Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1694/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və reyestrdən çıxarışın qismən ləğv edilməsi; iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1985, FİN:OTWXZYT) cavabde h Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X13) qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və reyestrdən çıxarışın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1510/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bağın icarəyə verilməsi haqqında 26486 nömrəli, 20 aprel 1989-cu il tarixli müqavilə ilə Buzovna qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində 48.9 kv.m fərdi yaşayış evi olan 330a bağ sahəsi X3 ayrılmışdır.
2. Bağın icarəyə verilməsi haqqında 26486 nömrəli, 04 fevral 2003-cü il tarixli müqavilə ilə Buzovna qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində 14 kv.m fərdi yaşayış evi olan 330a bağ sahəsi X3 ayrılmışdır.
3. Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM seriyalı 000152 nömrəli 03 may 2003-cü il tarixli qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a saylı bağ sahəsi üzərində X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 4. 17 iyun 2005-ci il tarixli torpaq sahəsinin bağışlanması müqaviləsi ilə X5 Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a saylı 0.16 ha bağ sahəsini nəvəsi X8 bağışlamışdır. 5. 08 sentyabr 2005-ci il tarixli torpaq sahəsinin bağışlanması mü qaviləsi ilə X13 Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a saylı bağ sahəsinin ölçüsü 0,08 hektar olan hissəsini X10 bağışlamışdır. 6. 12 oktyabr 2006-cı il tarixli bağ evinin bağışlanması müqaviləsi ilə X6 Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a saylı bağ sahəsində yerləşən 6 otaqlı 88.1 kv.m yaşayış sahəsi, 90.9 kv.m ibarət köməkçi sahəsindən ibarət olan bağ evini nəvəsi X8 bağışlamışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 09 noyabr 2006-cı il tarixli ********* saylı qeydiyyat nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Buzovna qəsəbəsində 0.05126 ha istifadədə olan 1 mərtəbəli, 6 otaqlı, 88.1 kv.m yaşayış, -kv.m qeyr i-yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı bağ evi tam mülkiyyət hüququ üzrə X7 adına qeydiyyatdan keçmişdir.
8. Torpağın mülkiyyətə verilməsinə dair JN - 22505D saylı şəhadətnaməyə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a saylı bağ sahəsinin 0.16 ha hissəsi X7 mülkiyyətinə verilmişdir.
9. Torpağın mülkiyyətə verilməsinə dair JN - 24836D saylı şəhadətnaməyə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a saylı bağ sahəsinin 0.08 ha hissəsi X7 mülkiyyətinə verilmişdir.
10. Torpağın mülkiyyətə verilməsinə dair JN - 24835D saylı şəhadətnaməyə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a saylı bağ sahəsinin 0.08 ha hissəsi X9 mülkiyyətinə verilmişdir.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında D aşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 12 avqust 2020-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, 0.08 ha torpaq sahəsi olan 330a saylı bağ sahəsi üzərində X9 mülkiyyət hüququ 12 avqust 2020-ci il tarixdə qeydiyyata alınmışdır.
12. X16 29 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. 13. 18 avqust 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, 29 dekabr 2019 tarixdə ölmüş X9 vərəsələri İddiaçı, X27, X25r. Onlar miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən 12 avqust 2020-ci il tarixdə X10 verilmiş **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən ibarətdir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən 24 avqust 2020-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, 0.08 ha torpaq sahəsi olan 330a saylı bağ sahəsinin 1/3 hissəsi üzərində İddiaçı, 1/3 hissəsi üzərində X18, 1/3 hissəsi üzərində isə X22 mülkiyyət hüququ mülkiyyət hüququ qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraa t
15. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Buzovna qəsəbəsi, 1 mərtəbəli, 6 otaqlı, 88.1 kv.m yaşayış, -kv.m qeyri-yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı bağ evinin X7 mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və dövlət reyestrindən mülkiyyət hüququna dair 09 noyabr 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********84-11301 reyestr nömrəli çıxarışın qismən, yəni 330a saylı bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddia onunla əsaslandırılmışdır ki, X4 Rayon Məhkəməsində İddiaçı qarşı iddia qaldıraraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qə səbəsində 0.05126 ha torpaq sahəsində yerləşən iddiaçıya məxsus 330a nömrəli bağ evinin 1 mərtəbəli, 3 otaqlı, 41.7 kv.m yaşayış, 36.8 kv.m köməkçi sahədən, 28.4 kv.m meydançadan ibarət olan “B” tikilisindən istifadənin cavabdeh İddiaçı qadağan edilməsi, “B” tikilisindən istifadə ilə bağlı cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, “B” tikilisinə giriş üçün cavabdeh tərəfindən iddiaçıya yol verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin əsli ondan ibarətdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi olan 330a saylı bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair keçmiş X14 və İstismarı Birliyi ilə X6 arasında 04 fevral 2003-cü il tarixli, 26486 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında 330a saylı bağ evi 03 may 2003-cü il tarixdə X2 adına ilkin qeydiyyata alınmışdır. Sözügedən bağ evinə dair verilmiş qeydiyyat vəsiqəsi onun adına 09 noyabr 2006-cı il tarixdə çıxarışla əvəz edilmişdir. Daha sonra ünvan 2 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi 08 sentyabr 2005-ci il tarixində və həmin ünvanda yerləşən bağ evi 12 oktyabr 2006-cı il tarixdə bağışlanma müqaviləsi əsasında X7 adına rəsmiləşdirilmişdir. 08 sentyabr 2005-ci il tarixdə isə torpaq sahəsinin bağışlanması haqqında müqaviləyə əsasən S.Vəliyeva 0.16 ha torpaq sahəsinin 0.08 hektarını qardaşı, yəni iddiaçının mərhum həyat yoldaşı X10 bağışlamışdır. 29 dekabr 2019-cu il tarixdə X9 vəfatından sonra Bakı şəhəri 6 saylı Notariat ofisində açılmış vərəsəlik işinə əsasən İddiaçı, X27 və X30 miras qoyanın vərəsələri olaraq tanınmış və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 330a yerləşən 0.08 ha torpaq sahəsində payları müəyyən edilərək, dövlət reyestrində qeydiyyata alınmışlar. Göründüyü kimi hal-hazırda X1 Aysel Vaqif qızının mülkiyyətində olan 0.08 ha torpaq sahəsi üzərində yerləşən B tikilisinin əsassız şəkildə özünə məxsus olduğunu qeyd edərək tikilidən istifadənin İddiaçı Tahir qızına qadağan olunmalı olduğu qənaətindədir.
17. Cavabdeh tərəfindən təqdim olunmuş iddia ərizəsinə dair etirazda qeyd olunmuşdur ki, İddiaçı mübahisəli əmlakla bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 330a saylı bağ sahəsinə dair X13 adına verilmiş mülkiyyət hüququna dair 09 noyabr 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********84-11301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddia tələbi ilə bağlı iddiaçının cavabdeh orqana rəsmi müraciəti daxil olmamışdır.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10157/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim M.C.Qarayeva) X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. 19. “X31 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 12 nömrəli 21 yanvar 2022-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, ******* saylı çıxarışla X7 adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ evinin yerləşdiyi torpaq sahəsi ilə 608325 saylı çıxarışla İddiaçı adına qeydə alınmış Ba kı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ (sənəd üzrə sahəsi 0,08 ha, faktiki sahə 706 kv.metr) sahələri həmsərhəd olmaqla bitişik yerləşir, “B” tikilisi yaşayış evidir, həmin tikili iddiaçının adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir.
20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2328/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qərarı ilə (hakim M.C.Qarayeva) iddianın təmin edilməsi, Bakı şəhəri, Buzovna qəsəbəsi, 1 mərtəbəli, 6 otaqlı, 88.1 kv.m yaşayış, -kv.m qeyri-yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı bağ evinin X7 mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və dövlət reyestrindən mülkiyyət hüququna dair 09 noyabr 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********84-11301 reyestr nömrəli çıxa rış qismən, yəni 330a saylı bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləğv edilməsi qərara alınmışdır.
21. Birinci instansiya məhkəməsi mütəxəssis rəyini mötəbər sübut növü kimi qəbul edərək qeyd etmişdir ki, mübahisə edilən tikiliyə iddiaçının əmlak hüququnun mövcudluğu təsdiq edilir. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malikdir. Bəhs olunanlara əsasən iddiaçının mübahisə açdığı mülkiyyət hüququna dair aparılmış qeydiyyatın onun hüquq və mənafeyinə toxunması sübuta yetirildiyindən iddia təmin edilməlidir.
22. Üçüncü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul ed ilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1510/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2328/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın müvafiq bağışlanma müqaviləsi əsasında verildiyi müəyyən olunur ki, bu da onu deməyə əsas verir ki, mübahisələndirilən akt “inzibati akt” deyil, “mülki hüquqi akt”dır və belə aktın mübahisələ ndirilməsi inzibati məhkəmə icraatının predmeti ola bilmədiyindən onun mübahisələndirilməsi üçün inzibati orqana ilkin müraciət etmə də tələb olunmur. İddiaçının dəlillərinə münasibətdə isə qeyd edilmişdir ki, həmin dəlillər iddiaçının iddia tələblərinə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün əsas vermir.
25. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
26. İddia tələbi Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a saylı bağ sahəsinin B tikilisinə dair X7 adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və dövlət reyestrindən verilmiş çıxarışın qismən l əğv olunmasından ibarətdir. Bu zaman aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
27. Mübahisə predmeti inzibati orqan tərəfindən qəbul olunmuş aktın dəyişdirilməsi ilə bağlı iddia olduğundan düzgün olaraq inzibati məhkəməyə müraciət olunmuşdur.
28. İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinin şərhinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 29. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər, edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu halda inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsası olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkə mə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquqmüəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Üçüncü şəxs tərəfindən təqdim olunmuş kassasiya şikayətinə qarşı etirazda qeyd edilmişdir ki, kassasiya şikayətinin dəlillərində mübahisə predmetinin inzibati orqan tərəfindən qəbul olunmuş aktın mübahisələndirilməsi (ləğv olunması və ya dəyişdirilməsi) ilə bağlı iddia olması və düzgün olaraq inzibati məhkəməyə müraciət olunması, qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün işə inzi bati məhkəmədə baxılmalı olması qeyd olunmuşdur.
31. Hazırkı iddia İnzibati Prosessual Məcəllənin iddianın mümkünlüyü şərtləri ilə bağlı tələblərinə cavab vermir. Eyni zamanda hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
32. Hazırkı mübahisə üzrə inzibati orqan tərəfindən kassasiya şikayətinin dəlillərində qeyd edilən hər hansı inzibati akt qəbul edilməmişdir. 33. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəz ərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
34. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.
35. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
36. İş materiallarından müəyyən edilir ki, reyestrdəki qeydiyyat hər hansı inzibati akt əsasında aparılmamışdır. Qeydiyyat 12 oktyabr 2006-cı il tarixli notarial qaydada təsdiq edilmiş “bağ evinin bağışlanması” müqaviləsinə əsasən aparılmışdır. Bunun da əsasında çıxarış verilmişdir.
37. Mövcud vəziyyətdə cavabdeh kimi göstərilən inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq olmamış, təqdim olunan bağışlama müqaviləsi əsasında bağ evi üçüncü şəxs X7 adına dövlət reyestrində qeydiyyat aparılmış və mülkiyyət hüquqlarını təsdiq edən çıxarış verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüquqları və qanunla qorunan mə nafeləri pozulmamışdır.
38. Eyni zamanda iddia tələbində və kassasiya şikayətinin dəlillərində inzibati orqan tərəfindən qeydiyyatın özünün düzgün aparılmadığının nədə ifadə olunması əsaslandırılmamışdır. Qeydiyyat zamanı inzibati orqan tərəfindən vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilmədiyi iş materialları ilə sübuta yetirilmir. TƏTBİQ EDİLƏN HÜQUQ
39. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
58. Sübutların araşdırı lması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər.... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.
1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı 41. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
43. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfə rov Azərbaycana qarşı” işi üzrə qərarı).
46. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını n əzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret hald a hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7).
48. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Buzovn a qəsəbəsi, 330a saylı bağ sahəsində yerləşən 6 otaqlı 88.1 kv.m yaşayış sahəsi, 90.9 kv.m ibarət köməkçi sahəsindən ibarət olan bağ evinin X5 tərəfindən nəvəsi X11 verilməsi ilə bağlı 12 oktyabr 2006-cı tarixli bağışlanma müqaviləsinə əsasən sözügedən bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və reyestrdən çıxarışın qismən ləğv edilməsindən ibarətdir.
49. Məlum olduğu kimi, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalı dır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
50. Belə ki, hazırkı iş üzrə Səadət Vəliyevanın adına RX seriyalı ******* saylı 09 noyabr 2006-cı il tarixli çıxarışın verilməsinə əsas məhz 12 oktyabr 2006-cı il tarixli bağışlanma müqaviləsi olmuşdur.
51. Beləliklə, iddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın müvafiq bağışlanma müqaviləsi əsasında verildiyi müəyyən olunur ki, bu da onu deməyə əsas verir ki, mübahisələndirilən akt inzibati akt deyil, mülkihüquqi aktdır və belə aktın mübahisələndirilməsi inzibati məhkəmə icraatının predmeti ola bilməz.
52. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvv ədə saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1510/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.