Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1692/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: ötürülməsi) (kassasiyanın mümkünsüzlüyü, müddətin üzürsüz səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “cavabdehin 03.02.2020-ci il tarixli informasiya sorğusuna natamam cavabının pozunt u kimi tanınması, informasiya sorğusunun tam, obyektiv və hərtərəfli cavablandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1054/2021 nömrəli, 03 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəyə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 03 fevral 2020-ci il tarixli informasiya sorğusuna natamam cavabının pozuntu kimi tanınması, 03 fevral 2020-ci il tarixli informasiya sorğusunun tam, obyektiv və hərtərəfli cavablandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-3939/2020 nömrəli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia rədd edilmişdir.
3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının informasiya sorğusuna cavab verilmiş, bu cavab qanunvericiliklə nəzərdə tutulmuş formada olmuşdur. Cavabdehin informasiya sorğusuna verdiyi cavabın iddiaçının istədiyi kimi “ətraflı”, iddiaçının başa düşdüyü kimi “obyektiv” olmaması “İnformasiya əldə etmək haqqında” Qanunun müddəalarına görə iddiaçının hüquqlarının pozulması anlamına gəlmir.
4. İddiaçı həmin qərarla razılaşmamış, apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1054/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: M.N.Tağızadə və A.S.Hüseynov) iş üzrə icraata xitam verilmişdir.
6. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının verdiyi informasiya sorğusuna cavab verildiyindən, buna görə də onun tələbi təmin olunduğundan artıq tərəflər arasında mübahisə mövcud deyildir.
7. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərardadını “etibarnamə” ilə “İsmayılov” adlı şəxs qəbul etmiş, həmin şəxs isə qərardadı iddia çıya gec təhvil vermiş, bununla kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürlmüşdür. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
9. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili vəsatətin təmin edilməsini və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etdi.
10. Cavabdehin vəkili vəsatətə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ:
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 135.2 Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsə n verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3 Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya t utduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə i clasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
13. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə əsassız olduğundan təmin edilməməli, iddiaçının verdiyi şikayəti üzrə kassasiya icraatı mümkü n sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
14. Belə ki, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10(on) gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
15. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2020-ci il tarixli, 2-1(103)-1054/2021 saylı qərardadı 03 iyun 2021-ci il tarixdə ərizəçiyə göndərilmiş, qərardadı 21.06.2021-ci il tarixdə R.İsmayıllı adlı şəxs qəbul etmişdir. Kassasiya şikayəti isə 02.07.2021-ci il tarixdə poçta təhvil verilmişdir.
16. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur. Ərizəçi və onun vəkili də prosessual müddətin bərpasına dair vəsatət verib ötürülmüş müddətin bərpa olunmasını xahiş etməklə bir daha kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyini etiraf edirlər.
17. İddiaçı ərizəsində qeyd edir ki, məhkəmə tərəfindən ona göndərilən qərardadın surətini R.İsmayıllı qəbul etmiş, lakin həmin şəxs qərardadı ona gec təhvil verdiyindən şikayəti vaxtında verə bilməmiş, müddəti ötürmüşdür.
18. İşdən göründüyü kimi, məhkəmə sənədi qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının ünvanına göndərilmiş və həmin ünvanda yaşayan şəxsə təqdim edilmişdir. İddiaçı qərardadın 21.06.2021-ci il tarixində R.İsmayıllı adlı şəxsə verilməsini, sonuncu tərəfindən isə ona təqdim edilməsini, eləcə də şikayətin 02.07.2021-ci il tarixdə pocta təhvil verildiyini və şikayət verilməsi müddətinin buraxılmasını mübahisə etmir. O, qərardadın su rətinin R.İsmayıllı adlı şəxs tərfindən ona gec verildiyini bildirərək buraxılmış müddətin bərpasını xahiş etsə də, qərardadın surətinin ona nə vaxt verildiyi, gec verilmənin səbəbləri barədə heç bir inanadırıcı dəlilə istnad etməmişdir. Odur ki, məhkəmə kollegiyası ərizədə qeyd edilən halı şikayət verilməsi müddətinin buraxılmasının üzürlü səbəbi kimi qəbul etmir.
19. Məhkəmə kollegiyası hesab edir ki, idddiaçı şikayət verilməsi müddətini üzürsüz səbəblərdən ötürdüyündən müddət bərpası barədə ərizənin təmin olunması üçün əsas yoxdur. Odur ki, ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
20. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2021-ci il tarixli, 21(103)-1054/2021 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.