Məhkəmə qərarları › İş №2-1(102)-1694/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1694/2019

11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1694/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Göyçay Rayon Ləkçıplaq Bələdiyyəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: bələdiyyə qərarının ləğvi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı vəkili X8, üçüncü şəxs X16, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Göyçay Rayon Ləkçıplaq Bələdiyyəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs X16, bundan sonra üçüncü şəxs) “cavabdehin 22.06.2017-ci il tarixli 7 nömrəli və 25.11.2017-ci il tarix li 12 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(107)-158/2019 saylı, 14 fevral 2019-cu il tarixli qərarından üçüncü şəxsin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçıxxx-ci il tarixdə X5 ilə rəsmi nikaha daxil olmuş və ona “X1” soyadı verilmişdir. Göyçay Rayon Aqrar İslahat Komissiyasının 21.07.1998-ci il tarixli qərarı ilə İddiaçı, X5, X2, X6, X11 və X4 birgə mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2,36 ha torpaq sahəsi verilərək adlarına 14.09.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmış, həmin X26 rayon X15 aktı qeydiyyat ki tabında 82 nömrə ilə qeydiyyata alınmışdır. Göyçay Rayon Məhkəməsinin 10.08.2016-cı il tarixli 2(046)-977/2016 nömrəli qətnaməsi ilə müəyyən edilir ki, cavabdeh iddiaçının mərhum əri olan cavabdeh X3 qarşı zəbt edilmiş 0,12 ha torpaq sahəsinin boşaldılması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə araşdırması zamanı 0,12 ha torpaq sahəsinin X1 faktiki istifadəsində olması, həmin torpaq sahəsinin bir hissəsinin mülkiyyətə verilmiş pay torpağına, qalan hissəsinin isə su arxının mühafizə zolağına düşməsi müəyyən edilmiş və mübahisələndirilən 0,12 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması əsas gətirilərək iddia rədd edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçının əri X5 10.03.2017-ci il tarixdə vəfat etmişdir. Cavabdehin 22.06.2017-ci il tarixli 07 nömrəli qərarı ilə c avabdeh orqanın kənd yaşayış məntəqəsi altında istifadə olunmaqla alqı-satqı predmeti olan 0,10 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılması ilə bağlı açıq müsahibənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmış, torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına Göyçay RİH başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi etiraz etməyərək 05.07.2017-ci il tarixli 57 nömrəli rəy, Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı ərazi şöbəsi həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaqla yaşayış məntəqəsi təyinatlı alqı-satqı predmeti olması barədə 15.09.2017-ci il tarixli 436 nömrəli rəy vermişlər. Bundan sonra torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən 25.07.2017-ci il tarixli müayinə ( baxış) aktı hazırlanaraq LTİ-nin rəisi, mühəndisi, bələdiyyənin, ƏMDK-nin ərazi şöbəsinin, DƏDRXnin ərazi idarəsinin nümayəndələri tərəfindən imzalarla və bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Cavabdehin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları 10.10.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. Cavabdehin 25.11.2017-ci il tarixli 12 nömrəli qərarı ilə sözügedən 0,10 ha torpaq sahəsinin həyətyanı məqsədilə fərdi yaşayış evinin tikintisi üçün üçüncü şəxsə satılması qərara alınmış, tərəflər arasında 14.12.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və üçüncü şəxsin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları 18.01.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış verilmiş, torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş 12.11.2018-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı, X5, X2, X6, X11 və X4 adlarına hazırlanmış 14.09.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 2,36 ha torpaq sahəsinin koordinatları ilə cavabdehin adına hazırlanmış 10.10.2017-ci il tarixli və üçüncü şəxsin adına hazırlanmış 18.01.2018-ci il tarixli çıxarışlarda qeyd olunan 0,10 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. İddiaçı 0,10 ha torpaq sahəsinin faktiki istifadəsində olmaqla bir hissəsinin mülkiyyətə verilmiş pay torpağına, bir hissəsinin isə su arxının mühafizə zonasına düşməsini əsas gətirər ək hazırkı iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Cavabdeh 29.09.2018-ci il tarixli məktubla iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, Göyçay rayonu Ləkçıplaq kənd sakini üçüncü şəxs mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılması ilə bağlı bələdiyyəyə müraciət etmiş, müraciət əsasında cavabdehin 22.06.2017-ci il tarixli 7 saylı qərarı ilə bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmış və müvafiq rəylərin alınması üçün Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə və Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsinə müraciət edilmiş, torpaq sahəsinin satılmasına razılıq bildirilməsi ilə bağlı Memarlıq və Tikinti şöbəsi tərəfindən 05.07.2017-ci il tarixli rəy verilmiş və eyni zamanda 25.07.2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti xxxx 16 saylı layihə tədqiqat idarəsi tərəfindən torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış aktı) aktı tərtib edilmiş, ƏMDK-nın 10 saylı ərazi şöbəsi tərəfindən torpaq sahəsinin satılmasına dair müsbət rəy verilmişdir. Bundan başqa həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmasına dair ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsi tərəfindən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənəd i verilmişdir. Daha sonra, toplanmış sənədlərə baxılması bələdiyyə iclasında gündəliyə çıxarılaraq müzakirə edilmiş və həmin torpaq sahəsi bələdiyyənin 25.11.2017-ci il tarixli iclas protokolunun qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Göyçay rayonu Ləkçıplaq kənd sakini kənd ərazisində daimi yaşayan və eyni zamanda 5 ildən artıq qeydiyyatda olan, son beş il ərzində bələdiyyədən həmin məqsədlə torpaq sahəsi əldə etməyən üçüncü şəxsə satılmış və bələdiyyə ilə üçüncü şəxs arasında 14.12.2017-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Beləliklə, torpaq sahəsi ayrılarkən bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmuş, müvafiq səlahiyyətli orqanlardan rəylər alınmış, bələdiyyənin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq o na həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Yalnız bundan sonra sənədlər bələdiyyə iclasında müzakirə edilərək torpaq sahəsinin üçüncü şəxsə satılması barədə qərar qəbul edilmişdir Üçüncü şəxs məhkəməyə 10.10.2018-ci il tarixli yazılı izahat təqdim edərək qeyd etmişdir ki, cavabdehin 25.11.2017-ci il tarixli qərarı ilə ona 0,10 ha torpaq sahəsi satılmışdır. Bələdiyyə ilə aralarında notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmış, bundan sonra həmin torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı həmin torpaq sahəsini zəbt edərək qanunsuz istifadə etdiyini özü də təsdiqləmişdir. Bundan başqa, iddiaçıya Dövlət Aktın a əsasən verilmiş torpaq kənd təsərrüfatı təyinatlı, ona ayrılmış torpaq isə yaşayış məntəqəsi torpağıdır. Göründüyü kimi torpaqların təyinatı başqadır və ayrı-ayrı ərazilərdə yerləşir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-1(84)-1574/2018 saylı iş) 7 dekabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin 22.06.2017-ci il tarixli 07 nömrəli və 25.11.2017-ci il tarixli 12 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin 2017-ci il tarixədək bələdiyyəyə aid olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Bu isə onu deməyə əsas verir ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olmamış, məhkəmə araşdırmaları zamanı müəyyən olunduğu kimi su ar xının mühafizə zolağında yerləşməklə ümumi istifadədə olan və arxa xidmət edən torpaq sahəsidir. Su arxının mühafizə zolağı kimi su arxına xidmət edən torpaq sahəsinin isə satılması qadağan olmaqla yanaşı, bələdiyyə mülkiyyətində olmadığından bələdiyyə tərəfindən həmin torpaq sahəsi ilə bağlı sərəncam verilə bilməz. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 7 dekabr 2018-ci il tarixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X12-məruzəçi, X13 və X7,2-1(107)-1581/2019 saylı iş) 14 fevral 2019-cu il tarixli qərarla cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Üçüncü şəxs 26 fevral 2019-cu il tarixdə qərarın surətini almış, 19 mart 2019-cu il tarixdə kassasiya ş ikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Torpaq islahatı haqqında” Qanunun 1, 11, 20, 21-ci, “Bələdiyyələrin statusu haqqında” Qanunun 48, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddələrinin hazırkı mübahisə ilə bağlılığı olmadığı üçün, həmin normalar məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Mübahisəli 0,10 ha torpaq sahəsinin satılması barədə bələdiyyə qərarlarının iddiaçının hüquqlarına toxunduğu və onun qanunla qorunan mənafelərini pozduğu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmiş və belə bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçının həmin torpaq sahəsinə dair iddia qaldırmaqla bağlı subyektiv hüququ mövcud deyildir. Bu səbəbdən iddia mümkün sayı lmamalı idi. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 178.1, Torpaq Məcəlləsinin 67.4-cü maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Üçüncü şəxsin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İşin hallarından görünür ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2,36 ha torpaq sahəsi vardır. İddiaçı ailə üzvləri ilə birlikdə əlavə olaraq 0,12 ha torpaq sahəsindən istifadə edir. Göyçay Rayon Məhkəmə sinin qanuni qüvvədə olan 10.08.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilir ki, 0,12 ha torpaq sahəsi iddiaçının ailə üzvlərinin faktiki istifadəsindədir, mütəxəssis rəyinə əsasən, həmin torpaq sahəsinin bir hissəsi mülkiyyətə verilmiş pay torpağına, qalan hissəsi isə su arxının mühafizə zolağına düşür və bələdiyyə mülkiyyətində deyildir. Odur ki, iddiaçının mərhum ərinin həmin torpaq sahəsindən çıxarılması barədə bələdiyyənin iddiası məhkəmə qətnaməsi ilə təmin olunmamışdır. Eyni zamanda mübahisə olunan torpaq sahəsi bələdiyyə tərəfindən hazırkı işdə olan üçüncü şəxsə satılmışdır. İddiaçı bələdiyyə qərarını mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı və ailə üzvlərinə məxsus Dövlət Aktında qeyd olunan 2,36 ha torpaq sahəsinin koordinatları ilə üçüncü şəxsin adına hazırlanmış çıxarışda qeyd olunan 0,10 ha torpaq sahəsinin koordinatları üst-üstə düşüb-düşməməsi ilə bağlı qeyd edir ki, bələdiyyə qərarı ilə üçüncü şəxsə satılmış torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan və Göyçay Rayon Məhkəməsində mübahisələndirilən 0,12 ha torpaq sahəsinin bir hissəsidir. Bununla yanaşı mülki iş üzrə iddiaçı qismində Ləkçıplaq Bələdiyyəsi olmuşdur. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması, torpağın bir hissəsinin mülkiyyətdə olan pay torpağı, bir hissəsinin isə su arxının mühafizə zolağına düşməsi Göyçay Rayon Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə artıq müəyyən edilmişdir ki, bu da İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi var isləri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gələrkən nəzərə almamışdır ki, üçüncü şəxs A.Məmmədov Göyçay rayon Məhkəməsində baxılmış 10 avqust 2016-cı il tarixli 2(046)-977/2016 saylı iş üzrə məhkəmə icraatının tərəfi olmamışdır. İPM-in 78-ci maddəsində qeyd edilir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Göyçay rayon Məhkəməsində baxılmış 10 avqust 2016-cı il tarixli 2(046)-977/2016 saylı işdə üçüncü şəxs A.Məmmədov həmin işin iştirakçısı olmadığı halda, həmin qərar A.Məmmədov üçün məcburi xarakter daşıya bilməzdi. O da vurğulanmalıdır ki, oxşar münasibətləri tənzimləyən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü madd əsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi qərarında vurğulamışdır ki, MPM-in 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin MPM-in 233.3-cü maddəsinin tətbiqi baxımınd an göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Məhkəmə kollegiyası eynilə İPM-in 78-ci maddəsinin mənası baxımından qeyd edir ki, hazırkı işdə üçüncü şəxs A.Məmmədov Göyçay rayon Məhkə məsində baxılmış 10 avqust 2016-cı il tarixli 2(046)-977/2016 saylı işin iştirakçısı olmadığından preyudisiallıq prinsipi ona aid edilə bilməz. A.Məmmədova məhkəmə qərarının preyudisiallığı aid edilməsi istisna olunur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinin bələdiyyəyə məxsus olması barədə Göyçay rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 5 iyul 2017-ci il tarixli məktubuna (səh.34), Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı Ərazi İdarəsinin rəyinə (səh. 35), iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 2,36 ha torpaq sahəsinin koordinatları ilə bələdiyyənin mülkiyyətində, sonra isə A.Məmmədovun adına işlənmiş sənədlərdə olan 0,10 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kom itəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC-nin Ağsu LayihəTədqiqat İdarəsinin mütəxəssislərinin tərtib etdiyi rəyə (səh.81), ərazidə qeyd olunan həyətyanı torpaq sahəsi kəndaltı torpaq sahəsi olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması barədə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 22 noyabr 2012-ci il, 1 iyul 2013-cü il 2 oktyabr 2014-cü il 10 mart 2015-ci il tarixli məktublarına (səh. 157-167) münasibət bildirməmişdir. O da vurğulanmalıdır ki, işdə olan Göyçay rayon İcra Hakimiyyəti başçısının müavinləri tərəfindən imzalanmış 29 dekabr 2013-cü il və 17 dekabr 2014-cü il tarixli məktublarda ərazidə pay torpağından başqa əlavə bələdiyyə torpağının olmadığı bildirilmiş, məhkəmə tərəfindən bu məktublarla bağlı da hüquqi qiymətləndirmə aparılmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir... Həmin Qanunun 6.5-ci maddəsində isə qeyd edilir ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən,...Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəh ərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Əsasnamənin 4-cü bəndinə əsasən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. “Torpaq bazarı haqqında” Qanunun 8-ci maddəsinin birinci bəndinə görə, Azərbaycan Respublik asında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsi ilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Oxşar norma “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci bəndində də nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisə açdığı torpaq s ahəsinin üçüncü şəxsə ayrılmasına dair işdə olan sənədlərə sadalanan qanunvericilik aktlarına uyğun hüquqi qiymət verməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiy ası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri qismən əsaslı olduğundan, təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Üçüncü şəxs kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın mümkün sayılmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilən hallar araşdırılmadan iddianın mümkün sayılmamasına dair nəticəyə gəlməsi istisna olunduğuna görə şikayətin bu dəlili əsaslı sayıla bilməz. nəticə vi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-158/2019 saylı, 14 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar