Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1688/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilli yin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1459/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərardadından iddiaçının verdiyi şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdə 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar 5 il müddətinə, yəni xx.xx.2025-ci ilədək əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməs inin 2-1(112)-13163/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakim X1) iddia mümkün sayılmamışdır.
3. Məhkəmə qeyd etmişdir ki, iddiaçı öz hüquqi maraqlarını qorumaq üçün cavabdehin barəsində qəbul etdiyi və qüvvədə olan əlverişsiz inzibati aktı və onun nəticələrini mübahisələndirmədən cavabdehin üzərinə məcburetmə haqqında iddia vasitəsi ilə onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini, ikinci dərəcə əlilliyin bərpa edilməsini məhkəmədən tələb edir. Belə olan halda iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri yerinə yetirilmir.
4. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılaraq icraata qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1459/2024 nömrəli iş üzr ə 20 fevral 2024-cü il tarixli qərardadı ilə (hakimlər X2 (məruzəçi), X3 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13163/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
7. Ərizədə qeyd edilmişdir ki, vəkil xx.xx.2024-cü il tarixdə 2-1(103)-1459/2024 saylı işə əlavə edilmiş və həmin andan işlə real tanış olmaq imkanı əldə etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab ol unmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etmə lidir.... 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddəl ərində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmə nin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə tərkibi ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, vəsatətin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.
10. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
11. İş materiallarından görünür ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadını aldıqdan sonra elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsini xa hiş etmişdir.
12. Apelyasiya instansiyası məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2-1(103)1459/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş, qərardadın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilmişdir.
13. İddiaçının hüquqlarının səmərəli təmin edilməsi məqsədi ilə “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil2 ilə 05 mart 2024-cü il tarixdə müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı kassasiya şikayəti və müddət bərpasına dair vəsatət vermişdir. Vəsatətdə müddətin üzrlü səbəbdən ötürüldüyü qeyd edilir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, vəsatətdə göstərilən hallar müddətin bərpa edilməsi üçün əsas deyildir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.
16. Avropa İnsan Hüquqları Məhkəməsi də bir sıra qərarlarında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hüquqi müəyyənliyin təmin edilməsində prosessual müddətlərin əhəmiyyətini vurğulamışdır.
17. Belə ki, Avropa Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qe yd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
18. Avropa Məhkəməsi "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında isə qeyd etmişdir ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır.
19. Qe yd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti əsassız olduğundan təmin edilməməlidir.
20. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti verilməsi müddətini iddiaçı üzrlü səbəb olmadan ötürdüyü üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, ərizə təmin edilməməli, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
21. Göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1459/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərardadından iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.