Məhkəmə qərarları › İş №2-1(102)-1691/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1691/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1691/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair hüququn vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1997-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair hüququn vəfat etmiş şəxsə məxsus olması barədə arayış verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023cü il tarixli, 2-1(103)-1086/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X2 və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 18 mart 1999-cu il tarixli qərarına əsasən X4 (iddiaçının atasına) Zabrat-İİ də yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən yaşayış binası tikmək üçün torpaq sahəsi ayrılmasına razılıq verilmişdir. Boş yerdə tikilən bina yarımdartıcı stansiyasının mütəmadi işləməsinə heç bir maneə göstərmir. Bu qərar verildiyi tarixd ən qüvvəyə minmişdir.

2. AZ-İ 766648 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X6 xx.xx.2015ci ildə vəfat etmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notarial ofisinin xx.xx.2022ci il tarixli 221 nömrəli cavabdehə ünvanladığı məktuba əsasən X3 xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat2 qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan torpaq sahəsinə dair çıxarış verilməsi cavabdehdən xahiş edilmişdir.

4. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək faktiki istifadədə olan (1580 kv.m) xx.xx.1999-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsi üzərində istifadə hüququnun iddiaçının mərhum atası X5 məxsus olması haqqında arayışın verilməsini xahiş etmişdir.

5. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********33 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan torpaq sahəsinin mərhum X3 adına dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir; sorğuda qeyd olunan torpaq sahəsinə dair ətraflı və dəqiq məlumat (sahəsi, koordinatları və ünvan göstəriciləri) təqdim edildiyi halda sorğuya yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 6 avqust 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, faktiki istifadədə olan (1580 kv.m) xx.xx.1999-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsi üzərində istifadə hüququnun iddiaçının mərhum atası X5 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 mart 1999-cu il tarixində Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X2 və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının qərarı ilə vəfat etmiş atasına – X4 Zabrat qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Lakin ayrılmış torpaq sahəsinin indiyə qədər tam sənədləşdirilməsi müxtəlif səbəblərdən mümkü n olmamışdır. “18 mart 1999-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsinin 49 illik müvəqqəti istifadəsinə verilməsi haqqında sərəncam verilməsi və bununla bağlı müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə mübahisəsi olmuşdur. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5355/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Tərəfindən sözügedən qərardan apellyasiya şikayəti verilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-2015/2022 nömrəli qərardadına əsasən apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103 )-2015/2022 nömrəli qərardadının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, iddiaçının mərhum atasına ayrılmış torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirmək üçün onun əvvəlcə həmin torpaq sahəsinin atasına məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq arayışın verilməsi ilə bağlı müraciət etməsi vacibdir. Yalnız həmin tələbi təmin olunduqdan sonra iddiaçı iddia etdiyi daşınmaz əmlakla bağlı öz hüquqlarını reallaşdıra bilər.

9. Qeyd olunanları nəzərə alaraq iddiaçı torpaq sahəsi üzərində istifadə hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı sözügedən hüquqmüəyyənedici sənədlə cavabdeh müraciət etmişdir. Lakin sonuncu onun müraciətinə xx.xx.2022-ci il tarixli, **********33 nömrəli məktubla bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Za brat-2 qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan torpaq sahəsinin mərhum atasının adına dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir.

10. İddiaçı hesab edir ki, cavabdehin ünvanladığı məktub qanunsuz və əsassızdır. Cavabdeh inzibati orqana müraciəti qeydiyyatdan keçib-keçməməsi haqqında ətraflı məlumat verilməsi ilə bağlı deyil, torpaq sahəsi üzərində istifadə hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı olmuşdur. Həmçinin, inzibati orqan müraciətinə cavab məktubunda qeyd etmişdir ki, müvafiq ünvanda yerləşən torpaq sahəsinin mərhum atasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Cavabdeh sözügedən məktubla bir daha sübut edir ki, müraciə ti tam araşdırılmamışdır. Ərizənin mahiyyətindən də bəlli olduğu kimi sözügedən torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi barədə məlumatlı olmuşdur. Müraciəti zamanı istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi həm qeydiyyatdan keçmiş daşınmaz əmlaklarla, həm də qeydiyyatdan keçməmiş daşınmaz əmlaklarla bağlı olan münasibətləri tənzimləyir. Ərizənin məqsədi hüquqmüəyyənedici sənədlə mərhuma məxsus olan hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona məxsus olması haqqında arayışın verilməsi ilə bağlı olmuşdur. Cavabdehin etirazları:

11. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” A zərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Torpaq sahəsi yarımstansiyanın hasarına bitişik yerləşmişdir və elektron kadastr baza məlumatlarına əsasən “yaşayış məntəqələrinin torpaqları” kateqoriyalı olmaqla dövlət mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(112)-11321/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin üzərində mərhum X6 tərəfindən hüquqların əldə edilməsini təsdiq edən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahıda göstərilən hər hansı sənədi cavabdehə və məhkəməyə təqdim etməmiş, həmin sənədlərin mövcud olması barədə məlumat verməmişdir.

14. Mübahisələndirilən torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən “yaşayış məntəqələrinin torpaqları” kateqoriyalı torpaq olmaqla dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsi müəssisəyə məxsus olmadığı halda müəssisənin müdiriyyətin və həmkarlar ittifaqı təşkilatının birgə qərarı ilə iddiaçının mərhum atasına yaşayış evi tikmək üçün ayrılmasına razılıq verilmişdir. Mübahisəli torpağın iddiaçının mərhum atası X4 istifadəyə və ya icarəyə verilməsi barədə icra hakimiyyətinin qərarı, həmin torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilə mövcud deyildir. Belə olan halda iddiaçının mərhum atası X1 İİ ünvanda yerləşən (1580 kv.m) torpaq üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs hesab oluna bilməz

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(103)-1086/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(112)-11321/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının istinad etdiyi qərara əsasən Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X2 öz işçisi – iddiaçının mərhum atası Məmməd Abbasova, yerli icra hakimiyyəti orqanının razılığı olmadan torpaq sahəsi ayrılmasına razılıq vermişdir ki, bu işin mübahisələndirilməyən halıdır. Ümumiyyətlə, sözügedən qərarda hansı ölçüdə torpaq sahəsinin ayrıldığı da təsbit olunmur və ayrılan torpaq sahəsinin plan-cizgisi də mövcud deyildir. Beləliklə, mübahisəli torpaq sahəsinin iddiaçının mərhum atasının istifadəsinə qanuni əsaslarl a verildiyi öz təsdiqini tapmır.

18. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı hesab edir ki, xx.xx.2001-ci ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 25-ci maddəsinə əsasən müəssisələr, idarələr və təşkilatlar bostançılıq, ot çalını və mal-qaranın otarılması məqsədləri üçün torpaq sahələrini öz işçilərinə müvafiq rayon, şəhər xalq deputatları Sovetlərinin razılığı ilə müdiriyyətin və həmkarlar ittifaqı təşkilatının qərarı əsasında verirlər. Məhkəmənin mövqeyindən baxdıqda torpaq sahəsinin ayrıl ması üçün rayon, şəhər xalq deputatları Soveti razılıq verilməli, müəssisə, idarə və təşkilatın qərarı əsasında qərar verməli, daha sonra isə öz qərarı ilə hüququn rəsmiləşdirilməsi üçün şəhadətnamə verməli və müqavilə bağlamalı idi. Ümumiyyətlə, məhkəmənin həmin Məcəllədə torpaq sahəsinin ayrılması ilə bağlı nəzərdə tutulmayan icraat prosedurunun tətbiqini düzgün tətbiq etməmiş və doğru nəticəyə gəlməmişdir. Həmin Məcəllə müəssisə, idarə və təşkilatın öz işçilərinə torpaq sahələrinin ayrılma prosedurunu bu qədər uzun nəzərdə tutmamışdır.

20. Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X2 müdiriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 18 mart 1999-cu il tarixli qərarında “dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən” torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Hə min müəssisəyə aid olan yarımstansiyanın harada yerləşməsi bəlli olduğundan bununla bağlı yerləşməsini müəyyənləşdirməyə imkan verən plan-cizginin olması məsələnin əhəmiyyətli halı deyil.

21. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə dair məhkəməyə təqdim olunan qərarın Qanunun 8-ci maddəsinin müddəalarında sadalanan hüquqmüəyyənedici sənədlərin hər hansı birinə uyğun gəlməməsi ilə bağlı iddiaçı qeyd edir ki, hüquq norması arayışın verilməsi üçün müqavilə və digər əsasları müəyyən edir. Məhkəmə digər əsasları yalnız həmin Qanunun 8-ci maddəsində qeyd olunan əsaslarla məhdudlaşdırır. Lakin həmin normada belə bir göstəriş yoxdur. Norma göndərici xarakter daşıyır və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsasları da nəzərə almışdır.

22. Apellyasiya instansiyası məhkəməsinin qəra rında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmişdir. Torpaq sahəsinin kateqoriyasının müəyyənləşdirilməsi ilə bağlı ekspertiza keçirilməmiş və həmin torpaq sahəsinin həqiqətən də həmin müəssisəyə məxsus olan dövlət əmlakı olduğu müəyyənləşdirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqası na keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsi nə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tə rəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0. 9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaş ayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.... Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

25. Azərbaycan Respublik asının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şi kayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübah isələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

29. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X2 və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 18 mart 1999-cu il t arixli qərarına əsasən iddiaçının mərhum atası X4 Zabrat-İİ də yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən yaşayış binası tikmək üçün torpaq sahəsi ayrılmasına razılıq verilsə də, torpaq sahəsinin Məmməd Abbasova ayrılması haqqında hər hansı hüquqmüəyyənedici sənədin mövcud olması müəyyən edilməmişdir. Eləcə də, həmin qərarda mərhum Məmməd Abbasova ayrılmasına razılıq verilən torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər əlavə edilməmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən, torpaq sahələri xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə (müvəqqəti istifadəyə) və ya icarəyə verilir. Bu xüsusat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin müxtəlif bəndlərində “daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar”, “daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri”, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında isə “ayrılmış torpaq sahələrinə dair sənədlər” kimi qeyd edilmişdir.

31. İddiaçının istinad etdiyi Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X2 və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 18 mart 1999-cu il tarixli qərarında qeyd edilən torpaq sahəsinin mərhum atasının mülkiyyətinə, sahibliyinə, istifadəsinə, icarəsinə verilməsi və ya ona ayrılması barədə hər hansı xüsusat qeyd edilməmiş, sadəcə olaraq, torpaq sahəsinin mərhumun adına ayrılmasına razılıq verilmişdir.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsinə dair cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur. Belə ki, mərhum X3 mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın ona məxsus olması barədə müvafiq arayışın verilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində (müqavilə və digər əsaslar), habelə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş qanuni əsaslar olmadığından iddia tələbi əsassızdır.

33. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia edilən torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıda təsbit edilən əsaslara dair hüquqmüəyyənedici sənədlərin mövcudluğu sübuta yetirilmədiyindən kassasiya şikayətinin dəlilləri əsassızdır.

34. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 21(103)-1086/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar