Məhkəmə qərarları › İş №2-1(102)-1688/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1688/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1688/2020 29.09.2020 ALİ MƏHKƏMƏ İddiaçı "X" İcmasının Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iş üzrə (Açar sözlər: vəkil tərəfindən imzalanmamış kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili X1, cavabdehin vəkili X3, tərcüməçi X2 iştirakı ilə, İddiaçı "X" İcmasının cavabdeh Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı “cavabdehin məktubunun qanunsuz hesab edilməs i, cavabdehin üzərinə iddianın yenidən qeydiyyata alınması vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)422/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı "X" İcması cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək cavabdehin təqdim etdiyi sənədin – iddiaçının Bakı şəhərində "X" icmasının yenidən qeydiyyatdan keçirilməsi haqqında müraciətinə cavabdakı baxılmadan saxlanılması hissəsinin qeyri-qanuni hesab edilməsi və onun ləğv edilməsi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanını n icrası kimi cavabdehin İcmanı yenidən qeydiyyatdan keçirməyə və dövlət reyestrinə daxil etməyə məcbur edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)1657/2019 nömrəli qərarına əsasən (hakim – M.T.Hacıbəyova) iddia tələbi mümkün sayılmamışdır.

3. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-422/2020 nömrəli qərardadına əsasən (sədrlik edən və məruzəçi – Ü.A.Mayılov, ha kimlər – M.N.Tağızadə, K.N.Abiyeva) apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3796/2019 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

5. Məhkəmə qərardadını iddiaçı xx.xx.2020-ci il tarixində, cavabdeh xx.xx.2020-ci il tarixində almışdır.

6. İddiaçı xx.xx.2020-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-422/2020 nömrəli qərardadına əsasən iddiaçıya Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-422/2020 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkil i lə təmin olunması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

8. İddiaçı həmin qərardadı xx.xx.2020-ci il tarixində almışdır.

9. İddiaçı göstərilən qərardadlardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-422/2020 nömrəli və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-422/2020 nömrəli qərardadının ləğv edilməsi və iş materiallarının yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə q arşı cavabdeh etiraz təqdim etməmişdir. b) Kassasiya şikayətinin mümkünlüyü

11. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-422/2020 nömrəli qərardadını xx.xx.2020-ci il tarixində, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-422/2020 nömrəli qərardadını xx.xx.2020-ci il tarixində almış, kassasiya şikayətini isə xx.xx.2020-ci il tarixində vermiş, bununla da qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddətini ötürmüşdür. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 izahat verərək bildirmişdir ki, iddiaçıya dövlət hesabına vəkil təyin olunması proseduru uzun müddət davam etdiyinə görə kassasiya şi kayəti verilməsi üçün müddət ötürülmüşdür. Odur ki, həmin müddət üzrlü hesab olunmalıdır.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə vəkilin izahatı ilə razı olduğunu bildirmiş, əlavə olaraq rusdilli olduğundan ərizəni tərtib etməkdə çətinlik çəkdiyini, göstərilən səbəblərdən kassasiya şikayətinin gec təqdim edildiyini qeyd etmiş və kassasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X5 izahat verərək kassasiya şikayətinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiya sı məhkəməsi vasitəsi ilə verilir.

16. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

17. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin bura xılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. İddiaçı məhkəmə qərardadını xx.xx.2020-ci il tarixində almış, xx.xx.2020-ci il tarixində həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə vermiş, həmin tarixdən, yəni xx.xx.2020-ci il tarixindən qərardaddan kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin axımı dayanmışdır. Qərardaddan 10 gün müddətində kassasiya şikayəti verildiyi nəzərə alındıqdan görünür ki, müddət axımı dayandığı an iddiaçının sözügedən qərardaddan kassasiya şikayəti verməsi üçün 7 günü qalmışdır.

20. Bundan sonra apelyasiya instansiyası məhkəməsi iddiaçının vəkillə təmin olunma barədə ərizəsinin rədd edilməsinə dair qərardad qəbul etmiş, həmin qərardadı iddiaçı xx.xx.2020-ci il tarixində almışdır. Odur ki, iddiaçı həmin tarixdən (xx.xx.2020-ci il tarixindən) 10 gün müddətində sonuncu qərardaddan kassasiya şikayət verə bilərdi.

21. Bu müddət ərzində isə kassasiya şikayəti verilmədiyindən həmin qərardad xx.xx.2020-ci il tarixində qüvvəyə minmiş və iddiaçının Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-422/2020 nömrəli qərardadından kassasiya şikayəti vermə müddətinin axımı başlamışdır.

22. İddiaçının həmin qərardaddan kassasiya şikayəti verə bilməsi üçün qalan 7 gün ərzində ərzində kassasiya şikayəti verilməmiş, xx.xx.2020-ci il tarixində həmin qərardad qanuni qüvvəyə minmiş, iddiaçı isə hazırkı kassasiya şikayəti ilə xx.xx.2020-ci il tarixində məhkəməyə müraciət etmişdir.

23. Göründüyü kimi, iddiaçı kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür.

24. İddiaçı müddətin ötürülmə səbəbini ona vəkilin gec təyin olunması ilə əlaqələndirsə də məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, yuxarıda sadalananlardan məlum olur ki, iddiaçının dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsinə məhkəmə tərəfində vaxtında baxılaraq qərardad qəbul edilmişdir və məhkəmənin həmin ərizəyə baxması iddiaçının kassasiya şikayətinin verilməsinin gecikdirilməsinə səbəb ola bilməz.

25. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür.

26. Bundan başqa nəzərə alınmalı dır ki, iddiaçı hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin hər iki qərardadının ləğv edilməsini xahiş etmişdir.

27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-422/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmadığından, həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün iddiaçının dövlət hesabına vəkillə təmin olunması zərurəti də aradan qalxır.

28. Belə olan halda, kassasiya şikayətinin Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-422/2020 nömrəli qərardadının ləğv olunması hissəsinə baxılmasına ehtiyac qalmır. Lakin həmin məsələyə baxıldıqda da məlum olur ki, iddiaçı bu qərardaddan da kass asiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermə müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 94.1, 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(104)-422/2020 nömrəli və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-422/2020 nömrəli qərardadlarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar