Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1691/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ictimai birliyin qeydiyyata alınmasından imtina ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ictimai birliyin dövlət qeydiyyatına almaq vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-879/2024 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar xx.xx.2023-cü ildə “Müdafiə Xətti" İctimai Birliyini təsis etmişlər. Təsis yığıncağının protokoluna əsasən, təsisçi İddiaçı1 iki il müddətinə İB-in sədri seçilib, həmçinin İB-in təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi, birliyin dövlət qeydiyyatına alınması üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsinin İB-in təsisçisi İddiaçı1 həvalə edilməsi müəyyən edilib.
2. İddiaçılar ictimai birliyin qeydiyyata alınması üçün xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişlər. Cava bdeh təqdim olunmuş sənədləri xx.xx.2023-cü il tarixdə geri qaytarmışdır.
3. Cavabdeh qeyd edib ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməyib və ərizədə digər təsisçi fiziki şəxslərin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi göstərilməyib. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli 3-16-5/2-13ə1772/2023 saylı imtinasının qanunsuz hesab edilməsi və “Müdafiə xətti” İctimai Birliyin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının əsaslandırması:
5. İddia tə ləbi onunla əsaslandırılmışdır ki, iddiaçılar xx.xx.2023-cü ildə “Müdafiə Xətti" İctimai Birliyini təsis etmişlər. Onun təsis edilməsi haqqında qərar qəbul edilib. İB-in Azərbaycanda insan haqlarının qorunması və dəstəklənməsi, hüququn aliliyinin təmin edilməsinə yardım məqsədilə yaradılıb. İB həmçinin Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, hakimiyyətlər bölgüsünün təmin edilməsi, hökumətin hesabatlılığının və şəffaflığının təmin olunması, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, vətəndaş fəallığının yüksəldilməsi yolu ilə bütünlüklə demokratiyanın inkişaf etdirilməsi güdür.
6. İB qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı fəaliyyətləri həyata keçirir: Azərbaycanda insan haqları pozuntularının monitorinqi və sənədləşdirilməsi; Azərbaycanda insan haqları pozuntuları yla bağlı məhkəmə çəkişmələrində hüquqi yardım və sair dəstək; Azərbaycanda ciddi hüquq pozuntularına məruz qalmış şəxslərə psixoloji yardım göstərilməsi və onların ən zəruri ehtiyacları ilə bağlı maddi dəstəklənməsi üçün ianə toplanışı və yardımları təşkil etmək; Azərbaycanda insan haqlarının durumu barədə müntəzəm hesabatlar hazırlanması, həm ölkə içi hökumət və sivil toplum qurumlarının, vətəndaşların, həm də Azərbaycanda insan haqlarının təmin edilməsində maraqlı olan beynəlxalq qurumların diqqətinə çatdırılması; Həm milli, həm də beynəlxalq institutlar qarşısında insan haqları sahəsində qanunvericilik və siyasət islahatlarını dəstəkləmə və lobbi işi; Azərbaycanda insan haqlarının durumu barədə gündəlik xəbər, açıqlama və rəylər yaymaqla ictimai məlumatlılığın yüksəldilməsi; İnsan hü quqlarının müdafiəsi, hüququn aliliyinin və demokratik idarəetmənin təşviq edilməsi sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq etmək;
7. İB öz məqsəd və vəzifələrini yerinə yetirmək üçün mövcud qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyətləri də həyata keçirə bilər. xx.xx.2023-cü ildə İB-nin təsis yığıncağı keçirilmişdir. Təsis yığıncağının protokolundan görünür ki, təsisçi İddiaçı1 iki il müddətinə İB-in sədri seçilib, həmçinin İB-in təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün cavabdehə təqdim edilməsi, birliyin dövlət qeydiyyatına alınması üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsinin İB-in təsisçisi İddiaçı1 həvalə edilməsi müəyyən edilib.
8. Təsis yığıncağında həmçinin müəyyən edilib ki, birliyin dövlət qeydiyyatına alın ması üçün tələb olunan bütün lazımi tədbirlərin görülməsi, o cümlədən ərizələrin imzalanması və notariat kontorunda təsdiq edilməsi, sənədlərin təqdim edilməsi, lazım olan sənədlərin götürülməsi, bütün dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında nümayəndə qismində təmsilçilik və bununla əlaqədar bütün hərəkətlərin yerinə yetirilməsi bilavasitə özü tərəfindən və ya üçüncü şəxslərə etibarnamə əsasında həvalə edilməklə icra olunması şərti ilə təsisçi İddiaçı1 tapşırılıb. 9. xx.xx.2023-ci il tarixli İctimai Birliyin təsis edilməsi haqqında qərardan görünür ki, təsisçi İddiaçı1 iki il müddətinə İB-in sədri seçilib və İB adından qanuni təmsilçilik hüququ İddiaçı1 verilib.
10. İddiaçılar lazım olan sənədləri toplayıb cavabdehə təqdim ediblər. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubl a sənədləri geri qaytarıb. Cavabdeh imtinasında göstərib ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməyib və ərizədə digər təsisçi fiziki şəxslərin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi göstərilməyib.
11. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu onların müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilməlidir. Təsisçilər təsis yığıncağında təsisçi İddiaçı1 qanuni təmsilçi kimi seçiblər və sənədlərin cavabdehə təqdim edilməsi vəzifəsini isə yenə İddiaçı1 həvalə ediblər. Buna uyğun olaraq ərizə qanuni təmsilçi kimi İddiaçı1 tərəfindən imzalanıb.
12. Bu hal isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2-ci maddəsinə və "Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının apa rılması Qaydalarının 2.2-ci bəndinə uyğundur. Çünki təsisçilər qanuni təmsilçi seçməklə alternativ rejimə əsasən qanuni təmsilçi vasitəsilə ərizənin imzalanması istiqamətində iradə formalaşdırıblar və bununla qanunvericiliyin onlara verdiyi dispozitiv səlahiyyətdən istifadə ediblər. Cavabdeh isə həmin Qanunun 5.2-ci maddəsində müəyyən edilmiş ərizənin imzalanmasına dair alternativlik rejiminə zidd hərəkət edərək ərizənin bütün təsisçilər tərəfindən imzalanmasını tələb edir. Bu hal isə həmin Qanunun 5.2-ci maddəsinin tələblərinə ziddir.
13. Bundan əlavə, qeyd edilən ərizə notarial qaydada təsdiq edilib. Əgər iddiaçılar ərizənin imzalanması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş hüquqi rejimi pozsaydılar, bu ərizə notarial qaydada müvafiq səlahiyyətli notarius tərəfindən imzalanmazdı. Ərizənin notarial qaydada təsdiq edilməsini nəzərə alsaq, cavabdehin notarial təsdiqli ərizəni qanunazidd saymasının özü əsassızdır. Onların cavabdehə təqdim etdikləri sənədlər qanunvericilik aktlarına uyğun olub, hər hansı ziddiyyət olmayıb. İddiaçıların qurumun adı kimi seçdikləri ad onların fəaliyyət xarakterinə uyğundur. Cavabdehin imtinası iddiaçıların konstitusion və beynəlxalq hüquqi birləşmək azadlığı hüququnun pozuntusu ilə nəticələnib. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin etirazları:
14. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmiş və etirazında qeyd etmişdir ki, «Müdafiə Xətti» İB xx.xx.2022-ci il tarixdə təsis edilmişdir. Təşkilatın əsas məqsədi Azərbaycanda insan haqlarının qorunması və dəstəklənməsi, hü ququn aliliyinin təmin edilməsinə yardım etməkdən ibarətdir. Qurumun təsis sənədləri ilk dəfə xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Belə ki, adı çəkilən Qanunun 5.2-ci, 5.3.1-ci maddələrinin və «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələbinə zidd olaraq ərizədə digər təsisçi fiziki şəxsin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi göstərilməmiş, ərizə bütün təsisçilər tərəfindən imzalanm amışdır. Həmçinin qurumun adında onun təşkilati-hüquqi forması göstərilməmişdir. Növbəti dəfə sənədlər xx.xx.2023-cü il tarixdə nazirliyə daxil olmuş lakin yuxarıda qeyd olunan pozuntular aradan qaldırılmadığından sənədlər xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-10062/2023 saylı qərarı ilə iddia rədd olunmuşdur.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. 17. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən, ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.
18. Həmin Qanunun 5.3-cü maddəsinə görə, ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;
19. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların təsis etdikləri qeyri-hökumət təşkilatının adında qeyri-hökumət təşkilatının fəaliyyətinin xarakteri ifadə edilməmişdir, be lə ki, ərizədə digər təsisçi fiziki şəxslərin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi göstərilməmiş, ərizə bütün təsisçilər tərəfindən imzalanmamışdır.
20. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-879/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-10062/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razıl aşmışdır.
23. İddiaçıların vəkili və nümayəndəsi həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
24. İddiaçıların təsis etdiyi qurum “Müdafiə Xətti” adlanır. Həmin adlandırma insan hüquqları müdafiəçilyi ilə əlaqədar olaraq belə seçilib. Həmin addan görünür ki, iddiaçılar vətəndaşların insan hüquqlarının müdafiəsini qarşılarına məqsəd kimi qoyublar.
25. İddiaçıların təsis etdikləri təşkilatın təsdiq edilmiş Nizamnaməsinin 2.1-ci bəndində təşkilatın məqsədləri göstərilir. Həmin müddəadan açıq-aşkar görünür ki, təşkilatın fəaliyyət məqsədi vətəndaşların hüquq və azadlıqlarını müdafiə etməyə, həmin hüquq və azadlar ın pozuntuları ilə monitorinq və sənədləşdirmə aparmaqdan, hesabatlar hazırlamaqdan, bu məqsədlərlə lobbi işi aparmaqdan, bu məqsədlərlə hüquqi və sair yardım göstərməkdən və digər oxşar məqsədlər üçün çalışmaqdan ibarətdir. Həmin Nizamnamənin 2.2-ci bəndində bu məqsədlərə çatmaq üçün fəaliyyət istiqamətləri sadalanır. Həmin fəaliyyət istiqamətləri kimi də bu məqsədlərə uyğun istiqamətlər sadalanıb.
26. Təşkilatın fəaliyyət məqsədləri və istiqamətlərindən görünür ki, təşkilat insan hüquq müdafiəçiliyi həyata keçirmək istiqamətində çalışır. Buna uyğun olaraq isə adını “Müdafiə Xətti” kimi müəyyən edib.
27. Bu təhlildən də görünür ki, təşkilatın adı onun fəaliyyət xarakterinə uyğundur.
28. Qanunvericilikdə “fəaliyyətin xarakteri” ifadəsi aydınlaşdırılmayıb. Amma sözün adi mənasında “xarakter ” - səciyyə, əlamət mənalarına gəlir. Fəaliyyətin xarakteri dedikdə isə görülən işi mahiyyəti, məğzi başa düşülməlidir. Qanunvericilikdə “fəaliyyət xarakteri” ifadəsi Mülki Məcəllənin 109.11-ci maddəsində kooperativlərə münasibətdə qeyd edilir. Həmin norma aşağıdakı kimidir: “Kooperativ qanunla qadağan olmayan istənilən sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Fəaliyyət xarakterinə görə kooperativlər istehsal, istehlak, qarışıq (istehsal-istehlak) və digər növlərdə ola bilər.”
29. Həmin normadan göründüyü kimi, qanunverici kooperativləri fəaliyyət xarakterinə görə istehsal, istehlak və qarışıq növlərə görə bölür. Bu normadan aydın olur ki, fəaliyyət xarakteri dedikdə, qanunverici fəaliyyətin mahiyyəti, istiqaməti və ya əlamətini başa düşür.
30. İşin hallarından görünür ki, iddiaçıların seçdikləri ad onların fəaliyyətinin mahiyyətinə (istiqamətinə, əlamətinə) uyğundur.
31. Bundan əlavə, iddiaçıların İB üçün seçdiyi adda təşkilatın fəaliyyət xarakterinin göstərilməməsinə dair məhkəmənin və cavabdehin mövqeyi əsaslandırılmayıb. Burada fəaliyyət xarakterinin nədən ibarət olması hər iki qurum tərəfindən izah edilməli idi. Lakin belə izah nə cavabdehin imtinasında, nə də məhkəmələrin qərarlarında göstərilib. Bu da “İnzibati icraat haqqında” Qanunun 60-61-ci maddələrinin pozuntusunu təşkil edir.
32. Buna görə də bu hissədə məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır.
33. İşin halları əsasında müəyyən edilir ki, iddiaçılar qeydiyyat müraciətini qanuni təmsilçi variantı ilə həyata keçirmək istiqamətində addım atıb və bunu təsis sənədləri əsasında rəsmiləşdiriblər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2-ci maddəsi iddiaçılara bu alternativliyi seçmək imkanını tanıyıb. Bu halda iddia və iddiaçıların mövqeyi əsaslı hesab edilməlidir.
34. Qeyd edək ki, oxşar hüquqi tənzimləmə AR Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 2-N saylı Qərarı ilə təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın 2.2-ci bəndində də təsbit edilir: “Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi seçilmiş şəxs (şəxslər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir”.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 dekabr tarixli 265 nömr əli qərarı ilə təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatına alınması barədə ərizənin forması”nın imza hissəsində də alternativ imzalanma mexanizmi müəyyən edilir: “Təsisçi (təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) seçilmiş şəxs və ya Səlahiyyətli şəxs (şəxslər).
36. Göründüyü kimi, yuxarıda şərh edilmiş müvafiq qanunvericilik ərizənin imzalanması ilə əlaqədar alternativ rejim müəyyən edir. Buna uyğun olaraq ərizənin hər bir halda bütün təsisçilər tərəfindən imzalanmasına zərurət yoxdur və qanunvericiliyin buna dair tələbi mövcud deyil.
37. Hazırkı işin halları ilə müəyyən edilir ki, təsisçilər təsis yığıncağında təsisçi İddiaçı1 qanuni təmsilçi kimi seçiblər və sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsi vəzifəsini isə yenə R. Səfərova həvalə ediblər (ba x: təsis yığıncağının protokolu və qərarı). Buna uyğun olaraq ərizə qanuni təmsilçi kimi İddiaçı1 tərəfindən imzalanıb. Bu hal isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2-ci maddəsinə və “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın 2.2-ci bəndinə uyğundur. Çünki təsisçilər qanuni təmsilçi seçməklə alternativ rejimə əsasən qanuni təmsilçi vasitəsilə ərizənin imzalanması istiqamətində iradə formalaşdırıblar və bununla qanunvericiliyin onlara verdiyi dispozitiv səlahiyyətdən istifadə ediblər.
38. Bundan əlavə, qeyd edilən ərizə notarial qaydada təsdiq edilib. Əgər iddiaçılar ərizənin imzalanması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş hüquqi rejimi pozsaydılar, bu ərizə notarial qaydada müvafiq səlahiyyətli notarius t ərəfindən imzalanmazdı. Ərizənin notarial qaydada təsdiq edilməsini nəzərə alsaq, cavabdehin notarial təsdiqli ərizəni qanunazidd saymasının özü əsassızdır.
39. Eləcə də “İnzibati icraat haqqında” Qanunun 15.2-ci maddəsi inzibati orqanlar tərəfindən formal tələblərdən sui-istifadə olunmasını qadağan edir: “Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.”
40. Nəticə etibarilə, cavabdehin imtinası və Apellyasiya Məhkəməsinin mövqeyi həm “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun tələblərinə ziddir, həm də “İnzibati icraat haqqında” Qanunla müəyyən edilmiş normaların pozuntusudur. Bununla da məhkəmənin bu hissədə də gəldiyi nəticə qanunsuz və əsassızdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
41. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 42. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:... Maddə
5. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müraciət... 5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. 5.3. Ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;... Maddə
11. Qanunun tətbiqi zamanı qanunçuluğun təminatı... 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda;
43. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu: 3.1. Qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır...
44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
45. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
46. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhk əmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
49. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
50. Q anunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiya məhkəməsi ictimai birliyin dövlət qeydiyyatına alınması barədə iddianın əsasları ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
51. Məhkəmə kollegiyası razılaşır ki, iddiaçı tərəfindən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2, 5.3.1-ci maddələrinin tələblərinə əməl edilmədən, imtinaya səbəb olan çatışmazlıqlar aradan qaldırılmadan cavabdeh orqana müraciət olunduğundan cavabdeh həmin Qanunun 11.3 və 11.3.1-ci maddələrinin tələblərinə uyğun olaraq sənədləri iddiaçıya geri qaytarmışdır. Cavabdeh, h əmçinin qeyd edir ki, sənədlərin qaytarılması ilə bağlı qəbul olunmuş qərar təsis sənədlərindəki nöqsanlar aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması üçün maneə törətmir və müraciət edildiyi təqdirdə məsələyə yenidən baxılacaqdır.
52. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-879/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.