Məhkəmə qərarları › İş №2-1(102)-169/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-169/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-169/2021 02.02.2021 ALİ MƏHKƏMƏ İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin pensiya hüququ 2017-ci il 01 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliy i, iddiaçının iştirakı ilə, İddiaçının (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra – cavabdeh) qarşı “yüksəkliyə görə 20% əlavənin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.09.2020-ci il tarixli, 2-1(103)-1640/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı daxili işlər orqanlarında xidmət etmiş, 20.03.1998-ci ildən iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. 2. 07.03.2019-cu ildə iddiaçının adına dağ yüksəkliyi ilə ba ğlı məlumat vərəqi cavabdehə daxil olduqdan sonra iddiaçıya dəniz səviyyəsindən yüksəklikdə işləməsinə görə ödənilən məbləğin son 3 il üçün təminat xərcliyində nəzərə alınaraq hesablanması və ödənilməsi həyata keçirilmişdir.

3. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək 01.04.1998-ci ildən 31.12.2006-cı ilə qədər olan müddət üçün təminat xərcliyində nəzərə alınmalı olan dəniz səviyyəsindən yüksəkliyə görə ödənişin birdəfəlik hesablanaraq ona ödənilməsini tələb etmiş, cavabdeh isə bundan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, dağ yüksəkliyinə görə ona şamil olan 20 % kompensasiya pulunun məsuliyyətinin cavabdehin üzərinə qoyu lması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-1181/2019 saylı 16 avqust 2019cu il tarixli qərardadı ilə hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir.

6. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 01.04.1998-ci ildən 31.12.2006-cı ilə qədər ödənilməmiş yüksəkliyə görə 20 faiz məbləğində əlavənin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsini belə əsaslandırmışdır ki, pensiya təyin edilənə qədər Gədəbəy rayon Polis Şöbəsində xidmət etmişdir, xidmət etdiyi zaman ona yüksək dağlıq şəraitində xidmət etməsinə görə əmək haqqına 20 faiz əlavə ödənilmişdir. Lakin on a pensiya təyin edilərkən həmin məbləğ nəzərə alınmamışdır. Halbuki, iddiaçı pensiyaya çıxan zaman qüvvədə olan qanunvericiliyə əsasən hərbi qulluqçulara təminat xərcliyinin 100 faizi məbləğində pensiya ödənilirdi. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, ona yalnız ödənilməli olan məbləğ son 3 il üçün hesablanıb ödənilmişdir.

8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsaəsn əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. 07.03.2019-c u il tarixində iddiaçının adına dağ yüksəkliyi ilə bağlı məlumat vərəqi cavabdeh orqana daxil olmuş və sonuncu tərəfindən qeyd olunan normanın tələbinə uyğun olaraq son 3 il üçün əmək pensiyası yenidən hesablanmış və yaranmış fərq ödənmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-349/2020 saylı, 17.06.2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə iddiaçıya daxili işlər orqanlarında xidmət edərkən dəniz səviyyəsindən yüksəkliyə görə ödənişin ödənilməsi müəyyən edilmişdir. Lakin cavabdeh həmin ödənişin 01.04.1998-ci ildən 31.12.2006-cı ilə qədər olan dövrdə pensiya ödənişləri hesablanarkən nəzərə alınmasını iddia ərizəsinə etirazında göstərməmişdir, eyni zamanda, iddiaçı qeyd edilən dövrdə pensiya alan zaman yüksəkliyə görə 20 faiz məbləğində əlavənin pensiya məbləğinin hesablanmasında nəzərə alınması müəyyən edilməmişdir.

11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.09.2020-ci il tarixli 21(103)-1640/2020 saylı qərarı ilə (sədrlik edən və məruzəçi – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və A.Ə.Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-349/2020 saylı, 17.06.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüq uqi mövqeyi ilə razılaşmışdır.

14. Məhkəmə qərarı 19.10.2020-ci il tarixində cavabdehə təqdim edilmişdir.

15. Həmin qərardan cavabdeh 02.11.2020-ci il tarixində kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, əmək pensiyalarının ödənilməsi məcburi dövlət sosial sığorta ayırmaları üzrə daxilolmalar hesabına həyata keçirilir ki, bu da hər ay üçün sığortaedənlər tərəfindən ödənilən vəsaitlər hesabına formalaşır. Keçmiş dö vr üçün yaranmış böyük borc məbləğləri isə hissə-hissə ödənilir. Həmin məbləğin birdəfəlik ödənilməsi üçün əlavə vəsait tələb olunur ki, bunun da Fondun büdcəsində birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Lakin keçmiş dövrlər üçün yığılmış borcun ödənilməsi faktiki olaraq vətəndaşın müraciət etdiyi tarixdə hüququ yarandığı tarixdən hesablanır, gecikmiş ayların sayına bölünməklə aparılır. Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, həmin maddəyə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə isə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Eyni zamanda, sözügedən Qanunun 32.1-1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yəni, “Əmək pensiyaları haqqında” Qanunun “birdəfəlik ödəməni” qadağan edir. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən halı nəzərə almadan əsassız qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izah atı dinlənilməmişdir.

19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üç ün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

22. Həmin qərardadın 106-cı bəndinə görə yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki, onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır.

23. Həmin qərardadın 107-ci bəndinə görə müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın e dilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1.3-cü maddəsinə görə Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir.

25. Həmin Məcəllənin 98-1.4-cü maddəsinə görə Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddə sində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar.

26. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

27. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

28. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur.

29. Həmin Məcəllənin 96.5-ci mad dəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya inst ansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

33. Qeyd olunmalıdır ki, hazırkı qərarın 25-ci bəndində göstərilən normanın tələbinə görə məhkəmə kollegiyası hazırkı mübahisəni Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli qərardadında əks olunan hüquqi mövqeyə uyğun olaraq qiymətləndirməlidir.

34. Hazırkı qərarın 21-ci bəndində gö stərilən Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

35. Göstərilən qərardadın tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi iddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı müraciət etdiyi tarixi müəyyən etməli idi. Apellyasiya instansiyası məhkəməsi isə bununla bağlı lazımi araşdırma aparmamışdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, işə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin 09.02.2019-cu il tarixli məktubunda 20.03.1998-ci il tarixindən iddiaçıya pensiya təyin edilərkən yüksəkliyə görə 20 faiz əlavənin iddiaçının pensiya təminatında hesablandığı və 20.03.1998-ci il tarixindən 31.12.2006-cı il tarixinədək iddiaçının pensiya təminatında yüksəkliyə görə ödənişin ona ödənildiyi qeyd olunmuşdur. Lakin birinci instansiya məhkəməsi bu məlumatı yoxlamadan, yəni məhkəmə araşdırması aparmadan iddianı təmin edərək iddiaçıya pensiya hesablanarkən dəniz səviyyəsindən yüksəkliyə görə 20 faiz məbləğində əlavənin 01.04.1998-ci ildən 31.12.2006-cı ilə qədər olan dövr üçün nəzərə alınaraq birdəfəlik ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoymuşdur.

37. Apellyasiya instansiyası məhkəməsi də göst ərilən halı nəzərə almadan əsassız olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmiş, bununla da hazırkı qərarın 26-28ci bəndlərində göstərilən prosessual normaların tələblərini pozmuşdur.

38. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

39. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin İnzibati Kollegiyasının yuxarıda qeyd olunan hüquqi mövqeyi baxımından işi araşdıraraq qanuni qərar qəbul etməlidir.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 29.09.2020-ci il tarixli 21(103)-1640/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar