Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1689/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Əmək pensiyasının yenidən hesablanması, inzibati icraatın aparılmaması, araşdırma prinsipinə əməl olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı oğlunun (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx8) cavabdeh Azər baycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2023-cü il tarixli, 2-1(103)-844/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********2 nömrəli “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarına əsasən, xx.xx.1958-ci il tarixində anadan olmuş Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 4, mənzil 78 ünvanda yaşayan (qeydiyyatda olan) Xosrov Hüsü oğlu Ələsgərovdan xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı ərzində ona 15604,43 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yeləşən tələbkar DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi (bank rekviziti əlavə olunur) qərara alınmışdır.
2. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş Xosrov Hüsü oğlu Ələsgərovun pensiya işinə əlavə olunmuş DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarından görünür ki, İddiaçı Hüsü oğlunun yenidən hesablanmış pensiya məbləği 4760 manat, 59 qəpik olmuşdur.
3. DSMF-nin Xüsusi Şə rtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarından görünür ki, İddiaçı Hüsü oğlunun yenidən hesablanmış pensiya məbləği 4841 manat, 09 qəpik olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 20 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********2 nömrəli və “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********0 nömrəli və xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməs ini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********2 nömrəli Qərarında xx.xx.2020xx.xx.2021-ci il tarixləri arasında ona 15604,43 manat pensiya məbləğinin artıq ödənildiyi göstərilmiş və həmin vəsaitin filalın hesabına ödənilməsi tələb edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona ünvanladığı xx.xx.2021ci il tarixli **********4 nömrəli məktubunda əsas kimi cavabdeh qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamentinin əməkdaşları tərəfindən aparılmış audit araşdırılmaları zamanı ona xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 811,08 manat artıq, xx.xx.2018-xx.xx.2019-ci il tarixləri arasındakı dövr ərzində 790, 20 manat artıq, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 3106,92 manat əskik, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 17110,07 manat artıq pul vəsaiti ödənilməsi nəticədə (811,08 + 790,20 - 3106,92 + 17110,07) ümumilikdə 15604,43 manat artıq pensiya məbləği ödənilmişdir. Eyni zamanda onun pensiyası üzrə cavabdeh təşkilat tərəfindən yenidən hesablama qərarı qəbul edilərək 2021-ci ilin yanvar ayından etibarən hər ay 519,91 manat azaldılmış, lakin qeyd olunan qərar ona bu günədək təqdim edilməmişdir. Bununla bağlı 02 və 03 fevral 2021-ci il tarixlərdə etdiyi sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubla məlumat verilmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının Mərkəzi Filialda mövcud olan pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 11 noyabr 2016-cı il tarixindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşı kimi (İİ qrup) əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 11 noyabr 2016-cı il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 540,00 manat, qulluq stajına görə əlavəsi 23,10 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 3033,59 manat olmaqla orta aylıq əmək haqqı 3641,69 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (3641,69 manat) 80 faizi-2913,35 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 45642,48 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 46453,56 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 811,08 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 594,00 manat, qulluq stajına görə əlavəsi 23,10 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 3336,95 manat olmaqla orta aylıq əmək haqqı 3999,05 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (3999,05 manat) 80 faizi-3199,24 manat məbləğində müəyyən edilmişdir. Lakin ona xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay 3243,14 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində on a 790,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 895,00 manat, qulluq stajına görə əlavəsi 23,10 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 5027,86 manat olmaqla orta aylıq əmək haqqı 5990,96 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (5990,96 manat) 80 faizi-4792,77 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx. xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 19171,08 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 16064,16 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 3106,92 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73- cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 895,00 manat, qulluq stajına görə vəzifə maaşının 9,33 faizi miqdarında əlavəsi 83,50 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 5027,86 manat olmaqla orta aylıq əmək haqqı 6051,36 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qa nunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (6051,36 manat) 80 faizi-4841,09 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 67775,26 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 84885,33 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 17110,07 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2016-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 1601,28 manat artıq, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 3106,92 manat əskik, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 17110,07 manat artıq pul vəs aiti ödənildiyindən nəticədə ümumilikdə 15604,43 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 15604,43 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmiş və əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından tərəfimizdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olu nmuş “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” Qərar iddiaçının ünvanına göndərilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli, 2-1(112)-2566/2022 nömrəli qərarı (hakim: X2) ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********2 nömrəli qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair” Qərarındakı mövqeyi nəzərə alaraq, hesab etmişdir ki, həmin vəzifədə işləyən şəxsin əmək haqqına daxil olan əlavələrin (nıraltafaküm) onun pensiyası təyin edilərkən (yenidən hesablanarkən) nəzərə alınması üçün təyinat (status) baxımından həmin növ əlavəni işlədiyi dövrdə almalıdır. Bu baxımdan hazırkı iş üzrə iddiaçının pensiyası təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə təyinat (status) baxımından almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz. Buna görə də birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, pensiyanın yenidən hesablanmasına dair mübahisələndirilən inzibati aktları qəbul etmiş inzibati orqan həmin aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, həmin hissədə iddia təmin еdilməməlidir.
9. Bununla belə, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qəbul edilmiş artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərarın qanuniliyini də qiymət vermişdir. Məhkəmə qeyd etmişdir ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Hazırkı işdə isə cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçı hazırkı iddianı qaldırmışdır. Belə olduğu təqdirdə isə cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi mübahisələndirilən inzibati aktı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilməsinə görə qanunsuz hesab etmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2023-cü il tarixli, 2-1(103)-844/2023 nömrəli qərarı (hakimlər: X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu, Hüseynov Pərviz Aktiv oğlu) ilə Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, aşağı instansiya məhkəmələri Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair” Qərarındakı mövqeyini düzgün tətbiq etməmişdir. Belə ki, həmin Qərarda şəxsin “qulluq stajına görə” əlavənin məhz pensiya təyini üçün seçdiyi aylar üzrə hesablanmasına dair hər hansı müddəa qeyd olunmamışdır. Bundan başqa şikayətdə göstərilmişdir ki, iddiaçının çalışdığı dövrdə qulluq stajına görə əlavə 39 manat miqdarında müəyyən edilmiş və çalışdığı müvafiq aylar üzrə həmin məbləğ ona ödənilmişdir. Bu baxımdan sözügedən məbləğ iddiaçının işlədiyi və ya qulluq keçdiyi dövrdə aldığı və məcburi dövlət sosial sığortasına cəlb olunan əlavədir.
15. Bundan başqa şikayətdə qeyd edilmişdir ki, aşağı instansiya məhkəmələri pensiyanın yenidən hesablanması ilə bağlı sübutları tədqiq edərkən, prosessual səhvlərə yol vermişdir. Belə ki, aşağ ı instansiya məhkəmələri pensiyanın yenidən hesablanması ilə bağlı cavabdeh təşkilatın mütəxəssisinin fikrinə əsaslanmışdır. Həmin mütəxəssis hesablama cədvələri təqdim etməmiş, hesablama ilə bağlı hər hansı normativ hüquqi akta istinad edə bilməmiş, sadəcə hazırda mövcud praktikaya əsasən hesablamanın bu şəkildə aparıldığını deməklə kifayətlənmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraza əsasən cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2023-cü il tarixli, 2-1(103)-844/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Dövlət vergi orqanlarında xidmətkeçmə haqqında” Əsasnamə (qanunla təsdiq edilmişdir) 69-1. Vergi orqanlarının vəzifəli şəx sləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir (21 may 2020-ci ildə əlavə edilmişdir).
73. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilir (21 may 2020-ci ilə qədər olan redaksiya):... 20 ildən 25 ilədək – 39 manat miqdarında;...
73. Vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir (21 may 2020-ci ildən qüvvədədir): 1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində; 10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində; 15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində. 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: Maddə 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; Maddə 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.... 19. “İnzibati icraat haqqında” Qanun: Maddə
13. Etimad hüququnun qorunması prinsipi Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə 13.3. Müəyyən inzibat i aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə
28. İnzibati icraat ın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur....
20. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə b ilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən t am və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılma lıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icra at çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdı r.
26. İddiaçı iddiasında cavabdeh tərəfindən qəbul edilmiş artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli, əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarların ləğv edilməsini xahiş etmişdir.
27. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehin xx.xx.2021-ci il tarixli qərarını ləğv etmiş, bu hissədə cavabdeh birinci instansiya məhkəməsinin qərarını mübahisələndirməmiş və qərar qanuni qüvvəyə minmişdir.
28. Əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarların ləğv edilməsi hissəsində iddia təmin edilməmiş, iddiaçının apelyasiya şikayəti də apelyasiya məhkəməsi tərəfindən təmin edilməmiş, iddiaçı bu hissədə kasas iya şikayəti vermişdir.
29. İşdə olan sənədlərdən, həmçinin iddiaçıya aid pensiya işindən görünür ki, cavabdeh iddiaçıya pensiya təyin edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda qərarlar qəbul etmişdir: iddianın predmeti olan 25 yanvar 2021-ci il tarixli qərar və 4 mart 2021-ci il tarixli qərar. Həmçinin bu qərarlardan əvvəl cavabdehin daha bir qərarı olmuşdur, onun qəbul edilmə tarixi 28 yanvar 2020-ci ildir. 30.Cavabdeh iddiaçıya əmək pensiyası təyin etdiyi 28 yanvar 2020-ci il tarixli qərarında aylıq pensiya məbləğini 5238 manat, 25 yanvar 2021-ci il tarixli qərarında 4760 manat, 4 mart 2021-ci il tarixli qərarında isə 4841 manat müəyyən etmişdir.
31. Bir daha həm işdə olan sənədlərdən, həm də pensiya işindən görünür ki, cavabdeh iddianın predmeti olan hər iki qərarı qəbul edərkən inzibat i icraat aparmamışdır.
32. Apelyasiya instansiyası məhkəməsi cavabdehin 25 yanvar 2021-ci il və 4 mart 2021-ci il tarixli qərarı qəbul edərkən inzibati icraat aparmasını, iddiaçını icraata cəlb etməsini, daha əvvəl qəbul etdiyi 28 yanvar 2020-ci il tarixli qərarı tam, yaxud qismən dəyişdirilməsi, ləğv olunması haqqında qərar qəbul etməsini araşdırmamışdır.
33. Məhkəmə kollegiyası oxşar işlər üzrə əvvəlki qərarlarında da qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
34. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.
35. Qanunvericiliyə görə əmək pensiyasının yenidən hesablanması istisna edilmir. Nəzərə almaq lazımdır ki, pensiyanın yen idən hesablanması barədə məsələni həll edən zaman, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun müddəaları ilə yanaşı həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan qərarını, xüsusilə də şəxsə pensiya təyin olunması ilə bağlı ona münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin et məlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (bununla bağlı ətraflı bax: Ali Məhkəmənin 2-1(102)-1507/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli, 2-1(102)-8/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarları).
36. Məhkəmə kollegiyası vurğulayır ki, əmək pensiyasının təyin olunması barədə inzibati akt ləğv olunmadan və ya dəyişdirilmədən, pensiyanın yenidən hesablanması barədə qərar qəbul etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu zamanı həm də nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən etimad hüququnun qorunması p rinsipinin tələblərinə uyğun olaraq şəxsin əmlak vəziyyətinin qorunduğu hallarda yeni inzibati aktın geriyə qüvvəsi istisna edilməlidir.
37. Belə ki, hüquqi dövlətdə publik idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqan ın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
38. Həmçinin nəzərə almaq lazımdır ki, pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, həmin aktın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada təzələmədən və təzələnmiş icraat çərçivəsində pensiyanın yenidən hesablanması ilə bağlı məsələ qanunvericiliyin yuxarıda sadalanan normalarına uyğun qaydada həll edilmədən, hər hansı yeni qərarın qəbul edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını şübhə altına almış olur. İstinad olunan Qanunun 64.2-ci maddəsi nə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
39. İşdən görünür ki, apelyasiya məhkəməsinin də apardığı icraat yetərli olmamışdır.
40. Apelyasiya instansiyası məhkəməsi qərarında iddiaçının 1996-2000-ci illər ərzində aldığı əmək haqqının cavabdeh inzibati orqan tərəfindən əsas götürülərək buna uyğun olaraq da düzgün hesablama aparıldığını bildirmiş, lakin gəldiyi nəticə ilə bağlı qərarında ətraflı araşdırma aparmamış, 1996-2000-ci illər üzrə əmək haqqı məbləği, əmək haqqı məbləğinə hansı əlavələrin daxil edildiyini, onun hesablanmasını, pensiyanın hansı qaydada hesablanmasını, bu he sablamanın cavabdeh tərəfindən həqiqətən düzgün icra edildiyini qərarında əsaslandırmamışdır. 41.İddiaçı apelyasiya şikayətində bildirmişdir ki, çalışdığı dövrdə qulluq stajına görə əlavə 39 manat müəyyən edilmiş və ona ödənilmiş, yenidən pensiya hesablanarkən həmin məbləğ nəzərə alınmamışdır. Apelyasiya məhkəməsi bununla bağlı sadəcə cavabdehin dəlilini əsaslı saymış, lakin gəldiyi nəticəni əsaslandırmamışdır.
42. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilərək apelyasiya məhəkəməsinin qərarı ləğv olunmalı, iş təkrar apelyasiya baxışına göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməsi hissəsində şikayət təmin edilməməlidir. 43.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati 7 aprel 2023-cü il tarixli, 2-1(103)-844/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.