Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-169/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinəqarşı iş üzrə QƏRAR Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X10, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-1469/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddia ərizəsindən görünür ki, iddiaçı əlil olduğundan anasının ölümündən sonra onun pensiyasını almaq üçün əmək kitabçası təqdim etməklə cavabdehə müraciət etmişdir. Cavabdeh bildirilmişdir ki, əmək stajının yoxlanılması mümkün olmadığından, mərhum anasının əmək pensiyasının ona təyin edilməsi mümkün olmamışdır. 29 oktyabr 2017-ci il tarixd ə iddiaçı tərəfindən cavabdehə müraciət məktubu ünvanlansa da, bu günədək qurumdan rəsmi cavab verilməmişdir. İddiaçı 26 dekabr 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək mərhum anası X5 əmək kitabçasında əksini tapmış 16 aprel 1980-ci il tarixdən 01 avqust 1984-cü il tarixədək, 07 sentyabr 1987-ci il tarixdən 21 mart 1988-ci il tarixədək, 16 may 1989-cu il tarixdən 01 iyul 1989-cu il tarixədək, 15 may 1992-ci il tarixdən 11 oktyabr 2004-cü il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə 06 sentyabr 2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavab dehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1996-cı il tarixdə doğulmuşdur. Onun atası X4 əlil kimi Azərbaycan Karlar Cəmiyyətinin üzvüdür. X3 06 sentyabr 2008-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatına qədər və ondan sonra da iddiaçı ilə birlikdə yaşayan qardaşı X14 onun vəfatından sonra ailə başçısını itirməyə görə pensiya almaqdadır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən iddiaçı əlil olduğundan anasının ölümündən sonra onun pensiyasını almaq hüququna malikdir. Cavabdehin məhkəməyə ünvanlanmış iddiaya qarşı etirazında qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmilə şdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7-ci bəndində zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması göstərilmişdir. X1 15 may 1992-ci il tarixdən 11 oktyabr 2004-cü il tarixədək olan dövr iş stajının araşdırılması mümkün olmadığından, həmin dövrlərin iddiaçıya “ailə başçısını itirməyə görə” pensiya hesablanması zamanı nəzərə alınması qanunvericiliklə mümkün deyildir. Bu səbəbdən də İddiaçı iddiasının təmin olunmaması məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakimKərimli Rüstəm Lətif oğlu, 2-1(82)927/2018 saylı iş) 26 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya mərhum anası X5 əmək kitabçasında əksini tapmış 16 aprel 1980-ci il tarixdən 01 avqust 1984-cü il tarixədək, 07 sentyabr 1987-ci il tarix dən 21 mart 1988-ci il tarixədək, 16 may 1989-cu il tarixdən 01 iyul 1989-cu il tarixədək, 15 may 1992-ci il tarixdən 11 oktyabr 2004cü il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə 06 sentyabr 2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin26 oktyabr 2018-ci il tarixli qərarı ilə razılaşan BakıApelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X12məruzəçi, X7 və X8, 2-1(103)-1469/2019 saylıiş) 10 sentyabr 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Apelyasiya instansiyası məhkəməsi qərarı nı onunla əsaslandırmışdır ki, iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu və hazırda da əlil olması işdə olan sənədlərlə təsdiqlənir və bu məsələ işin mübahisəli hallarına aid deyil. Odur ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsində nəzərdə tutulan şəxslərin dairəsinə daxildir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin “Şahin kiçik müəssisəsinə” dair dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya icraatı zamanı Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə “Şahin” kiçik müəssisəsinin hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçməməsi barədə sorğu verilmiş və məhkəməyə daxil olan sorğuya cavab məktubunda “Şahin kiçik müəssisəsi adı altında bir neçə fərqli hüquqi şəxsin qeydiyyatdan keç diyi” bildirilmişdir. İddiaçının mərhum X3nın müvafiq illərdə işlədiyi dövrə gəldikdə isə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyindən çıxış edərək qeyd edir ki, müvafiq (iddia tələbi üzrə göstərilən) dövrlər üzrə iş stajı iddiaçının mərhum X3na məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Cavabdeh 1 oktyabr 2019-cu il tarixdə qərarın surətini almış, 19 noya br 2019-cu il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7-ci bəndində zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirilir. Qeyd edilənlərə uyğun olaraq iddiaçının “Şahin” kiçik müəssisəsindəki əmək stajının qarşılıqlı araşdırılması mümkün olmamışdır. Apelyasiya icraatı zamanı Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə “Şahin” kiçik müəssisəsinin hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçməməsi barədə sorğu veril miş və məhkəməyə daxil olan sorğuya cavab məktubunda “Şahin kiçik müəssisəsi adı altında bir neçə fərqli hüquqi şəxsin qeydiyyatdan keçdiyi” bildirilmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin hüquqi şəxslərdən heç biri 1992-ci ildə və ya daha əvvəl qeydiyyata alınmamışdır. Yəni iddiaçının “Şahin kiçik müəssisəsində fəaliyyət başladığını iddia etdiyi 1992-ci ildə, yuxarıda adı çəkilən “Şahin kiçik müəssisəsi adlı hüquqi şəxslərdən heç biri mövcud olmamışdır. Bununla da qərarla maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və iddianın rədd olunması üçün əsasdır. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəb ul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlildir. Hazırda əlilliyə görə müavinət alır. O, mərhum X3nın əmək kitabçasında əksini tapmış 16 aprel 1980-ci il tarixdən 1 avqust 1984-cü il tarixədək, 7 sentyabr 1987-ci il tarixdən 21 mart 1988-ci il tarixədək, 16 may 1989-cu il tarixdən 1 iyul 1989-cu il tarixədək, 15 may 1992-ci il tarixdən 11 oktyabr 2004-cü il tarixədək işlədiyi müddə tin sosial sığorta stajına daxil edilməklə 06 sentyabr 2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Cavabdeh hesab edir ki, X1 əmək kitabçasında qeyd edilən 15 may 1992-ci il tarixdən 11 oktyabr 2004-cü il tarixədək olan iş stajının araşdırılması mümkün olmadığından, həmin dövrün ailə başçısını itirməyə görə pensiya hesablanması zamanı nəzərə alınması qanunvericiliklə mümkün deyildir. Mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməy ə görə əmək pensiyası hüququ vardır: 14.1.1.2. vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları. Həmin Qanunun 17.1-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci mаddəsinə görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta sta jı olduqda təyin edilir. Hazırkı halda iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün mərhum anasının 5 ildən az olmayan əmək stajı mövcud olmalıdır. İddiaçının mərhum anasının əmək kitabçasında qeyd edilən digər dövrlərə aid iş stajı ilə bağlı cavabdeh mübahisə açmır, lakin həmin dövr 5 ildən azdır. Araşdırılmalı hal 15 may 1992-ci il tarixdən 11 oktyabr 2004-cü il tarixədək olan iş stajının yoxlanılması ilə bağlıdır. 1992-2004-cü illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömr əli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Bundan başqa, mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olmuş Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 1-ci və 2-ci abzaslarına görə, əmək kitabçası fəhlə və ya qulluqçunun əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçaları müəssisədə, idarədə, təşkilatda 5 gündən artıq işləyən bütün fəhlələr və qulluqçular üçün açılır. 01.07.1999-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Bununla bel ə, əmək kitabçasında olan məlumatların doğruluğunu yoxlamaq cavabdehin vəzifəsi olsa da, cavabdeh etirazının dəlili ilə bağlı hər hansı araşdırma aparmamışdır. Cavabdehin apelyasiya şikayətinin dəlili ilə bağlı apelyasiya məhkəməsi də kifayət qədər araşdırma aparmamışdır. Əmək kitabçasında 15 may 1992-ci il tarixdən 11 oktyabr 2004-cü il tarixədək olan iş stajı “Şahin” müəssisəsinin möhürü ilə təsdiq edilmişdir, yəni möhürdə kiçik müəssisə deyil, müəssisə yazılmışdır. Apelyasiya məhkəməsi isə belə müəssisənin mövcudluğu barədə aidiyyəti orqana sorğu edərkən “Şahin” kiçik müəssisəsi barədə məlumat istəmişdir. İşin 103-cü səhifəsində olan 4 iyul 2019-cu il tarixli məktubda “Şahin” kiçik müəssisəsi adı altında bir neçə fərqli hüquqi şəxsin qeydiyyatdan keçdiyi bildirilmiş, həmin hüquqi şəxslə r barədə məlumat verilməmiş, məhkəmə bu barədə əlavə araşdırma aparmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Apelyasiya məhkəməsi əmək kitabçasında qeyd edilən mübahisə olunan dövrlə bağlı dövlət arxivində məlumat olub-olmamasını araşdırmamışdır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, 2008-ci ildə anasının vəfatından sonra qardaşı X14 ailə başçısını itirməyə görə pensiya almaqdadır. İş üçün əhəmiyyət kəsb edən bu hal da müəyyən edilməmişdir. İPM- in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, iddiaçının mərhum anasının 5 ildən az olmayan sığorta stajı ilə bağlı araşdırma aparmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın rədd edilməsi barədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləs inin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1469/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-169/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-169/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver