Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-169/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina, “açıqöyrətim” təhsilalma forması) 30.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2024-cü il tarixli, 2-1(106)-360/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Türkiyə Respublikasının Anadolu Universitetinin Biznesin təşkili və idarə edilməsi fakültəsində dörd illik “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə “açıqöyrətim” təhsilalma formasında təhsil almış və ona həmin Universitet tərəfindən xx.xx.2021-ci il tarixli, 2021-282188 nömrəli diplom verilmişdir.
2. İddiaçı Türkiyə Respublikasının ali təhsilə aid sözügedən kvalifikasiyasının tanınması haqqında şəhadətnamənin verilməsi barədə cavabdehə müraciət etmişdir.
3. Cavabdeh isə Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində “açıqöyrətim” təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizminin nəzərdə tutulmadığını əsas gətirərə k iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Türkiyə Respublikasının Anadolu Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2021-282188 nömrəli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bərədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Türkiyə Respublikasının Anadolu Universitetinin Biznesin təşkili və idarə edilməsi fakültəsinin dörd illik “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə təhsili xx.xx.2021-ci il tarixində müvəffəqiyyətlə tamamladığına görə ona xx.xx.2021-ci il tarixli, 2021-282188 nömrəli diplom verilmişdir. Diploma əlavə olunmuş sənədlərdən görünür ki, onun aldığı ixtisas üzrə təhsil müddəti 4 il olmaqla yanaşı, distant (“açıqöyrətim”) təhsilalma formasına aid olmuşdur. O, aldığı təhsil üzrə kvalifikasiyanın tanınması məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdehin imtinası əsassızdır və onun təhsil hüquqlarının pozulmasına səbəb olur. Belə ki, Türkiyə Respublikasının Anadolu Universiteti, eləcə də digər universitetlər tərəfindən oxşar təhsil forması ilə bağlı başqa şəxslərə verilmiş diplomların tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Ali Məhkəmənin xeyli sayda qərarları mövcuddur. Buna baxmayaraq cavabdeh ona məxsus diplomun tanınmasından imtina etmişdir.
6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının müvafiq müraciətinə baxılaraq onun təhsil aldığı ölkədə tədris müddəti ərzində ümumiyyətlə olmaması, həmin müddət ərzində onun, ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması, həmçinin “açıqöyrətim” və distant texnologiyaların tətbiqi ilə keçirilən təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. Ölkəmizdə “açıqöyrətim”, həmçinin distant təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi qanunvericilikdə nəzərdə tutulmadığından, iddiaçının təqdim etdiyi diplomun ekvivalentliyi mümkün hesab edilməmiş və bu təhsil sənədinin Azərbaycan Respublikası Nazirlər Ka binetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat xx.xx.2021-ci il tarixdə onun elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı diskresion səlahiyyətlərinin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. İddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.
7. Şirvan İnzibati Məhkəməsinin (hakim: Hilal Nəcəfov) 18 mart 2024-cü il tarixli, 2-1(120)-386/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Türkiyə Respublikasının Anadolu Universiteti tərəfindən iddiaçının adına verilmiş 2021-282188 nömrəli, xx.xx.2021-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə distant təhsil forması – təhsil prosesinə xas olan bütün komponentləri (məqsədlər, məzmun, metodlar, təşkilati formalar, tədris vasitələri) əks etdirən və internet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsaf ədən) həyata keçirən təhsil formasıdır. Qanunvericilik distant formada təhsilin təşkili qaydalarını şərtləndirməsə belə, iddiaçının təhsil aldığı ölkə ilə Azərbaycan Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq münasibətləri mövcud olmuşdur ki, həmin münasibətlər zəminində iddiaçının distant təhsil formasının təsdiq edilməsi üçün müəyyən əsaslar yaranır. Qanunvericiliklə distant təhsilə verilmiş anlayış baxımından təhsilin internet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıqöyrətim” formanın distant təhsil formasına aid olması təkzib olunmaz haldır. Türkiyədə təhsil forması kimi “açıqöyrətim” və “uzaqdan eyitim” kimi anlayışla rın fərqləndirilməsi də məhkəmə hesab edir ki, vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, Türkiyə Respublikasında hər iki təhsil forması bir çox oxşar cəhətlərə malik olsa da, həmin təhsil formaları arasında müəyyən fərqlilik mövcuddur ki, Azərbaycan təhsil sistemi üçün isə həmin fərqləndirmə müəyyən edilmir. Belə ki, mövcud, qüvvədə olan qanunvericilik Türkiyədə mövcud olan hər iki təhsil formasını bir formada birləşdirir və qeyd olunan təhsil forması da məhz distant təhsil forması hesab edilir. Göründüyü kimi, Türkiyə Respublikasında distant təhsil forması bir neçə növə ayrılmışdır ki, qeyd olunan hal iddiaçının aldığı təhsil formasının distant forma hesab edilmə meyarına xələl gətirmir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunm amasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Fikrət Hüseynov /sədrlik edən və məruzəçi/, Samir Həsənov və Habil Bəhmənov) 07 avqust 2024-cü il tarixli, 2-1(106)-360/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qar şı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.1. Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Maddə 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; Maddə 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşların ın xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. 16. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya 1.2. Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir.
6. Hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə b ilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. 17. 2017-ci il oktyabrın 31-də imzalanmış və Azərbaycan Respublikasının 2018ci il 23 fevral tarixli, 1004-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Saziş Maddə
12. Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, Türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəss isələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 18. 2023-cü il 01 mart tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” 1.1. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. 2.2. Xarici d övlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. 3.6. Ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıda kı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə ş ikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, d əyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərin i araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini n qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi “açıqöyrətim” təhsilalma formasında Türkiyə Respublikasında aldığı ali təhsilə aid kvalifikasıyanın tanınmasına nail olmaqdan ibarətdir.
25. Cavabdehin imtinasının, iddiaya qarşı etirazının, apellyasiya və kassasiya şikayətlərinin əsas dəlili isə ondan ibarətdir ki, Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində “açıqöyrətim” təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi nəzərdə tutulmamışdır və bu baxımdan iddiaçının müvafiq müraciətinin təmin edilməsi mümkün deyildir.
26. Hazırkı mübahisəyə baxan aşağı instansiya məhkəmələri bununla bağlı analoji faktlara əsaslanan oxşar işlər üzrə kassasiya instansiyası məhkəməsinin əvvəllər formalaşdırdığı məhkəmə təcrübəsinə istinadən iddianın təmin edilməsi qənaətinə gəlmişlər.
27. Kassasiya instansiyası məhkəməsinin oxşar işlər üzrə əvvəlki hüquqi mövqeyinə görə, “açıqöyrətim” təhsilalma forması distant təhsilin xüsusi forması kimi qəbul olunmuş və təhsil prosesində iştirak imkanlarını məhdudlaşdıran halların aradan qaldırılması kontekstində qiymətləndirilmişdir.
28. Lakin sonradan kassasiya instansiyası məhkəməsi tərəfindən müvafiq qanunvericilik normalarının kompleks təfsiri nəticəsində həmin mövqe yenidən nəzərdən keçirilmiş və analoji mübahisələrin həllinə münasibətdə yeni yanaşmanı ifadə edən fərqli hüquqi mövqe formalaşdırılmışdır. Yeni yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.20 24-cü il tarixli 2-1(102)-2312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-3140/2024 nömrəli qərarlarında öz əksini tapmışdır (Bununla bağlı ətraflı bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(102)-2312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-3140/2024 nömrəli qərarları).
29. Nəzərə alınmalıdır ki, “açıqöyrətim” təhsilalma forması ali təhsil qurumlarında üz-üzə və distant təhsil istisna olmaqla, tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır. Tələbə tədris zamanı hər hansı dərs, ixtisas dərsi tədris edilmədən, göndərilmiş tədris materialları əsasında təhsil alır və belə təhsil nəticəsində diplom əldə edir. Distant (məsafədən) təhsil isə ali təhsil müəssisələrində təlim-t ədris prosesinin informasiya və kommunikasiya texnologiyaları əsasında planlaşdırıldığı və həyata keçirildiyi, tələbə ilə müəllimin və tələbələrin öz aralarında qarşılıqlı ünsiyyəti, əlaqəsi əsasında dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçirildiyi təlim-tədris formasıdır. “Açıqöyrətim” təhsil forması distant təhsil formasından fərqli olaraq özündə təhsilalanlarla təhsilverənlərin bilavasitə qarşılıqlı ünsiyyətini ehtiva etmir. Bu səbəbdən “açıqöyrətim” müstəqil və fərqli təhsilalma forması kimi qiymətləndirilməlidir və distant təhsilin xüsusi forması kimi qəbul edilə bilməz.
30. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə, diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Re spublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə də “açıqöyrətim” təhsilalma formasında xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. 31. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilmişdir. Göründüyü kimi, təhsil qanunvericiliyində “açıqöyrətim” təhsilalma forması nəzərdə tutulmamışdır.
32. Həmçinin bu qərarın 17-ci bəndində istinad edilən “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin “Diplomların tanınması və ekvivalentliyi” adlanan 12-ci maddəsində təsbit edilmişdir ki, Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
33. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş və bu qərarın 18-ci bəndində istinad edilən Qaydaların 2.2-ci bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.
34. Beləliklə, Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən istina d olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının müvafiq tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır.
35. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd olunmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2024-cü il tarixli, 2-1(106)-360/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.