Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1690/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajı kimi hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə (hazırda Dövlət Sosial Müdafiə X1 Şəxsin 13 saylı Regional Ərazi filialına) qarşı “işlədiyi illə rin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 24 may tarixli 2-1(107)191/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 16 mart tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun 25 il stajı yoxdur. Belə ki, Ağdaş istehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin işçilər üçün nəzərdə tutulmuş əməkhaqqı cədvəlləri yoxlama zamanı aşkar olunmadığından iddiaçının adına sosial sığo rta ödəmələrinin ödənişi öz təsdiqini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 22 aprel tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun Ağdaş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzində işlədiyi 1992-2006-cı illərin sosial sığorta stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Bir neçə müəssisədə müxtəlif işlərdə işləmişdir. 1987-ci ildən 2018-ci il 27 mart tarixədək Ağdaş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin direktoru vəzifəsində işləmişdir və hər ay əməkhaqqı almışdır. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının 1992-2006-cı illərdə Ağdaş istehsal və Xidmət Müəssisəsində işlədiyi dövrün əməkhaqqı cədvəllərini yoxlamaq mümkün olmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi qaydalara ziddir.
6. Dövlət Sosial Müdafiə Fondu Ağdaş rayon şöbəsinin 2020-ci il 20 may tarixli, **********9 nömrəli və 2020-ci il 31 avqust tarixli, **********2 nömrəli məktublarına əsasən, İddiaçı Ağalı oğlunun mübahisələndirilməyən sosial sığorta stajı Azərbaycan Politexnik İnstitutunda 1972- 1977-ci illərdə təhsil aldığı illər, 1977-ci il 31 avqust 1979-cu il 14 iyun tarixlərdə həqiqi hərbi xidmətdə olduğu illər və 1992-ci il 1 yanvar tarixədək Ağdaş İstehsal və Xidmət Müəssisəsində işlədiyi dövrdür. İddiaçının mübahisələndirilən müddətlər nəzərə alınmaqla malik olduğu sosial sığorta stajı 32 il 11 ay və hüququ yarandığı 2020-ci il 4 mart tarixə 24401,31 manat pensiya kapitalı təşkil edəcəkdir. 1992-ci il 1 yanvar tarixdən 2006-cı il 1 yanvar tarixədək olan dövrün mübahisələndirilməsinin səbəbi həmin dövrlərin əməkhaqqı cədvəllərinin mövcud olmamasıdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin 2021-ci il 25 yanvar tarixli, 2-1(116)-96/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçının Ağdaş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzində 1992-ci il 1 yanvar tarixdən 2002-ci il 1 yanvar tarixə qədər işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
8. Biri nci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı işdə bu məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına görə həll edilməlidir. Çünki iddiaçının əmək fəaliyyəti (1992-ci il 1 yanvar tarixdən 2006-cı il 1 yanvar tarixədək) məhz həmin qanunun qüvvədə olduğu dövrə aiddir və müvafiq olaraq onların pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi məsələsi də həmin Qanunun tələblərinə görə həll olunmalıdır. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla m üəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. 2002-ci il 1 yanvar tarixədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1992-2002-ci illərdə işlədiyi dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilmə si məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Ona görə məhkəmə hesab etmişdir ki, iddiaçının 2002-ci 1 il - yanvar 2006-cı il 1 yanvar tarixlərdə olan əmək fəaliyyəti yuxarıda qeyd olunan normalara əsasən təmin oluna bilməz. İş üzrə mübahisəli məsələ 1992-ci il 1 yanvar tarixindən 2006-cı il 1 yanvar tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apel lyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 24 may tarixli 2-1(107)-191/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2021-ci il 25 yanvar tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilmişdir ki, iş materiallarına əsasən iddiaçının “Ağdaş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzində” işlədiyini iddia etdiyi 1992-2006-cı illər üzrə olan dövrün qarşılıqlı yoxlanması zamanı iddia təsdiqini tapmamışdır. Belə ki, həmin dövr üzrə iddiaçının əməkhaqqı cədvəllərini yoxlamaq və əməkhaqqı almasına dair hər hansı məlumat əldə etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Odur ki, iddiaçıya inzibati orqan tərəfindən imtina cavabı verilmişdir. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin qərarı əsassızdır. b. məhkəmə ic raatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
15. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ v ardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 17. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelly asiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
21. Məhkəmə kollegiyası nəzərə alır ki, “Əmək pensiya ları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquql arının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
22. Normaların tələblərindən göründüyü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir.
23. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən o, cavabdehin mübahisələndirdiyi 1992-ci il 1 yanvar tarixdən 2006-cı il 1 yanvar tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.
24. Əmək pensiyası hüququnun yaranmas ının əsası kimi məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin nəzərə alınması şərtinin hazırkı halda təmin olunub-olunmadığına gəldikdə, iddiaçının əmək fəaliyyətinin 2002ci il 1 yanvar tarixədək müddətinə həmin şərtin tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müva fiq olaraq hesablanır. Həmin maddənin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
25. Beləliklə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq iddiaçının 1992ci il 1 yanvar tarixdən 2002-ci il 1 yanvar tarixədək olan əmək stajını ona əmək pensiyası təyin edilməsi üçün sosial sığorta stajına aid etmişdir. Bu səbəbdən də, cavabdehin şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
27. Yuxarıda göstə rilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 24 may tarixli 21(107)-191/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.