Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1688/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşa görə pensiya təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili Əli Hümbətovun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı Regional Ərazi filialına qa rşı işlədiyi müddətin sığorta stajına hesablanmaqla yaşa görə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-325/2021 nömrəli iş üzrə 02.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı regional ərazi filialına qarşı cavabdehin imtinasının əsassız hesab olunması, 01 may 1969-cu ildən 31 dekabr 1969-cu il tarixədək, 01 iyul 1970-ci ildən 31 dekabr 1996-cı il tarixədək Quşçu kənd “ Xaqani” adına sovxozda və 01 yanvar 1997-ci ildən 31 dekabr 1997-ci il tarixə kimi Yeni Astraxanovka sovxozunda işlədiyi müddətin onun sığorta stajına hesablanmaqla yaşa görə pensiya təyin olunması öhdəliyinin DSMF-nin Şamaxı rayon şöbəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş, fəhlə, sürücü işləmiş, çobançılıqla məşğul olduğundan müxtəlif rayonlarda, müxtəlif təsərrüfatlarda işləmişdir. Belə ki, ailəsi çoxuşaqlı ailə olduğundan 7-ci sinfi bitirəndən sonra 02 iyun 1969-cu ildə Quşçu kənd “Xaqani” adına sovxozda əmək fəaliyyətinə başlamışdır. Sovxoz direktorunu n əmri də var. Səkkizinci sinifdə olarkən həmişə dərsdən sonra azyaşlı kimi işləmişdir. 1969-1970-19711972-ci illərə dair əməyin ödənilməsinə dair hesablaşma kitablarında əmək haqqının sadə qələmlə yazılması və 01 yanvar 1974-cü ildən 31 dekabr 1979-cu il tarixə kimi sovxozun əmək haqqı cədvəllərinin arxivdə olmaması bütün bu illərə dair əmək kitabçasının olmaması onun günahı deyil. O, Quşçu kənd “Xaqani” adına sovxozda, Yeni Astraxanovka sovxozunda işləmiş və bu illərə dair sığorta haqqları da sovxoz tərəfindən ödənilib. Hesab edir ki, DSMF-nin Şamaxı rayon şöbəsinin ona pensiya təyin etməkdən imtinası əsassızdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 17.02.2021-ci il tarixli, 2-1(118)367/2021 nömrəli (sədrlik ed ən hakim Ceyhun Məmmədov) qərarı ilə İddiaçı 15 yaşının tamam olduğu dövrdən, yəni 01.07.1970-ci ildən sonra işlədiyi və dövlət arxivinin arayışlarında göstərilmiş 01.07.1970-ci ildən - 31.12.1996-cı il tarixədək Quşçu kənd “Xaqani” adına sovxozda, 01.01.1997-ci ildən - 31.12.1997-ci il tarixə kimi Yeni Astraxanovka sovxozunda işlədiyi dövrlər pensiya təyinatının hesablanması zamanı nəzərə alınsın və ona hüququn yarandığı (64 il 6 ay) 01.01.2020-ci il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı regional ərazi filialının üzərinə qoyulması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası “Əmək pensiyalar ı haqqında” Qanununun 1.0.1 və 7-ci maddələrinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na istinad etməklə belə hesab etmişdir ki, İddiaçı əmək pensiyası hüququ yaşa və əmək stajına görə yaranmışdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 17.02.2021-ci il tarixli, 2-1(118)-367/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Sum qayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 02.06.2021-ci il tarixli, 2-1(105)-325/2021 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Fuad Məmmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 17.02.2021-ci il tarixli, 2-1(118)-367/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 3.1 və 7-ci maddələrinə, Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67 və 69-cu maddələrinə, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 19-cu maddəsinə, Azərbaycan Respublikası nın İnzibati Prosessual Məcəlləsinin 82 və 87.6-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə istinadən belə hesab etmişdir ki, arxiv arayışlarına əsasən, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi işi tam araşdırmamış, iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edildiyi dövrlər üçün düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Hər iki instansiya məhkəməsi inzibati icraatın əsas prinsiplərindən olan bu müddəasının tələblərini pozaraq, araşdırma aparmamış və nəticədə, düzgün olmayan qərar qəbul etmişdir.
9. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(105)-325/2021 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Ə.Hümbətov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən mad di və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02.06.2021-ci il tarixli qərarının ləğv edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
13. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apelyasi ya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
15. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri əsassızdır.
19. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarə sinin Dövlət X1 27.11.2019-cu il tarixli, 782 saylı arxiv arayışından və birinci instansiya məhkəməsinin sorğusuna əsasən təqdim edilmiş əmrlər kitabının arxiv çıxarışında qeyd etmişdir ki, iddiaçı 63 saylı 02 iyun 1969-cu il tarixində Xəqani adına sovxoza fəhlə qəbul edilmiş və 133 saylı 23 oktyabr 1993-cü il tarixli əmr ilə hərbi xidmətə getdiyi üçün işdən azad olunmuşdur. Sovxozun 1969-cu il üzrə əmək haqqı ödənişinə dair cədvəlindən görünür ki, 1969-cu ilin may ayından etibarən iddiaçıya əmək haqqı ödənişi edilmişdir.
20. Bununla yanaşı arxiv arayışında qeyd etmişdir ki, iddiaçı 04.01.1976-cı il tarixli, 02 saylı əmrlə Xəqani adına sovxoza fəhlə qəbul edilmiş və 02.01.1997-ci il tarixli 01 saylı əmr ilə islahatla əlaqədar işdən azad olunmuşdur. 1997-ci ildə isə Yeni Astraxanovka sovxoz unda işləmiş və əmək haqqı almışdır. Şamaxı rayon Quşçu kənd Xəqani adına sovxozun işə qəbul və azad edilmə barədə əmrlər kitabı arxiv idarəsinə təhvil verilsə də, 1974-cü ildən 1980-ci ilə kimi əmək haqqı cədvəlləri və şəxsi hesab kitabları X2 filialına təhvil verilməmişdir. Bu səbəbdən iddiaçıya təqdim edilmiş arxiv arayışında həmin illərə dair əmək haqqı barədə məlumat qeyd edilməmişdir.
21. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsinin 13.12.2019-cu il tarixli, 438 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı 30.11.1973-cü il tarixdən - 17.12.1975-ci il tarixədək keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
22. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 3.1-ci maddəsinə əsasən Azərba ycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər.
23. Həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
24. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
25. Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplamasıdır.
26. Münasibətlər yaranan dövr qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını t əsdiq edən sübut kimi qəbul edilə bilər.
27. Münasibətlər yaranan dövr qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
28. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
30. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
31. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
32. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, arxiv arayışları işçinin iş stajını təsdiq edən mötəbər sübut kimi qəbul edilməl i, iddiaçının 1970-1996-cı illərdə Şamaxı rayonu Quşçu kənd “Xəqani” adına sovxozda, 1997-ci ildə Yeni Astraxanovka sovxozunda işləməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X1 arayışında göstərilən illərin iddiaçının sığorta stajı kimi nəzərə alınması, iddiaçı isə ümumilikdə 25 ildən artıq olan sığorta stajına malik olması ilə bağlı gəlinən nəticə tam əsaslı olmuşdur.
33. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2021-ci il tarixli, 2-1(105)-325/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.