qərarı ləğv olunmamış, bağın qalan 0,25 ha torpaq sahəsi nə faktiki, nə də hüquqi olaraq geri alınmamışdır. Həmin qərarla verilmiş bağın sahəsi isə 0.5 ha olmuşdur.

32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1309/2022 nömrəli, 19 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar