Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1693/2021 12.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə çıxarışın verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın və sərhədləri təsdiq edən sənədlərin verilməsi” tələbinə dair iş üzrə Bakı Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 2-1(103)-1147/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyatyanı torpaq sahəsi ayrılması haqqında” Lenin rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 22.02.1992-ci il tarixli, 29 saylı qərarı ilə Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyatyanı torpaq fondu ayrılması nəzərə alınması, Bakı şəhər icra Hakimiyyətinin baş planına uyğun olaraq Ünvan1 yaşayan İddiaçı 600 kv.m həyatyanı torpaq sahəsi ayrılması, torpaq sahəsində baş planda nəzərdə tutulmuş sahədə müasir tipli yaşayış evinin tikintisinə icazə verilməsi qərara al ınmışdır.
2. İddiaçı 13.03.2020-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək Ünvan1 sahədə yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
3. Cavabdeh 13.05.2020-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir və imtinasını belə əsaslandırmışdır ki, torpaq sahəsinina ayrılması Maştağa qəsəbə nümayəndəliyinin səlahiyyətləri xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ünvan1 dair mülkiyyət hüququnu qeydiyyata alınması barədə çıxarışın və sərhədlərini təsdiq edən sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.09.1991-ci il tarixli, 293 nömrəli qərarına əsasən 22.02.1992-ci il tarixli 29 nömrəli Maştağa qəsəbəsi üzrə Lenin rayon İcra Hakimiyyəti (indiki Sabunçu rayon İcra Hakimiyyəti) tərəfindən, qərardan çıxarışa əsasən fərdi evin tikintisi üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən 14 “B” saylı 0,6 ha. sahə iddiaçıya ayrılmışdır. O, cavabdehə qeyd edilən torpağa dair mülkiyyətini təsdiq edən çıxarışı və torpağın xəritədə göstərən sxemin verilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh orqan iddiaçının müraciətinə 13.05.2020-ci il tarixli imtina məktubu ilə cavab verərək torpaq sahəsi ayrılması Maştağa qəsəbə nümayəndəliyinin səlahiyyətlərinin xaricində olduğunu bildirmişdir. Sabunçu rayon İcra Hakimiyyəti təsərrüfat şöbəsi tərəfindən həmin torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunmuşdur. Qeyd olunan torpağın üzərində artıq ev tikilmişdir və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən fiziki şəxslərin mülkiyyətində olan binaların və qurğuların qiymətləndirilməsinə dair 16.03.2002-ci il tarixli, 30/35b saylı hesabat sənədi tərtib edilmişdir. Bundan əlavə olaraq Azərbaycan Respublikası “Bakı Torpaq” Layihə smeta bürosunun Memarlıq və Planlaşdırma bölməsi tərəfindən evin eskiz layihəsi tərtib edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli 2-1(112)-5075/2020 saylı qərarına əsasən (hakim Miminat Hacıbəyova) iddia tələbi təmin edilmiş, Ünvan1 torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın və sərhədlərini təsdiq edə n sənədlərin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, 1992-ci ildə qüvvədə olan qanunvericiliyə əsasən Lenin rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyinin Maştağa qəsəbəsində torpaq ayrılması səlahiyyətinın olması təsdiq olunur.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli 21(103)-1147/2021 saylı qərarına əsasən (sədrlik edən Xəyalə Cəmilova, hakimlər – Mirzə Tağızadə və Azər Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli 2-1(112)-5075/2020 saylı qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya Maşt ağa qəsəbə nümayəndəliyi tərəfindən 22.02.1992-ci il tarixində müvafiq torpaq sahəsi ayrılarkən həmin orqanın nə 29.06.2004-cü ildə qəbul edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində, nə də Qanun qüvvəyə minənədək Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq olunmuş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahsı”nda sadalananlara uyğun olaraq torpaqayrıma səlahiyyəti olmamışdır.
11. Məhkəmə qərarı iddiaçıya 06.07.2021-ci il tarixində təqdim edilmişdir.
12. İddiaçı 12.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 16.06.2021-ci il tarixli 2-1(103)-1147/2021 nömrəli qərarının ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, Lenin rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin qərarı ilə torpaq sahəsi ayrılması səlahiyyətinin olması barədə məhkəmənin şübhəsi olduğu halda, öz təşəbbüsü ilə müvafiq icra hakimiyyətinə sorğu verib nümayəndəliyin həmin vaxt səlahiyyətli olub-olmamasını öyrənə bilərdi. Məhkəmə isə İnzibati Prosessual Məcəllənin 12.2-ci maddəsinin tələbini pozaraq zəruri sübu tlar toplamamışdır.
14. Lenin Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin qərarı əsasında iddiaçıya müvafiq torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş Baş Plana uyğun olaraq ayrılmışdır. Sözügedən baş planın əldə olunması üçün məhkəmə iclasında iddiaçı şifahi vəsatət versə də, həmin vəsatət məhkəmə tərəfindən təmin olunmamışdır. Halbuki, həmin baş plan işin mahiyyəti üzrə obyektiv, hərtərəfli həll olunması üçün əhəmiyyət kəsb edirdi.
15. Bundan başqa, Maştağa qəsəbə nümayəndəliyinin 22.02.1992-ci il tarixli qərarı məhkəmənin öz qərarında istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun və həmin Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin si yahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 saylı Fərmanından, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 16.06.1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”dən və Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş və hazırda qüvvədə olan “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”dən əvvəl qəbul edilmişdir. Ona görə də, iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün Lenin Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsinin ayrılması barədə çıxarışı 22.02.1992-ci il tarixində verildiyi və nəticədə iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ da həmin tarixdə yarandığı üçün həmin mü nasibətlərə o dövrdə qəbul olunmuş Qanunlar tətbiq olunmalıdır. Daha sonra qəbul olunmuş və vətəndaşın vəziyyətini ağırlaşdıran qanunvericilik tətbiq olunmamalıdır. Bu hal Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə ziddir.
16. Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 saylı Fərmanın 2.6-cı bəndində torpaq sahələrinin ayrılması barədə şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 09.11.1991-ci il tarixinədək qəbul edilmiş qərarları daşınmaz əmlak üzərində təsdiqedici sənəd kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 18.10.1991-ci il tarixli Fərmanının 6-cı bəndinə əsasən Maştağa qəsəbəsi üzrə Lenin İcra Hakimiyyətinin nümayəndəliyi yarandığı üçün həmin ərazidəki icraiyyə komitəsinin sə lahiyyətlərinə artıq xitam verilmişdi. Ona görə də nümayəndəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.09.1991-ci il tarixli, 293 nömrəli qərarı əsasında torpaq sahəsinin ayrılması barədə qərarı mövcud iş üzrə daşınmaz əmlak üzərində hüquq təsdiqedici sənəd qismində qəbul edilməlidir. Məhkəmə isə göstərilən halları nəzərə almamış, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qayd ada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsu s olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barə də mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;
21. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd
22. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasə n dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. Azərbaycan Respublikası Prezidentinin 439 saylı 13.01.2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına aşağıdakılar daxil edilmişdir: Azərbaycan Respublikası SSRİ tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəh ər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26- dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməs i barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. (1-ci bənd) Azərbaycan Respublikası SSRİ tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək olan dövrdə qanunvericil iyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə k ooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar (2-ci bənd).
24. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
25. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
27. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İşin hallarından məlum olduğu kimi tərəflərin mübahisələndirdiyi əsas məsələ Lenin rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin iddiaçıya torpaq sahəsi ayırmaq sə lahiyyətinin olub-olmamasıdır. Cavabdeh nümayəndəliyin belə səlahiyyətinin olmadığına istinad edərək torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət reyestrində qeydə almaqdan imtina etmiş, apellyasiya instansiyası məhkəməsi də cavabdeh orqanın mövqeyini əsaslı hesab etmişdir. İddiaçı isə bununla razılaşmayaraq kassasiya şikayətində Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin iddiaçıya torpaq sahəsi ayırmaq səlahiyyətinin olması ilə bağlı dəlillərini bildirmişdir.
32. Məhkəmə kollegiyası isə iddiaçının bununla bağlı dəlillərini əsassız hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından məlum olduğu kimi, Lenin rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 22.02.1992-ci il tarixli, 29 saylı qərarı ilə iddiaçıya 600 kv.m həyatyanı torpaq sahəsi ayrılması qərara a lınmışdır və iddiaçı hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını xahiş edir.
33. Hazırkı qərarın 20-21-ci bəndlərində göstərilən normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir.
34. Hazırkı iş üzrə yuxarıda göstərilən hallar nəzərə alındıqda isə məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Belə ki, icra hakimiyyəti nümayəndəliyinin qərarı nə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə mindikdən sonra, nə də həmin Qanun qüvvəyə minənədək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas hesab olunmamışdır. Belə ki, hazırkı qərarın 20 və 23-cü bəndlərində sadalanan sənədlərin siyahısında nümayəndəliyin qərarı əks olunmamışdır.
35. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat isə, artıq qeyd edildiyi kimi, həmin bəndlərdə sadalanan sənədlərə əsasən aparılır. İddiaçı isə nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yuxa rıda göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır.
36. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, öhdəliyin icrası haqqında iddialar üzrə də öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdi r.
37. Göründüyü kimi, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsasların mövcudluğu müəyyən edilmədiyindən, eyni zamanda hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya qanuni əsaslar olduğundan iddia tələbi əsassızdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir.
38. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli 2-1(103)-1147/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsi n. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli 21(103)-1147/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.