Məhkəmə qərarları › İş №2-1(102)-1691/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1691/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1691/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1691/2020) (Açar sözlər: apelyasiya şikayətinin mümkünlüyü, ikinci dəfə verilmiş apelyasiya şikayəti, müddət ötürülməklə verilmiş apelyasiya şikayəti) Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbiyev Rahib Sahib oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi y anında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “əlilliyə görə pensiyanın təyin edilməsi”tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 iyun tarixli 2-1(103)-1170/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək ona İİ qrup əlillik təyin olunduğu vaxtdan işlədiyi müəssisə tərəfindən ona təqdim olunan arayış əsasında olan 1983-2004-cü illərdə işlədiyi dövrü götürməklə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçası olmadığından təqdim etdiyi arayışın sığorta stajı kimi götürülməsi mümkün deyi ldir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 28 iyun tarixli 2-1(82)2356/2016 nömrəli qərarı (hakim – İ.H.Bayramova) ilə iddia təmin edilmiş, cavabdehin imtinası əsassız hesab edilmiş, iddiaçının xx xxxxxx 1983-cü ildən xx xxxxxx 2004-cü ilədək işlədiyi dövrün sığorta stajına daxil edilməsi və iddiaçıya xx.xx.2016-cı il tarixdən ikinci qrup əlillik təyin olunduğu vaxtdan əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

4. Cavabdeh xx.xx.2016-cı il tarixdə apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 5. xx.xx.2016-cı il tarixdə cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim e dərək apelyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 01 avqust tarixli 2-1(82)2356/2016 nömrəli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmış və apelyasiya şikayəti ilə bağlı icraata xitam verilmişdir.

7. Bundan sonra cavabdeh yenidən 2020-ci il 23 yanvar tarixdə apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 iyun tarixli 21(103)-1170/2020 nömrəli qərardadı (sədrlik edən və məruzəçi hakim – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və V.M.Məmmədov) ilə cavabdehin apelyasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbul undan imtina edilmişdir.

9. Apelyasiya instansiyası məhkəməsi özünün mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş və məhkəmə tərəfindən yardım edilməsinə baxmayaraq müddətin bərpasına dair ərizə verilməmiş, eləcə də apelyasiya şikayətini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır.

10. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və apelyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, inzibati orqan tə rəfindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının səbəbi üzürlüdür və buna görə də, həmin müddət bərpa edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı xx xxxx 2016-cı il tarixdə qəbul edilsə də, sonrakı araşdırmalar nəticəsində yeni açılmış hallar müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə b axılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 14 İnzibati Prosessual Məcəllə: Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddət in bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 85.1. Şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsi ilə verilir. Maddə 86.4. Apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayətin geri götürüldüyü hallarda birinci instansiya məhkəməsi şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 88.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandı rılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 15.Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

18. Kassasiya şikayətlərinin dəlillərinə münasibətdə isə nəzərə alınmalıdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2356/2016 saylı, xx xxxx 2016-ci il tarixli qərarından cavabdeh tərəfindən birinci dəfə verilmiş şikayət xx.xx.2016-cı il tarixdə geri götürülmüş və məhkəmənin qərardadı ilə apelyasiya şikayəti ilə bağlı icraata xitam verilmişdir. Bundan sonra birinci instansiya məhkəməsi qərarı xx xxxxxxxx 2016-cı il tarixli məktubla icraya yönəltmişdir. Daha sonra isə cavabdeh təqribən 3 il 4 ay sonra xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinin qərarından yenidən ikinci dəfə apelyasiya şikayəti vermişdir.

19. Apelyasiya məhkəməsi həmin şikayətin prosessual müddətlər ötürülməklə verildiyini, müddətin bərpasına dair ərizə təqdim olunmadığını, eləcə də apelyasiya şikayətini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin məhkəməyə təqdim olunmadığını nəzərə almaqla iş üzrə apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına dair məhkəmə iclası təyin etmiş, tərəfləri bununla bağlı məlumatlandırmışdır. La kin xx xxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş, həmçinin prosessual müddətin bərpasına dair ərizə verilməmişdir. Beləliklə, apelyasiya şikayəti prosessual müddət ötürülməklə verilmiş, məhkəmə tərəfindən yardım edilməsinə baxmayaraq cavabdeh qüsuru aradan qaldırmayaraq müddətin bərpasına dair ərizə verməmişdir. Ona görə də, məhkəmə tərkibi hesab edir ki, apelyasiya şikayətini mümkün saymayaraq şikayəti qəbul etməkdən imtina etməkdə məhkəmə haqlı olmuşdur.

20. Kassasiya şikayətində göstərilən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının üzürlü səbəblərdən baş verdiyi ilə bağlı dəlilə münasibətdə isə qeyd edilməlidir ki, əvvəla, cavabdeh həmin səbəblərin nədən ibarət olduğunu bildirməmişdir. Digər tərəfdən isə hə min səbəblərin üzürlü olub-olmadığına qiymət verilməsi üçün cavabdeh tərəfindən müddətin bərpasına dair ərizə verilməlidir. Lakin cavabdeh belə bir ərizə də verməmişdir. Nəhayət, nəzərə alınmalıdır ki, İPM-in 24.4-cü maddəsinə əsasən müddətin buraxılmasından bir il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən sözügedən bir illik müddət də ötürülmüşdür.

21. Digər tərəfdən isə birinci dəfə verilmiş apelyasiya şikayətinin geri götürülməsi eyni predmet və eyni əsaslar barəsində yenidən ikinci dəfə şikayət verməyə yol vermir. Odur ki, cavabdeh tərəfindən ikinci dəfə verilmiş apelyasiya şikayəti bu əsasa görə də qeyrimümkündür.

22. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavab dehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 iyun tarixli 21(103)-1170/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar