Məhkəmə qərarları › İş №2-1(102)-1690/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1690/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1690/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)151 /2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il 203 nömrəli qərarına əsasən 1992-ci ildə Ağdam Rayon Hərbi Komissarlıq tərəfindən hərbi xidmətə çağırılmış iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə yaradan sonra xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Mingəçevir şəhər onkoloji dispanserində müayinə və müalicə olunduqdan sonra Sol tərəfli 2 topuğun qapalı sınığı ayaq pəncəsinin hematoması diaqnozu qoyulmuşdur. Ağdam Rayon Hərbi Komissarlığının xx.xx.2009-cu il tarixli 921 nömrəli göndərişində və xx.xx.2009-cu il tarixli 920 nömrəli arayışında Mingəçevir şəhər on koloji dispanserindən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizində təsdiq edilir ki, Hərbi Travmadır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır.

2. TSEK müayinələrinin xx.xx.2010-cu il tarixli qiymətləndirmə nəticəsində müəyyən olunur ki, iddiaçıya Sol ayağın aşiq-daban oynağından sonrakı deformasiya kəskin kontrakturası hərəkət məhdudluğu diz oynağında hərəkət məhdudluğu Sol aşağı ətraf funksiyasının diaqnozu ilə 1(bir) il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə İİİ (üçüncü) dərəcəli əlillik təyin edilmişdir.

3. TSEK müayinələrinin xx.xx.2014-cü il tarixli qiymətləndirmə nəticəsindən müəyyən olunur ki, iddiaçıya sol ayağın aşiq-daban oynağından sonrakı deformasiya kəskin kontrakturası hərəkət məhdudluğu diz oynağında hərəkət məhdudluğu Sol aşağı ətraf funksiyasının diaqnozu ilə 1(bir) il müddətinə “Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ (üçüncü) dərəcəli əlillik təyin edilmişdir.

4. TSEK müayinələrin xx.xx.2015-ci il tarixli qiymətləndirmə nəticəsindən müəyyən olunur ki, iddiaçıya sol ayağın aşiq-daban oynağından sonrakı deformasiya kəskin kontrakturası hərəkət məhdudluğu diz oynağında hərəkət məhdudluğu Sol aşağı ətraf funksiyasının diaqnozu ilə 1(bir) il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olaraq İİİ (üçüncü) dərəcəli əlillik təyin edilmişdir.

5. TSEK müayinələrinin xx.xx.2016-cı il tarixli qiymətləndirmə nəticəsindən müəyyən olunur ki, iddiaçıya sol ayağın aşiq-daban oynağından sonrakı deformasiya kəskin kontrak turası hərəkət məhdudluğu diz oynağında hərəkət məhdudluğu Sol aşağı ətraf funksiyasının diaqnozu ilə 5 (beş) il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə İİİ (üçüncü) dərəcə əlillik təyin edilmişdir.

6. Ağdam Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2021-ci il tarixli Rentgen müayinəsindən müəyyən olunur ki, Döş qəfəsi orqanlarının RG da ocaqlı və infiltrativ dəyişikliklər müşahidə olunmur, ağciyər şəkli adi qaydada qeydə alınır. Sağ, sol yuxarı payda apikal zonada fibroz toxuma, plevranın qalınlaşması və kalsinatlar izlənilir. Süpürgə sindromu izlənilir. Ağciyərin kökü struktur, sağ kök fibroz komponentinə genişlənib, sol və sağ cib tam sərbəstdir. Diafraqma kümbəzi arxa kəsiklərlə hesablandıqda 10-cu qabırğaarası səviyyədə yerləşir. Di vararalığı orqanları kölgəsi öz yerini yuxarıya doğru dəyişmişdir.

7. TSEK müayinələrinin xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsində müəyyən olunur ki, iddiaçıya Ağ ciyərlərin ikitərəfli fibroz-kavernoz vərəmi, İnfiltrasiya əlamətləri ilə, tez-tez residiv verən gedişlə, VMB(+). Xroniki tənəffüs çatışmazlığı diaqnozu ilə müddətsiz “ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, almış olduğu xəsarətin nəticəsində əlilliyinin Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma olması barədə məlumatları üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5881/2022 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

10. İddiaçı xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun müharibə əlilliyi hüququnun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1330/2022 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi b ütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda İ Qarabağ Müharibəsində ayağının topuq nahiyəsindən odlu silah nəticəsində almış olduğu xəsarətlərdən ömürlük əlil olmuşdur.

13. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 203 saylı qərarı ilə almış olduğu xəsarətlər “hərbi travma və Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı” xəsarətlər olması təsdiq edilmişdir. O, İ Qarabağ əlili olması ilə əlaqədar 300 manat Prezident təqaüdü almış və Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlili kimi avtomobil istifadəsinə verilmişdir. Sonuncu dəfə həkim müayinəsindən keçərək əlilliyi təsdiq edilmişdir.

14. Buna baxmayaraq, ona qarşı qanunsuzluq edilmiş, guya almış olduğu xəsarət ümumi əlil xəsarətidir, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlər olmamışdır. Ayağında odlu silahın nəticəsində yaratdığı xəsarətlərdir ki, ayağı bərpa olunan deyil. Ömürlük sol ayağı iflic vəziyyətindədir ki, sərbəst addımlarla yürüş edə bilmir. Ömürlük çəlik və köməkçi vasitələrdən istifadə edir. Cavabdehə dəfələrlə yazılı şəkildə müraciət etsə də, bu günə kimi müraciətinə cavab verilməmişdir. Cavabdehin etirazları

15. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirini n bəzi digər nəticələri => S70-S79-Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S74 - Sinirlərin bud-çanaq oynağı və bud səvi...; Diaqnozun mətni: Sol ayağın aşiq - daban oynağindan sonrakı deformasiya kəskin kontrakturası hərəkət məhdudluğu diz oynağında hərəkət məhdudluğu Sol aşağı ətraf funksiyasinin; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sol ayağin aşiq–daban oynağından sonrakı deformasiya kəskin kontrakturasi hərəkət məhdudluğu diz oynağında hərəkət məhdudluğu Sol aşağı ətraf funksiyasinin” səbəbi ilə 1(bir) il müddətinə əlillik dərəcəsi verilmişdir.

16. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr v ə xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S74 Sinirlərin bud-çanaq oynağı və bud səvi...; Diaqnozun mətni: Sol ayağin aşiq -daban oynağindan sonrakı deformasiya kəskin kontrakturasi hərəkət məhdudluğu diz oynağında hərəkət məhdudluğu Sol aşaği ətraf funksiyasinin; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.3. Bazu və ya dirsək oynağının laxlaması” səbəbi ilə 1(bir) il müddətinə əlillik dərəcəsi verilmişdir.

17. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - H ərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Sol ayağin aşiq-daban oynağindan sonrakı deformasiya kəskin kontrakturası hərəkət məhdudluğu diz oynağında hərəkət məhdudluğu Sol aşağı ətraf funksiyasının; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sol ayağın aşiq-daban oynağından sonrakı deformasiya kəskin kontrakturasi hərəkət məhdudluğu diz oynağında hərəkət məhdudluğu Sol aşağı ətraf funksiyasının” səbəbi ilə 1(bir) il müddətinə əlillik dərəcəsi verilmişdir.

18. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar =>Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Sol ayağın aşiq – daban oynağından sonrakı deformasiya kəskin kontrakturasi hərəkət məhdudluğu diz oynağında hərəkət məhdudluğu Sol aşağı ətraf funksiyasinin; Meyar: 2.3. Üçüncü dərəcə əlillik =>DİGƏR: Sol ayağin aşiq -daban oynağindan sonrakı deformasiya kəskin kontrakturasi hərəkət məhdudluğu diz oynağında hərəkət məhdudluğu Sol aşağı ətraf funksiyasının” səbəbi ilə 5 (beş) il müddətinə əlillik dərəcəsi verilmişdir.

19. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0217003AAJ56 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 -Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmi ş vərəmi => A15.0 - Ağ ciyər vərəmi, bakterioskopik təsdiq ed...; Diaqnozun mətni: Ağciyərlərin ikitərəfli fibroz- kavernoz vərəmi, infiltrasiya əlamətləri ilə, tez-tez residiv verən gedişlə, VMB (+). Xroniki tənəffüs çatışmazlığı İİ dərəcə; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15- A16.9,J96-J96.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.1-ci bəndinə görə əlillik müəyyən edildikdən sonra sözügedən qaydaların 1.5-ci bəndi ilə nəzərdə tutulmuş digər səbəb müəyyən edildikdə əlillik səbəbi Agentlik tərəfindən dəyişdirili r. İddiaçının vəziyyəti ilə əlaqədar xx.xx.2021-ci ildə keçirilmiş iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Ağciyərlərin ikitərəfli fibrozkavernoz vərəmi, infiltrasiya əlamətləri ilə, tez-tez residiv verən gedişlə, VMB (+). Xroniki tənəffüs çatışmazlığı İl dərəcə” Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə müvafiq olaraq əlillik təyinatına əsas verdiyindən həmin Əsasnamənin 2.2.9-cu bəndinə əsasən ümumi səbəblərdən müddətsiz İİ (ikinci) dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir.

21. Odur ki, iddiaçının əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik hərbi xidmətlə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilm əsi mümkün deyildir. İş üzrə keçirilmiş ekspertiza:

22. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1330/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya" Birliyinə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: Birinci sual: xx.xx.1958-ci ildə anadan olmuş İddiaçı canlı müayinə olmaqla iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Ağdam rayon Mərkəzi Xəstəxanasının 0217003AAJ56 nömrəli göndərişində şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların sə mərəliliyi, klinik proqnoz göstərilməklə, iddiaçıda əlillik təyinatına əsas verən funksional pozuntu aşkarlanırmı? İkinci sual: İddiaçı canlı müayinə olunmaqla iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Ağdam rayon Mərkəzi Xəstəxanasının 0217003AAJ56 nömrəli göndərişində aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? Üçüncü sual: İddiaçı canlı müayinə olmaqla iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Ağdam rayon Mərkəzi Xəstəxanasının 0217003AAJ56 nömrəli göndərişində qeyd olunan və iddiaçıda olan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? Dördüncü sual: İddiaçı canlı müayinə olmaqla iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Ağdam rayon Mərkəzi Xəstəxanasının 0217003AAJ56 nömrəli göndərişində qeyd olunan və iddiaçıda olan xəstəliyin diaqnozu və ağırlaşması ikinci qrup əlilliyin təyinatına əsas verirmi? 23. “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2022-ci il tarixli, T 521/2022 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: Birinci-dördüncü suallara cavab: iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymə tləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş son göndərişdə (088 №-li Formada) qeyd edilən diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instumental və diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edildiyindən xəstəliyin proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Həmin diaqnoz əsasən əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.3 meyarlarına uyğun təyin edilmiş ümumi səbəbdən müddətsiz ikinci dərəcə əlillik təyinatı düzgündür.

24. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1330/2022 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edi lmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya" Birliyinə həvalə edilmiş, ekspertiza qarşısında Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1330/2022 nömrəli qərardadında qoyulmuş suallar yenidən qoyulmuşdur.

25. Məhkəmə Tibbi Ekspertiza və X2” X4 xx.xx.2023-cü il tarixli 2354 nömrəli məktubuna qeyd edilmişdir ki, iddiaçıya aid şəxsiyyət vəsiqəsi və tibbi sənədlər Birliyə təqdim edilmədiyi üçün ekspertizanı başa çatdırmaq mümkün olmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

26. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-51/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən təyin edilmiş əlilliyin səbəbinin “ümumi xəstəlik” ifadəsini n dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” ifadəsi ilə əvəz olunması öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

27. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisənin predmetini iddiaçıya cavabdeh tərəfindən təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilməsi təşkil edir. İddiaçının əlilliyini səbəbi isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 203 nömrəli qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.

28. Məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilsə də, əlil liyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.

29. İddiaçının əlilliyi hazırda mübahisə predmeti deyildir. Mübahisə əlilliyin səbəb əlaqəsi ilə bağlıdır.

30. İş materiallarından da göründüyü kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 203 nömrəli qərarına əsasən iddiaçının yaralanmasının nəticəsi - “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmi şdir.

31. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyə əsasən müəyyən edilir.

32. Həmin qaydaların 3.1.1-ci bəndinə müvafiq olaraq əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir.

33. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi qanunsuz olmuşdur.

34. Odur ki, iddiaçıya təyin edilmiş əlillik qrupunun səbəbinin “ümumi xəstəliklə əlaqədar” ifadəsinin dəyiş dirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” ifadəsi ilə əvəz olunması və xx.xx.2021-ci il tarixdən iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

35. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

36. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-151/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-51/2023 nömrəli qəra rı dəyişdirilmədən saxlanılmışdır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

38. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri Məhkəmə tərəfindən əsassız olaraq əlilliyin təyin edilməsi ilə bağlı:

39. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir.

40. Əlillik təyini ilə bağlı bildiririk ki, iddiaçının əlillik vəziyyətinə Ağ dam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0217003AAJ56 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.0 - Ağ ciyər vərəmi, bakterioskopik təsdiq ed...; Diaqnozun mətni: Ağciyərlərin ikitərəfli fibroz-kavernoz vərəmi, infiltrasiya əlamətləri ilə, tez-tez residiv verən gedişlə, VMB (+). Xroniki tənəffüs çatışmazlığı İİ dərəcə; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9, J96-J96.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir.

41. Vətəndaşın müraciəti əsasında onun hazırkı obyektiv vəziy yətinin müayinəsi zamanı hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətlər müəyyən edilməmişdir. X3 Dispanserinin xx.xx.2021-ci il tarixli “Ağciyərlərin ikitərəfli fibroz-kavernoz vərəmi, infiltrasiya əlamətləri ilə, tez-tez residiv verən gedişlə, VMB (+). Xroniki tənəffüs çatışmazlığı İİ dərəcə” diaqnozlu çıxarışı təqdim edilmişdir. Obyektiv müayinədə diaqnoz öz təsdiqini tapmışdır. Boy 165 sm, çəkisi 45 kq-dır. Hazırkı sağlamlıq vəziyyətinin hərbi travma ilə əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.3-cü bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.

42. Belə olan halda, iddiaçıda olan xəstəliklərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq, “ümumi xəstəlik səbəbindən” mövcud olduğu müəyyən olunmuş, səciyyələnmiş xəstəliklərin əsasında əlilliyi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə təyin etmək mümkün olmamışdır.

43. Nəticədə, cavabdeh inzibati orqanın bu qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

44. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin diskresion səlahiyyətləri ilə bağlı əsassız qərar etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

46. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə e dilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin göstərilməlidir. əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏ Rİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

47. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

48. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

49. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

50. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il 203 nömrəli qərarına əsasən iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı yaradan və xx.xx.1994cü ildən xx.xx.1994- cü ilə kimi Mingəçevir şəhər onkoloji dispanserində müayinə və müalicə olunduqdan sonra Soltərəfli 2 topuğun qapalı sınığı ayaq pəncəsinin hematoması diaqnozu qoyulmuşdur. Ağdam Rayon Hərbi Komissarlığının xx.xx.2009-cu il tarixli 921 nömrəli göndərişində və xx.xx.2009-cu il tarixli 920 nömrəli arayışında Mingəçevir şəhər onkoloji dispanserindən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizində təsdiq edilir ki, Hərbi Travmadır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır.

51. İddiaçıya 2010-2016-cı illərdə məhz həmin travmanın törətdiyi nəticələrə əsasən 3-cü dərəcəli əlillik təyin edilmişdir. Onun aldığı travma Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar olduğundan əlilliyin səbəb əlaqəsi də “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” göstərilmişdir.

52. İddi açıya sonuncu dəfə, xx.xx.2021-ci il tarixli göndərişə əsasən, həm də 2-ci dərəcəli əlillik onun hərbi xidmət, o cümlədən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar olmayan ümumi xəstəlik əsasında təyin edilmişdir. Belə ki, X3 Dispanserinin xx.xx.2021-ci il tarixli “Ağciyərlərin ikitərəfli fibroz-kavernoz vərəmi, infiltrasiya əlamətləri ilə, tez-tez residiv verən gedişlə, VMB (+). Xroniki tənəffüs çatışmazlığı İİ dərəcə” diaqnozlu çıxarışı təqdim edilmişdir. Obyektiv müayinədə diaqnoz öz təsdiqini tapmışdır. Hazırkı sağlamlıq vəziyyətinin hərbi travma ilə əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dai r Əsasnamə”nin 2.2.3-cü bəndinə müvafiq olaraq “Ümumi xəstəlik” ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.

53. Beləliklə, cavabdeh haqlı olaraq iddiaçıya “Ümumi xəstəlik” ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul etmişdir. Çünki həmin xəstəlik Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar olmamışdır. Hər bir halda, iddiaçının əsaslandığı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il 203 nömrəli qərarında iddiaçının “ağ ciyərlərin vərəmi” xəstəliyi ilə əlaqədar heç bir göstəriş yoxdur. Eyni ilə, həmin xəstəliyin Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığına (və ya onunla əlaqəli olduğuna) dair Hərbi Həkim Komissiyasının digər qərarı da yoxdur.

54. Apellyasi ya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən işin qeyd olunan halları nəzərə alınmamış, məhkəmə hazırkı məzmunda iddianın təmin olunması barədə səhv nəticəyə gəlmişdir.

55. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, hazırkı məzmunda iddianın rədd edilməsi iddiaçını, bunun üçün tibbi göstərişlərin olduğu halda, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il 203 nömrəli qərarında göstərilmiş, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı travmanın törətdiyi məhdudiyyətlərə əsasən əlilliyin müəyyən edilməsi məqsədi ilə müvafiq göndərişin verilməsi və tibbi-sosial müayinə olunmaq üçün müraciət etmək hüququndan məhrum etmir.

56. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edili r. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(104)-151/2024 saylı qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar