Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1695/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: mənzil şəraiti yaxşılaşdırmağa ehtiyacı olan 1-ci qrup əlilə birinci növbədə mənzil verilməsi öhdəliyinin icrası. (iş№ 2-1(102)-1695/2020) Bakı şəhəri xx xxxxxxxx 2020-ci il 23.09.2020 Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçıCavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı güzəştli şərtlərlə mənzil verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-575/2020 saylı 05 mart 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı Bakı şəhəri Binəqədi rayonunda yaşayır və 1-ci qrup anadangəlmə gözdən əlildir. Binəqədi rayon İH iddiaçıya verdiyi 02/09-11-32/287 saylı xx.xx.2019-cu il tarixli arayışında göstərmişdir ki, İH-nin xx.xx.1988-ci il tarixli 31 saylı sərəncamı ilə iddiaçı 1-ci qrup əlil kimi güzəştli əsaslarla mənzil növbəsindədir, gözdən əlil şəxslərin mənzil uç ot siyahısında 1-ci sıradadır. İddiaçı 2009-cu ilin avqust ayında Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, ona güzəştli şərtlərlə mənzil verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti xx xxxx 2019-cu il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, iddiaçı Binəqədi rayon İH başçısının 31 saylı xx.xx.1988-ci il tarixli sərəncamına əsasən 1-ci qrup gözdən əlil kimi yaşayış yeri üzrə Binəqədi rayon İH-də güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Binəqədi rayon İcra Hakimiyyətində mənzil fondu mövcud deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlara mənzillər, onların uçota götürüldüyü vaxt əsasında və siyahı ilə müəyyən edilən növbə qaydası ilə ayrılır. Bundan son ra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.1988-ci il tarixdən İ qrup əlil kimi güzəştli şərtlərlə mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəlidir və himayəsində uşaqları var. Onun şəxsi yaşayış yeri, evi və mənzili yoxdur. Yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi qardaşına məxsusdur və neft quyularının ərazisidir. xx.xx.1987-ci il tarixdən 1-ci qrup əlilliyə görə pensiya alır və Kirov XDS İK-nin xx.xx.1988-ci il tarixli 31 saylı qərarı ilə mənzil üzrə növbə siyahısına salınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun 1-ci qrup əlil kimi mənzil növbəsinə qeydiyyata alınması xx.xx.1988-ci il tarixdən hesab edilmişdir. Gözdən əlillər üçün bir neçə dəfə yaşayış sahələri tikilərək əlillərə paylanılmış, onun mənzil növbəsi 1988-ci ildən hesab edilməsinə baxmayaraq, bu günə kimi ona mənzil verilməmişdir. 2016cı ildə gözdən əlillər üçün Nərimanov rayonunda bina tikilərək əlillərə paylanmışdır, lakin cavabdeh tərəfin səhlənkarlığı ucbatından ona mənzil ayrılmamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq o, xeyli müddət bundan qabaq mənzil sahəsi ilə təmin edilməli idi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)-3595/2019 saylı qərarı ilə (hakim-T.Əsədova) iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, istər keçmişdə, istərsə də hazırda qüvvədə olan qanunvericilik aktlarında güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüş vətəndaşların müraciət etdiyi vaxtdan mənzillə təmin edilməsi nəzərdə tutulmamışdır və belə olan halda iddiaçının İ qrup əlil kimi güzəştli şərtlərlə mənzil verilməsi barədə tələbi əsaslı sayıla bilməz. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilib iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-575/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Ü.Mayılov (sədrlik edən və məruzəçi), K.Abiyeva və Vəkil) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3595/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qə rarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilib iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, məhkəmənin gəldiyi yanlış qənaətə görə guya iddiaçı mənzil növbəsinə götürülməyinə baxmayaraq, müraciət etdiyi vaxtdan mənzillə təmin olunmağını tələb edir. Bir daha bildirmək istəyir ki, gözdən əlillər üçün bir neçə dəfə yaşayış sahələri tikilərək gözdən əlillərə paylanılmışdır. Onun isə mənzil növbəsi 1988-ci ildən hesab edilməsinə baxmayaraq bu günə kimi ona mənzil verilməmişdir. Yəni ondan sonra növbəyə alınmış əlillər yaşayış sahəsi i lə təmin edilmələrinə baxmayaraq, 31 ildir ki, yaşayış sahəsi ilə təmin edilməmidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsasl ar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı xx.xx.1988-ci il tarixdən 1-ci qrup əlil kimi güzəştli şərtlərlə mənzil verilməsini istəyir. İş materiallaırndan görünür ki, iddiaçı əslində 1-ci qrup əlil kimi güzəştli əsaslarla mənzil növbəsindədir, gözdən əlil şəxslərin mənzil uçot siyahısında 1-ci sıradadır. İşə baxmış məhkəmə gəldiyi nəticəni onunla əsaslsndırmışdır ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya icti mai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. Həmin Məcəllənin 38-cu maddəsinə əsasən yaşayış sahəsi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan digər şəxslərlə yanaşı İ və İİ qrup əmək əlillərinə, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə və hərbi qulluqçular sırasından olan İ və İİ qrup əlillərə birinci növbədə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara ya şayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Məhkəmə kollegiyası bildirir ki, işin həlledici hallarına görə İddiaçı mənzil növbəsinə 1-ci qrup əlil kimi qeydiyyata alınmasının xx.xx.1988-ci il tarixdən hesab edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qərar qəbul edilmiş, məhkəmənin qeyd olunan qərarı icra edilərək İddiaçı Binəqədi rayon İcra Hakimiyyətində güzəştli əsaslarla 1-ci qrup gözdən əlil kimi xx.xx.1988-ci il tarixdən mənzil növbəsində hesab olunması barədə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sərəncam qəbul edilmişdir. İddiaçı 1 qrup əlil kimi yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş, lakin cavabdehin hazırda mənzil fondu mövcud olmadığından iddiaçının müraciətini indiki vəziyyətdə təmin edə bilməmişdir. Həmiçinin cavabdeh inzibati orqanın iddiaçının müraciətinə cavabında və cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsindəki izahatında İcra Hakimiyyətinə mənzil fondu ayrılacağı təqdirdə iddiaçının ailəsinin mənzillə təmin olunma məsələsinə növbəlik qaydasında baxılacağını qeyd edilmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı mənzil növbəsinə götürülməsinə baxmayaraq, müraciət etdiyi vaxtdan mənzillə təmin olunmasını tələb edir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən edilmiş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apelyasiya məhkəm əsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-575/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1695/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1695/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver