Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1693/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası; dəniz neftçiləri, elektrik montyorları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensi yasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2023-cü il tarixli, 2-1(103)-481/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh 04 avqust 2021-ci il tarixli, **********1 nömrəli imtina məktubu ilə bildirmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə müvafiq sənədlər (şəxsiyyət vəsiqəsinin surəti, ümumi iş stajını təsdiq edən sənədlərin əsilləri, iş yerindən arayış və ərizə ) tam şəkildə Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Bi rinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra? iddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsus i Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Ümumi stajı xx.xx.2006-cı ilə qədər tamamlanmışdır (xx.xx.1976-xx.xx.1979-cu illərdə orta texniki peşə məktəbində təhsil (2 il 10 ay 20 gün), xx.xx.1979-xx.xx.1979-cu illərdə elektrik montyoru (3 ay 12 gün), xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmət (2 il 4 gün), xx.xx.1982-xx.xx.1982-ci illərdə elektrik montyoru (4 ay 2 gün), xx.xx.1982-xx.xx.1982-ci illərdə elektrik montyoru (4 ay 12 gün), xx.xx.1982-xx.xx.1983-cü illərdə elektrik montyoru (3 ay 12 gün), xx.xx.1983-xx.xx.1984-cü illərdə “SOCAR”ın “Xəzərdənizneftqaztikinti” (indiki “Neftqaztikinti”) trestində elektrik m ontyoru (1 il 3 ay 3 gün), xx.xx.1984-xx.xx.1985ci illərdə elektrik montyoru (9 ay 16 gün), xx.xx.1985-xx.xx.1998-ci illərdə “SOCAR”ın “Xəzərdənizneftqaztikinti” (indiki “Neftqaztikinti”) trestində elektrik montyoru (12 il 11 ay 5 gün, 1100000a-19861), xx.xx.1998-xx.xx.1998-ci illərdə “SOCAR”ın “Xəzərdənizneftqaztikinti” (indiki “Neftqaztikinti”) trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində elektrik montyoru (7 ay 12 gün), xx.xx.1999-xx.xx.2014-cü illərdə “SOCAR”ın “Xəzərdənizneftqaztikinti” (indiki “Neftqaztikinti”) trestində elektrik montyoru (xx.xx.2006-cı ilədək 6 il 11 ay). Hal-hazırda da işləyir. Pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etsə də müraciətinə cavab verilməmişdir. İşlədiyi peşə və əsasən də dəniz şəraitində işləməsi ona 1 №-li siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Cavabdehin etirazları:
5. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən, güzəştli iş stajı 10 ildən az təşkil edir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında xx.xx.1985-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftqaztikinti Tresti”nin 4 saylı Tikinti Quraşdırma idarəsində elektrik montyoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulmamışdır. Belə ki. həmin müəssisənin fəaliyyət istiqa məti Qərarın 1 №-li Siyahısında nəzərdə tutulmuş “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft qaz, qaz kondensatı, kömür və sistin emalı”na deyil, tikintiyə aiddir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yasa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yas həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 5 iyul 2022-ci il tarixli, 2-1(112)-2119/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.x x.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.1985-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək işlədiyi “elektrik montyoru” peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə “1100000a-19861” kod ilə nəzərdə tutulan “bilavasitə buruql arda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” peşəsi ilə uyğunluq təşkil etdiyindən həmin dövrlər iddiaçının güzəştli iş stajına daxil edilməli və buna uyğun olaraq iddiaçının xx.xx.2006-cı ilədək qanunvericiliklə tələb olunan ümumi və güzəştli iş stajı tamamlandığından iddiaçı öz tələbində haqlı olmuşdur.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2023-cü il tarixli, 2-1(103)-481/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.
10. Apellyasiya instans iya məhkəməsi hesab etmişdir ki, işin apellyasiya icraatı zamanı iddiaçının “Xəzərdənizneftqaztikinti” trestinin İnşaatın Mexanizasiyası İdarəsində (indiki adı Neftqaztikinti Tresti) işlədiyi peşənin (elektrik montyoru) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 N°-li Siyahı”da nəzərdə tutulmadığı, eyni zamanda, xx.xx.1985-2014-cü illər ərzində elektrik montyoru kimi həmin trestdə işlədiyi dövrlərdə dənizdə deyil, yalnız quruda işləməsi müəyyən edilmişdir. İddiaçının elektrik monty oru kimi işlədiyi xx.xx.1985-xx.xx.1998-ci illər iddiaçının xüsusi iş stajına deyil, yalnız ümumi iş stajına aid edilə bildiyindən və iddiaçının xüsusi iş stajı qanunvericilikdə nəzərdə tutulmuş həddə tamamlanmadığından (ümumiyyətlə iş materiallarından iddiaçının xüsusi iş stajının mövcud olması görünmür) iddia təmin edilməməlidir.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını işin halları və iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, kassasiya şikayətində qeyd edilir ki, iş materiallarında y etərli qədər mötəbər sübutların olmasına baxmayaraq, apellyasiya məhkəməsi adi bir sorğu əsasında 4 saylı TND-nın aktına görə qərarı ləğv etmiş iddia tələbini rədd etmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2023-cü il tarixli, 2-1(103)-481/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həm çinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 15. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:....... a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—47 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarlarsa.......
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çər çivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
20. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda 1100000a19861 k odla göstərilən “bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” və eyni kodla göstərilən “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” peşəsi “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” yarımbölməsində və yalnız dənizdə “Neftin qazılması və hasilatı” sahəsində çalışanlar üçün nəzərdə tutulmuşdur.
21. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunmuş halları ilə müəyyən olunur ki, iddiaçı “Xəzərdənizneftqaztikinti” trestinin tabeliyində olan idarədə işləmiş, 1983-2014-cü illərdə əmək fəaliyyətini yalnız quruda icra etmişdir.
22. Beləliklə, iddiaçı öz tələbinin – “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nin əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”da nəzərdə tutulmuş “bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” (1100000a-19861) və “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” (1100000a-19861) müddəalarına əsaslana bilməz.
23. Eyni ilə, iddiaçının əmək fəaliyyəti və iş yeri 1 №-li Siyahıda nəzərdə tutulmuş digər istehsalat sahələrinə aid olmadığından o, “1 nö mrəli Siyahıda sadalanan istehsalatlarda məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” (11000000—19861) müddəasına da əsaslana bilməz.
24. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2023-cü il tarixli, 2-1(103)-481/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.