Məhkəmə qərarları › İş №2-1(102)-1690/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1690/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1690/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.2004, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının 2-1(103)1782/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının atası X15 26 yanvar 1974-cü il tarixdə Xankəndi şəhərində doğulmuşdur, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, RPŞ ünvanında qeydiyyatdadır.

2. İddiaçının anası Qanuni nümayəndə xx xxxxxx 1975-ci ildə Füzuli şəhərində doğulmuşdur, Füzuli şəhəri, PMK-15 qəsəbəsi ünvanında qeydiyyatdadır.

3. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən 04 aprel 2007-ci il tarixdə verilmiş 158913 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən, X8 1988-ci ildən Xankəndi şəhərindən, 04 dekabr 2018-ci il tarixdə verilmiş 402925 nömrəli məcburi köçkün vəsi qəsinə əsasən isə Qanuni nümayəndə 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün olduğu müəyyən edilir.

4. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 aprel 2006-cı il tarixli 21378/2005 saylı qətnaməsi ilə X15 və X5 nikahı pozulmuşdur.

5. Xocalı rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə ünvanlanmış 19 fevral 2021-ci il tarixli 160 nömrəli məktubda qeyd olunmuşdur ki, X14 18 sentyabr 1988-ci ilədək Xankəndi şəhərində yaşamış və pasport qeydiyyatında olmuşdur. Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq məcburi köçkün düşmüşdür. Hal-hazırda Bakı şəhərinin Səbail rayonunda yaşayır. Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il 11 nömrəli Qərarının 2.1-ci bəndinə əsasən vahid aylıq müavinəti almır. Əri X1 şəhərindən məcburi köçkün düşüb, 18 mart 1998-ci ildə vəfat edib. X7 hal-hazırda Bakı şəhər Qaradağ rayonunda qeydiyyatda olan övladı X8 Xankəndi şəhərinin işğalı zamanı 18 yaşı tamam olmadığına görə orada pasport qeydiyyatı olmamışdır. Odur ki, X8 övladı İddiaçı məcburi köçkün vəsiqəsi almasına köməklik göstərilməsi xahiş edilmişdir.

6. İddiaçının ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli 01/5626 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə görə, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir.

8. İddiаçı tələbini onunla əsaslandırmışdır ki, anası Qanuni nümayəndə Füzuli rayonunda doğulmuş və Füzuli rayonu işğal olunan zaman məcburi köçkün düşmüş, 2003- cü ildə Xankəndi şəhərindən məcburi köçkün düşən X15 ilə nikaha da xil olmuşdur. O, 2004-cü ildə həmin nikahdan doğulmuşdur. Suraxanı rayon məhkəməsinin 17 aprel 2006cı il tarixli, 2-1378/2005 saylı qətnaməsinə əsasən valideynlərinin nikahı pozulmuşdur. X3 Xankəndi şəhərindən məcburi köçkün düşdüyünə görə 04 aprel 2007-ci il tarixli, 158913 nömrəli məcburi köçkün vəsiqəsi və Qanuni nümayəndə Füzuli rayonundan məcburi köçkün düşdüyünə görə ona 14 fevral 2018-ci il tarixli, 402925 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Onun hazırda (məhkəmə idia verilən vaxt) 17 yaşı var və bu il Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə ödənişli əsasla qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edil məsi barədə” müvafiq Sərəncamına əsasən məcburi köçkün statusu olan vətəndaşlar təhsil haqqını ödəməkdən azad edilmişlər. Ödənişli əsasla ali məktəbə qəbul olunduğundan sözügedən Sərəncamdakı güzəştlərin ona tətbiq edilməsi üçün məcburi köçkün statusunun verilməsindən ötrü Xocalı rayon İcra Hakimiyyəti başçısına müraciət etmişdir. Bu məqsədlə məsələnin icrası ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə müraciət olunması üçün lazım olan müvafiq sənədləri Xocalı rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Xocalı rayon İcra Hakimiyyəti başçısı tərəfindən 19 fevral 2021-ci il tarixli, 160 nömrəli məktubla ona məcburi köçkün vəsiqəsinin verilməsi üçün köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə müraciət olunmuşd ur. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi 01/5626 nömrəli, 06 oktyabr 2021ci il tarixli imtina məktubu ilə ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina olunmuşdur. Həmin məktubda imtinanın əsası kimi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edilərək qeyd olunmuşdur ki, məcburi köçkün statusu və onu təsdiq edən sənəd valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara verilir. Həmçinin bildirilmişdir ki, sözügedən məsələ ilə bağ lı müvafiq məhkəmə qərarı olduqda ona məcburi köçkün statusunu təsdiq edən vəsiqə veriləcəkdir.

9. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı anası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, Füzuli şəhəri, PMK-15 qəsəbəsi ünvanında yaşayış yeri üzrə qeydiyyatda olsa da, İddiaçı atası X2 rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X15 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçı atası X8 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) deyil, “Abşeron rayonu, Xırdalan şəhəri” olduğundan “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən ona mə cburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5004/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi iddianın təmin etməməsini onunla əsaslandırmışdır ki, X8 (iddiaçının atası) Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yaşayış yeri üzrə qeydiyyatda olması və məcburi köçkün statusuna malik olmaması onun övladına (iddiaçıya) “məcburi köçkün” statusunun verilməsindən imtina üçün əsas ola bilməz. Bu imtina iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olur ki, bu da onun məcburi köçkünlərə verilən imtiyazlardan əsassız olaraq məhrum edilməsi ilə nəticələnir.

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1782/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5004/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabde h kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. İddiaçıya cavabdeh tərəfindən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtinanın əsası, ana və ya atasının məcburi köçkün statusuna malik olub-olmaması məsələsi ilə bağlı deyildir, imtinanın əsasını məhz iddiaçının atası X8 yaşayış yeri üzrə qeydiyyat ünvanının Abşeron rayonu, Xırdalan səhəri, H.Əliyev prospekti, RPS olması təşkil edir.

17. İddiaçının atası X8 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçk ün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”nın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir.

18. İddiaçının valideynləri arasında bağlanmış nikah pozulduğu və iddiaçı anasının himayəsində saxlanıldığı halda belə, iddiaçının atası Nazim Əliyevin iddiaçıya münasibətdə valideynlik hüquqları məhdudlaşdırılmamış və ya o, müvafiq hüquqlardan məhrum edilməmiş, həmçinin valideynlik vəzifələrindən azad edilməmişdir.

19. Valideynlər arasında nikahın pozulması və uşağın tənha ata və ya ananın himayəsində saxlanması halı Qaydaların 4.1.6-cı bəndinin tətbiqini istisna edən hal qismində qanunvericilikdə müəyyən olunmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz t əqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır:... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.... Maddə

9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarla rı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər.

22. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”... Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir;... 23. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıd akı şəxslərə verilir:... 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara;...

24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü madd ələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə ape llyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktın ın qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqlar ı Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınlar ın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusunun, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir.

32. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət etmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcb uri köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edilməklə İddiaçı atası X8 yaşayış yeri üzrə qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) olmaması səbəbindən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.

33. Məlum olduğu kimi, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir.

34. Cavabdeh orqanın imtinanın əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxi lində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir.

35. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.

36. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən 04 aprel 2007-ci il tarixdə verilmiş 158913 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən, iddiaçının atası X15 1988-ci ildən Xankəndi şəhərindən məcburi köçkündür və iddiaçı xx.xx.2004-cü ildə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır.

37. Cavabdehin hazırkı kassasiya şikayətinin əsas dəlili iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni cavabdeh bildirir ki, iddiaçının anasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsa da, atasının qeydiyyatı Abşeron rayonundadır.

38. Məhkəmə kollegiyası yuxarıda qey d olunanlarla bağlı qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrinin cavabdeh inzibati orqanın imtinasının əsassız hesab olunmaqla iddia tələbinin təmin edilməsi barədə mövqeyi əsaslı olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1782/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar