Məhkəmə qərarları › İş №2-1(102)-169/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-169/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-169/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının Rusiya Federasiyasının “X1” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: vergi borcları üzrə artıq ödəmənin qaytarılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Rusiya Federasiyasının “X1” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2-1(103)-990/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” cavabdehin Komisssiyası tərəfindən qəbul edilmiş 20 dekabr 2018-ci il tarixli qərarla iddiaçının 21 dekabr 2018-ci il tarixinə şəxsi hesab vərəqəsində Vergi Məcəlləsinin 85.5-ci maddəsinə uyğun olaraq 5 illik tələbetmə müddəti keçmiş manat artıq ödənilmiş 1.864.930,70 manat vergi məbləği silinmiş və bu barədə, ona 27.12.2018-ci il tarixli bild iriş göndərilmişdir.

2. İddiaçının şəxsi hesab vərəqəsindən Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 21.12.2018-ci il tarixində 1.864.930,70 manat məbləğində azalma aparılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20.12.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarın ləğv edilməsi, 21.12.2018-ci ildə şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930,70 manat artıq ödilmiş məbləğin şəxsi vərəqəyə geri qaytarılması, 20.04.2017-ci ildə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən təyin edilmiş və 15.01.2018-ci il tarixdə Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350.04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaı tələbi belə əsaslandırılmışdır ki, iddiaçıya 21.12.2018-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən **********915300 “Tələbetmə və əvəzetmə müddəti bitmiş artıq ödəmə barədə bildiriş” göndərilmiş və 21.12.2018-ci il tarixə şəxsi hesab vərəqəsində tələbetmə müddəti bitmiş 1.864.930,7 manat artıq ödəmə VM-nin 85.5-ci maddəsinə əsasən silinmişdir. Halbuki, iddiaçının şəxsi vərəqəsində olan məlumata görə, 18.12.2018ci il tarixə 2.041.792.24 ma nat artıq ödəmə öz əksini tapır və Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüquqlarından biridir. 2016-cı ilin sonu iddiaçının şəxsi hesab vərəqəsindən artıq ödəmə silinməsi halı baş verdi və 2017-ci ildə məhkəmədə artıq ödəmənin geri qaytarılması iddiası ilə iş vardı. Bundan əlavə, 14.02.2017-ci ildə, təkrar olaraq 24.02.2017-ci ildə və yenidən təkrar olaraq 13.03.2017-ci il tarixdə artıq ödəməninin geri qaytarılması barədə iddiaçı tərəfindən cavabdeh təşkilata ərizələr təqdim edilmişdir. İlkin olaraq cavab alınmışdır ki, müraciətdə göstərilən məbləğ müəyyən edilməmişdir. 13.03.2017-ci il tarixli ərizəyə isə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində baxılaraq 20.04.2017-ci il tarixli Qərar əsasında səyyar vergi yoxlaması təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iş məhkəmə qaydasında araşdırılaraq 05 iyun 2017-ci il tarixli 2-1(81)-1377/2017 saylı Qərardad ilə iddia mümkün sayılmamış, əsas kimi isə Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20.04.2017-ci il tarixli Qərarı əsasında səyyar vergi yoxlamasının təyin edilməsi və yoxlamanın başa çatmaması, nəticəsinin bəlli olmaması göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.08.2017-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. 15.01.2018ci il tarixdə Səyyar vergi yoxlama Aktı qəbul edilərək bu yoxlama nəticəsində ciddi nöqsanlar aşkar edilməmiş və eyni tar ixli qərarla Nümayəndəlik 11.70 manat həcmində vergi məsuliyyətinə cəlb edilmişdir. Səyyar vergi yoxlaması aktının 13/16 səhifəsinin 2.3- cü bəndində şəxsi vərəqədə 15.01.2018-ci il tarixə 2.014.373,44 manat artıq ödəmə olduğu qeyd edilir. Səyyar vergi yoxlaması artıq ödəmənin qaytarılmasına görə 2017-ci ildə yazılmış ərizə əsasında başlandığından bu Səyyar vergi yoxlamasının nəticəsində artıq ödəməninin geri qaytarılıb - qaytarılmaması həll edilmədir.

5. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, etirazını belə əsaslandırmışdır ki, iddiaçının şəxsi hesab vərəqəsində 2010 və 2011-ci illərə aid artıq ödəmənin mövcud olmasına baxmayaraq iddiaçı tərəfindən ilk dəfə 15.02.2017-ci il tarixdə artıq ödəmənin qaytarılması barədə ərizə ilə müraciət edilmişdir. Halbuki, həmin tari xə Vergi Məcəlləsinin 85.4-cü maddəsində təsbit olunmuş 5 (beş) il tələbetmə müddəti ötmüşdür.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim F.Mədətli) iddia tələbi təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi 07 oktyabr 2020-ci il tarixli ekspert rəyinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsindən 1.864.930,70 manat artıq ödəmə məbləğinin silinməsi əsassız olmuşdur.

8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2-1(103)-990/2021 nömrəli (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: C.A.Yusifov v ə H.Ü.Həmidov) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində cavabdeh iddia tələbinə etirazda bildirdiyi işin hallarını təkrarlamaqla əlavə olaraq qeyd etmişdir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir və iddiaçı 2018-ci ilin dekabr ayından silinmədən məlumatlı olduğu halda, 05 aydan sonra iddia ərizəsi ilə mə hkəməyə müraciət etmişdir. Bundan əlavə, aşağı instansiya məhkəmələrinin istinad etdiyi ekspert rəyində kobud pozuntular və rəyin məzmunu ilə ekspertin gəldiyi nəticə arasında ziddiyyətlər var.

13. İlk növbədə, ekspert qarşısında qoyulan birinci sual tamamilə qeyri - müəyyən sualdır. Belə ki, sualın aid olduğu dövr aralığı naməlum olaraq qalmışdır. Ekspert qarşısında qoyulmuş 2-ci sual aydın olsa da, bu suala verilmiş cavab ekspert rəyinin məzmunu ilə ziddiyyət təşkil edir.

14. Belə ki, ekspert müəyyən etmişdir ki, vergi ödəyicisinin 13.04.2010-cu il tarixdən 24.02.2012-ci il tarixədək olan dövrə artıq ödəmə məbləği 1.495.269,21 manat təşkil edir. Həmçinin, ekspert 13.04.2010-cu il tarixdən 24.02.2017-ci ilə qədər ümumilikdə 2.083.819,92 manat artıq ödəmənin həyata keçirildiyini müəyyən ed ir. Bu məlumatların sonunda isə ekspert belə nəticəyə gəlir ki, iddiaçının 24.02.2012-ci il tarixdən 24.02.2017ci il tarixədək olan dövr üzrə 1.880.165,25 manat büdcəyə artıq ödəməsi müəyyən olunur. Lakin sadə riyazi hesablama aparanda ciddi sual yaranır ki, ekspert rəyin nəticə hissəsində qeyd etdiyi “1.880.165,25” rəqəmini haradan almışdır. Əgər ekspertin əvvəldə qeyd etdiyi rəqəmlərlə hesablama aparsaq bu rəqəm “1.880.165,25” deyil, “588.550,71” (2.083.819,92-1.495.269,21) olmalı idi.

15. Beləliklə, məhkəmənin mötəbər hesab etdiyi ekspert rəyi ilə adi hesablama qaydasında müəyyən olunur ki, 24.02.2017-ci il tarixə, yəni 24.02.2012-ci ildən 24.02.2017-ci ilə qədər artıq ödəmə məbləği 588.550,71 manat (2.083.819,921.495.269,21) təşkil edir. 1.495.269,21 manat artıq ödəmə məbləği 24.02.2 012-ci il tarixdən əvvəlki dövrlərdə yarandığı üçün bu məbləğin bütün hallarda 5 illik tələbetmə müddəti ötmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Vergi Məcəllə Maddə 85.5 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələb i göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 (bir) ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və orada şikayətç inin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə tərkibi işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

22. İddiaçı cavabdehin 20.12.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarı ilə 1.864.930.70 manat artıq ödənilmiş vergi məbləğinin 21.12.2018-ci ildə şəxsi hesab vərəqəsindən silinməsinin qanuniliyini mübahisələndirir.

23. İddiaçının əsas dəlili ondan ibarətdir ki, cavabde hin 1.864.930,70 manat artıq ödənilmiş vergi məbləğini silməsi Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələbinə ziddir və iddiaçı vaxtında, yəni 5 (beş) il tələbetmə müddətini ötürmədən, artıq ödəmənin qaytarılması ilə bağlı müraciət etmiş (2017-ci ilin fevral ayından başlayaraq), cavabdeh isə onun müraciətini icra etməmiş, əlavə olaraq səyyar vergi yoxlaması təyin etmiş, yoxlama aktında da onun artıq ödəməsinin olması öz əksini tapmışdır. Qeyd edilənlərə baxmayaraq, 1.864.930,70 manat artıq ödənilmiş vergi məbləği 2018-ci ilin dekabr ayında əsassız olaraq onun şəxsi hesab vərəqəsindən silinmişdir.

24. Məhkəmə tərkibi qeyd edir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən... vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya ə vəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

25. Maddənin məzmunundan görünür ki, vergi ödəyicisi ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını 5 (beş) il ərzində tələb edə bilər. Qanunla müəyyən olunmuş müddətdə müraciət edən vergi ödəyicilərinə vergi orqanı tərəfindən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəy təqdim edilir.

26. İş üzrə tərəflərin mübahisələndirdiyi hal iddiaçı tərəfindən qanunla müəyyən olunmuş müddətdə artıq ödənilmiş vergilərin qaytarılması üçün müraciət edilməməsidir. Lakin iddiaçı hesab edir ki, onun şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930,70 manat məbləğin geri qaytarılması ilə bağlı vaxtında müraciət etmiş, cavabdeh isə əsassız olaraq məbləği silmişdir.

27. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, iddiaçı iddia ərizəsində artıq ödənilmiş məbləğlərin qaytarılması ilə bağlı ilk dəfə 14.02.2017-ci il tarixdə müraciət etdiyini bildirir (iş materiallarında olan sənədlərlə bunu təsdiq edir və cavabdeh bu məlumatı təkzib etmir).

28. Belə olan halda, iş üzrə araşdırma zamanı 14.02.2012-ci il tarixə (14.02.2017-ci il tarixdən 05 il əvvəl) iddiaçının nə qədər artıq ödəməsinin olduğunu müəyyən edilməlidir.

29. İş üzrə birinci instansiya məhkəməsi bu məqsədlə ekspertiza təyin etsə də, ekspert qarşısında qoyulan suallar natamam olmuşdur, eyni zamanda ekspertin gəldiyi nəticə (məbləğlərin hesablanması qeyri-müəyyən və ziddiyyətlidir) aydın deyildir. Belə ki, qoyulan birinci sual tamamilə qeyri - müəyyən sualdır (sualın aid olduğu dövr aralığı naməlum olaraq qalmışdır). Digə r tərəfdən, ekspert qarşısında qoyulmuş 2-ci suala cavab verilməsi ilə bağlı ekspert müəyyən etmişdir ki, vergi ödəyicisinin 13.04.2010-cu il tarixdən 24.02.2012-ci il tarixədək olan dövrə artıq ödəmə məbləği 1.495.269,21 manat təşkil edir. Həmçinin, ekspert 13.04.2010-cu il tarixdən 24.02.2017-ci ilə qədər ümumilikdə 2.083.819,92 manat artıq ödəmənin həyata keçirildiyini müəyyən edir. Bu məlumatların sonunda isə ekspert belə nəticəyə gəlir ki, iddiaçının 24.02.2012-ci il tarixdən 24.02.2017ci il tarixədək olan dövr üzrə büdcəyə 1.880.165,25 manat artıq ödəməsi müəyyən olunur. Lakin sadə riyazi hesablama aparanda ciddi sual yaranır ki, ekspert rəyin nəticə hissəsində qeyd etdiyi “1.880.165,25” rəqəmini haradan almışdır.

30. İşə baxan apellyasiya instansiya məhkəməsi də bu hallara qiymət vermədən ekspert rəyini mötəbər hesab edərək iş üzrə nəticəyə gəlmişdir ki, kassatorun bununla bağlı dəlilləri əsaslıdır.

31. Beləliklə, iş üzrə araşdırılma hərtərəfli aparılmamış, iddiaçının ilkin müraciəti zamanı nə qədər artıq ödəməsinin olması (müddəti ötməmiş) dəqiq müəyyən edilməmişdir.

32. Bundan əlavə, məhkəmə tərkibi hesab edir ki, iddiaçı iddia tələbində həm də 20.12.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarın ləğv edilməsini xahiş etmiş, aşağı instansiya məhkəmələri də bu tələbi təmin etmişlər. Lakin aşağı instansiya məhkəmələri ləğvi tələb edilən qərarın inzibati akt olub-olmamasına qiymət verməmiş, qəbul edilən qərarın inzibati akt, yaxud aralıq inzibati akt olmasını müəyyənlə şdirməmişlər.

33. Belə ki, qanunvericilikdə müddəti ötmüş artıq ödəmələrin silinməsi ilə bağlı qərar (inzibati akt) qəbul edilməsi nəzərdə tutulmamış, Vergi Məcəlləsi vergi ödəyicisinə 5(beş) il müddətində tələbetmə hüququ, 5 (beş) il ərzində müraciət daxil olduqda isə onu qanunauyğun şəkildə icra etmək vəzifəsini (öhdəliyi) vergi orqanına həvalə etmişdir. Eyni zamanda, vergi orqanına müddəti keçmiş artıq ödəmələri silmək hüququ da vermişdir.

34. Formalaşmış məhkəmə təcrübəsinə əsasən də, həm ümidsiz borcların silinməsi ilə bağlı iddialar, həm də artıq ödəmənin qaytarılması və ya müddəti ötmüş artıq ödəmənin silinməsinin qanuniliyi ilə bağlı iddialar öhdəliyin icrası haqqında iddia növünə aid edilir. (Belə ki, silinmələr vergi orqanının faktiki xarakterli hərəkəti ilə həyata keçirilir).

35. Bu baxımdan, mübahisələndirilən qərarın inzibati akt olub-olmaması, qərarı qəbul edən komissiyanın statusu, onun inzibati akt qəbul etmək səlahiyyətinin olubolmaması araşdırılmaqla, iddiaçıya iddia tələbinin düzgün formalaşdırılmasında yardım edilməlidir.

36. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla iş üzrə qərar qəbul edildiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

37. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi qərarda qeyd olunan hüquqi mövqeni nəzərə almaqla işə baxmalıdır.

38. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 a vqust 2021-ci il tarixli, 21(103)-990/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar