Məhkəmə qərarları › İş №2-1(102)-1689/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1689/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1689/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı ( xx.xx.1956-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövl ət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(103)-1281/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının № ********* nömrəli hərbi biletinə xx.xx.1975-xx.xx.1978-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2. 12 iyun 1978-ci il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən iddiaçı xx.xx.1978–xx.xx.1981 tarixlərində sürücü, xx.xx.1981-xx.xx.1989 tarixlərində sürücü, xx.xx.1989-xx.xx.1989 tarixlərində Səbail kooperativində fəhlə, xx.xx.1991-xx.xx.1991 tarixlərində Səbail kooperativində sürücü xx.xx.1992–xx.xx.2001 tarixlərində çilingər, xx.xx.2002–xx.xx.2004 tarixlərində bələdiyyədə katib, xx.xx.2008xx.xx.2010 tarixlərində F.Ələkbərov adına Xanallar kənd orta məktəbində gözətçi kimi işləmişdir.

3. İddiaçının F.Ələkbərov adına kənd orta məktəbində işlədiyi 2008-2010-cu illərdə əmək fəaliyyəti, eləcə də məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi 7 saylı Hesablaşma Mərkəzi tərəfindən Xanallar kənd tam orta məktəbin texniki işçisi İddiaçı 2008-2010-cu illər üzrə əmək haqqından məcburi dövlət sosial sığorta haqlarına dair tutulmalar haqqında arayış verilmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh 3 iyul 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilən xx.xx.1978-ci il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçanın və hərbi biletin surətinə əsasən ümumi sığorta stajı 24 il 5 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış 18.110,42 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) azdır. Əlavə olaraq qeyd edilməlidir ki, Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək ərizəçinin işlədiyi Şəmkir rayon “Səbail” kooperativinin arxiv sənədləri Şəmkir rayon dövlət Arxiv idarəsində s axlanılmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Beləliklə, yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 12 avqust 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşa görə əmək pensiyası hüququ verən 65 yaşı tamam olduğu üçün xx.xx.2021-ci il tarixdə Fondun 19 saylı region al ərazi filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh imtina məktubu ilə müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh inzibati orqanın İmtinası əsassızdır.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iş materiallarına əsasən iddiaçı xx.xx.1989-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Şəmkir rayon “Səbail” kooperativində işlədiyini və əməkhaqqı aldığını iddia edir. Lakin iddiaçının həqiqətən də, real olaraq işləməsini müəyyən etmək üçün iddia edilən dövrlərin əmək kitabçasında qeyd edilməsi ilə yanaşı, qeyd olunan illərə dair işə daxil olma, işdən çıxma əmrləri, əmək haqqı cədvəllərinin də olması zəruridir. Lakin iddiaçı tərəfindən bu illərə dair həmin sənədlərin təqdim olunmaması iddiaçının işləməsini ciddi şübhə altına alır. Bununla da, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkünsüzdür

9. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(112)-9459/2021 nömrəli qərarı (hakim: X1) ilə iddia təmin edilmiş, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla cavabdeh qurum tərəfindən mübahisələndirilən Şəmkir rayonu “Səbail” kooperativində işlədiyi dövr nəzərə alınmasa belə, xx.xx.2006-cı il tarixə qədər mübahisələndirilməyən ümumi stajı 25 il 04 ay 14 gündür. Qeyd edilən qənaət iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərlidir. Bununla belə, məh kəmə iddiaçının xx.xx.2008-xx.xx.2010-ci illərdə F.Ələkbərov adına Xanallar kənd orta məktəbində gözətçi işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsini araşdırmış və həmin illər üzrə işəgötürən (Təhsil Nazirliyi) tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi bildirilmişdir. iddiaçının əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı yetərli olmamış olsa idi belə, 2008-2010-ci illərdə F.Ələkbərov adına Xanallar kənd orta məktəbində gözətçi işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi onun pensiya hüququnun təmin edilməsi üçün yetərlidir. Baxmayaraq ki, cavabdeh xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını bildirir, məhkə mə iddiaçının əmək kitabçasında müvafiq qeydin mövcudluğuna və işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair arayışa məcmu halda qiymət verərək həmin yükün iddiaçının üzərinə qoyulmasını mütənasiblik prinsipinə uyğun hesab etmir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(103)-1281/2022 nömrəli qərarı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X2) ilə Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövq eyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, əmək kitabçasında iddiaçının həmin kooperativə işə daxil olduğu və azad olunduğu tarixlər və əmrlərin nömrəsi və tarixləri ilə kooperativ sədrinin imzası və dairəvi möhürü ilə, həm də “Kiril” əlifbası stilində təsdiq olunmuş, hansı qaralama və pozuntular və saxtalığına şübhə gətirən təhriflərə yol verildiyi gözə çarpmır. Həmin qeydlərin mötəbər olmadığını sübuta yetirmək isə saxtalığını sübuta yetirmək öhdəliyi cavabdeh orqanın üzərinə düşən bir vəzifədir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktu bunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlay araq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şə xslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci il lərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;...

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynili k təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi yaşa görə əmək pensiyasının təyin edilməsini əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya m əhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla cavabdeh qurum tərəfindən mübahisələndirilən Şəmkir rayonu “Səbail” kooperativində işlədiyi dövr nəzərə alınmasa belə, xx.xx.2006-cı il tarixə qədər mübahisələndirilməyən ümumi stajı 25 il 04 ay 14 gündür.

25. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 25 mart 2021-ci il tarixində iddiaçının Qanunun 7-ci maddəsində nəzərdə tutulan 65 pensiya yaş həddinə çatığı nəzərə alındıqda, həmçinin qanunun qeyd edilən tələbləri baxımından onun x x.xx.2006-cı il tarixədək 25 il ümumi sığorta stajı olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsi inzibati kollegiyasının 19 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

26. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 21(103)-1281/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar