Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1690/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivi ünvanında yerləşən, ümumi sah əsi 0,25 ha olan 3996 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarixli, 2-1(103)-1436/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X3 ilə iddiaçı arasında imzalanmış bağ sahəsinin istifadəyə verilməsi haqqında 14959 nömrəli 19 avqust 1967-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 4349 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmiş dir. Daha sonra iddiaçı müqavilə müddətinin uzadılması ilə bağlı ərizə ilə müraciət etmiş və müvafiq olaraq 18 iyun 1982-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən bağ sahəsinə yeni nömrə verilmiş, bağın nömrəsi 3996 kimi qeyd edilmişdir. Bakı şəhər Soveti İcraiyyə Komitəsi Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçı arasında imzalanmış bağ sahəsinin istifadəyə verilməsi haqqında 14959 nömrəli 16 sentyabr 1983-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 0,25 ha olan 3996 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir.
2. İddiaçının qeyd olunan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli ** ********46 nömrəli bildirişlə imtina edərək sözügedən bağ sahəsi bir neçə bağ sahələri ilə birlikdə ümumi ərazinin daxilində yerləşməklə sərhədlənmə işləri aparılmadığından bağ sahəsinin dəqiq yerini müəyyən etməyin mümkün olmadığını, xx.xx.2022-ci il tarixli **********03 nömrəli məktubla 3996 saylı bağ sahəsi kimi iddia olunan bir tərəfi qonşu hasar, digər tərəfləri şərti hasarlanmış torpaq sahəsinin keçmiş X1 və istismarı Birliyi tərəfindən əyani şəkildə (koordinatlarla və coğrafi istinad məlumatları olmadan) tərtib edilməklə yardımçı vasitə kimi istifadə edilən sxematik xəritəyə əsasən 3865 saylı bağın bir hissəsinə və bağlararası yola düşməklə uyğunsuzluq təşkil etdiyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2022- ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 0,25 ha olan 3996 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 0,25 ha olan 3996 saylı bağ sahəsi ona məxsus olmaqla, həmin bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alnması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2022-ci il tarixli və xx.xx. 2022-ci il tarixli cavab məktubları ilə imtina etmişdir. Hesab edir ki, cavabdehin imtina məktubları səthi, laqeyd və natamam yazılmaqla imtina əsaslandırılmamışdır. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayon Ləhiş bağ massivi ünvanında yerləşən 3996 saylı bağ sahəsi kimi iddia olunan torpaq sahəsinin bir tərəfi qonşu hasar, digər tərəfləri şərti olaraq hasarlanmışdır. Sğzügedən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddia olunan bağ sahəsi sxematik xəritəyə əsasən 3865 saylı bağın bir hissəsinə və bağlararası yola uyğun gəlir.
6. İşin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqd im edilmiş xx.xx.2022-ci il tarixli **********06 nömrəli məktubdan görünür ki, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, göstərilən faktiki ərazi 2577 kv.m təşkil edir. Elektron kadastr baza məlumatlarına əsasən koordinatların bir hissəsi sxematik xəritəyə əsasən bağlararası yola və 3865 saylı bağın ərazisinə düşür. İdarənin arxiv məlumatlarına əsasən Ləhiş bağ massivi 3865 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə məlumat və həmin bağ sahəsinə dair sənəd aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(112)-8011/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerl əşən ümumi sahəsi 0,25 ha olan 3996 saylı bağ sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan 3996 saylı bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh göstərilən əraziyə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının idarəsindən asılı olan hal deyil, iddiaçı buna görə məsuliyyət daşımır Əksinə, qeyd olunan məsələ cavabdehin vəzifələrinə daxildir. Cavabdeh qeyd olunan uyğunsuzluqla əlaqədar sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən qeyd olunan müqavilənin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Qeyd olunan müqavilə cavabdehin arxivində də aşkar edilmiş və məhkəməyə təqdim edilmişdir. Həmin müqavilə ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınm asından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarixli, 2-1(103)-1436/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arası nda mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin:... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.
12. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasi ya şikayətinin məzmunu və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları iddia tələbinə etiraz və apellyasiya şikayətinin dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. İddiaçının kassasiya şikayətinə etirazının dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən v ətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 16. “Torpaq islahatı haqqında” Qanun: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünü n mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada tə qdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkü n hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
21. Şikayətin əsas dəlili ondan ibarətdir ki, göstərilən bağ sahəsinin sxematik xəritəyə əsasən 3865 saylı bağın bir hissəsinə və bağlararası yola düşməsi həmin bağ sahəsinə mülkiyyət hüququnun iddiaçının adına qeydə alınmasını mümkünsüz edir.
22. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçı ona ayrılmış sahəsi 0,25 ha olan 3996 saylı bağ torpaq sahəsinin sərhədlərini naturada ayırmışdır. İddiaçının mübahisəli bağ sahəsindən istifadəsi üçüncü şəxslərin hüquqlarını pozmur, naturada özünə ayrılmış torpaq sahəsindən istifadə edir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iddia olunan bağ sahəsi Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X3 ilə iddiaçı arasında imzalanmış bağ sahəsinin istifadəyə verilməsi haqqında 14959 nömrəli 19 avqust 1967-ci il tarixli, 18 iyun 1982-ci il tarixli və Bakı şəhər Soveti İcraiyyə Komitəsi Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçı arasında imzalanmış bağ sahəsinin istifadəyə verilməsi haqqında 14959 nömrəli 16 sentyabr 1983-cü il tarixli müqaviləyə əsasən iddiaçının istifadəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddəsinin tələbinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair v erilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.
24. Beləliklə, iddiaçının həmin normadan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
25. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarixli, 21(103)-1436/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.