Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1695/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı İsmayıllı rayon Bələdiyyəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), 12.06.2019 Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2, üçüncü şəxsin vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh İsmayıllı rayon İsmayıllı bələdiyyəsinə qarşı (X7 üçüncü şəxs olmaqla) İsmayıllı bələdiyyəsinin 29.06.2012-ci il tarixli 09 nömrəli qərarı ilə İsmayıllı bələdiyyəsinin ərazisindən ona ayrılmış 0.06 ha torpaq sahəsi üzərində təkrarən İsmayıllı bələdiyyəsinin mülkiyyət hüququnun qeydə alınması haqqında İsmayıllı bələdiyyəsinin 23.10.2014-cü il tarixli 30 nömrəli iclas protokolunun 03 nömrəli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-155/2019 nömrəli, 14 fevral 2019cu il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 12 iyun 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, İsmayıllı rayon İH-nin Memarlıq və Tikinti Şöbəsinin 12.06.2012-ci il tarixli 164 nömrəli, DTXK-nın İsmayıllı rayon şöbəsinin 14.06.2012-ci il tarixli 153 nömrəli razılıq mək tubları və İsmayıllı rayon İsmayıllı bələdiyyəsinin hüdudları daxilində olan torpaqların elektron kadastr planından çıxarış əsasında İsmayıllı bələdiyyəsinin 29.06.2012-ci il tarixli 09 nömrəli iclas protokol qərarı ilə İsmayıllı şəhər sakini, xəstəliyi ilə əlaqədar Azərbaycan ordusundan ehtiyata buraxılmış İddiaçı İsmayıllı bələdiyyəsinin mülkiyyətində olan, şəhərin perspektiv inkişaf fondu torpağından, fərdi yaşayış evi tikmək məqsədilə 0.06 ha torpaq sahəsi güzəşt olunmaqla ödənişsiz ayrılmışdır. Bələdiyyənin sədri, DTXK-nın İsmayıllı rayon şöbəsinin nümayəndəsi və İddiaçı iştirakı ilə 04.07.2012-ci il tarixdə torpaqların alqı-satqısına dair Akt tərtib edilmiş və DTXK-nın İsmayıllı rayon şöbəsində 18.07.2012-ci il tarixdə 123 nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra, İsmayıllı rayo n İsmayıllı bələdiyyəsinin 29.06.2012-ci il tarixli 09 nömrəli qərarı əsasında İddiaçı həyətyanı məqsədilə verilmiş 600 kv.m. torpaq sahəsinə A seriyalı 420851 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış və X11 Kitabında 18.02.2013-cü il tarixdə 6520 nömrə ilə uçota alınmışdır. Bununla yanaşı, İsmayıllı rayon İsmayıllı bələdiyyəsinin 23.10.2014-cü il tarixli 30 nömrəli iclas protokolunun 03 nömrəli qərarı ilə İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin perspektiv inkişaf fondu torpağından İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0.06 ha torpaq sahəsinin həyətyanı məqsədilə 5 ildən artıq həmin bələdiyyənin ərazisində yaşayan şəxslər üçün torpaq sahəsi üzərində bələdiyyə mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanmış, torpaq sahəsinin plan və ölçülərinin işlənməsi DTXK-nın İsmayıllı rayon şöbəsindən xahiş edilmiş, DTXK-nın İsmayıllı rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə plan-ölçü sənədinin hazırlanması məqsədəmüvafiq hesab edilərək 04.11.2014-cü il tarixli 289 nömrəli rəy verilmiş, torpaq sahəsinin sxemi hazırlanaraq DTXK-nın İsmayıllı rayon şöbəsinin müdiri və İsmayıllı bələdiyyəsinin sədri tərəfindən imza və möhürlərlə təsdiq edilmişdir. Həmin torpaq sahəsinə İsmayıllı bələdiyyəsinin adına A seriyalı 526749 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış və X11 Kitabında 18.12.2014-cü il tarixdə 533 nömrə ilə uçota alınmışdır. Bundan sonra, İsmayıllı bələdiyyəsi həmin torpaq sahəsini 14.01.2015-ci il tarixdə X1, tərəflər arasında AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. xxx u n həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları 09.03.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və adına RX seriyalı ******* nömrəli çıxarış hazırlanmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17.10.2017-ci il tarixli, 2-1(84)-1291/2017 nömrəli qərarı ilə İddiaçı cavabdeh DƏDRX-in 9 saylı Ərazi idarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair iddiası təmin olunaraq cavabdehin üzərinə İsmayıllı bələdiyyəsinin 29.06.2012-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi qoyulmuş və qərar qanuni qüvvəsini almışdır. İşə baxan məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan torp aq sahəsi qanuni əsaslarla İddiaçı verilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 29.10.2018-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı adına hazırlanmış A seriyalı 420851 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0.06 ha torpaq sahəsi ilə İsmayıllı rayon İsmayıllı bələdiyyəsinin adına hazırlanmış A seriyalı 526749 nömrəli torpaq sahəsinin planı və ölçüsü və X3 adına hazırlanmış RX seriyalı ******* nömrəli çıxarışda qeyd olunan 0.06 ha torpaq sahəsi 0.045 ha hissədə üst-üstə düşür. İddiaçı, İsmayıllı bələdiyyəsi tərəfindən xxx a satılan 0.06 ha torpaq sahəsinin ona ayrılmış torpaq sahəsi olduğunu əsas gətirərək hazırki tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, o, 2012-cu ildə İsma yıllı bələdiyyəsinə ərizə ilə müraciət edərək ehtiyata buraxılmış hərbi qulluqçu olduğunu və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon Şöbəsinin 21 may 2012-ci il tarixli 3/457 qeydiyyat nömrəli məktubunu nəzərə alaraq, İsmayıllı bələdiyyəsinin mülkiyyətində olan şəhərin prespektiv inkişaf fondu (yaşayış məntəqəsi) torpaq sahəsindən fərdi ev tikmək məqsədi ilə 0.06 ha torpaq sahəsinin ona ayrılmasını xahiş etmişdir. İsmayıllı bələdiyyəsinin 29.06.2012-cu il tarixli 09 nömrəli iclas protokoluna əsasən, istədiyi 0.06 ha torpaq sahəsinin ona ayrılmasına razılıq verilmişdir. Həmin protokola əsasən onunla İsmayıllı bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və həmin torpaq sahəsi ona verilmişdir. Torpaq sahəsinin ona ayrılması üçün İsmayıllı RİH-in Memarlıq və Tikinti şöbəsinin razılığı alınmışdır. Eyni ilə DT və XK-nın İsmayıllı rayon Şöbəsinə həmin ərazinin ona ayrılması məqsədə uyğunluğu barədə sorğu verilmiş DT və XK-nın İsmayıllı rayon Şöbəsindən torpağın qanuna uyğun qaydada ayrılıb verilməsi məqsədəuyğun hesab edilərək İsmayıllı bələdiyyəsinin hüdudları daxilində olan torpaqların elektron kadastr planından Çıxarış çəkilərək müvafiq qurumlar tərəfindən təsdiqlənib ona verilmişdir. Torpaq sahəsi üzərində hüququ Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X11 kitabında 18.02.2013-ci il tarixində 6520 nömrə ilə uçota alınaraq A 420851 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. O, hüquqlarının dövlət qeydiyyatına alınması üçün ƏMDK yanında DƏDRX-nin 9 nömrəli Ərazi İdarəsin ə müraciət etmiş, Ərazi İdarəsi qeydiyyat aparmaqdan imtina etdiyindən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyin Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibatiİqtisadi Məhkəməsi 17.10.2017-ci il tarixində işə baxaraq iddianın təmin olunması və ƏMDK yanında DƏDRX-nin 9 nömrəli Ərazi İdarəsinin üzərinə İsmayıllı bələdiyyəsinin 29.06.2012-ci il tarixli 09 nömrəli qərarı ilə ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin qoyulması barədə qərar qəbul etmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün cavabdeh təşkilata göndərilmişdir. ƏMDK yanında DƏDRX-nin 9 nömrəli Ərazi İdarəsi tərəfindən qərarın icrası ilə ə laqədar aparılmış dəqiqləşmə zamanı müəyyən eləmişdir ki, ona İsmayıllı Bələdiyyəsinin 29.06.2012-ci il tarixli 09 nömrəli qərarı ilə ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində yenidən İsmayıllı bələdiyyəsinin 23 oktyabr 2014-ci il tarixli, 30 nömrəli iclas protokolunun 03 nömrəli qərarı ilə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınaraq, 14.01.2015-ci il tarixində, həmin vaxt İsmayıllı Bələdiyyəsinin sədri işləmiş X8 tərəfindən saxta sənədlərlə qardaşı X3 adına rəsmiləşdirilmişdir. Ona İsmayıllı bələdiyyəsinin 29.06.2012-ci il tarixli 09 nömrəli qərarı ilə ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin təkrarən bələdiyyə mülkiyyəti kimi başqasına verilməsi qanunsuz olmaqla Bələdiyyə sədri tərəfindən edilən hərəkət cinayətdir. ƏMDK yanında DƏDRX-nin 9 nömrəli Əraz i İdarəsində onun mülkiyyət hüququ qeydə alınmadığı üçün saxta sənədlər əsasında həmin torpaq sahəsi üzərində Bələdiyyə sədrinin qardaşı X3 hüquqları dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən 09.03.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı hesab edir ki, onun mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin yenidən bələdiyyə mülkiyyəti kimi qeydə alınması haqqında İsmayıllı Bələdiyyəsinin 23 oktyabr 2014-ci il tarixli, 30 nömrəli iclas protokolunun 03 nömrəli Qərarı qanunsuzdur və ləğv olunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəs mi qaydada hər hansı münasibət bildirilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1238/2018 saylı iş üzrə 11 dekabr 2018ci il tarixli qərarı ilə (hakim R.A.Məcidov) iddia qismən təmin edilmiş, İsmayıllı rayon İsmayıllı bələdiyyəsinin 23.10.2014-cü il tarixli 30 nömrəli iclas protokolunun 03 nömrəli qərarı İsmayıllı bələdiyyəsinin 29.06.2012-ci il tarixli 09 nömrəli iclas protokol qərarına əsasən iddiaçıya satılmış 0.06 ha torpaq sahəsinin daxilində yerləşən 0.045 ha torpaq sahəsinə aid hissədə ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, bələdiyyə artıq mübahisə predmeti olan torpaq sahəsi üzərində 26.02.2012-ci il tarixində sərəncam vermiş, 04.07.2012-ci il tarixdə torpaq sahəsinin əvəzsiz olaraq iddiaçıya verilməsinə dair alqı-satqı aktı tərtib edilmiş və 04.07.2012-ci il tarixdən həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindən çıxmışdır. Bələdiyyə onun olmayan əmlak üzərində sərəncam verə bilməz ki, bu da bələdiyyə qərarının qanunsuz olmasına dəlalət edir. Məhkəmənin həmin qərarından üçüncü şəxs tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-155/2019 nömrəli iş üzrə 14 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: G.Q.Abbasov və M.R.Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1238/2018 saylı iş üzrə 11 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiya məhk əməsinin yuxarıda qeyd edilən qərarından üçüncü şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızıdr. Belə ki, 29.06.2012-ci il tarixli 09 nömrəli iclas protokol qərarı ilə 0.06 ha torpaq sahəsi iddiaçıya ödənişsiz verilmişdir. Bələdiyyə torpaqlarının ödənişsiz verilməsi '‘Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında” Qanunda nəzərdə tutulmamışdır. İddiaçıya torpaq sahəsi verilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa, həmin torpaq sahəsi “şəhərin perspektiv inkişaf fonduna" aid torpaq sahəsi olmuş, lakin iddiaçıya fərdi yaşayı ş evi tikmək üçün verilmişdir. Torpaq sahəsinin təyinatı qanunsuz olaraq dəyişdirilmişdir. Digər tərəfdən, üçüncü şəxs məhkəmənin istinad etdiyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17.10.2017-ci il tarixli, 2-1(84)-1291/2017 nömrəli qərarından Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apelyasiya şikayəti vermiş və bununla bağlı məhkəməyə vəsatət verərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Belə ki, hazırki mübahisənin nəticəsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17.10.2017-ci il tarixli, 2-1(84)-1291/2017 nömrəli qərarından verdiyi apelyasiya şikayətinin nəticəsindən asılıdır. Bununla yanaşı, hazırki iş üzrə birinci instansiya məhkəməsi xüsusi qərardad qəbul etmiş və həmin xüsusi qərardad 28.12.2018-ci il tarixdə İsmayıllı rayon Prokurorluğuna daxil olmuşdur. Aparılmış araşdırmanın nəticəsi olaraq 25.02.2019-cu il tarixdə cinayət işinin (cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün) başlanması rədd edilmişdir. Buna baxmayaraq həmin qərarla müəyyən olunmuşdur ki, İsmayıllı Bələdiyyəsi tərəfindən 29 iyun 2012-ci il tarixli, 09 saylı iclas protokolu ilə İddiaçı şəhərin perspektiv inkişaf fondu torpağından 0.06 ha həyətyanı torpaq sahəsi ödənişsiz verilmiş, ayrılmış həmin torpaq sahəsinin sənədləşməsi üçün keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinə İsmayıllı Bələdiyyəsi müraciət etmiş, həmin komitənin əməkdaşı İldırım Babayev tərəfindən cizgi plan hazırlanmış, həmin cizgi plan naturada mübahisəli olan torpaq sahəsindən 100 metr aşağıda yerləşən torpaq sahəsinə düşmüş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini n X11 və Monitorinqi X2 Regional Mərkəzində mütəxəssis (geodezist) tərəfindən İddiaçı faktiki ayrılmış torpaq sahəsindən yuxarıda yerləşən torpaq sahəsi ölçülməklə torpaq sahəsinin plan və ölçüsü hazırlanmış, lakin naturada torpaq sahəsi yüklü olmayaraq göstərilsə də kordinatlar mexaniki olaraq səhv yazılmış, həmin plan və ölçünün icraçısı Rəşad Gidayev qeyd olunsa da, faktiki olaraq Vüsal Nağıyev tərəfindən icra olunmuş, Rəşad Gidayevin adının qarşısında imzanı Vüsal Nağıyev çəkmiş, bu məsələdən Vüsal Nağıyevdən başqa heç kimin məlumatı olmamış, bunlara əsasən də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi İsmayıllı Bələdiyyəsinin həyətyanı məqsədilə İddiaçı ayrılacaq 0.06 ha torpaq sahəsinin yüklü olmaması, həmin torpaq sahəsinin mülkiyyət hüququnun qeydiyyata alınmas ının qanunamüvafıq olması barədə 11 iyun 2012-ci il tarixli rəy verilmişdir. Qeyd olunduğu kimi İsmayıllı rayon Prokurorluğunun 25 fevral 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının adına tərtib olunmuş plan və ölçü saxta hazırlanmışdır. İddiaçıya ayrılan torpaq sahəsi üçüncü şəxsə (mübahisəli) məxsus torpaq sahəsindən 100 metr aşağıda yerləşir. Məlum məsələ ilə bağlı isə məhkəmədə iddia qaldırılmış və həmin plan-ölçünün etibarsız hesab edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-155/2019 nömrəli iş üzrə 14 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iş üzrə iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı və onun vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xə bərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddə sinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İş materillarından göründüyü kimi, İsmayıllı Bələdiyyəsinin 29.06.2012-ci il tarixli 09 nömrəli qərarına əsasən, həyətyanı məqsədilə 0.06 ha torpaq sahəsi i ddiaçıya əvəzsiz verilmiş və adına A seriyalı 420851 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış, X11 Kitabında 18.02.2013-cü il tarixdə 6520 nömrə ilə uçota alınmışdır. İddiaçıya torpaq sahəsinin qanuni əsaslarla ayrılması Şəki İnzibati- İqtisadi Məhkəməsinin 17.10.2017-ci il tarixli, 2-1 (84)-1291/2017 nömrəli qərarı ilə müəyyən edilmiş və buna görə də DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə İsmayıllı Bələdiyyəsinin 29.06.2012-ci il tarixli 09 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi qoyulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən - qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyə lərə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı əsasdır. Daşınmaz əmlaka hüququn yaranması barədə bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. (maddə 8.0.1, 15.1.4) Qanunvericiliyin tələblərindən göründüyü kimi, bələdiyyə qərarı ilə bələdiyyə mülkiyyətində olan 0.06 ha torpaq sahəsi iddiaçıya verilmiş, adına torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq X11 Kitabında 18.02.2013-cü il tarixdə 6520 nömrə ilə uçota alınmışdır. Həmin bələdiyyə qərarı qüvvədə olmaqla hazırkı vaxtadək qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamış və ya ləğv olunmamışdır. Qeyd olunmalıdır ki, sözügedən bələdiyyə qərarı həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır. İddiaçının müəyyən zaman kəsiyində bu hüququndan istifadə etməməsi bələdiyyənin həmin torpaq sahəsinin bir hissəsini yenidən başqa şəxsə satmasına əsas vermir. Bununla yanaşı, qanuni qüvvəyə minmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17.10.2017-ci il tarixli, 21(84)-1291/2017 nömrəli qərarı ilə iddiaçının cavabdehə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair iddiası təmin olunaraq cavabdehin üzərinə İsmayıllı Bələdiyyəsinin 29.06.2012-ci il tarixli 09 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhd əliyi qoyulmuşdur. Həmçinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 29.10.2018-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının adına hazırlanmış A seriyalı 420851 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0.06 ha torpaq sahəsi İsmayıllı Bələdiyyəsinin 23.10.2014-cü il tarixli 30 nömrəli iclas protokolunun 03 nömrəli qərarına əsasən hazırlanmış A seriyalı 526749 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində və X3 adına hazırlanmış RX seriyalı ******* nömrəli çıxarışda qeyd olunan 0.06 ha torpaq sahəsi ilə 0.045 ha hissədə üst-üstə düşür. Belə olan halda, bələdiyyə artıq mübahisə predmeti olan torpaq sahəsi üzərində 29.06.2012-ci il tarixidə sərəncam vermiş, 04.07.2012-ci il tarixdə torpaq sahəsinin əvəzsiz iddiaç ıya verilməsinə dair alqı-satqı aktı tərtib edilmiş və 04.07.2012-ci il tarixdən həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindən çıxmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyə əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları v ə vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə yalnız öz mülkiyyətində olan torpaqlara münasibətdə sərəncam vermək hüququna malikdir. Hazırkı mübahisədə, cavabdeh orqan öz qərarı ilə satmış olduğu və artıq iddiaçının mülkiyyət hüququnun formalaşdığı torpaq sahəsinin 0.045 ha hissəsini üçüncü şəxsə satmışdır. Cavabdeh inzibati orqan hazırkı iş üzrə 0.045 ha torpaq sahəsinə münasibətdə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxaran qərar qəbul etməkdə haqlı olmamış, nəticədə 0.045 ha torpaq sahəsinin sənədləşdirilməsi hissəsində qanunsuz inzibati akt qəbul etmişdir. “Bələdiyyələri n statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 4-cü bəndinə əsasən, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. "İnzibati İcraat haqqında” Qanununa əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bil ər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. (maddə 67) Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək iddiaçının tələbinin qanuni və əsaslı olduğu barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, üçüncü şəxs tərəfindən kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası olmadığından həmin şikayət təmin oluna və apelyasiya insta nsiyası məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilə bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-155/2019 nömrəli iş üzrə 14 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1695/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1695/2019
12.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver