Məhkəmə qərarları › İş №2-1(102)-1688/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1688/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1688/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; daşyonan, üzlükçü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(103)-1448/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletinə əsasən o, xx.xx.1981xx.xx.1983-cü illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək peşə təhsilini almış; xx.xx.1981-ci il tarixdən xx.xx.1983cü il tarixədək Sovet Ordusunda xidmətdə olmuş; xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı-3 Gəmi Təmiri Zavodunun mexaniki sexində birinci dər əcəli fəhlə işləmiş; xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək 19 saylı şəhər orta texniki peşə məktəbində təhsil almış; xx.xx.1984-cü il tarixdən keçmiş SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun Soyuzmetrospetsstroy İdarəsinə 2-ci dərəcəli köməkçi fəhlə peşəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixdən 2-ci dərəcəli, xx.xx.1987-ci il tarixdən 3-cü dərəcəli, xx.xx.1991-ci il tarixdən 4-cü dərəcəli daşyonan peşəsində işləmiş; xx.xx.1992-ci il tarixdən Soyuzmetrospetsstroy İdarəsinin Bakı filialına keçirilmiş; xx.xx.2011 il tarixdən 5-ci dərəcəli üzlükçü peşəsinə keçirilmiş; xx.xx.2014-cü il tarixdən işdən azad edilmiş; xx.xx.2014-cü il tarixdən "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi X3 5-ci dərəcəli üzlükçü (yerüstü iş şəraiti) peşəsinə qəbul edilmiş; xx.xx.2015-ci il tarixindən "xxxx" QSC-nin Əsaslı Təmir Xidmətinə 5-ci dərəcəli suvaqçı (tuneldə yalnız xüsusi zərərli iş şəraitində) peşəsinə keçirilmiş; xx.xx.2015-ci il tarixindən Tikinti Departamentinin Xüsusi X1 4-cü dərəcəli, xx.xx.2016-cı il tarixindən 5-ci dərəcəli üzlükçü (yerüstü iş şəraiti) peşəsində işləmiş; xx.xx.2017-ci il tarixindən və hal-hazırda yeraltı iş şəraiti üzrə 5-ci dərəcəli üzlükçü peşəsində işləyir.

3. Azərbaycan Respublikası "xxxx" QSC-nin iddiaçıya dair 15 aprel 2022-ci il tarixli A/116 nömrəli arayışına əsasən iddiaçı həqiqətən SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun Soyuzmetrospetsstroy İdarəsinə xx.xx.1984-cü il tarixdə 2-ci dərəcəli köməkçi fəhlə peşəsinə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixdən 2-ci dərəcəli, xx.xx.1987-ci il tarixdən 3-cü dərəcəli, xx.xx.1991-ci il tarixdən 4-cü dərəcəli daşyonan peşəsində işləmişdir və xx.xx.1992-ci il tarixdən Soyuzmetrospetsstroy idarəsinin Bakı filialına keçirilmişdir. xx.xx.2011-ci il tarixdən 5-ci dərəcəli üzlükçü peşəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixdən "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi X3 5-ci dərəcəli üzlükçü (yerüstü iş şəraiti) peşəsinə qəbul edilmişdir. xx.xx.2015-ci il tarixindən "xxxx" QSC-nin Əsaslı Təmir xidmətinə 5-ci dərəcəli suvaqçı (tuneldə yalnız gecə xüsusi zərərli iş şəraitində) peşəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixindən Tikinti Departamentinin Xüsusi X1 4-cü dərəcəli, xx.xx.2016-cı il tarixindən 5-ci dərəcəli üzlükçü (yerüstü iş şəraiti) peşəsində işləmişdir. xx.xx.2017-ci il tarixindən yeraltı iş şəraiti üzrə 5-ci dərəcəli üzlükçü peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərara uyğun olaraq həmin siyahının “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” hissəsinin “a) fəhlələr” bəndinə əsasən o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 37 il 10 ay 12 gün təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 641 saylı qərarına və “Aztunelmetrotikinti” DK-nın xx.xx.1993-cü il tarixli 91/H saylı əmrinə əsasən Soyuzmetrospetsstroy idarəsinin Bakı filialı “Aztunelmetrotikinti” DK-nın Xüsusi Tamamlama İşləri İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı sərəncamı ilə "xxxx" Səhmdar Cəmiyyətinin Xüsusi Tamamlama İşləri idarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "xxxx" SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır.

4. İddiaçı 19 aprel 2022-ci il tarixdə cavabdehə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensi yasının təyin edilməsini xahiş etmişdir.

5. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli imtina məktubunda göstərilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1983-cü il tarixli İТ-İ ******* nömrəli əmək kitabçası və "xxxx" QSC-nin 15 aprel 2022-ci il tarixli arayışından göründüyü kimi, iddiaçı adıçəkilən müəssisədə xx.xx.1985-xx.xx.2011-ci illər ərzində daşyonan, xx.xx.2011-xx.xx.2014 və xx.xx.2015-xx.xx.2017-ci il tarixləri arası dövrlər ərzində yerüstü iş şəraitində üzlükçü vəzifələrində işləmişdir. İddiaçı işlədiyi yerüstü iş şəraiti müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyil. Eyni zamanda iddiaçı işlədiyi daşyonan vəzifəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahın ın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı 8 iyul 2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona hüququ yarandığı gündən – 2 aprel 2019-cu il tarixdən başlayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onu nla əsaslandırılmışdır ki, iddiaçı 2 aprel 1962-ci il tarixdə anadan olmuşdur. 57 yaşı 2 aprel 2019-cu il tarixdə tamam olmuşdur. 1977-1980-ci illərdə peşə təhsili almış, 25 may 1981-ci il tarixdən 14 may 1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 29 avqust 1983-cü ildə Bakı-3 Gəmi Təmiri Zavodunun mexaniki sexində birinci dərəcəli fəhlə kimi başlamış, 28 oktyabr 1983-cü il tarixədək orada işləmişdir. 1 oktyabr 1983-cü il tarixdən 10 may 1984-cü il tarixədək 19 saylı şəhər orta texniki peşə məktəbində təhsil almışdır. Sonra keçmiş SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun Soyuzmetrospetsstroy İdarəsinə xx.xx.1984-cü il tarixdə 2-ci dərəcəli köməkçi fəhlə peşəsinə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixdən 2-ci dərəcəli, xx.xx.1987-ci il tarix dən 3-cü dərəcəli, xx.xx.1991-ci il tarixdən 4-cü dərəcəli daşyonan peşəsində işləmişdir və xx.xx.1992-ci il tarixdən Soyuzmetrospetsstroy İdarəsinin Bakı filialına keçirilmişdir. xx.xx.2011-ci il tarixindən 5-ci dərəcəli üzlükçü peşəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixdən "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi X3 5-ci dərəcəli üzlükçü (yerüstü iş şəraiti) peşəsinə qəbul edilmişdir. xx.xx.2015-ci il tarixindən "xxxx" QSC-nin Əsaslı Təmir Xidmətinə 5-ci dərəcəli suvaqçı (tuneldə yalnız xüsusi zərərli iş şəraitində) peşəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixindən Tikinti Departamentinin Xüsusi X1 4-cü dərəcəli, xx.xx.2016- cı il tarixindən 5-ci dərəcəli üzlükçü (yerüstü iş şəraiti) peşəsində işləmişdir. xx.xx.2017-ci il tarixindən və hal-hazırda yeraltı iş şəraiti üzrə 5-ci dərəcəli üzlükçü peşəsində işləyir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququ yarandığı üçün bununla bağlı olaraq cavabdehə müraciət etmiş, lakin ona 06 iyun 2022-ci il tarixli, **********3 saylı məktubu ilə ona imtina edilmişdir. İddiaçı hesab edir ki, həmin imtina əsassızdır və qanunsuzdur. Ona məxsus olan əmək kitabçası və digər sənədlərdən göründüyü kimi, ümumi 43 il 3 ay 20 gün sığorta stajına malik olmuşdur ki, bu stajın 37 il 10 ay 12 günü güzəştli pensiya hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə qazanılmışdır. Mübahisəsiz şəkildə görünür ki, iddiaçı 1 yanvar 2006- cı il tarixədək qanunla müəyyən edilmiş həm ümumi – 25 il sosial sığorta stajına, həm də əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş 12 il 6 ay sığorta stajına malikdir. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıda konkret göstərilmişdir. Cavabdehin etirazları:

8. Cavabdehin yazılı etirazının dəlilləri onun iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

9. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC tərəfindən təqdim olunmuş güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair 5 oktyabr 2022-ci il tarixli, 40N-10/3-1226 nömrəli arayışa əsasən: - iddiaçı xx.xx.1984-cü il tarixindən SS Rİ Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun Soyuzmetrospetsstroy idarəsində köməkçi fəhlə, daşyonan, üzlükçü peşələrində çalışmışdır. xx.xx.2015-ci il tarixdən "xxxx" QSC-nin Əsaslı Təmir xidmətinə 5-ci dərəcəli suvaqçı (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli iş şəraitində) peşəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdən Tikinti Departamentinin Xüsusi X1 yerüstü iş şəraiti ilə üzlükçü peşəsində işləmişdir. xx.xx.2017-ci il tarixdən yeraltı iş şəraiti ilə "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi X1 üzlükçü peşəsində işləyir. - iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ağır və xüsusi zərərli əmək şəraitində çalışdığı daşyonan peşəsi üzrə əmək stajı 25 il 10 ay 3 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1.Dağ-mədən işləri maddəsinin 1.2.1-ci Açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin a) fəhlələr (daşyonanlar) yarımbəndi ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 10100000 1.Dağ-mədən işləri maddəsinin 20101000 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin 2010100a—12690 (daşyonanlar) koduna aiddir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 91/H nömrəli Fərmanına əsasən Soyuzmetrospecstroy İdarəsi "xxxx" Dövlət Şirkətinin Xüsusi bəzək işləri İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı Sərəncamına əsasən Xüsusi Tamamlama işlər İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "xxxx" SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X2 Dövlət Qeydiyyatı İdarəsinin Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında müvafiq bildirişə əsasən “Azərtunelmetrotikinti" SC-nin Xüsusi Tamamlama İşlər İdarəsi ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası X2in dövlət reyestrindən çıxarılmışdır. Hazırda "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi Tamamlama İşləri dəstəsi adı altında fəaliyyət göstərir. "xxxx" QSC-nin struktur bölmələri tərəfindən eyni funksiyanı icra edən və optimallaşdırılması zəruri hesab olunan peşə və vəzifələrin təhlilinin həyata keçirilməsi zamanı Cəmiyyət üzrə ayrı-ayrı struktur vahidlərinin tərkibində eyni vəzifə və funksiyaların həyata keçirilməsi müəyyən edilmiş və onların ahəngdar işinin təşkil edilməsi məqsədilə bəzi dəyişikliklər edilmişdir. Belə ki, Xüsusi Tamamlama İşləri dəstəsinin ştat cədvəlində də daşyonan və üzlükçü peşələri birləşdirilərək üzlükçü peşəsi adlandırılmışdır. Üzlükçü peşəsinin əsas vəzifə və funksiyaları divar və döşəməyə mərmərdən, qranitdən və daş lövhələrdən üzlük daşlarının qoyulması, üzlük daşlarının yonulması, üzlüklərin çəkilməsi üçün divar səthinin hazırlanması, üzlüklərin vaxtlı vaxtında cilalanması, verilmiş dizayna uyğun təbii və süni üzlük materiallarının düzgün seçilməsi və s. işlərdən ibarətdir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir, əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri barədə tərtib olunmuş protokollar və qiymətləndirmə cədvəllərində göstərilən amillərə görə (toz, səs-küy) əmək haqqına tarif maaşının 4% (dörd) məbləğində əlavə ödəniş edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(112)-10417/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən – 2 aprel 2019-cu il tarixdən başlayaraq həmin pensiyanın təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaç ının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajı ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçının xx.xx.1985-xx.xx.2011-ci il tarixlərdə işlədiyi daşyonan peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-ci il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının” 1-ci Dağ-mədən işləri bölməsinin “Açıqda dağ-mədən işlər və yer səthində işlər” bölümünün 2010100a və 2010100a -12690 kodu altında zərərli iş kimi nəzərdə tutulmuşdur.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-cü il tarixli, 2-1(103)-1448/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(112)-10417/2022 nömrəli qərarı - iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən qeyd edilməklə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.1985-xx.xx.2011ci il tarixlərdə işlədiyi daşyonan peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: İ Bölmə Dağ-mədən işləri, “Açıqda dağ-mədən işlər və yer səthində işlər” bölümü, a) fəhlələr, kod 2010100a-12690 daşyonanlar.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətinin dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1983-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin ona dair 15 aprel 2022-ci il tarixli A/116 nömrəli arayışında onun adıçəkilən müəssisədə xx.xx.1985-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində daşyonan, xx.xx.2011xx.xx.2014-cü il və xx.xx.2015- xx.xx.2017-cİ il tarixləri arasındakı dövrlər ərzində yerüstü iş şəraitində üzlükçü vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi yerüstü iş şəraiti müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyil. Eyni zamanda onun işlədiyi daşyonan vəzifəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi ndə (29) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud olmamışdır. 17. "xxxx" QSC-nin iddiaçıya dair 15 aprel 2022-ci il tarixli A/116 nömrəli arayışında və "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış 05 oktyabr 2022-ci il tarixli, 40N-10/31226 nömrəli məktubda da iddiaçının xx.xx.2011-xx.xx.2014-cü il və xx.xx.2015xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər ərzində yerüstü iş şəraitində üzlükçü vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpas ı və təmiri bölməsinin (29) fəhlələr bəndinin metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər yarımbəndində mərmərdən üzçəkənlər, lövhələrdən üzçəkənlər, pardaqlayıcı üzçəkənlər vəzifələri nəzərdə tutulmuşdur.

18. Göründüyü kimi üzlükçü vəzifəsinin güzəştli iş stajı hesab edilməsi üçün həmin vəzifənin yeraltı iş şəraitində yerinə yetirilməsi tələbi mövcud olmuşdur. İddiaçının işlədiyi üzlükçü vəzifəsi isə təqdim edilmiş sənədlərdən də aydın olduğu kimi yerüstü iş şəraitində yerinə yetirilmişdir. Həmin sənədlər, yəni Azərbaycan Respublikası "xxxx" QSC-nin iddiaçıya və məhkəməyə ünvanladığı məktublar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında da öz əksini tapmış, lakin apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda qey d olunmuş ziddiyyətlərə münasibət bildirilməmiş, həmin vəzifə güzəştli iş stajı kimi qəbul edilmişdir.

19. Eyni zamanda, iddiaçı xx.xx.1985-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin müvafiq idarələrində daşyonan vəzifəsində işlədiyini iddia edir. Lakin iddiaçının "xxxx" QSC-nin müvafiq idarələrində işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Dağ-mədən işləri bölməsinə deyil, Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər yarımbəndində idd iaçının işlədiyi vəzifəyə uyğun vəzifə qeyd olunduğu halda həmin yarımbəndə aid edilə bilərdi. Lakin həmin yarımbənddə daşyonan vəzifəsi güzəştli vəzifə kimi nəzərdə tutulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, q adınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada)... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 22. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə 1

3. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;...

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricil ərin 2 nömrəli Siyahısı”: İ. Dağ-mədən işləri - Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri 20101000 - 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər 2010100a - a) fəhlələr 2010100a - kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, draqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər.... 2010100a—12690 – daşyona nlar...

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayə t əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Madd ə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinasının əsasını iddiaçın ın SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun Soyuzmetrospetsstroy İdarəsində və "xxxx" QSC-də xx.xx.1985-xx.xx.2011-ci illər ərzində daşyonan, xx.xx.2011-xx.xx.2014 və xx.xx.2015xx.xx.2017-ci il tarixləri arası dövrlər ərzində yerüstü iş şəraitində üzlükçü vəzifələrində işlədiyi illərin güzəştli iş stajına daxil edilməməsi təşkil edir. 29. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ən azı 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı olarsa, onun “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 57 yaşdan güzəştli şərtlərlə pensiya çıxmaq hüququ yaranır.

31. Ona görə də, hazırkı iş üzrə iddiaçının ümumi və xüsusi iş stajının məhz xx.xx.2006-cı il tarixə qədər yaranıb-yaranmamasının əsasları yoxlanılmalıdır.

32. İşin mübahisələndirilməyən halı iddiaçının müvafiq pensiya yaşına çatması və tələb olunan minimum ümumi əmək stajının mövcudluğudur. Cavabdeh bununla bağlı hər hansı mübahisə açmamış və dəlil irəli sürməmişdir.

33. Belə olan halda, iddiaçının xx.xx.1985-ci ildən xx.xx.2006-cı ilə qədər işlədiyi daşyonan peşəsinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid olubolmaması yoxlanılmalıdır.

34. Qeyd edilən xüsusat aşağı instansiya məhkəmələri tərəfindən tam və hərtərəfli araşdırılmış, iddiaçının həmin illərdə işlədiyi peşənin güzəştli pensiya hüququna əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 nömrəli əlavədə verilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “İ. Dağ-mədən işləri” bölməsinin “20101000 - 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər” (2010100a - a) fəhlələr) alt bölməsində 2010100a-12690 vəzifə k odunda müəyyən edilmiş “daşyonanlar” peşəsinə uyğun olması öz təsdiqini tapmışdır.

35. Cavabdeh kassasiya şikayətində iddiaçının işlədiyi daşyonan vəzifəsinin “Dağmədən işləri” bölməsinə deyil, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” yarımbəndində nəzərdə tutulduğu halda qəbul edilə biləcəyini, lakin nəzərdə tutulmadığından güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olmadığını göstərsə də, nəzərə alınmalıdır ki, yuxarıda qeyd edilən 2 nömrəli Siyahının “İ. Dağ-mədən işləri” bölməsinin açıqlamasında məhz metropolitenlərin tikintisinin nəzərdə tutulduğu qeyd edilmiş, daşyonan peşəsinin də 2010100a-12690 vəzifə kodu altında metropolitenlərin t ikintisinin sənaye meydançalarında olan işlərə aid edilməsi göstərilmişdir.

36. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajının olduğu nəzərə alındıqda, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019cu ildən “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır.

37. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2 023-cü il tarixli, 21(103)-1448/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar