Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1687/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iltşəzüg“ şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(103)199/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi xidmətdə olmuşdur.
2. İT-İ ******* nömrəli əmək kitabçasına görə: - xx.xx.1983-ci il tarixindən xx.xx.1991-ci il tarixədək Sovet Azərbaycan 60 illiyi adına sovxozda fəhlə; - xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixədək Laçın rayon Təzəkənd XDS İKdə katib; - xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X10 İşləri İdarəsində 4 -cü dərəcə buruqlarda avadanlıqların təmiri üzrə təmirçi-çilingər; - xx.xx.1998-ci il tarixdən xx.xx.2015-ci il tarixədək N.Nərimanov adına NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexində avadanlıqların təmiri üzrə təmirçi-çilingər işləmişdir.
3. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma idarəsinin 4 mart 2020-ci il tarixli iltşəzüG" arayış"ına əsasən İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2015-ci il tarixə qədər N.Nərimanov adına NQÇİ-nin quyuların əsaslı və yeraltı təmiri sexində avadanlıqların təmiri üzrə təmirçi-çilingər peşəsində işləmişdir. İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-18559. Güzəştli staj ixtisasa əsasən 16 il 10 ay 22 gün. Arayışa əsasən x x.xx.2006-cı il tarixə güzəştli əmək stajı 7 il 05 ay təşkil edir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş etmişdir.
5. Cavabdeh 3 mart 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçası 22 iyun 1992-ci il tarixində Dövlət Neft Şirkəti tərəfindən açıldığı halda, xx.xx.1983-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Sovet Azərbaycanının 60 illiyi” adına sovxozda işlədiyi qeyd olunmuşdur. Bu səbəbdən də iddiaçının iş stajı 2006-cı il tarixədək 20 ildən az (13 il 6 ay 9 gün) təşkil edir. Qeyd olu nanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 6 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı yuxarıda sadalanan işin faktiki hallarına əsaslanaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(112)-2322/2022 nömrəli qərarı (hakim: X4) ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi iş stajı 20 ildən, xüsusi iş stajı 10 ildən az olmaqla ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan heç bir şərt ödənilmir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasının əslinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ИТ-İ ******* nömrəli əmək kitabçasının 1-ci səhifəsində açıldığı tarix kimi xx.xx.1992-ci il göstərilsə də, 2-ci səhifəsində xx.xx.1983-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Sovet Azərbaycan 60 illiyi adına sovxozda, xx.xx.1991- xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində isə Laçın rayon Təzəkənd XDS İK-nin katibi işləməsi qeyd olunmuşdur. İddiaçının həmin dövr üzrə əmək faəliyyətinə dair sənədlər araşdırma zamanı əldə olunmadığından, bu sənədlər iddiaçı tərəfindən də təqdim edilmədiyindən, əmək kitabçasında həmin illərə dair qeydlərin həqiqiliyinə şübhə olduğundan, qeyd edilən dövr sığorta stajı kimi qəbul edilə bilməz.
11. Bundan əlavə, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Səngəçal” X13 İdarəsində təmirçi çilingər olaraq işləməsi qeyd edilsə də, işə qəbul edilməsi barədə qeydlər işəgötürənin-həmin müəssisə rəhbərliyinin imza və möhürü ilə təsdiq edilməmişdir. Məhkəmə araşdırması zamanı sorğulara cavab olaraq, təqdim edilmiş arxiv arayışında iddiaçının xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək X7 İşləri İdarəsinə buruqla rda avadanlıqların təmiri üzrə 4-cü dərəcəli təmirçi-çilingər işləməsi qeyd olunmuşdur. Həmçinin, iddiaçının şəxsi vərəqəsində də, xx.xx.1992-xx.xx.1998 dövrü üzrə hər hansı qeyd aparılmamış, yalnız xx.xx.1998-xx.xx.1998 dövrü qeydlərlə öz təsdiqini tapmışdır. Belə olan halda, xx.xx.1992-xx.xx.1998 dövrü üzrə əmək faəliyyətinə dair sənədlər məhkəmə araşdırması zamanı əldə olunmadığından, bu sənədlər iddiaçı tərəfindən də təqdim edilmədiyindən, əmək kitabçasında həmin illərə dair qeydlərin həqiqiliyinə şübhə olduğundan, qeyd edilən dövr sığorta stajı kimi qəbul edilə bilməz.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(103)-199/2023 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu, X1) ilə Bakı İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tədqiq olunan sübutlarla iddiaçının - xx.xx.1983-xx.xx.1992-ci illərdə Laçın rayonunda sovxozda və icra nümayndəliyində 8 il 9 ay 26 gün, xx.xx.1992- xx.xx.1998-ci illərdə X10 İşləri İdarəsində, X10 İşləri İdarəsində, bundan sonra X3 Təmiri İdarəsində, daha sonra X7 İşləri idarəsində 6 il 1 ay 29 gün, “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsində isə 7 il 5 ay iş stajı nəzərə alınmaqla onun 22 il 4 ay 25 gün iş stajı topladığı və həmin stajın da 13 il 6 ay 29 gününü onun Nazirlər Kabinetinin qeyd olunan xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahının 1100000a18559 şriftində nəzərdə tutulan güzəştli pensiya hüququ verən neft və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingər peşəsində işlədiyi sübuta yetirilir.
15. İlk növbədə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1992-ci ilə qədər iddiaçının Laçın rayon undan məcburi köçkün düşənə qədər həmin rayonda əmək fəaliyyəti üzrə qazandığı iş stajının nəzərə alınmaması əsaslı hesab oluna bilməz. Belə ki, Laçın Rayon Dövlət Arxivinin 4 oktyabr 2021-ci il tarixli məktubunda rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar 18 may 1992-ci il tarixə qədər rayonun bütün arxiv sənədləri işğalda qaldığı üçün İddiaçı məktubda göstərilən tarixlərdə Laçın rayon Təzəkənd kənd X5 İcraiyyə Komitəsində işləyib-işləməməsi barədə arxivdə heç bir məlumat olmadığı üçün məktuba müsbət cavab vermək mümkün olmadığı qeyd edilmişdir. Bununla belə, iddiaçının işə əlavə olunmuş əmək 22 iyun 1992-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının 2 və 3-cü səhifələrinin 1-4-cü qeydlərindən habelə, hazırkı mərhələdə məhkəməyə təqdim edilmiş Laçın rayon İHB-inin Təzəkənd İƏDÜ nümayəndəliyinin5-601/47-3k-60/2023 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1983-xx.xx.1991-ci illərdə iddiaçı Laçın rayonunda Sovet Azərbaycan 60 illiyi adına sovxozda fəhlə kimi, xx.xx.1991-xx.xx.1992-ci illdə isə Laçın rayon Təzəkənd XDS İK-nin katibi vəzifəsində işləmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi tədqiq olunan arayışın və əmək kitabçasının üst-üstə düşən göstəricilərinə inandırıcı yanaşmış və arxiv sənədlərinin işğalda qaldığını nəzərə alaraq hesab etmişdir ki, xx.xx.1983xx.xx.1992-ci illlər üzrə iddiaçının 8 il 9 ay 26 gün əmək fəaliyyəti onun sığorta stajı kimi qiymətləndirilməlidir.
16. Həmçinin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının X10 işləri İdarəsində buruqlarda təmirçi çilingər kimi d avamlı surətdə işlədiyi və sonda həmin idarənin ləğv olunduğunda X7 işləri İdarəsində işləməsi təsbit olunduğu halda, 19921998-ci illəri əhatə edən dövrdə barəsində arxiv məlumatlarının aşkar edilməməsi əsası ilə cavabdeh tərəfindən həmin dövrün onun sığorta stajına daxil edilməməsi, həm də güzəştli stajı kimi nəzərə alınmaması, işin faktiki hallarına zidd və həqəqəti əks etdirməyən əsassız imtinası kimi qiymətləndirilməlidir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, ş ikayətdə qeyd edilmişdir ki, əmək kitabçası 22 iyun 1992-ci il tarixində Dövlət Neft Şirkəti tərəfindən açıldığı halda, xx.xx.1983-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Sovet Azərbaycanının 60 illliyi” adına sovxozda işlədiyi qeyd olunmuşdur. Bu səbəbdən də iddiaçının iş stajı 2006-cı il tarixinədək 20 ildən az (13 il 6 ay 9 gün) təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20.“Əmək pensiyaları haqqında” Qanun: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işl ərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260 -İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və ümumi iş stajı azı 10 il olduqda.... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artı rılmışdır.
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. 23. “Əmək Qanunları Məcəlləsi” Maddə
29. Əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. 24. “İnzibati icraat haqqında” Qanun Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
25. Azərbayc an Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı”: X bölmə - Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı: 11000000
1. Qazma 1100000a a) fəhlələr 1100000a—18559 bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassas iya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiy ası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 29.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusi lə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Kasasiya şikayətinin dəlillərinə görə iddiaçı barəsində əmək kitabçası 22 iyun 1992-ci il tarixdə Dövlət Neft Şirkəti tərəfindən açıldığı halda, xx.xx.1983-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Sovet Azərbaycanının 60 illliyi” adına sovxozda işlədiyi qeyd olunmuşdur. Bu səbəbdən də iddiaçının iş stajı 2006-cı il tarixədək 20 ildən az (13 il 6 ay 9 gün) təşkil edir. Cavabdeh həmçinin kasasiya şikayətində göstərmişdir ki, “birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki,... 22 iyun 1992-ci il tarixdən 1 may 1998-ci il tarixədək olan dövrü üzrə iddiaçının əmək fəaliyyətinə dair sənədlər məhkəmə araşdırması zamanı əldə olunmadığından, bu sənədlər iddiaçı tərəfndən də təqdim olunmadığından əmək kitabçasında həmin illərə dair qeydlərin həqiqiliyə şübhə olduğundan qeyd edilən dövr sığorta stajı kimi qəbul edilə bilməz”.
33. Məhkəmə kollegiyası kasasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
34. Laçın Rayon Dövlət Arxivinin 4 oktyabr 2021-ci il tarixli məktubunda cavab olaraq qeyd edilmişdir ki, rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar 18 may 1992-ci il tarixə qədər rayonun bütün arxiv sənədləri işğalda qaldığı üçün iddiaçının məktubda göstərilən tarixlərdə Laçın rayon Təzəkənd kənd X5 İcraiyyə Komitəsində işləyib-işləməməsi barədə arxivdə heç bir məlumat olmadığı üçün məktuba müsbət cavab vermək mümkün olmamışdır. 35. 22 iyun 1992-ci il tarixli əmək kitabçasının 2 və 3-cü səhifələrinin 1-4-cü qeydlərindən, habelə Laçın rayon İHB-nin Təzəkənd İƏDÜ nümayəndəliyinin xx.xx.2023cü il tarixli arayışından görünür ki, xx.xx.1983-xx.xx.1991-ci illərdə iddiaçı Laçın rayonunda “Sovet Azərbaycan 60 illiyi” adına sovxozda fəhlə xx.xx.1991-xx.xx.1992-ci illdə isə Laçın rayon Təzəkənd XDS İK-nin katibi işləmişdir. İddiaçının “Sovet Azərbaycan 60 illiyi” adına sovxozda işə qəbul edilməsi 199 №-li 1/Vİİ-83-cü il tarixli əmrlə, öz ərizəsinə əsaən işdən azad olunması 138 №-li 29/İİİ-91-ci il tarixli əmrlə, Təzəkənd İK-ə (İcraiyyə Komitəsi) isə katib kimi təyin olunması Təzəkənd XDS-nin (X5) 2/04-1991-ci il tarixli qərarı ilə, həmin vəzifədən azad olunması Laçın RİHBnin 10 №-li 1992-ci il tarixli əmrl ilə rəsmiləşdirilmişdir.
36. Təzəkənd İƏDÜ nümayəndəliyinin tədqiq olunan xx.xx.2023-cü il tarixli arayışından görünür ki, həmin arayış, habelə, əmək kitabçasına əlavə olunmuş qeydlər Laçın rayon İHB-inin Təzəkənd İƏDÜ nümayəndəliyinin 1988-ci ilə aid sənədlərin verilməsi haqqında kitabından 204 nömrəli arayış əsasında daxil edilmişdir. 37. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin 1-ci hissəsi nəzərdə tutulurdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsa s sənəd əmək kitabçasıdır.
38. Eyni zamanda, qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” hesablanır. 39. xx.xx.198 3-xx.xx.1991-ci illərdə iddiaçının işlədiyi vaxt qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə görə əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir.
40. Cavabdehin mübahisə açdığı xx.xx.1983-xx.xx.1992-ci illər əmək kitabçası və arayışlarla təsdiq olunduğundan, cavabdeh həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olması ilə bağlı hər hansı sübut təqdim etmədiyindən iddiaçının 8 il 9 ay 26 gün əmək fəaliyyətinin onun sığorta stajı kimi qiymətləndirilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
41. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, cavabdeh kasasiya şikayətində iddiaçının xx.xx.1983-xx.xx.1991-ci illərə aid əmək fəaliyyətinin onun ümumi stajına daxil edilməsini mübahisələndirmiş, 22 iyun 1992-ci il tarixd ən 1 may 1998-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməməsi barədə kasasiya şikayətində hər hansı dəlilə istinad etməmiş, sadəcə olaraq birinci instansiya məhkəməsinin qərarından sitat gətirmişdir.
42. Bununla belə, əmək kitabçasının sonrakı qeydlərinə əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1992-xx.xx.1998-ci illərdə X10 işləri idarəsində buruqlarda avadanlıqların təmir üzrə təmirçi çilingər peşəsində işləmiş, xx.xx.1996-cı il tarixdə X10 işləri ləğv olunaraq, bazasında X3 Təmiri İdarəsi yaradılmış, həmin idarə də xx.xx.1998-ci il tarixdə ləğv edilərək onun bazasında X7 İşləri İdaərəsi yaradılmışdır ki, iddiaçı həmin idarələrdə xx.xx.1998-ci il tarixinədək ( 6 il 1 ay 29 gün) işləmişdir.
43. Odur ki, yuxarıda qeyd edilən hüquq normalarına əsasən, 6 il 1 ay 29 gün iddiaçın ın sığorta stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 1 yanvar 2006-cı ilə qədər 20 il ümumi, 10 il güzəştli stajı olmalıdır.
44. Qeyd olunduğu kimi, 1 yanvar 2006-cı ilədək 20 ildən artıq ümumi staj mövcuddur. 45. “X9” Trestinin 1 aprel 2020-ci il tarixli arayışında xx.xx.2021-ci il tarixli digər arayışında iddiaçının xx.xx.1998-xx.xx.1998-də X3 Təmiri İdarəsində 1 ay 29 gün Nazirlər Kabinetinin xx.xx.1993-cü il 320 saylı qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahının 10.2-ci bəndinin “1100000a-18559” şriftində nəzərdə tutulan güzəştli pensiya hüququ verən neft və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər peşəsində işlədyi qeyd olu nmuşdur. Bundan əlavə işə əlavə olunmuş şəxsi işi üzrə forma “T-2” kartasında qeyd olunan illərdə onun buruqlarda təmirçi çilingər işlədiyi öz əksini tapmışdır.
46. İddiaçının əmək kitabçasının daha sonrakı qeydlərinə və işə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2022-ci il tarixli “Güzəştli arayış”ına əsasən müəyən olunur ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2015-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexində avadanlıqların təmiri üzrə təmirçi-çilingər peşəsində işləmişdir (Əmr № 390, xx.xx.1998-ci il) ki, həmin ixtisas da 1 saylı Siyahıya əsasən güzəştli sayılır (Bölmə 10 (bənd 2 hasilat, şifr 1100000a-18559) xx.xx.1998-xx.x x.2006-cı illər üzrə güzəştli staj 7 il 05 ay təşkil edir.
47. İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilədək “Səngəçal” X13 İdarəsində də təmirçi çilingər işləmişdir.
48. Nəticədə xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilədək güzəştli staj 6 il 1 ay 29 gün, xx.xx.1998-xx.xx.1998-də güzəştli staj 1 ay 29 gün və xx.xx.1998-xx.xx.2006-cı illər üzrə güzəştli staj 7 il 05 ay təşkil edir, bu da qanunda nəzərədə tutulan 10 ildən çoxdur.
49. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9.8 və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə istinad etməklə bu qənaətə gəlmişdir ki, iddiaçının 52 yaşının tamam olduğu 13 yanvar 2018-ci ildə 1 yanvar 2006-cı ilə qədər 20 il ümumi və 10 il güzəştli stajı mövcud olduğundan iddiaçının güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmışdır.
50. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cav abdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-199/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.