Məhkəmə qərarları › İş №2-1(102)-1692/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1692/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1692/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ta beliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-605/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajına malik olduğuna görə 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

2. Cavabdeh **********2 nömrəli, 20 aprel 2021-ci il tarixli məktubla iddiaçıya imtina cavabı vermişdir. Məktubda bildirilir ki, Mərkəzi Filiala təqdim edilmiş 9 oktyabr 1978-ci il tarixli, İ/İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, onun “X1” MMC-də 1 mart 2005 - 2 fevral 2021-ci il tarixləri arasındakı dövr ərzində Qazan-Turbin sexində qaz kompressoru və köməkçi qazan üzrə işlədiyi maşinist baxıcısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya mə hkəməsində birinci icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququnun təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2002-ci il tarixdən “X1” MMC-də Qazan-Turbin sexində qazan avadanlığı üzrə maşinist baxıcısı vəzifəsində işləmişdir, güzəştli iş stajı 18 il, 4 ay, 25 gün təşkil edir. Belə ki, əmək fəaliyyətinin həmin hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələri n, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsiri altına düşür. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, **********2 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubu ilə güzəştli iş stajının olmaması səbəbindən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin mümkün olmadığı bildirilmişdir.

5. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7293/2021 nömrəli, 24 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim S.İ.Salahova) iddia təmin edilmiş, iddiaçının 60 yaşının tamam olduğu 16 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi müəssisənin arayışı, eyni zamanda həmin sahə üzrə vahid tarif sorğu kitabçasında olan məlumatlar onun işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən peşə olduğunu təsdiq edir. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının xx.xx.2021-ci il tarixə 15 ildən çox güzəştli iş stajı mövcuddur. Məhkəmə hesab etmişdir ki, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan şərtlər iddiaçıya münasibətdə tam ödənildiyindən iddia əsaslıdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barəd ə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 11 may 2022-ci il tarixdə cavabdeh inzibati orqana sorğu verilərək, “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiaçının pensiya kapitalı üzrə məlumatlarının məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Cavabdeh 21 may 2022-ci il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 21933,29 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 28176,74 manat olmaqla, cəmi pensiya kapitalı 50110,03 manat təşkil edir.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-605/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin iş lərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır

16. Azərbaycan Republikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”: - bölmə 24. elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı vəzifənin adı - qazanxana avadanlığı üzrə “nəzarətçi maşinisti” peşəsi.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şika yət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəməd ə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələ rə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilə r (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 22. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası) əsasən iddiaçıya 60 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün 4 (dörd) şərtin ödənilməsi tələb olunur: 60 yaşının tamam olması, azı 25 il ümumi və güzəştli pensiya hüququ verən 12 il 6 ay xüsusi stajı, habelə minimum əmək pensiyası almağa imkan verən pensiya kapitalının mövcud olması.

23. Apellyasiya instansiyası məhkəməsindən işin araşdırılmış hallarına əsasən iddiaçıya münasibətdə məhz qanunun tələb etdiyi həmin şərtlərin tam ödənildiyi sübuta yetirilmişdir.

24. Belə ki, iddiaçının iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinə (No0*******; Suraxanı RPİ xx.xx.2012) əsasən müəyyən olunur ki, o, xx.xx.1961-ci il təvəllüdlüdür və onun xx.xx.2021-ci il tarixində 60 yaşı tamam olmuşdur.

25. Eyni zamanda, apellyasiya baxışı zamanı əldə olunmuş, iddiaçının fərdi hesabından elektron çıxarışa və sosial arayışa əsasən, onun məcburi dövlət sosial sığorta haqlarından hesabının sığorta hissəsinə 48.272,96 manat pensiya kapitalı yığıldığı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına görə, pensiya məqsədləri üçün əmək pensiyasının minimum məbləği 200 məbləğində manat nəzərdə tutulurdu (2019-cu il 1 oktyabr tarixindən 2022-ci il yanvarın 1-dək olan müddətdə) “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndi ilə müəyyən olunan pensiya ödəniş müddəti (12 il) nəzərə alınmaqla iddiaçının 204 (144+60) aya bərabər olan pensiya ödənişi müddəti üçün tələb edilən pensiya kapitalı 40.800 manat təşkil edirdi. Qeyd olunanlardan göründüyü kimi, güzəştli pensiya təyin edilməsi üçün iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan 60 yaşı və fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalı (48.272,96 manat) mövcuddur.

26. Həmçinin, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının pensiya yaş həddinə çatdığı tarixə 25 ildən çox ümumi və 12 il 6 aydan çox xüsusilə zərərli və ağır iş şəraitində sığorta stajı da mövcuddur. Belə ki, onun hərbi biletinin (No4053791 Xətai H/K.) və İT-İ ******* nömrəli xx.xx.1978-ci il tarixli əmək kitabçasının surətinə əsasən, aşağıdakı kimi iş stajı müəyyən olunur: - xx.xx.1978-xx.xx.1979 Bakı Təcrüb-Eksperimental Zavodda ştamplayıcı (1 il 1ay 6 gün); - xx.xx.1878-xx.xx.1981 müddətli həqiqi hərbi xidmət (1 il 11 ay 5gün); - xx.xx.1981-xx.xx.1982 həmin zavodda ştamplay ıcı (9 ay); - 10.1982-xx.xx.1995 Bakı mebel fabrikində oboyçu (12 il 8 ay 18gün); - xx.xx.1995-xx.xx.2002 Bakı Neftqazma İdarəsi “Suraxanıneft” Qaz kompressor sexində “kompressor qurğusunun maşinisti”(7 il 2 ay 9 gün); - xx.xx.2002-xx.xx.2005 “X1” MMC-də Qazan-Turbin sexində qaz kompressor və köməkçi qazan üzrə operator ( 2 il 5 ay 21gün); - xx.xx.2005-ci il tarixindən (indiyədək) – “X1” “Qazan-turbin sexində qazan avadanlığına (köməkçi qazan) maşinist baxıcısı (60 yaşı tamam olan xx.xx.2021-ci ilədək 15 il 11 ay 15 gün);

27. Qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının 25 ildən çox ümumi stajı var. Həmin stajın da 12 il 6 aydan çoxunu xüsusilə zərərli iş şəraitində işləmişdir.

28. Kassatorun dəlili ondan ibarətdir ki, iddiaçının “X1” MMC-də xx.xx.2002xx.xx.2005-ci illərdə Qazan-Tu rbin sexində qaz kompressoru və köməkçi qazan üzrə işlədiyi operator və maşinist baxıcısı vəzifələri Siyahının “elektrik stansiyaları, enerji qatarları və güc təsərrüfatı” bölməsində nəzərdə tutulmadığından qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajı yaranmamışdır.

29. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, işə əlavə olunmuş "xxxx" ASC-nin “X1” MMC-nin 103/01-01-3 nömrəli, xx.xx.2021-ci il tarixli güzəştli arayışında işəgötürən müəssisə bildirir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən hal-hazıradək Qazan-Turbin sexində qazan avadanlığı üzrə maşinist baxıcısı vəzifəsində işləyir, güzəştli əmək stajı 18 il, 4 ay, 25 gün təşkil edir.

30. Eyni zamanda, adıçəkilən “X1” MMC-nin iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 1xx/xx-0176 nömrəli m əktubunda müəssisə tərəfindən göstərilir ki: “...vətəndaş İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etməsi üçün əmək stajı barədə 103/01-01-3 saylı xx.xx.2021-ci il tarixli arayış verilmişdir. Həmin arayışda qeyd edilir ki, Qazan-Turbin sexində qazan avadanlığı üzrə maşinist baxıcı vəzifəsində çalışan İddiaçı yuxarıda göstərilən vəzifə üzrə 18 il, 4 ay, 25 gün əmək stajına sahibdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 199 saylı qərarının 24 nömrəli bəndinə “Elektrik stansiyaları, Enerji qatarları, buxar və güc təsərrüfatı fəslinə daxildir. “X1” MMC-də xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzin də Qazan -Turbin sexində qaz kompressoru və köməkçi qazan üzrə operator və maşinist baxıcı vəzifələrində işləmişdir. Vəzifənin adı «Energetika və elektrikləşdirmə sahəsinə aid olan fəhlə peşələri və işlərin vahid tarif ixtisas sorğu kitabcası»na (hissə 9) uyğun olaraq tərtib olunub. Həmin ixtisas sorğu kitabçası SSSR-nin vaxtında qüvvədə olan - «Единый тарифноквалификационный справочник работ и профессий рабочих ( выпуск 9)» tərcüməsidir və «Машинист-обходчик по котельному оборудованию» -Qazanxana avadanlığı üzrə maşinist baxıcı kimi qeyd olunub (Əlavə-1). Qüvvədə olan qaydalara əsasən ölkəmizdə bütövlüklə enerji sistemi üzrə bütün fəhlə peşələrinin adları qeyd olunan kitabça üzrə təyin edilir. Həmin kitabça isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyas ının 20-8 nömrəli xx.xx.1998-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Həmin təsdiqi isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi xx.xx.1998-ci ildə qeydə almışdır. (Qeydiyyat nömrəsi 130). Azərbaycan Republikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) vəzifənin adı qazanxana avadanlığı üzrə nəzarətçi maşinist kimi göstərilib. Yəni, Azərbaycan dilində olan sinonim sözlərdən istifadə etməklə texniki səhvə yol verilib. Qazanxana avadanlığı üzrə maşinist baxıcı adlı peşə ilə qazanxana avadanlığı üzrə nəzarətçi maşinist adlı vəzifə ma hiyyəti üzrə eynidir və «Машинист-обходчик по котельному оборудованию» peşəsinin tərcüməsidir. Digər tərəfdən, «Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı»nda da həmin peşə maşinist baxıcı kimi qeyd olunub. Yuxarıda qeyd olunanları nəzərə alaraq «машинист-обходчик» sözün tərcüməsi texniki səhvdir...”

31. İddiaçının çalışdığı “X1”nın tədqiq olunan arayışlarından göründüyü kimi, qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlərlə, qazan avadanlığının maşinist baxıcıları - eyni əmək funksiyasını yerinə yetirsə də, Siyahıda fərqli peşə adının təsbit olunması tərcümə səhvindən yaranan anlaşılmazlıqdan irəli gəlir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasını n 20-8 nömrəli xx.xx.1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş və xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə almış “Energetika və elektrikləşdirmə sahəsinə aid olan fəhlə peşələri və işlərin vahid tarif ixtisas sorğu kitabçası”nda (hissə-9) “elektrik stansiyaları və şəbəkələrinin istismarı və enerji tələbatçılarına (istehlakçılarına) xidmət ilə məşğul olan fəhlə peşələrinin sırasında qazanxana avadanlığı üzrə nəzarətçi maşinist peşəsi də yoxdur. Həmin vahid tarif ixtisas sorğu kitabçasında sözügedən peşələr sırasında qazanxana avadanlığı üzrə maşinist-baxıcısı peşəsi mövcuddur ki, həmin tarixədək qüvvədə olan peşənin adı «mашинист-обходчик по котельному оборудованию” kimi olmuş və bu peşə üzrə işin xüsusiyyəti - qazanın yardımçı avadanlıqlarına; qaz -hava, qazmazut və drenaj sistemlərinə, odluq qurğularına, qazanın buxar-suyoluna kimyəvi reagentləri daxil edən qurğulara, qazanın qızmış səthinin üfürmə sisteminə və üfürmə üzrə qurğulara, reduksiya-soyuducu qurğulara, çən təsərrüfatına, texniki su və sıxılmış hava sisteminə xidmət etməklə, onların işinə nəzarət edilməsi, qazanın yardımçı avadanlığının fasiləsiz işinin təmin edilməsi, Qazan aqreqatının iş rejiminin idarə olunmasında iştirak etmək, xidmət edilən avadanlığın işə salınması, dayandırılması, sınanması, yoxlanılması, qazan qurğusunun istilik sxemində dəyişdirmələr aparılması, avadanlığın işində olan nasazlıqları aşkar edib onların aradan qaldırılması, qəza hallarının ləğv edilməsində iştirak etməkdən ibarətdir.

32. Qeyd olunanlar onu deməyə əsas verir ki, peşənin adı qazanxana avadanlığı üzrə maşinist baxıcısı olsa da, həmin peşəni yerinə yetirən işçinin əmək funksiyalarından biri də qazanxana avadanlığına nəzarəti həyata keçirməkdədir. Məhz, formalaşmış məhkəmə təcrübəsində də işçinin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Burada söhbət - müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunma sından gedir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlar baxımından, iddiaçının çalışdığı müəssisənin izahlı arayışları və “Energetika və elektrikləşdirmə sahəsinə aid olan fəhlə peşələri və işlərin vahid tarif ixtisas sorğu kitabçası”nda təsbit olunan mövcud peşə adı, habelə məhkəmə praktikası nəzərə alınmaqla, iddiaçının “X1”nda işləd iyi “Qazan-turbin sexində qazan avadanlığına (köməkçi qazan) maşinist baxıcısı kimi peşəsi, məhz, Azərbaycan Republikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) vəzifənin adı qazanxana avadanlığı üzrə “nəzarətçi maşinisti” peşəsini ehtiva edir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin maddənin dispozisiya şərtləri tam ödənildiyindən iddianın əsaslı olması barədə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-605/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar