Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1692/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: apelyasiya şikayəti üzrə müddət, apelyasiya şikayətinin mümkünlüyü, yeni açılmış hal giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Suraxanı rayon Şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “55 yaşından güzəştli şərtlərlə əmək pensiyasının hüququnun yarandığı xx.xx.2008-ci ildən həmin vaxt qüvvədə olan qaydada pensiyanın yenidən hesablanaraq xx.xx.2008-ci ildən xx.xx.2010-ci ilədək və xx.xx.2010-ci ildən bu günədək yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-932/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının hüququnun yarandığı xx.xx.2008-ci ildən həmin vaxt qüvvədə olan qaydada pensiyanın yenidən hesablanaraq xx.xx.2008-ci ildən xx.xx.2010-ci ilədək və xx.xx.2010-ci ildən bu günədək yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(82)-2713/2014 saylı iş) xx xxxxxx 2014-cü il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı xx.xx.2008-ci ildən həmin vaxt qüvvədə olan qaydada pensiyanın yenidən hesablanaraq xx.xx.2008-ci ildən xx.xx.2010-ci ilədək və xx.xx.2010-ci ildən bu günədək yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsi üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı cavabd eh təşkilat tərəfindən məhkəmə qəbzi ilə xx.xx.2014-cü ildə, poçt vasitəsilə xx.xx.2014-cü il tarixdə alınsa da, cavabdeh şöbənin müdir müavini Y.Mehbalıyeva tərəfindən imzalanmış apelyasiya şikayəti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, eyni zamanda yeni açılmış hallara dair ərizə verərək icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X5-məruzəçi, X3 və X1, 2-1(103)-932/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-2713/2019 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apelyasiya mümkün sayıl mamış, apellyasiya şikayətinin qəbulundan imtina edilmiş və iş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, apelyasiya şikayəti qanunla müəyyən olunmuş vaxtda verilmədiyi üçün apelyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də cavabdehin qərardan verdiyi apelyasiya şikayəti mümkün sayılmamalı və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Cavabdeh xx xxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, apelyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: İnzibati orqan tərəfindən apelyasiya şikayəti verilməsi üçün p rosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə həmin müddət bərpa edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı xx xxxxxx 2014-cü il tarixdə qəbul edilsə də, sonrakı araşdırmalar nəticəsində yeni açılmış hallar müəyyən edilmişdir. Buna görə apelyasiya şikayəti verilmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam forma da təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2713/2014 saylı, xx xxxxxx 2014cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı xx.xx.2008-ci ildən həmin vaxt qüvvədə olan qaydada pensiyanın yenidən hesablanaraq xx.xx.2008-ci ildən xx.xx.2010-ci ilədək və xx.xx.2010-ci ildən bu günədək yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət X6 Suraxanı rayon Şöbəsinin üzəri nə qoyulması qərara alınmışdır. Cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2713/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarını x xxxxxxx 2014-cü il tarixdə almış, həmin qərardan xx xxxxxx 2020-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən apelyasiya məhkəməsi şikayəti mümkün saymamışdır. İPM-in 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də, məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsi ilə verilir (İPM-in 85.1-ci maddəsi). İPM-in 23.1-cü maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Cavabdeh mübahisə açdığı birinci instansiya məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarından şikayət vermə müddətini buraxmışdır. Apelyasiya in stansiyası məhkəməsinin cavabdehə göndərdiyi bildirişdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarından verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası xx xxxx 2020-ci il tarixə təyin edilmişdir, məhkəmə iclasında iştirak etmələri xahiş olunur və məhkəmə iclasına gəlmədiyi halda da, iştirakları olmadan işə baxıla və qərar qəbul edilə bilər. Bildirişdə həmçinin cavabdehə izah edilmişdir ki, həmin gün şikayətin prosessual müddətin ötürülməsi ilə bağlı mümkünlük məsələsinə baxılacaqdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, lakin şikayət üzrə müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi xx xxxx 2020-ci il tarixli qərardadında İPM-in 85.1 və 24.1-ci maddəsinə istinad edərək iddiaçının 30 gün müddətində apelyasiya şikayəti vermədiyi üçün şikayəti mümkün saymamışdır. Cavabdeh apelyasiya şikayəti üzrə müddətin üzrlü səbəbdən buraxılmasına dair hər hansı sübut təqdim etmədiyindən şikayətin mümkün sayılmaması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. İşdən həmçinin görünür ki, cavabdeh hazırkı iş üzrə yeni açılmış hallara dair ərizə vermişdir. Ərizədə onun Bakı İnzibati Məhkəməsinə ünvanlandığı qeyd edilmişdir. İPM-in 101-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Daxil olmuş materiallardan görünür ki, cavabdeh 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə bağlı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə versə də, həmin ərizə işə baxan birinci instansiya məhkəməsinə deyil, apelyasiya şikayətinə əlavə edilərək apelyasiya məhkəməsinə verilmişdir. Hazırkı halda yeni açılmış hallarla bağlı ərizəyə baxılması Bakı İnzibati Məhkəməsinin səlahiyyətinə aid olduğundan apelyasiya məhkəməsi haqlı olaraq yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul etmişdir. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.8 96.9 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati ko llegiyasının 2-1(103)-932/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1692/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1692/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver