Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1689/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: Müharibə veteranı adı və vəsiqəsinin verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegi yasının 2N(N03)-2N7/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli arxiv arayışına görə, xx.xx.N993-cü il tarixdən toplanışa gəlmiş iddiaçı N () nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 85 nömrəli əmri ilə (əsas: § 5, səh. N6, sıra 50, əmrdə hərbi rütbəsi göstərilməyib) bütün müavinətlərlə təmin olunaraq əsgəri xidməti vəzifəsinin icrasına başlamış və komandirin xx.xx.N993-cü il tarixli N29 nömrəli əmri ilə (əsas: § 7, səh. 2N, əmrdə vəzifəsi göstərilməyib) xx.xx.N993-cü il tarixdən Bakı şəhərinə hospitala gö ndərilmişdir. N () nömrəli hərbi hissə komandirinin iyun-iyul N992-ci il, avqustsentyabr N993-cü il tarixli əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. İddiaçı hərbi biletə əsasən Qubadlı rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx xxx N978-ci ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.N980-ci ildə SSR Müdafiə nazirinin xx xxxx N980-ci il tarixli 97 №-li əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçıya məxsus xx.xx.N978-ci il tarixli hərbi biletin 6-cı səhifəsində iddiaçının N nömrəli hərbi hissədə xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək xidmətinə dair qeydlər imza və möhürlə təsdiq edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəmə sinin 2(003)-4838/20N7 nömrəli iş üzrə xx.xx.20N7-ci il tarixli qətnaməsi ilə iddiaçının ərizəsi təmin olunmuş, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə hərbi qulluqçu kimi N99N, N992 və N993-cü ilin avqust ayının sonunadək erməni təcavüzkar ordusuna qarşı döyüşlərdə 850, N və N saylı hərbi hissələrin tərkibində sıravi rütbədə, sürücü kimi hərbi xidmət keçməsi və döyüşlərdə yaralanması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bakı şəhəri Xəzər rayon idarəsinin iddiaçıya ünvanlandığı xx.xx.20N8-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının müharibə veteranı vəsiqəsi alması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Müharibə veteranı a dının və müvafiq vəsiqənin verilməsi üzrə komissiya”ya göndərilmiş sənədləri hüquqi əsas vermədiyinə görə komissiya tərəfindən geri qaytarılmışdır. Onun xx.xx.N993-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.20N7-ci il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığından, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün deyildir. Bu səbəbdən təqdim etdiyi sənədlər geri qaytarılmışdır. İddiaçı cavabdehə qarşı x xxxxx 20N9-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, xx xxx N958-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. N978-N980-cı illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra N98N-ci ildən N99N-ci illər ərzində Qubadlı rayon mərkəzi xəstəxanasında sürücü işləmişdir. N99N-ci ilin may ayından könüllü olaraq N () saylı hərbi hissədə xidmətə başlamışdır. N99N-ci ildən xidməti istifadəsində olan avtomobillə onu Qubadlı rayonunda yerləşən N saylı hərbi hissəyə köçürmüşlər. Hərbi hissədə xidmət edərkən, əsgərlərin keşik çəkdiyi yerlərə x xxxx N99N-ci ildə yemək apararkən ermənilər tərəfindən atəşə tutulduqları zaman hər iki qolundan və bədənindən yaralanmışdır. Güclü yanğın xəsarətləri aldığı üçün onu Qubadlı rayon xəstəxanasında yerləşdirmişlər. x xxxx N99N-ci il tarixdə onu he likopterlə (vertolyotla) Bakı şəhərində yerləşən 5 saylı xəstəxananın yanıq şöbəsinə aparmışlar. Orada 2 ay müalicə aldıqdan sonra onu xəstəxanadan buraxmışlar. Bir neçə ay yaralarının sağalmasını gözlədikdən sonra yenidən hərbi hissədə hərbi xidmətini davam etdirmişdir. xx xxxxxx N992-ci ildə ona AK-74 və AKS markalı silahlar təhkim olunmuşdur. Ordudan tərxis olunduqdan sonra silahları aidiyyəti üzrə təhvil vermişlər. Bu barədə hərbi biletində müvafiq qeydlər aparılmışdır. Döyüşdə olmağı, yaralanmağı faktı Xəzər rayon məhkəməsinin xx xxxxxx 20N7-ci il tarixli, 2(003)-4838/20N7 saylı qətnaməsi ilə müəyyən olunmuşdur. O, məhkəmə qətnaməsinin icrası ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayonu idarəsinə ərizə ilə mü raciət etmişdir. Oradan aldığı cavab onu qane etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi üzrə komissiya”sı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsinə müraciətinə cavab olaraq bildirmişdirlər ki, “Sizin Azərbaycan Respublikasının müharibə veteranı vəsiqəsi almağı barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi üzrə komissiya”ya göndərilmiş sənədləriniz hüquqi əsas vermədiyinə görə komissiya tərəfindən geri qaytarılmışdır.” Həmçinin cavab məktubunda göstərilmişdir ki, “xx.xx.N993-cü il tarixdən sonrakı hərbi xidməti niz və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığından və Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.20N7-ci il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığından Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsinin mümkün olmadığı bildirilmişdir”. Qeyd etmək istəyir ki, Dağlıq Qarabağ ətrafında gedən iddiaçının iştirak etməyi və yaralanmağı faktı məhkəmə tərəfindən müəyyən olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim XN, 2-N(82)-2264/20N9 saylı iş) xx xxxxxxx 20N9-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının N99N,N992 və N993-cü ilin avqust ayının sonunadək erməni təcavüzkar ordusuna qarşı döyüşlərdə 850,N və N saylı hərbi hissələrin tərkibində döyüşməsi faktı Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.20N7-ci il tarixli, 2(003)-4838/20N7 saylı qətnaməsi ilə təsdiq olunur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X2-məruzəçi, X3 və X5, 2-N(N03)-2N7/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 20N9-cu il tarixli qərarı ilə ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və med allarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik deyil. Bu barədə iddiaçının hərbi biletindəki (o da hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda mötəbər sayıla bilərdi) qeydlər də müvafiq qaydada təsdiq olunmamışdır. İddiaçının qanuni əsaslarla şəxsi heyət siyahısından çıxarılması və ehtiyata buraxılması ilə bağlı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.N996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasını n qanuniliyi iş materialları ilə təsdiqini tapmır, onun xidmətdən ehtiyata buraxılması barədə qeyd hərbi biletində yoxdur, arxiv sənədləri isə mövcud deyil. Cavabdehin Mərkəzi Arxivinin arayışında da iyun-iyul N992-ci il, avqust-sentyabr N993-cü il tarixli əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. İddiaçı x xxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə hərbi qulluqçu kimi N99N, N992 və N993-cü ilin avqust ayının sonunadək erməni təcavüzkar ordusuna qarşı döyüşlərdə 850, N və N say lı hərbi hissələrin tərkibində sıravi rütbədə, sürücü kimi hərbi xidmət keçməsi və döyüşlərdə yaralanması işin materialları ilə, o cümlədən qanuni qüvvədə olan Bakı səhəri Xəzər rayon məhkəməsinin 2(003)-4838/20N7 nömrəli ış üzrə xx.xx.20N7-cı il tarixli qətnaməsi ilə tam sübuta yetirilir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirdiyindən və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva etdiyindən, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.20N7-ci il tarixli qətnaməsi ilə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə hərbi qulluqçu kimi N99N, N992 və N993-cü ilin avqust ayı nın sonunadək erməni təcavüzkar ordusuna qarşı döyüşlərdə 850, N və N saylı hərbi hissələrin tərkibində sıravi rütbədə, sürücü kimi hərbi xidmət keçməsi və döyüşlərdə yaralanması faktı müəyyən edildiyindən, göstərilən məhkəmə qətnaməsi qanuni qüvvədə olmaqla hazırkı işdə iştirak edən şəxsə aid olduğundan, iddiaçının N99N, N992 və N993-cü ilin avqust ayının sonunadək erməni təcavüzkar ordusuna qarşı döyüşlərdə 550, N və N saylı hərbi hissələrin tərkibində sıravi rütbədə, sürücü kımı hərbi xidmət keçməsi və döyüşlərdə yaralanmasına dair göstərilən faktlara və hüquq münasibətləri qarşı başqa proses olan hazırkı işdə yenidən mübahisə edilə bilməz. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 20N6-cı il t arixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və iş ə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.N-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsini cavabdehə həvalə edilməsini xahiş edir. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçı N993-cü ilin avqust ayının 24-dən N994-cü ilin aprel ayınadək hərbi hissədə xidmət zamanı döyüş əməliyyatlarında iştirak etdiyini bildirib bu barədə ona müharibə veteranı adı və vəsiqəsi verilməsini arzu edir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı N () saylı hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli əmrilə şəxsi heyətin siyahısı na və bütün növ təminatlara daxil edilmiş, komandirin xx xxxxx N993-cü il tarixli əmrilə xx xxxxx N993-cü il tarixdən Bakı şəhərinə hospitala göndərilmişdir. N () saylı hərbi hissə komandirinin iyun-iyul N992-ci il, avqust-sentyabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçının işdə olan hərbi biletinin surətində də onun hərbi xidmətdən ehtiyata buraxılması barədə hər hansı məlumat mövcud olmamışdır. İddiaçının qanuni əsasla hərbi xidmətdən ehtiyata buraxılması sübuta yetməmişdir. xx xxxxxx N99N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Az ərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. İddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmamışdır. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Q ubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontu ziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd:Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətve rici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Əsasnaməyə görə müharibə veteranı adının verilməsi döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması aidiyyəti dövlət orqanının arayışı (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əsasında verildiyindən və iddiaçının ehtiyata buraxılması barədə arayış və əmr olmadığından apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçı şikayətində Bakı şəhəri Xəzər rayon Məhkəməs inin xx xxxxxx 20N7-ci il tarixli qətnaməsinə istinad edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə hərbi qulluqçu kimi xidmət keçməsi və döyüşlərdə yaralanması faktının müəyyən edilməsini bildirmişdir. Qeyd edilməlidir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məhkəmə qətnaməsi ilə deyil, aidiyyəti dövlət orqanının əmri və arxiv arayışı əsasında verildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, oxşar işlər üzrə kollegiyanın 2-N(N02)-33N/2020 saylı x xxxxxx 2020-ci il tarixli və 2-N(N02)-555/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarları ilə də iddiaçıların qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması aidiyyəti dövlət orqanının arayışı və əmri ilə birgə təsdiq olunmaması səbəbi ilə onların kasasiya şikayətləri təmin edilməmişdir. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.N0 və 98.N-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-N(N03)-2N7/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1689/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1689/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver