Məhkəmə qərarları › İş №2-1(102)-1694/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1694/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1694/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın torpaq sahəsinin üst-üstə düşdüyü hissədə ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu, Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs: Nəbizadə İlkin Nəbi oğlu) “xx.xx.2013-cü il tarixli, 53 nömrəli sərəncamın 300 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2024-cü il tarixli, 2-1(107)-73/202 4 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 125 nömrəli sərəncamına əsasən, X6 uzun müddətli istifadə üçün Göyçay rayonu ərazisindəki dövlət torpaq fondundan icarəyə qış otlaq sahəsinin ayrılması barədə Qəbələ RİH başçısının xx.xx.1999-cu il tarixli sərəncamında qismən dəyişiklik edilməsi, Mirbala Xanalıyevə verilmiş qış otlaq sahəsindən X2 və onunla birlikdə 4 çoban ailəsi - X4, X3 və İddiaçı oğluna uzun müddətli istifadə üçün 327 hektar qış otlaq sahəsinin ayrılması qərara alınmışdır.

2. Qoyunçuluğun inkişafı üçün xx.xx.2001-ci il tarixdə 314 ha torpaq sahəsi X1 icarəsinə verilmişdir.

3. Həmin sərənc am əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən X1 adına 314,4 hektar örüş sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2001-ci il tarixli, JN1057 kod 40800001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" verilmişdir.

4. Bundan sonra İddiaçı Göyçay RİH-ə ərizə ilə müraciət edərək, qeyd olunan 314 ha torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir.

5. Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli, 76 nömrəli sərəncamına əsasən, Göyçay rayonun inzibati ərazisində "Törə dağ" adlanan dövlət torpaq fondunun 300 hektarının İddiaçı icarəyə verilməsi qərara alınmış, Göyçay RİH ilə İddiaçı arasında 300 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2011-ci il tarixli icarə müq aviləsi bağlanılmışdır.

6. Bundan sonra Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli, 53 nömrəli sərəncamı ilə rayonun inzibati ərazisində mövcud olan dövlət torpaq fondundan 1000 hektar torpaq sahəsi Nəbizadə İlkin Nəbi oğluna icarəyə verilmiş və tərəflər arasında torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2013-cü il tarixli icarə müqaviləsi bağlanılmışdır.

7. Həmin torpaq sahəsi üzərində Nəbizadə İlkin Nəbi oğlunun icarə hüququ xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

8. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Göyçay RİH-in xx.xx.2013-cü il tarixli, 53 nömrəli sərəncamının 300 ha torpaq sahəsinə aid hissədə ləğv olunmasını xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Göyçay RİH başçısının xx.xx.2013- cü il tarixli, 53 nömrəli sərəncamı ilə Nəbizadə İlkin Nəbi oğluna icarəyə verilmiş 1000 ha torpaq sahəsinin 300 ha hissəsi Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli, 76 nömrəli sərəncamı ilə ona icarəyə verilmiş 300 ha torpaq sahəsi ilə üst-üstə düşür.

10. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (84)-730/2019 nömrəli, 17 dekabr 2019-cu il tarixli qərarı ilə (hakim V.Qasımov) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı icarəyə torpaq sahəsinin verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan vermir. Bu səbəbdən də həmin torpaq sahəsinin Nəbizadə İlkin Nəbi oğluna icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Belə olan halda, iddiaçı Nəbizadə İlkin Nəbi oğluna torpaq sahəsinin icarəyə verilməsinin qanunsuz olmasını iddia etməkdə haqlı deyil.

12. İddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-131/2020 nömrəli, 12 may 2020-ci il tarixli qərarı ilə (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, Ə.Məcidov və M.Əsədli) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2-1(84)-730/2019 nömrəl i qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qərarını birinci instansiya məhkəməsinin dəlillərinə uyğun əsaslandırmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. c. Kassasiya instansiya məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)1608/2020 nömrəli, 23 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: İ.Şəfiyev - sədrlik edən və məruzəçi, Z.Quliyev və R.Nəbizadə) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki A pellyasiya Məhkəməsinə göndərilmişdir.

17. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə təkrar baxan məhkəmə, iddiaçıya verilmiş torpaq sahəsinin yerquruluşu planına, torpaqdan müvəqqəti istifadə hüququna dair JN1057 kod 40800001 nömrəli şəhadətnaməyə əsasən torpaq sahəsinin yerini müəyyən etmək barədə mütəxəssis qarşısında sual qoymalı, zəruri hesab etdiyi halda ekspertiza təyin etməli, torpağın yerini müəyyən etmək üçün, sübutetmə vəzifəsi izah olunmaqla Cavabdeh (işin hallarından məlumatı olan) nümayəndəsinin də tədqiqatda iştirakını təmin etməli, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi barədə tam araşdırılmış dəlillər əsasında nəticəyə gəlməlidir. ç. Apellyasiya instansiya məhkəməsində ikinci icraat

18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci i l tarixli 21(102)-94/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyun 2022-ci il tarixli 10/993 nömrəli rəyində qeyd edilmişdir ki, “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-1057 nömrəli şəhadətnamədə və İddiaçı adına təqdim edilmiş sənədlərə əlavə edilmiş ilkin torpaqayırma sənədlərinə əlavə edilmiş sxemdə torpaq sahəsinin kifayət qədər istinad nöqtələri, koordinatları və dəqiq ölçüləri olmadığından onun icarəsinə verilmiş 300.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını naturada müəyyən etmək mümkün olmamışdır. Göyçay rayon İcra Hakimiyəti başçısının xx.xx.2011ci il tarixli 76 nömrəli sərəncamı və Göyçay RİH ilə İddiaçı arasında 300 ha torpaq sahə sinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqaviləyə əsasən İddiaçı icarəyə verilmiş 300 ha torpaq sahəsinə aid təqdim edilmiş sənədlərə əlavə edilmiş ilkin torpaqayırma sxemində torpaq sahəsinin kifayət qədər istinad nöqtələri, koordinatları və dəqiq ölçüləri olmadığından 300.0 ha torpaq sahəsinin Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə Nəbizadə İlkin Nəbi oğluna icarəyə verilmiş 1000 ha torpaq sahəsi ilə üstüstə düşməməsini müəyyən etmək mümkün olmamışdır.

20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tаrixli, 21(107)-4/2022 nömrəli qərаrdаdı ilə təkrar texniki-tikinti ekspertizası təyin edilmişdir

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəm ə Ekspertiza Mərkəzinin 11 yanvar 2023-cü il tarixli 10/8569 nömrəli rəyindən qeyd edilmişdir ki: - Cavabdeh başçısının 19 sentyabr 2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 300.0 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən tərtib edilən yerquruluşu planında torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mövcud olmadığı üçün 300 ha torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmadı. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə Nəbizadə İlkin Nəbi oğlunun adına **********27 reyestr nömrəli çıxarışla verilmiş 1000 ha torpaq sahəsinə xx.xx.2017-ci il tarixdə A№ 123496 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” tərtib edilmişdir. - X 5 naturada idarənin mühəndisinə göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 303 ha torpaq sahəsi Nəbizadə İlkin Nəbi oğlunun adına **********27 reyestr nömrəli çıxarışla (№261120 Torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1000 ha torpaq sahəsinin 273.46 ha hissəsi ilə üst-üstə düşür.

22. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-1/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, E.Mehdiyev və G.Cavadova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-ci il tarixli, 2-1(84)- 730/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2013-cü il tarixli, 53 nömrəli sərəncamı X7 icarəyə verilmiş 300 ha torpaq sahəsinin Nəbizadə İlkin Nəbi oğlunun adına verilmiş 1000 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü 273,46 ha torpaq sahəsinə aid hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, inzibati iş üzrə materiallardan görünür ki, Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli, 76 nömrəli sərəncamı ilə İddiaçı Göyçay rayonunun inzibati ərazisindəki "Törə dağ" adlanan dövlət torpaq fondundan 300 hektar, Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli, 53 nömrəli sərəncamı ilə isə üçüncü şəxs Nəbizadə İlkin Nəbi oğluna rayonun inzibati ərazisində mövcud olan dövlət fondu torpağından 1000 hektarın icarəyə verilməsi qərara alınmışdır. 3-cü şəxs Nəbizadə İlkin Nəbi oğlunun icarə hüququ daşınmaz əmlakın d övlət reyestrində qeydiyyata alınmış və ona icarəyə verilən 1000 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını əks etdirən "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya icarəyə verilmiş 300 ha torpaq sahəsinin 273,46 ha hissəsi sonradan Nəbizadə İlkin Nəbi oğluna icarəyə verilmiş 1000 ha torpaq sahəsi ilə üst-üstə düşür.

24. Üçüncü şəxs Nəbizadə İlkin Nəbi oğlu kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. d. Kassasiya instansiya məhkəməsində ikinci icraat

25. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)1472/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: S.Kərimov - sədrlik edən, K. Bədəlov və İ.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2023-cü il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

26. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “...hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından iddiaçının naturada göstərdiyi və onun faktiki istifadəsində olan torpaq sahəsinin Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli, 76 nömrəli sərəncamı ilə ona ayrılmış 300 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyü, yəni faktiki istifadədə olan və hüquqmüəyyənedici sənədlərə əsasən icarə üçün ayrılmış torpaq sahələrinin eyni torpaq sahəsi olduğu görünmür...iddiaçıya ayrılmış torpaq sahəsinin hüquqmüəyyənedici sənə dlərə əsasən naturada yerləşmə yerinin və döngə nöqtələrinin koordinatlarının müəyyən olunması üçün müvafiq prosessual hərəkətlər həyata keçirilməmiş, bununla bağlı şübhələri aradan qaldıran şəkildə araşdırma aparılmamışdır.” e. Apellyasiya instansiya məhkəməsində üçüncü icraat

27. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2024-cü il tarixli, 21(107)-73/2024 nömrəli qərarı ilə (hakimlər: X.Səmədov - sədrlik edən və məruzəçi, A.Eyvazov və İ.Şükürov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş Şəki İnzibatiİqtisadi Məhkəməsinin 17 dekabr 2019-ci il tarixli, 2-1(84)-730/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyun 2022-ci il tarixli 10/993 nöm rəli və 11 yanvar 2023-cü il tarixli 10/8569 nömrəli rəylərinə istinad edərək 19 sentyabr 2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 300.0 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən tərtib edilən yerquruluşu planında torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mövcud olmadığı üçün 300 ha torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmamasını qeyd etmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi qərarını hüquqi cəhətdən əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 11.1, 17, 19.1, 19.2, 24.1, 24.2, 24.4-cü və Torpaq Məcəlləsinin 46.1, 56.1, 67.1, 67.3, 67.4-cü maddələrinə istinad etmişdir.

30. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilm əsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, mübahisələndirilən Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, örüş torpaq sahəsinin verilməsi müddətinin son həddi ilə bağlı qanunvericilikdə birmənalı olaraq 15 il qeyd edilsə də, analoji normalar tətbiq edərək onun 99 il müddətinə verilməsi torpaq qanunvericiliyinin məqsəd və məramına ziddir. Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər…

32. Bundan əlavə kassator hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılarkən onun koordinatlarının olmaması barədə dəlil əsassızdır. Belə ki, Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə İddiaçı icarəyə verilmiş 300 ha torpaq sahəsinin yerquruluşu sxemi müəyyən edilərkən müvafiq qurumların razılığı və rəyi olmuşdur. Göyçay RİH-də və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsində İddiaçı icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu sxemi, yaxud onun koordinatlarını müəyyən etməyə imkan verən digər sənədlərin olmaması İddiaçı təqsiri deyil.

33. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, işin məhkəmə icraatı zamanı iddiaçı cavabdehə müraciət edərək icarə hüququnun döv lət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, “torpaq sahəsini üzərində icarə hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırılma işləri aparılmış və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatları ilə İddiaçı istifadəsində torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları digər icarəçiyə məxsus **********27 reyestr və **********64 reyestr nömrəli torpaq sahəsi ilə üstüstə düşür” Lakin məhkəmə icraatı zamanı ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi mütəxəssis rəyində isə qeyd olunmuşdur ki, Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə İddiaçı icarəyə verilmiş 300 ha torpaq sahəsinin yerquruluşu sxemində kifayət qədər istinad nöqtələri, koordinatları olmadığından ayrılmış torpaq sahəsinin harada yerləşməsini, eləcə də Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə Nəbizadə İlkin Nəbi oğluna icarəyə verilmiş 1000 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

35. Torpaq Məcəlləsi: Maddə

16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri (24 fevral 2023-cü il tarixədək olan redaksiya)

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat f ondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin malqarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.... Maddə

46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir:... yay və qış otlaqlarının, mal-qara düşərgələrinin v ə köç yollarının torpaqları; Maddə

56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.... Maddə

65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılmas ı) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 3.Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyy əti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.

9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır.

36. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqd im etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri g östərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasları qeyd edir.

41. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Göyçay RİH-in xx.xx.2013-cü il tarixli, 53 nömrəli sərəncamının 300 ha torpaq sahəsinə aid hissədə ləğv olunmasına yönəlmişdir.

42. Əvvəlki kassasiya baxışında Ali Məhkəmənin İnzibati Kollegiyası 11 oktyabr 2023cü il tarixli qərarında qeyd etmişdir ki, iddiaçının naturada göstərdiyi və onun faktiki istifadəsində olan torpaq sahəsinin Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli, 76 nömrəli sərəncamı ilə ona ayrılmış 300 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyü, yəni faktiki istifadədə olan və hüquqmüəyyənedici sənədlərə əsasən icarə üçün ayrılmış torpaq sahələrinin eyni torpaq sahəsi olduğu görünmür bu səbəbdən apellyasiya instansiya məhkəməsi tərəfindən bu istiqamətdə araşdırma aparılmalıdır.

43. Lakin apellyasiya instansiyası məhkəməsi id dianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlayarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyun 2022-ci il tarixli 10/993 nömrəli və 11 yanvar 2023-cü il tarixli 10/8569 nömrəli rəylərinə istinad edərək 19 sentyabr 2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 300.0 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən tərtib edilən yerquruluşu planında torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mövcud olmadığı üçün 300 ha torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmamasını qeyd etmişdir.

44. Göründüyü kimi, təkrar işə baxmış apellyasiya instansiyası məhkəməsi ziddiyyətli məqamları aradan qaldırmadan işdə olan ekspert rəylərinə istinad edərək torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmamasını qeyd etmişdir.

45. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin qənaətini əsaslı hesab etmir.

46. Belə ki, iş materiallarında görünür ki, Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 125 nömrəli sərəncamın ilə, X2, X4, X3 və İddiaçı oğluna birlikdə uzun müddətli istifadə üçün 327 hektar “Törə Dağı” adlanan ərazidə qış otlaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. Həmin sərəncam əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən X1 adına 314,4 hektar örüş sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2001-ci il tarixli, JN1057 kod 40800001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" verilmişdir.

47. Qeyd olunmalıdır ki, həmin şəhadətnamədə torpağın dəqiq koordinatları göstərilməsə də baş plandan çıxarışda torpaq sahəsinin yerləşdiyi yerin sxemi göstərilmişdir.

48. Bundan sonra Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli, 76 nömrəli sərəncamı ilə yuxarıda qeyd olunan “Törə Dağı” adlanan ərazinin 300 hektar torpaq sahəsi iddiaçının icarəsinə verilmiş və buna dair qış otlaq sahəsinin yerquruluşu planı tərtib edilmiş (1-ci cild səh. 13) və buna müvafiq icarə müqaviləsi bağlanılmışdır.

49. İşin hallarına görə həmin yerquruluşu sənədində göstərildiyi torpaqdan iddiaçı tərəfindən istifadə olunurdu.

50. Bundan sonra isə Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli, 53 nömrəli sərəncamı ilə rayonun inzibati ərazisində mövcud olan dövlət torpaq fondundan 1000 hektar torpaq s ahəsi Nəbizadə İlkin Nəbi oğluna icarəyə verilmiş və tərəflər arasında torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2013-cü il tarixli icarə müqaviləsi bağlanılmışdır.

51. Göründüyü kimi iddiaçıya icarəyə verilən torpaq sahəsi vaxti ilə X1 icarəsində olan torpaq sahəsidir və həmin torpaq sahəsinə dair xx.xx.2001-ci il tarixli, JN1057 kod 40800001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” və torpaq sahəsinin yerləşmə yerinin sxemi iş materiallarında mövcuddur( 1-ci cild səh. 48-49).

52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə icraatı zamanı iddiaçı torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydə alınmasını ilə bağlı DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş, lakin DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi iddiaç ıya ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubda bildirmişdir ki, “...zəruri olan inventarlasdırılma isləri aparılmış və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerindəmüəyyən edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatları ilə İddiaçı istifadəsində torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları digər icarəçiyə məxsus **********27 reyestr və **********64 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür.”

53. Bundan əlavə işdə olan (2-ci cild səh. 141) “X10” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində və həmin rəyə əlavə edilmiş ortofoto görüntüsündə, iddiaçının icarəsinə verilmiş torpaq sahəsi ilə üçüncü şəxsə verilmiş torpaq sahəsinin üst-üstə düşməsi aydın şəkildə görünür.

54. Digər tərəfdən iş üzrə keçirilmiş təkrar texniki-tikinti ekspertiza nəticəsində alınmış mütəxəssis və ekspert rəylərində qeyd edilmişdir ki, X5 naturada idarənin mühəndisinə göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 303 ha torpaq sahəsi Nəbizadə İlkin Nəbi oğlunun adına **********27 reyestr nömrəli çıxarışla (№261120 Torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1000 ha torpaq sahəsinin 273.46 ha hissəsi ilə üst-üstə düşür.

55. Yuxarıda qeyd edildiyi kimi, həmin sahə əvvəl M.Hacammədova ayrılan sahə olduğundan və buna dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini tərəfindən torpaq sahəsinin yerləşmə yerinin sxemi tərtib edildiyindən həmin torpaq üçüncü şəxsə verilə bilməz idi.

56. Yuxarıda qeyd olunanlara və hazırkı qərarın 35-36-cı bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarına istinad edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçıya icarəyə verilmiş 300 ha torpaq sahəsinin 273,46 ha hissəsi sonradan Nəbizadə İlkin Nəbi oğluna icarə müqaviləsinə əsasən verilmiş 1000 ha torpaq sahəsi ilə üst-üstə düşür.

57. Odur ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 53 nömrəli sərəncamı X7 icarəyə verilmiş 300 ha torpaq sahəsinin Nəbizadə İlkin Nəbi oğlunun adına verilmiş 1000 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü 273,46 ha torpaq sahəsinə aid hissədə ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2024-cü il tarixli 21(107)-73/2024 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmi n edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli, 53 nömrəli sərəncamı X7 icarəyə verilmiş 300 ha torpaq sahəsinin Nəbizadə İlkin Nəbi oğlunun adına verilmiş 1000 ha torpaq sahəsi ilə üstüstə düşdüyü 273,46 ha torpaq sahəsinə aid hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar